238
1. qaşovcuqlar (7 ədəd);
2. bıçaqlar (9 ədəd);
3. bizlər (11 ədəd);
4. kəsici alətlər (5 ədəd);
5. şatelperron tipli alətlər (6 ədəd);
6. mikroit alətlər (54 ədəd);
7. üzərində işlək izi olan lövhələr (74 ədəd), (İsmayılov,
2006).
Qobustan ərazisində üst Paleolit mədəniyyətinə aid maddi
mədəniyyət
qalıqlarının
olmasını
C.N.Rüstəmov
və
F.M.Muradova öz tədqiqatlarında əvvəllər də qeyd etmişlər. Lakin
“Qayaarası” düşərgəsinin daş məmulatı içərisindən üst Paleolit
mədəniyyətinə aid qaşovcuq, bıçaq, biz, kəsici, şatelperron tipli
alətlərin qeydə alınması Qobustan ərazisində üst Paleolit
insanlarının yaşamalarını elmi əsaslarla sübuta yetirdi (Cəfərov,
İsmayılov, 2005).
Qobustanın “Qayaarası”düşərgəsinin üst Paleolitə aid olan
əmək alətlərinin əksəriyyəti çaxmaqdaşındandır. Lakin bir neçə
alət dəvəgözü daşından hazırlanmışdır.
C.N.Rüstəmovun
uzunmüddətli
tədqiqatları
zamanı
müəyyən olunmuşdur ki, Qobustanın Daş dövrünə aid
düşərgələrindən olan “Ana zağa”, “Kənizə”, “Öküzlər”, “Firuz”,
“Ceyranlar”, “Qayaarası” və digərlərindən qədim insanlar uzun
239
müddət yaşayış məskəni kimi istifadə etmişlər (Rüstəmov, 1998).
“Kənizə” və “Qayaarası” düşərgələrində qayaarası keçidlər
yonulmamış daş parçaları ilə hörülmüşdür. Daş dövrünə aid
sığınacaqların bəzən qalınlığı bir metrdən artıq olan mədəni
təbəqələrdə çoxlu miqdarda daş məmulatı və ətrafında heyvan
sümükləri atılmış ocaq qalıqlarına rast gəlinmişdir. Sığınacaqların
qaya divarlarında və mədəni təbəqədən olan hörgü və bəzi adi
daşlarda insan və heyvan rəsmlərinə təsadüf olunur.
Qobustanın “Qayaarası” və digər düşərgələrinin daş
məmulatının tədqiqi zamanı müəyyən olunmuşdur ki, bu ərazidə
məskunlaşan qədim insanlar əmək alətləri hazırlamaqda üstünlüyü
keyfiyyətli çaxmaqdaşına, çaydaşılarına və ovlanmış heyvan
sümüklərinə vermişlər. Qobustanın Daş dövrü düşərgələrinin
maddi mədəniyyət qalıqları içərisində tək-tək əhəngdaşından
hazırlanmış alətlər də qeydə alınmışdır. Lakin qədim qobustanlılar
əmək alətləri hazırlamaqla üstünlüyü çaxmaq daşlarına vermişlər.
Məhz bunun nəticəsidir ki, “Qayaarası” düşərgəsinin daş
məmulatı içərisində qeydə alınmış alətlərin 90%- i keyfiyyətli
çaxmaqdaşından hazırlanmışdır.
Qobustan və ona yaxın rayonların ərazisində çaxmaqdaşı
yatağı məlum deyil. C.N.Rüstəmovun qənaətinə görə ola bilsin ki,
Qobustanın qədim sakinləri çaxmaqdaşını konqlomerat çıxıntıları,
çay və dəniz daşları arasından və ya palçıq vulkanları tullantıları
240
içərisindən seçmiş, bəlkə də qonşu vilayətlərdən gətirmişlər
(Rüstəmov, 1998).
Qobustanın “Qayaarası” düşərgəsinin daş məmulatının
tədqiqi zamanı hələlik üst Paleolit mədəniyyətinə 92 ədəd
çaxmaqdaşından və digər daşlardan hazırlanmış alətlər qeydə
alınmışdır. Düşərgənin daş məmulatı içərisində qeydə alınmış 7
ədəd qaşovcuqların hamısı olduqca incə və itiləyici dişəklə
işlənmişdir. Düşərgənin daş məmulatı içərisində qeydə alınmış
Şatelperron tipli alətlərin (6 ədəd) hamısı çaxmaqdaşından
hazırlanmışdır. Alətlərin işlək ağızları itiləyici dişəklə işlənmişlər.
“Qayaarası” düşərgəsinin daş məmulatı içərisindən 54 ədəd
mikrolit
alətlər
qeydə
alınmışdır.
Onların
əksəriyyəti
çaxmaqdaşından hazırlanmışdır.
Düşərgənin daş
məmulatı
içərisindən prizma
və
karandaşvari nüvələr də qeydə alınmışdır.
Qobustanın “Qayaarası” düşərgəsinin daş məmulatının
texniki və tipoloji xüsusiyyətlərinə görə onları üst Paleolit
mədəniyyətinin son inkişaf mərhələsinə aid etmək olar (bax şəkil
158).
Qobustanın aparılmış arxeoloji qazıntılar zamanı aşkar
olunmuş maddi mədəniyyət qalıqları əsasında həm üst Paleolitin
son inkişaf mərhələsinin xüsusiyyətlərini və həmçinin Mezolit
dövrünün ayrı-ayrı mərhələlərini tədqiq etmək mümkündür.
241
Qobustanın “Qayaarası” düşərgəsindən tapılmış əmək alətlərinə
oxşar tiplərə Dağıstanın Çox düşərgəsinin üst Paleolit
mədəniyyətinə aid təbəqəsində rast gəlmək olur (Ə mirxanov,
1977).
Qobustanın “Qayaarası” düşərgəsinin daş məmulatı əsasında
üst Paleolitin sonu və Mezolitə keçid dövründə burada
məskunlaşmış
qədim insanların təsərrüfat həyatını, alət
hazırlanma texnika və tipologiyasını tədqiq etməklə bərabər,
həmin dövrün mənəvi aləmini tədqiq etmək üçün materiallar əldə
olunmuşdur.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir
ki, Mezolitə keçid dövründə Qafqaz və Ön Asiyanın bir çox
Mezolit dövrü abidələrində olduğu kimi, Qobustanın Daş dövrü
düşərgələrinin əmək alətləri də mikrolitik səciyyə daşıyır və ilk
mikrolit alətlər üst Paleolitin son inkişaf mərhələsində meydana
gəlməyə başlayır (Cəfərov, 2004).
Eyni zamanda bu başlıca olaraq həmin dövrdə ox və yayın
geniş yayılması ilə əlaqədardır. Üst Paleolitin sonu, Mezolit
dövrünün əvvəllərindən olduqca iti ucluqlar, kəsici alətlər, deşici
alətlər, müxtəlif tipli qaşovcuqlar, bıçaqlar və digər alətlər bu
dövrdə hazırlanmış səciyyəvi alətlərdir.
Qobustanın Mezolit dövrü üçün iynəvari xırda iti ucluqlar
xarakterik alətlərdir. Belə alətlərin ilkin tiplərinə ”Qayaarası”
Dostları ilə paylaş: |