213
Dişəklənmiş levallua itiucluları (206 ədəd). Əmək alətləri
içərisində ən maraqlı və diqqəti cəlb edən alətlərdən biridir. Təsvir
olunan
alətlər
əsasən çaxmaq
və slanes daşlarından
hazırlanmışdır. Alətlərin işlək ağızları və ucluqları incə
dişəklənmişdir. Dəstək hissələrinin bəziləri kiçik qopuqlarla
nazildilmişdir. Təsvir olunan dişəklənmiş levallua itiuclularının
nümunələri 83 və 87-ci şəkillərdə göstərilmişdir.
Mustye itiucluları (166 ədəd). Alətlərin texniki hazırlanma
üsulları əsasən levallua itiuclularının hazırlanma üsulu əsasında
olmuşdur. Lakin levallua itiuclularına nisbətən, mustye itiucluları
nisbətən qısa, qalın, enli lövhə və qəlpələr üzərində hazırlanmışdır
(şəkil 88; 102).
Tağlar düşərgəsində aşkar olunmuş mustye itiucluları
üzərində ikinci dəfə işlənmə əməliyyatı əsasən yanvari, hündür,
yarım hündür və bəzən də dik dişəklə aparılmışdır. Bir neçə
mustye itiuclusu subparalel dişəklə işlənmişdir (şəkil 88, 2, 3).
Mustye itiuclularının əksəriyyəti birinci və ikinci qoparma üsulu
ilə hazırlanmışdır. Eyni zamanda bir neçə mustye itiuclusunun
dəstək hissəsi nazik qopuqlarla işlənmiş və bu da alətin iş
prosesində əlverişli istifadə etməyə imkan yaratmışdır. Tipoloji
cəhətcə Tağlar düşərgəsindən aşkar olunmuş mustye itiuclularını
bir neçə qrupa bölmək olar (Cəfərov, 1999).
214
Tağlar düşərgəsinin V və VI təbəqələrindən tapılmış mustye
itiucluları II-IV təbəqələrdən aşkar olunanlara nisbətən qalın və
enlidir. Təsvir olunan mustye itiuclularının nümunələri şəkil 100
və 102-də göstərilmişdir.
Limaslar (10 ədəd). Düşərgədən tapılmış 10 ədəd limasdan
8 ədədi dəvəgözü daşından hazırlanmışdır. Görünür düşərgənin
qədim sakinləri limas tipli alətlər hazırlayarkən üstünlüyü
dəvəgözü daşına vermişlər. 2 ədəd limas isə çaxmaqdaşı üzərində
hazırlanmışdır. Limaslar əsasən qalın və qısa lövhələr üzərində
hazırlanmışdır. Təsvir olunan alətlərin nümunələri şəkil 76, 2 və
3-də göstərilmişdir.
Sadə bir işlək ağızlı qaşovlar (247 ədəd). Tağlar
düşərgəsinin əmək alətləri içərisində II yeri qaşov tipli alətlər
tutur. Qaşov tipli alətlərin əksəriyyəti levallua lövhələri üzərində
hazırlanmışdır.
Tipoloji cəhətcə sadə bir işlək ağızlı qaşovları üç qrupa
ayırmaq olar: 1) düz ağızlı; 2) batıq ağızlı; 3) qabarıq ağızlı
qaşovlar. Təsvir olunan alətlərin nümunələri şəkil 80 və 95-də
göstərilmişdir.
Iki işlək ağızlı qaşovlar (52 ədəd). Alətlərin əksəriyyəti
çaxmaqdaşından hazırlanmışdır. Təsvir olunan iki işlək ağızlı
qaşovları aşağıdakı qruplara ayırmaq olar: düz ağızlı (59 ədəd),
qabarıq ağızlı (38 ədəd), batıq ağızlı (10 ədəd), qabarıq-batıq işlək
215
(16 ədəd) və iki qabarıq ağızlı qaşovlar (29 ədəd). Təsvir olunan
alətlərin nümunələri şəkil 80, 2, 3; 91, 5; 92, 6-7-də göstərilmişdir.
Konvergent qaşovlar (22 ədəd). Qaşov tipli alətlər
içərisində xüsusi yer tutur və hazırlanma texnikasına və
tipologiyasına əsasən ayrıca tip kimi müəyyən olunur.
Itiuclulardan fərqli olaraq, konvergent qaşovların işlək ağızlarının
nisbətən, küt, ucluq hissələrinin isə nisbətən qabarıq olması ilə
fərqlənir. Təsvir olunan alətlərin nümunələri şəkil 103, 5-də
göstərilmişdir.
Künclü qaşovlar (58 ədəd). Bu tip alətlərin xüsusiyyətləri
iki işlək ağızların küncdə birləşməsindən ibarətdir. Təsvir olunan
alətlərin əksəriyyəti çaxmaqdaşından hazırlanmışdır. Tağlar
düşərgəsinin bütün təbəqələrindən künclü qaşovlar qeydə
alınmışdır (şəkil 91, 6; 92, 4, 5).
Tağlar tipli əmək alətləri (16 ədəd). Tağlar orta Paleolit
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmış
daş məmulatı içərisində yeni daş alətlər müəyyən olunmuş və
həmin alətlərə Tağlar tipli əmək alətləri verilmişdir. Ona görə də
yeni müəyyən olunmuş alətlər texniki və tipoloji cəhətcə xüsusi
tədqiq olunmuşdur. Maraqlıdır ki, təsvir olunan alətlərin
əksəriyyəti dəvəgözü daşından hazırlanmışdır. Tağlar tipli əmək
alətlərinin bir neçə işlək ağızları vardır. Ikinci bir cəhət də diqqəti
cəlb edir. Bu da onun dəstək hissəsindən nazildici dişəklər
216
qoparılmışdır (şəkil 89, 6; 91, 1, 2; 93, 4, 54 103, 1; 104, 3).
Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin üçüncü təbəqəsindən də
bir neçə ədəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır.
Təsvir olunan əmək alətlərindən başqa düşərgənin daş
məmulatı içərisində qaşovcuqlar (17 ədəd), bizlər (3 ədəd),
kəsicilər (3 ədəd), tipik və atipik bıçaqlar (22 ədəd), gəzli alətlər
(6 ədəd), dişli alətlər (14 ədəd) və qeyri- müəyyən alətlər (8 ədəd)
qeydə alınmışdır.
Yaxın Şərq və Qafqaz ərazisində Tağlar paleolit düşərgəsi
yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli
inkişafını və yeni-yeni əmək alətlərinin meydana gəlməsi
xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Aydındır ki,
əmək alətləri öz-özlüyündə inkişaf edə bilməzdi. Bu inkişaf
insanların özünün təkamülünün təzahürü olmuşdur. Məhz ona
görə də əmək alətlərinin inkişaf tarixi insan cəmiyyətinin, insanın
özünün inkişaf tarixi deməkdir (Cəfərov, 1999, 2004).
Tağlar paleolit düşərgəsində kompleks şəkildə elmi tədqiqat
işləri aparılmışdır. Burada arxeoloqlarla yanaşı, paleontoloqlar,
paleogeoloqlar, paleocoğraflar, paleobotaniklər və başqa elm
sahəsinin mütəxəssisləri tədqiqat işləri aparmışlar. Bu tədqiqatlar
nəticəsində düşərgə ətrafının və ətraf ərazilərin erkən Xvalın
əsrindəki təbii iqlim şəraiti müəyyən olunmuşdur. Həmin dövrdə
Kiçik Qafqazın cənub-şərq hissəsində bütün müasir landşaft
Dostları ilə paylaş: |