234
levallua itiuclularının 3 ədədi I qoparma yolu ilə, 5 ədədi isə II
qoparma üsulu ilə hazırlanmışdır.
Dişəklənmiş levallua itiucluları (5 ədəd). Alətlərin 3 ədədi
çaxmaq, 1 ədədi slanes və 1 ədədi isə dəvəgözü daşlarından
hazırlanmışdır. Dişəklənmiş levallua itiuclularının zərbə səthi və
zərbə düyünləri yaxşı saxlanmışdır. Alətlərin işlək ağızları
olduqca incə və itiləyici dişəklə işlənmişdir. Tağlar düşərgəsinin
üst Paleolitə aid olan daş məmulatı içərisindən də Damcılıda
qeydə alınmış dişəklənmiş levallua itiuclularına bənzər alətlər
müəyyən edilmişdir. Işlək ağızları olduqca incə və itiləyici dişəklə
işlənmiş itiuclular Yaxın Şərq və Qafqazın üst Paleolit
mədəniyyətinə aid düşərgələrindən də qeydə alınmışdır. Üst
Paleolitə aid düşərgələrdən qeydə alınmış levallua itiucluları
olduqca incə hazırlanmışdır. Təsvir olunan alətlərin nümunələri
şəkil 106, 5-də göstərilmişdir.
Ucluqlar (4 ədəd). Onların 3 ədədi çaxmaq, biri isə
dəvəgözü daşından hazırlanmışdır.
Alətlərin 4- nün zərbə səthi və zərbə düyünü ikinci dəfə
işlənmə zamanı qoparılmışdır. Ucluqların özək hissəsi dəstəkə
birləşdirilib istifadə olunmaq üçün əlverişli formaya salınmışdır.
Üst paleolit düşərgələrinin daş məmulatı içərisindən tez-tez
ucluqlara və saplaqlı alətlərə rast gəlmək olur. Üst paleolitdə
məskunlaşmış insanların şüurunun və təfəkkürünün inkişafı ilə
235
əlaqədar olaraq əmək alətləri olduqca təkmilləşmiş və yeni-yeni
əmək alətləri hazırlanmağa başlanmışdır. Sonuncu qeyd olunan
əlamətləri Tağlar düşərgəsinin II təbəqəsinin daş alətlərində və
Damcılının üst Paleolitə aid qeydə alınmış alətlərdə izləmək olur.
Təsvir təsvir olunan ucluqların nümunələri şəkil 107, 5-də
göstərilmişdir.
Üzərində ikinci işlənmə izi olan lövhələr (28 ədəd). Onların
12 ədədi çaxmaq, 10 ədədi dəvəgözü, 6 ədədi isə slanes
daşlarından
hazırlanmışdır.
Təsvir
olunan
lövhələrin
əksəriyyətinin üzərində zərbə səthi və zərbə düyünü yaxşı
saxlanmışdır. Damcılı düşərgəsinin üst Paleolitə aid daş məmulatı
içərisindən qeydə alınmış lövhələrin işlək ağızları olduqca incə
dişəklə işlənmişdir. Bəzi lövhələrdə isə incə dişək əvəzinə iş
prosesində əmələ gəlmiş qopuqlar nəzərə çarpır. Təsvir olunan
lövhələrin nümunələri şəkil 108, 6, 7-də göstərilmişdir. Damcılı
düşərgəsinin daş məmulatının texniki-tipoloji tədqiqi zamanı üst
Paleolitə aid müəyyən olunmuş əmək alətləri düşərgədə sakin olan
qədim insanların məşğuliyyəti və həmçinin alət hazırlamasının
ayrı-ayrı inkişaf xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
Eyni zamanda ərazinin heyvanat aləmini də düşərgədən tapılmış
fauna qalıqları əsasında müəyyən etmək mümkün olmuşdur.
Damcılı düşərgəsindən üst Paleolitə aid qeydə alınmış əmək
alətlərinə oxşar alətlər Tağlar düşərgəsinin II təbəqəsindən,
236
Kəlbəcərin Zar ərazisindən, Qafqazın Çox, Taro-Klde, Sakajiya,
Devis-Hveri, Qvardcilas-Klde, Yaxın Şərqin Varvasi, Hayonim,
Kebara, Kzar-Akil və digər üst Paleolitə aid düşərgələrindən
qeydə
alınaraq arxeoloqlar tərəfindən tədqiq edilmişdir
(Mənsurov, 1990; Nioradze, 1991; Əmirxanov, 1977; Kotoviç,
1974).
Cədvəldən göründüyü kimi, Damcılı düşərgəsinin daş
məmulatı içərisində üst Paleolit mədəniyyətinə aid alətlər
içərisində əsas yeri qaşovcuqlar, bizlər, kəsicilər, şatelperron tipli
alətlər, levallua itiucluları və ucluqlar tutur.
Qobustanda üst Paleolit mədəniyyəti
1965-ci ildən başlanmış 2001-ci ilə qədər Qobustanda
aparılan arxeoloji tədqiqatlar zamanı üst Paleolit, Mezolit, Neolit,
Eneolit, Tunc və Orta əsrlərə aid çoxtəbəqəli düşərgələr qeydə
alınmış və tədqiq olunmuşdur (Cəfərzadə, 1973, Rüstəmov, 1994,
Rüstəmov, Muradova, 2003).
Qobustanın Böyükdaş dağında “Ovçular zağası”, IV daşaltı
sığınacaq, “Ana zağa”, “Kənizə”, “Öküzlər”, “Öküzlər-2”,
“Maral”, “Daşaltı”, “Böyükdaş”, “Dairə”, Kiçikdaş dağında
“Ceyranlar”, “Firuz”, “Firuz-2”, “Qayaarası”, “Qayaarası-2”,
Şonqar ərazisində
“Şonqar”,
“Daşaltı”
sığınacaqlarında,
237
Yazılıtəpədə orta əsr məbəd yeri və 40-dan çox kurqan tipli və iki
Daş dövrü qəbir abidəsi qazıntılarla tədqiq olunmuşdur
(Rüstəmov, 1994, 2003).
C.N.Rüstəmov və F.M.Muradovanın Qobustanda apardıqları
elmi tədqiqatlar zamanı ilk dəfə olaraq müəyyən edilmişdir ki, bu
ərazidə qədim insanların məskunlaşmağa başlamaları üst Paleolit
mədəniyyətindən başlanır (Rüstəmov, Muradova, 2003). Bu
baxımdan Qobustanın Kiçikdaş ərazisində yerləşən “Qayaarası”
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı tapılmış daş
məmulatı içərisindən üst Paleolitə aid əmək alətlərinin qeydə
alınması xüsusi əhəmiyyət kəsb edir (bax şəkil 158-159).
C.N.Rüstəmov və F.M.Muradova 1981, 1982, 1984 və
1986-cı
illərdə Qobustanın Kiçikdaş ərazisində yerləşən
“Qayaarası” düşərgəsində arxeoloji qazıntı işləri aparmış və
zəngin maddi mədəniyyət qalıqları aşkar etmişlər. “Qayaarası”
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada
çöküntünün 3 m-ə yaxın olması müəyyən edilmişdir (Rüstəmov,
2003). Düşərgədə aparılmış arxeoloji qazıntılar zamanı Daş
dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid alətlər qeydə
alınmışdır. “Qayaarası” düşərgəsinin ən aşağı təbəqəsinin daş
məmulatı içərisində üst Paleolitə aid alətlər müəyyən edilmişdir.
Düşərgədən müəyyən edilmiş üst Paleolitə aid alətləri aşağıdakı
qruplara ayırmaq olur:
Dostları ilə paylaş: |