217
qurşaqları mövcud olmuşdur. Lakin onların sərhədləri indikindən
alçaqda,
dəniz səviyyəsindən 800-1000 m yüksəklikdə
yerləşmişdir. Bu da qeyd olunan dövrdə iqlimin çox soyuq olması
ilə əlaqədardır. Ərazinin iqlimi istiləşmə və soyuqlaşma
istiqamətində inkişaf etmişdir. Iqlimin bu inkişaf fonunda üç nisbi
istiləşmə fazası: birinci 64-63 min il, ikincisi 58 min il, üçüncüsü
isə 50 min il müəyyən olunur. Bu, Qərbi Avropanın Vyurm
buzlaşma dövründə qeydə alınmış broyurun, odderade və
mojershofd isti fazaları ilə müqayisə olunur. Düşərgənin
kompleks tədqiqi ilə M.Hüseynov, D.Hacıyev, Ə.Cəfərov,
Ə.Məmmədov, N.Şirinov, A.Veliçko, S.Əliyev, M.Süleymanov
və başqa alimlər məşğul olmuşlar (Məmmədov və b., 1983;
Süleymanov, 1982).
Aparılan kompleks elmi tədqiqat işləri nəticəsində Tağlar
orta Paleolit düşərgəsində qədim insanların 120 min il bundan
əvvəl başlayaraq 35 min ilə qədər yaşadıqları müəyyən
olunmuşdur. Eyni zamanda Yaxın Şərq ərazisində Tağlar
düşərgəsinin əsas arxeoloji mədəniyyət mərkəzi olması və
Tağlarda hazırlanmış əmək alətlərinin hələ Mustye mədəniyyəti
dövründə Yaxın Şərq ölkələri ərazisində yayılması müəyyən
olunmuşdur (Cəfərov, 1999, 2004).
218
DaĢsalahlı orta Paleolit düĢərgəsi
1958-ci ilin yay fəslində Azərbaycan Respublikası Elmlər
Akademiyası Tarix İnstitutunun M.Hüseynovun rəhbərliyi altında
Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu
ərazisində
apardıqları arxeoloji kəşfiyyat işləri zamanı Daşsalahlı mağarasını
qeydə almışdır. Qeydə alınmış düşərgə Qazax rayonunun
Daşsalahlı kəndi yaxınlığında olduğu üçün ona Daşsalahlı
mağarası adı verilmişdir (Hüseynov, 1959). Mağaranın eni 5-6 m,
uzunluğu isə 17 m-ə bərabərdir. Müşahidələr zamanı müəyyən
edilmişdir ki, qədim dövrdə mağara daha böyük olmuşdur.
Sonralar onun qabaq hissəsi uçmuşdur.
1958-1959-cu illərdə Daşsalahlı mağarasında arxeoloji
qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı düşərgənin
çöküntülərində bir mədəni təbəqə qeydə alınmışdır. Arxeoloji
tədqiqatlar zamanı düşərgədən 326 ədəd daş məmulatı və
ovlanmış heyvan sümükləri aşkar olunmuşdur (Hüseynov, 1975).
Daşsalahlı mağarasının daş məmulatı arasında nüvələr,
itiuclu alətlər, sadə bir ağızlı qaşovlar, künclü qaşovlar, iki işlək
ağızlı qaşovlar, dişli-gəzli alətlər, qəlpələr, lövhələr və az da olsa
istehsal tullantıları qeydə alınmışdır.
Nüvələr əsasən diskşəkillidir. Düşərgənin daş məmulatı
əsasən çaxmaq, yaşma, roqovik, andezit, slanes və dəvəgözü
219
daşlarından hazırlanmışlar. Maraqlıdır ki, daş məmulatının 5%-i
dəvəgözü daşından hazırlanmış məmulat təşkil edir.
Düşərgənin daş məmulatı levallua və qeyri-levallua
texnikası əsasında hazırlanmışdır. Lakin levallua texnikası
əsasında hazırlanmış daş məmulatı içərisində çoxluq təşkil edir
(şəkil 105).
Daşsalahlı düşərgəsinin əmək alətləri içərisində əsas yeri
qaşov tipli alətlər və itiucluları tutur (Hüseynov, Cəfərov, 1982).
Düşərgədən tapılmış daş məmulatının texniki və tipoloji
tədqiqi əmək alətlərinin əsasən düşərgədə hazırlandığını və
paleolit ovçularının bu abidədə daimi yaşadıqlarını söyləməyə
əsas verir.
Qazma paleolit düĢərgəsi
1983-cü ildə Paleolit arxeoloji ekspedisiyası Naxçıvan
Muxtar Respublikası ərazisində kəşfiyyat işləri zamanı Qazma
düşərgəsini qeydə almışdır. Qazma mağarası Naxçıvan MR Şərur
rayonu ərazisində olub, Tənənəm kəndi yaxınlığında, Araz və
Arpa çaylarının sol sahilində yerləşir (şəkil 109), (Cəfərov,
1992). Qazma düşərgəsi Araz çayından 17 km aralıda yerləşir.
Mağara tunel formalı olub, kars mağarasından ibarətdir.
Mağaranın içərisi torpaq çöküntüsü ilə örtülmüşdür. Giriş hissədə
220
mağaranın eni 8 m-ə, hündürlüyü isə 2-3 m-ə çatır. Bir neçə metr
içəriyə getdikdən sonra giriş yolu daralır və mağaranın salonu
başlanır. Mağara bir salondan ibarətdir (şəkil 110).
1987-1990-cı illərin yay mövsümlərində Ə.Q.Cəfərovun
rəhbərliyi altında Qazma mağarasında arxeoloji qazıntı işləri
aparılmışdır (Cəfərov, 1992, 1999).
Qazma düĢərgəsinin daĢ məmulatı
1987-1990-cı illərdə Qazma mağarasında aparılan arxeoloji
qazıntılar zamanı düşərgənin IV-VI təbəqələrindən sümük
məmulatı ilə yanaşı, daş məmulatı da tapılmışdır. 1983-cü ilin
kəşfiyyat qazıntısı da daxil olmaqla Qazma mağarasından 724
ədəd daş məmulatı aşkar olunmuşdur. Daş məmulatının 92,7 faizi
dəvəgözü daşından hazırlanmışdır. Bu, düşərgənin yaxınlığında
yerləşən Araz və Arpa çayları vadilərində dəvəgözü daşının
zəngin olması ilə əlaqədar olmuşdur. Hazırda da həmin çay
vadilərində dəvəgözü daşı vardır. Daş məmulatı içərisində çaxmaq
və slanes daşlarından hazırlanmış alətlər də qeydə alınmışdır.
Düşərgənin daş məmulatı içərisində 37 ədəd çaxmaqdaşından və
12 ədəd isə slanes daşından hazırlanmışdır. Qazma mağarasında
qeydə alınmış daş məmulatı bir xammal kimi onun yaxınlığında
toplanıb düşərgəyə gətirilmişdir (Cəfərov, 1992, 1999, 2004).
Dostları ilə paylaş: |