209
Tağlar düşərgəsinin daş məmulatı içərisində əmək alətləri,
istehsal tullantıları və nüvələr əsas yer tutur. Daş məmulatının
elmi təhlili göstərir ki, Tağlar mağarasının qədim sakinləri əmək
alətlərini əsasən düşərgədə hazırlamışlar. Çünki istehsal
tullantıları düşərgənin daş məmulatı içərisində çoxluq təşkil edir.
Maraqlıdır ki, Tağlar düşərgəsinin əmək alətləri içərisində əsas
yeri levallua, mustye itiucluları və qaşov tipli alətlər tutur.
Qafqaz və Yaxın Şərq paleolit düşərgələri içərisində Tağlar
mustye düşərgəsi yeganə abidədir ki, buradan tapılan əmək
alətləri olduqca zəngin tarixə malik olmaqla bərabər, yeni-yeni
əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənməyə
geniş imkanlar yaradır (Cəfərov, 1999, 2004, 2006, 2007).
Tağlar düşərgəsindən tapılmış daş məmulatının texniki-
tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni tipli əmək
alətləri qeydə alınmış və onlara Tağlar tipli əmək alətləri adı
verilmişdir. Həmin əmək alətləri olduqca zərif hazırlanmış və
bir neçə işlək ağıza malikdir. Həmin alətlərin 7 ədədi çaxmaq, 5
ədədi isə dəvəgözü daşından hazırlanmışlar (şəkil 89, 6; 91, 1-2;
93, 4-5). Maraqlıdır ki, Azıx paleolit düşərgəsinin III təbəqəsinin
daş məmulatı içərisindən də bir neçə Tağlar tipli əmək alətləri
qeydə alınmışdır (Cəfərov, 1999, 2004).
Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı ən
maraqlı tapıntılardan biri də düşərgədə çoxlu ocaq laylarının
210
qeydə alınmasıdır. Bu göstərir ki, Tağlar düşərgəsində Mustye
mədəniyyəti dövründə sakin olan neandertal tipli insanların
həyatında ocaq mühüm rol oynamışdır. Maraqlıdır ki,
düşərgədən tapılmış sümük məmulatının əksəriyyəti ocaqda
yandırılmışdır. Bu düşərgə sakinlərinin ovladıqları heyvanların
ətlərini ocaqda bişirdiklərini göstərir.
Tağlar düşərgəsinin daş məmulatının texniki və tipoloji
tədqiqi zamanı düşərgənin özünəməxsus xüsusiyyətləri müəyyən
olunmuşdur (Cəfərov, 1999).
Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı 8 mindən artıq daş məmulatı tapılmışdır.
Maraqlıdır ki, düşərgədən aşkar olunmuş daş məmulatının 90%-
dən çoxu çaxmaq və slanes daşlarından hazırlanmışdır. Bu,
düşərgənin yaxınlığında qeyd olunan daşların əsas mənbələrin
olduğunu göstərir (Məmmədov, Süleymanov, 1982, 1998).
Tağlar düşərgəsinin daş məmulatı içərisində 95 ədəd
nukleus (nüvə) qeydə alınmışdır. Tipoloji cəhətdən nukleuslar
içərisində əsasən diskşəkillilər çoxluq təşkil edir (45 ədəd).
Daş məmulatının texniki xüsusiyyətlərinin tədqiqi burada
levallua texnikasının mühüm yer tutduğunu göstərir. Maraqlıdır
ki, Tağlar düşərgəsinin daş məmulatı içərisində müəyyən
olunmuş 5763 ədəd hazırlıq materialı daşların 1585 ədədi
levallua texnikası əsasında hazırlanmışdır. Tağlar düşərgəsinin
211
daş məmulatının təbəqələr üzrə tədqiqi zamanı müəyyən
olunmuşdur ki, təbəqələrin levallua indeksi 44,6 ilə 46,2
arasındadır. Bu da düşərgədə hazırlanmış daş alətlərin əsasən
levallua texnikası əsasında hazırlanmasını söyləməyə imkan
verir (Cəfərov, 1978, 1983, 1999).
Tağlar paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar
zamanı aşkar olunmuş daş məmulatını aşağıdakı qruplara
ayırmaq olar:
1.
nukleuslar;
2.
levallua itiucluları;
3.
levallua qəlpələri;
4.
dişəklənmiş levallua itiucluları;
5.
mustye itiucluları;
6.
limas tipli alətlər;
7.
sadə bir işlək ağızlı qaşovlar;
8.
iki işlək ağızlı qaşovlar;
9.
konvergent qaşovlar;
10.
künclü qaşovlar;
11.
enli qaşovlar;
12.
əks dişəkli qaşovlar;
13.
Tağlar tipli qaşovlar;
14.
qaşovcuqlar;
15.
kəsicilər;
212
16.
bizlər;
17.
gəzli alətlər;
18.
dişli alətlər.
Qeyd olunan alətlərdən başqa Tağlar düşərgəsinin daş
məmulatı içərisində dişəksiz lövhələr, qəlpələr və çoxlu istehsal
tullantıları aşkar olunmuşdur.
Nüvələr. Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı 95 ədəd nüvə tapılmışdır. Onların əksəriyyəti çaxmaq və
slanes daşlarından hazırlanmışdır. Düşərgədən aşkar olunmuş
nüvələr mağara sakinlərinin əmək alətləri hazırlaması texnikası
haqqında elmi məlumatlar əldə etməyə imkan verir. Tipoloji
cəhətcə nüvələri bir neçə qrupa ayırmaq olar: diskşəkilli, bir neçə
səthli, iki səthli və prizma şəkilli. Maraqlıdır ki, nüvələr içərisində
əsas yeri diskşəkillilər tutur. Onların sayı 45 ədəddir. Təsvir
olunan nüvələrin nümunələri 75-ci şəkildə göstərilmişdir.
Levallua itiucluları. Tağlar paleolit düşərgəsində aparılan
arxeoloji qazıntı işləri zamanı 242 ədəd levallua itiucluları
tapılmışdır. Onların əksəriyyəti slanes və çaxmaqdaşılarından
hazırlanmışdır. Levallua itiuclularının əksəriyyətinin zərbə
səthləri ikitillidir. Tağlar düşərgəsinin levallua itiucluları əsasən
birinci və ikinci qoparma üsulu ilə hazırlanmışdır. Təsvir olunan
alətlərin nümunələri 79-cu şəkildə göstərilmişdir.
Dostları ilə paylaş: |