201
heyvan sümüklərindən düzəldirlər (Lümley, 1969, 1998;
Qriqoryev, 1971, 1988).
Mustye mədəniyyəti dövründə də qədim insanların əsas
məşğuliyyəti ovçuluq və yığıcılıqdan ibarət olmuşdur.
Aparılan
arxeoloji
qazıntılar
zamanı
Mustye
mədəniyyətinə aid olan düşərgələrdən neandertal tipli insanların
qəbirləri aşkar olunmuşdur. Ilk dəfə neandertal tipli insanın sümük
qalıqları Almaniyanın Neandertal kəndi ərazisində olan
düşərgədən tapıldığı üçün həmin insan tapıntısına neandertal
adamı adı verilmişdir. Aparılan elmi araşdırmalar zamanı
müəyyən olunmuşdur ki, Mustye mədəniyyəti zamanı nendertal
tipli insanların həyatında dəfn mərasimi olmuş və eyni zamanda
həmin insanlarda bəzi dini görüşlər formalaşmağa başlamışdır. Bu
fikirlərimizi
mustye
mağara
düşərgələrindən
tapılmış
paleoantropoloji tapıntılar da təsdiq edir (Lübin, 1977, 1988,
1998; Lümley, 1998).
Qafqaz və Yaxın Şərq ölkələri ərazisində Mustye
mədəniyyətinə aid ən zəngin maddi mədəniyyət nümunələri
Tağlar və Azıx düşərgəsinin III təbəqəsindən aşkar olunmuşdur
(Hüseynov, 1985; Cəfərov, 1999).
Çoxtəbəqəli Azıx düşərgəsinin III təbəqəsindən tapılmış
daş məmulatının 1786 ədədi slanes, 1293 ədədi çaxmaq və 14
ədədi isə dəvəgözü daşından hazırlanmışdır.
202
Düşərgənin III təbəqəsinin daş məmulatı içərisində 18
ədəd çaydaşı qeydə alınmışdır.
Azıx düşərgəsinin Mustye mədəniyyətinə aid təbəqəsindən
daş məmulatı içərisində 63 ədəd nüvə və 33 nüvə qırıqları qeydə
alınmışdır.
Nüvələr (63 ədəd).
Azıx düşərgəsinin Mustye
mədəniyyətinə aid olan təbəqəsindən tapılmış nüvələrin 31 ədədi
slanes, 28 ədədi çaxmaq və 4 ədədi isə dəvəgözü daşından
hazırlanmışdır. Tipoloji cəhətcə nüvələr diskşəkilli, birzərbəsəthli,
ikizərbəsəthli və levallua nüvələrinə bölünür. Düşərgənin III
təbəqəsindən tapılmış nüvələrin nümunələri 63 və 65-ci şəkildə
göstərilmişdir. Qeyd etmək lazımdır ki, Mustye mədəniyyətinə aid
təbəqədən tapılmış nüvələr qalıq nüvələrdən ibarətdir. Onların
üzlərindən çoxlu qəlpə və lövhələr qoparılmışdır.
Azıx düşərgəsinin III təbəqəsindən tapılmış əmək alətlərini
aşağıdakı tiplərə ayırmaq olur:
1.
tipik levallua qəlpələri (39 ədəd);
2.
atipik levallua qəlpələri (17 ədəd);
3.
levallua itiucluları (68 ədəd);
4.
dişəklənmiş levallua itiuclular (36 ədəd);
5.
psevdolevallua itiucluları (12 ədəd);
6.
mustye itiuclular (16 ədəd);
7.
sadə bir ağızlı qaşovlar (23 ədəd);
203
8.
sadə bir ağızlı qabarıq qaşovlar (27 ədəd);
9.
sadə bir ağızlı batıq ağızlı qaşovlar (19 ədəd);
10.
iki düz işlək ağızlı qaşovlar (18 ədəd);
11.
iki düz işlək ağızlı batıq qaşovlar (9 ədəd);
12.
iki işlək ağızlı qabarıq qaşovlar (6 ədəd);
13.
iki işlək ağızlı batıq-qabarıq qaşovlar (7 ədəd);
14.
konvergent qaşovlar (7 ədəd);
15.
künclü qaşovlar (14 ədəd);
16.
Tağlar tipli qaşovlar (4 ədəd);
17.
enli qaşovlar (16 ədəd);
18.
əl çapacaqları (2 ədəd);
19.
kobud çapma aləti (1 ədəd);
20.
kiçikölçülü alətlər (55 ədəd).
Azıx düşərgəsinin Mustye mədəniyyətinə aid təbəqəsindən
tapılmış daş məmulatının zənginliyi burada qədim insanların
daimi və uzun müddət yaşadıqlarını göstərir. Eyni zamanda
mağara sakinləri əmək alətlərinin bir hissəsini mağaranın özündə,
digər hissəsini isə düşərgədən kənarda hazırlamışdır (Hüseynov,
1985, 1986; Cəfərov, 1994, 1999).
Maraqlıdır ki, Azıx düşərgəsinin qədim, orta və son Aşel
dövrlərinə aid olan təbəqələrdən bir ədəd də olsun dəvəgözü
daşından hazırlanmış əmək aləti qeydə alınmamışdır. Deməli,
qədim Azıx sakinləri dəvəgözü daşı ilə ilk dəfə 120-100 min il
204
bundan əvvəl – Mustye mədəniyyətinin başlanğıcında tanış olmuş
və ondan özləri üçün əmək alətləri hazırlamağa başlamışlar. Bu
heç də təsadüfi olmamışdır. Qədim Azıx sakinləri təcrübədə
görmüşlər ki, dəvəgözü və çaxmaqdaşından istənilən formada
əmək alətləri hazırlamaq olur və ona görə də alət hazırlamaqda
üstünlüyü çaxmaq və dəvəgözü daşlarına vermişlər.
Azıx mustye düşərgəsinin daş məmulatının elmi təhlili
göstərir ki, mağara sakinləri əmək alətlərinin bir hissəsini
mağaranın özündə, digər hissələrini isə düşərgədən kənarda, yəni
Quruçay dərəsində hazırlamış və sonralar düşərgəyə gətirib həmin
alətlərdən istifadə etmişlər. Eyni zamanda Mustye mədəniyyəti
dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi
yaşamışlar. Mustye mədəniyyəti dövründə qədim Azıx
sakinlərinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıqdan ibarət
olmuşdur (Hüseynov, 1975, 1985, 1986; Cəfərov, 1983, 1999).
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, çaxmaqdaşı
Azərbaycan Respublikasının Qarabağ ərazisində, dəvəgözü daşı
isə Kəlbəcər rayonu ərazisində və Göyçə gölü ətrafında daha çox
yayılmışdır. Mustye mədəniyyəti dövründə daşdan əmək alətləri
hazırlamaq üçün xammal toplamaqla xüsusi insanlar qrupu
məşğul olurdu. Digər insan qrupu isə düşərgələrə gətirilmiş
çaydaşılarından əmək alətləri hazırlamaqla məşğul olurdular. Ona
görə də daimi yaşayış yeri olan düşərgələrdə arxeoloji qazıntılar
Dostları ilə paylaş: |