Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə17/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   13   14   15   16   17   18   19   20   ...   189

Elə  bu  vaxt  İran  ordusu  bütün  Qarabağ  mahallarını  ələ  keçirərək,  Şuşa 

qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O,6 rotadan, daha doğrusu 4 

topu olan 1500 adamdan ibarət idi. 

Şuşa  qalasının  mühasirəsi  48  gün  davam  etdi.  Şuşanın  mühasirəsində 

ingilis, fransız və italyan mühəndisləri fəal iştirak edirdilər. Onlar qala divarlarını 

dağıtmağa  çalışır,  qala  bütrclərinin  altını  minalayır  və  s.  Lakin  onların  cəhdi  baş 

tutmadı.  Patlayışlardan sonra  gecə  vaxtı hücuma  keçən İran ordusu heç nəyə  nail 

ola bilmədi və rus qoşunları tərəfindən geri oturdular [29]. 

Abbas  Mirzənin  təslim  olmaq  haqqında  dəfələrlə  verdiyi  tələblər  Şuşa 

qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi. 

Şuşa  qalasını  uzun  müddət  mühasirədə  saxlamaq  İran  hərbi 

komandanlığının  səhvi  idi.  İranın  hərbi  qüvvəsinin  böyük  hissəsinin  diqqətini 

özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi general Yermolova strateji 

təşəbbüsü  ələ  almağa,  pərakəndə  halda  olan  qüvvələri  zərbə  qruplarında 

cəmləşdirməyə  və  düş.mən  üzərinə  hücum  etməyə  şərait  yaratdı  və  bununla  da 

gələcək  hərbi  əməliyyatları  rus  ordusunun  xeyrinə  həll  etdi.  Yermolov  başa 

düşürdü  ki,  azsaylı  qüvvələrlə  düşmənə  bütün  hücum  xətti  boyunca  əks  zərbə 

vurmaq  mümkün  deyil.  Bütün  qüvvələri  Cənubi  Qafqazın  hərbi-siyasi  mərkəzi 

olan Tiflisin müdafiəsində cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi. 

Hüseynqulu xan İran sərbazlarından ibarət böyük bir dəstə ilə azsaylı rus 

qarnizonunu  müdafiə  etdiyi  Bakı  qalasını  dənizdən  və  qurudan  mühasirəyə  aldı. 

Bakı körfəzi də dənizdən İranın avarlı donanması tərəfindən mühasirədəydi. Qala 

möhkəm dayanmışdı və  Hüseynqulu xanın bütün  hücumları dəf edildi.  Rus hərbi 

komandanlığı  Bakıya  böyük  əhəmiyyət  verirdi.  Bakı  limanı  Həştərxanla  daimi 

əlaqə  saxlanılmasında, rus ordusunun döyüş sursatı və  ərzaqla  təmin edilməsində 

mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ keçirmək, rus ordusunun 

təchizatını pozmaq, fəaliyyətdə olan rus ordusunun sol cinahını iflic halına salmaq 

və  onu  mərkəzdən  təcrid  etmək  üçün  tələsik  Hüseynqulu  xanın  köməyinə  yeni 

qüvvələr göndərdi. 

Qüvvələrin  belə  nisbəti  şəraitində  rus  ordusunun  komandanı  düşmənlə 

üzbəüz gəlməyə cəsarət etməyib, Gəncənin dar küçələrində müdafiə olunmağıdaha 

məqsədəuyğun  hesab  edirdi.  Lakin  Mədətov  və  digər  generallar  başqa  fikirdə 

idilər.  General  Paskeviç  Yermolovun  generallarına  şübhəli  münasibət  bəsləyir  və 

belə  güman  edirdi  ki,  onlar  onu  qəsdən  müvəffəqiyyətsizliyə  düçar  edəcəklər. 

Bununla belə o öz niyyətindən əl çəkməyə məcbur oldu. 

1826-cı  il  sentyabrın  13-də  İran  qoşunları  hücuma  başladılar.  Amansız 

döyüş  baş  verdi.  Azərbaycan  tarixçisi  Mirzə  Adıgözəl  bəy  bu  döyüş  haqqında 

yazırdı: ―Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam  verib 

Şeyx  Nizami  türbəsinə  yaxınlaşdılar.  Qızılbaş  qoşunu  ilə  üz-üzə  gəldilər.  Burada 

böyük  soltani  bir  müharibə  oldu.  Bir  saatdan  sonra  qızılbaşlar  başladılar‖  [36]. 

Seçmə  şah  qoşunu  darmadağın  edildi.  Bu  döyüşdə  İran  qoşunundan  min  nəfər 



öldürüldü,  min  yüz  nəfərdən  çox  əsir  alındı,  4  bayraq,  bir  neçə  top  və  s.  ələ 

keçirildi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, 

Xudafərin körpüsünə tərəf qaçdı [37]. 

Sentyabrın 18-də  Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə 

götürərək, Arazın sol sahilinə keçdi. Geri çəkilərkən İran sərbazları əllərinə düşən 

hər şeyi məhv edir, dinc əhalini soyur, mal-qaranı sürübn aparırdılar. 

XIX  yüzilliyin  birinci  qərinəsində  Cənubi  Qafqazda  baş  verən  hərbi 

əməliyyatlar içərisində ən böyük döyüşlərdən biri olan Gəncə döyüşünün Rusiya-

İran  müharibəsinin  sonrakı  gedişində  çar  Rusiyası  üçün  çox  mühüm  əhəmiyyəti 

oldu və fatiki olaraq, onun müqaəddəratını həll etdi. Şah qoşunu ilə birlikdə, onun 

köməyi ilə öz hakimiyyətlərini bərpa etməyə ümid bəsləyən xanlar və feodallar da 

Azərbaycanı tərk etdilər. 

1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksadr Azərbaycan və 

Dağıstan  hərbi  hissələrinin  köməyi  ilə  Şəki  əyaləti  ilə  həmsərhəd  olan  Dağıstan 

əhalisinin  üsyanını  təşkil  etdilər  və  Hüseyn  xanın  iddiasında  olduğu  xan 

hakimiyyətini  bərpa  etmək  şərtilə  Nuxaya  böyük  dəstə  yeritdilər.  Dekabrın  9-da 

Yermolovun  başçılığı  ilə  rus  dəstələri  Nuxaya  gəldi.  Müqavimət  göstərməyə  və 

müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək İrana 

getdi [38]. 

Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri 

çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus 

dəstəsi geri çəkilən İran qoşun dəstəsini təqib etdi.Başqa xanlar da qaşdılar. 1827-

ci  ilin  əvvəllərində  İran  sərbazları  bütün  Şimali  Azərbaycan  ərazisini  tərk  etdilər. 

Yalnız Talışda hələlik Mirhəsən xan qalırdı. 

İran  feodalları  Arazın  o  tayına  keçdikdən  sonra  da  tez-tez  soyğunçu 

basqınlar təşkil etməklə, Azərbaycan torpaqlarını rahat qoymurdu. Belə ki, 1826-cı 

il dekabrın sonunda min nəfərlik İran süvari dəstəsi Araz çayını keçərək bir kəndə 

hücum etdi. ―Bu təhlükə haqqında xəbərdar olan əhali döyüşə  girdi...Düşmən itki 

verərək geri çəkildi‖ [39]. Dağlarda qışın sərt keçməsi ilə əlaqədar qoyun sürüləri 

Arazın  yaxınlığındakı  düzənlikdə  saxlanılırdı.  İran  sərbazları  soyğunçuluq 

məqsədilə onların üzərinə hücum etdilərsə də dəf olundular. 

Belə  hücumların  qarşısını  almaq  məqsədilə  dekabrın  26-da  Mədətovun 

başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci 

ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz 

qarşısına Cənubi Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı 

və Mədətov öz qoşunu ilə geri qayıtdı. 

Hərbi  əməliyyatlar  1827-ci  ilin  yazında  yenidən  başlandı.  Apreldə  rus 

qoşunu  iki  istiqamərdə  irəliləməyə  başladı.  Dəstələrdən  biri  Mədətovun 

komandanlığı  altında  1827-ci  il  aprelin  20-də  Xudafərin  körpüsünü  ələ  keçirdi, 

Cənubi  Azərbaycana  yol  açıldı.  Lakin  rus  komandanlığı  ilk  növbədə  İrəvan 

xanlığını ələ keçirməyi qərara aldı. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə