31
fəaliyyətinin xüsusi bir növü kimi hesab etmək də
olar
. Ətraf mühit və təbiətdən istifadənin aşağıdakı növ-
lərini də ayırırlar: əsas (kənd təsərrüfatı, meşə təsərrüfatı,
su təsərrüfatı, hidroenergetik və s.); yardımçı (istehsal
prosesində təbii ehtiyatlardan istifadə və s.);
əlavə-ətraf
mühiti mühafizə.
Hüquqi nöqteyi-nəzərdən təbiətdən istifadə
iki
istiqamətdə həyata keçirilir: ümumi və xüsusi.
Ümumi
təbiətdən istifadəyə hər hansı bir xüsusi icazə olmadan
həyata keçirilə bilər. Bu fəaliyyət vətəndaşlar tərəfindən
onlara doğulduğu gündən və yaşadığı
müddət ərzində
mənsub olduğu təbii hüquqlar əsasında həyata keçirilir.
Təbiətdən xüsusi istifadə isə vətəndaşlar və təsərrüfat
subyektləri (müəssisələr, firmalar, təşkilatlar) tərəfindən
o zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qərar-
lar, qaydalar və səlahiyyətli dövlət orqanlarının
icazəsi
verilmiş olsun. Bu istiqamətli təbiətdən istifadə, məq-
sədyönlü xarakter daşıyır
və torpaqdan, Yer təkindən,
sudan,
meşədən istifadə, heyvanat və bitki aləmindən,
habelə atmosfer havasından istifadə etmək istiqamətində
həyata keçirilir.
Dostları ilə paylaş: