38
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ekoloji təh-
lükəsizliyə uyğun olması yolu ilə müəyyən edilməlidir.
Dayanıqlı inkişaf anlayışında əsas yeri iqtisadi mə-
sələlərin uzun müddətə ekoloji nəticələrin nəzərə alın-
ması problemi tutur. Gələcək nəsillər üçün neqativ eko-
loji
nəticələrin, gələcək təhlükələrin (ziyanların) mini-
muma endirilməsi zəruridir. Öz övladlarının, nəvələri-
nin hesabına yaşamaq, təbii xəzinədən yalnız özü üçün
istifadə etmək olmaz. Beləliklə, ekoloji məhdudiyyətlər,
cari və gələcək tələbat arasında kompromis, hər hansı
bir ölkədə inkişafın ictimai-iqtisadi strategiyasının işlən-
məsində əsas olmalıdır.
Dayanıqlı inkişafın dörd meyarını
fərqləndirmək
olar. Bu təbii ehtiyatların təsnifatlaşdırılması, onların
təkrar istehsal dinamikasına və səviyyəsinə əsaslanır.
1)
bərpa oluna bilən təbii ehtiyatlar üçün onların
miqdarı ən az vaxt kəsiyində azalmamalıdır,
daha doğ-
rusu, ən azı onların sadə təkrar istehsal rejimi təmin
olunmalıdır. Məsələn, torpaq resursları
üçün bu o de-
məkdir ki, qiymətli kənd təsərrüfatı sahələri saxlanılma-
lı, sahələrin azaldıldığı halda onlardan məhsul istehsalı-
nın səviyyəsi saxlanılmalı və artırılmalıdır;
2)
bərpa oluna bilməyən təbii ehtiyatlar üçün (məs.
faydalı qazıntılar) onların ehtiyatlarının mənimsənilmə
sürətinin azaldılması və onların
gələcəkdə qeyri-məh-
dud sərvət növləri ilə əvəz edilməsi. Məsələn, neft mən-
bələrinin – külək, günəş və s. enerjisi ilə müəyyən qədər
əvəz edilməsi;
3)
tullantılar üçün onların miqdarının, az tullantılı,
ehtiyatlara qənaət edən texnologiyanın tətbiq edilməsi yo-
39
lu ilə minimumlaşdırılması imkanları nəzərə alınmalıdır;
4)
ətraf mühitin çirklənmə səviyyəsi bütün ehtiyat-
lar və onun növləri üzrə gələcəkdə onun hazırkı
səviy-
yəsini aşmamalıdır. Çirklənmə səviyyəsinin ictimai və
iqtisadi cəhətdən qəbul oluna
biləcək səviyyəyə qədər
azaldılması imkanları nəzərə alınmalıdır (çirklənmənin
“sıfır” səviyyəsi real deyildir).
İnsanların
tələbat davranışının
dəyişməsinin əhə-
miyyəti də nəzərə alınmalıdır. Dayanıqlı inkişafa keçid
əmtəə və xidmətlərə müəyyən məhdudiyyətlərin olması-
nı da ehtimal edir. “Daha çox istifadə edən, hər ailə üz-
vünə bir avtomobil və s.” kimi çağırışlar aşıq-aşkar bio-
sferanın imkanları ilə tərs mütənasiblik təşkil edir.
Dayanıqlı inkişaf konsepsiyasına göstərilən baxış
onu göstərir ki, bu məsələ qlobal xarakter daşıyır. Bu in-
kişaf mürəkkəb ekoloji, iqtisadi və ictimai problemlərin
bir-biri ilə sıx əlaqədə olduğunu göstərir.
Ümumi şəkildə vaxt kəsiyində əsas
parametrlər nə-
zərə alınmaqla dayanıqlı inkişaf funksiyası aşağıdakı şə-
kildə ifadə edilir:
Dostları ilə paylaş: