226
3.
levallua
itiucluları
(50 ədəd);
4.
dişəklənmiş levallua
itiucluları (48 ədəd);
5.
bıçaqlar (9 ədəd);
6.
şatelperron
tipli
alətlər (3 ədəd);
7.
kəsici
alətlər
(5
ədəd);
8.
sadə
birağızlı
qaşovlar (6 ədəd);
9.
limas tipli alətlər (3
ədəd);
10.
üzərində işlək izi
olan lövhələr (24 ədəd).
Qaşovcuqlar ( 13 ədəd). Bunların 8 ədədi çaxmaq, 5
ədədi isə dəvəgözü daşlarından hazırlanmışdır. Alətlər olduqca
incə və itiləyici dişəklə işlənmişdir. Təsvir olunan qaşovcuqların
nümunələri şəkil 76, 1-də göstərilmişdir.
Bizlər (912 ədəd). Tağlar düşərgəsinin II təbəqəsinin daş
məmulatı arasında 12 ədəd biz qeydə alınmışdır. Onların 9 ədədi
çaxmaq, 3 ədədi isə dəvəgözü daşlarından hazırlanmışdır. Təsvir
olunan alətlərin ucları hər iki tərəfdən olduqca incə dişəklə
227
itilənmişdir. Eyni zamanda onlardan əlverişli istifadə etmək üçün
ən yararlı formaya salınmışdır. Təsvir olunan bizlərin nümunələri
şəkil 77, 3, 4-də göstərilmişdir.
Levallua itiucluları (50 ədəd). Onların 13 ədədi çaxmaq,
34 ədədi isə slanes və 3 ədədi isə dəvəgözü daşlarından
hazırlanmışdır. Levallua itiuclularının 7 ədədində zərbə səthi və
zərbə düyünü yaxşı saxlanmışdır. Təsvir olunan levallua
itiuclularının nümunələri şəkil 79, 5, 6, 8-də göstərilmişdir.
Dişəklənmiş levallua itiucluları (48 ədəd). Onların 20
ədədi çaxmaqdaşından, 21 ədədi isə slanes, 7 ədədi isə
dəvəgözündən hazırlanmışdır. Dişəklənmiş levallua itiuclularının
işlək ağızları olduqca incə və itiləyici dişəklə işlənmişdir. Təsvir
olunan alətlərin ucları da olduqca itilənmişdir. Təsvir olunan
alətlərin nümunələri şəkil 76, 2, 10-da göstərilmişdir.
Bıçaqlar (9 ədəd). Onların 6 ədədi çaxmaq, 3 ədədi isə
dəvəgözü daşlarından hazırlanmışdır. Bıçaqların hamısının zərbə
səthi və zərbə düyünü yaxşı saxlanmışdır. Təsvir olunan
bıçaqların 6 ədədinin işlək ağızı nazik itiləyici dişəklə
işlənilmişdir. Təsvir olunan bıçaqların nümunələri şəkil 72, 8, 12-
də göstərilmişdir.
Şatelperron tipli alətlər ( 3 ədəd). O nların üçü də
çaxmaqdaşından hazırlanmışdır. Alətlərin zərbə səthi və zərbə
düyünləri yaxşı saxlanmışdır. Təsvir olunan alətlərin işlək ağızları
228
nazik itiləyici dişəklə işlənmişdir. Şatelperron tipli alətlər əsasən
üst Paleolit dövrünün ilkin inkişaf mərhələsinə aid olunanlardır.
Təsvir olunan alətlərin nümunələri şəkil 76, 10-da göstərilmişdir.
Kəsici alətlər (5 ədəd). Bunların hamısı çaxmaqdaşından
hazırlanmışdır. Təsvir olunan kəsici alətlərin 4 ədədinin zərbə
səthi və zərbə düyünü yaxşı saxlanmışdır. Bir ədədinin isə zərbə
səthi və zərbə düyünü ikinci dəfə işlənmə zamanı və ya iş
prosesində sınmışdır. Alətlərin işlək ağızları nazik itiləyici dişəklə
işlənmişdir.
Sadə bir işlək ağızlı qaşovlar (6 ədəd). Onların 4 ədədi
çaxmaq və 2 ədədi isə slanes daşlarından hazırlanmışdır. Sadə bir
işlək ağızlı qaşovların zərbə səthi və zərbə düyünləri yaxşı
saxlanılmışdır. Təsvir olunan alətlər olduqca incə itiləyici dişəklə
işlənmiş və sonuncu xüsusiyyətlərinə görə qaşovcuqları xatırlayır.
Təsvir olunan alətlərin nümunələri şəkil 77, 12, 16-da
göstərilmişdir.
Limas tipli alətlər (3 ədəd). Maraqlıdır ki, limas tipli
alətlərin hamısı dəvəgözü daşından hazırlanmışdır. Görünür ki,
qədim Tağlar düşərgəsində məskunlaşan sakinlər limas tipli alətlər
hazırlamaqda üsyünlüyü dəvəgözü daşına vermişlər. Çünki bu
daşdan istənilən formada əmək aləti hazırlamaq daha əlverişlidir.
Təsvir olunan limas tipli alətlərin işlək ağızları incə dişəklə
229
işlənmişdir. Alətlərin birinin hər iki ucu olduqca itilənmişdir.
Təsvir olunan alətlərin nümunələri şəkil 76, 3, 4-də göstərilmişdir.
Üzərində işlək izi olan lövhələr (24 ədəd). Onların 9 ədədi
slanes, 8 ədədi çaxmaq, 7 ədədi isə dəvəgözü daşlarından
hazırlanmışdır. Təsvir olunan lövhələrin işlək ağızlarında tək-tək
dişək nəzərə çarpır. Tağların qədim sakinləri qeydə alınmış
lövhələrdən iş prosesində istifadə etmiş və ona görə də onların
işlək ağızlarında qopuq və əzilmələr aydın görünür. Təsvir olunan
lövhələrin nümunələri şəkil 78-də göstərilmişdir.
Cədvəldən aydın olur ki, Tağlar düşərgəsinin II
təbəqəsinin üst Paleolit mədəniyyətinə aid əmək alətləri içərisində
əsas yeri levallua itiucluları, qaşovcuqlar, bizlər, bıçaqlar və kəsici
alətlər tutur.
Damcılı paleolit düşərgəsinin daş məmulatı içərisindən üst
Paleolitə aid maddi mədəniyyət qalıqları – nüvələr, qaşovcuqlar,
bizlər, kəsicilər, bıçaqlar və digər alətlər qeydə alınmışdır.
Birinci işlənmə. Damcılı düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı 37 ədəd nüvə qeydə alınmışdır. Qeydə alınmış
nüvələrin 20-si çaxmaq, 15- i slanes, 2-si isə dəvəgözü daşından
hazırlanmışdır. Nüvələrin içərisindən üst Paleolit mədəniyyəti
üçün xarakterik olan 13 ədəd nüvə qeydə alınmışdır. Onlar
aşağıdakı qruplara ayırmaq olar:
Dostları ilə paylaş: |