192
sürmək olar ki, Azərbaycan və Qafqaz dağlarında yaşamış Aşel
dövrü adamları azıxantrop tipli insanlar olmuşlar.
Dünya alimlərini uzun müddət ibtidai adamların fiziki tipi
düşündürmüş və bu sahədə elmi tədqiqat işləri aparmışlar.
Dünyanın müxtəlif ölkələri ərazisində aparılan arxeoloji
tədqiqatlar işləri nəticəsində müəyyən edilmişdir ki, qədim Aşel
dövrü adamlarının fiziki tipi pitikantrop, sinantrop və heydelberq
tipli adamlardan ibarət olmuşdur.
Pitikantrop tipli insan ilk dəfə 1891-ci ildə Hollandiya
həkimi Dyuba tərəfindən Yava adasında tapılmışdır. Yava
adasında aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə
yanaşı, paleoantropoloji qalıqlar da tapılmışdır. Sonralar Yava
adasında aparılan arxeoloji qazıntılar nəticəsində pitikantrop tipli
adamların sümük qalıqları – kəllə və çənələri tapılmışdır. Yava
adasında tapılmış paleoantropoloji tapıntıların tədqiqi nəticəsində
antropoloqlar müəyyən etmişlər ki, pitikantrop tipli adamların
boyu 160-170 sm, beyin tutumu isə 850-950 kub sm-ə bərabər
olmuşdur (Alekseyev, 1984).
Sonralar Afrika, Fransa, İtaliya, İspaniya, Almaniya,
Qafqaz və digər ölkələrin ərazilərində aparılan arxeoloji
tədqiqatlar zamanı daş məmulatı ilə yanaşı pitikantrop tipli
insanların sümük qalıqları tapılmışdır (Lübin, 1998, Lümley,
1998).
193
Arxeoloji tədqiqatlar zamanı tapılmış ibtidai insan qalıqları
içərisində sinantrop tipli insanın tapıntısı xüsusi maraq doğurur.
Sinantrop tipli insanın qalıqları 1927-ci ildə kanadalı alim
Devidson Bleyk tərəfindən çinin Çjoukoudyan kəndi ərazisində
tapılmışdır. Bu kənd Pekin şəhərindən 54 km cənub-qərbdə
yerləşir. Burada aparılan arxeoloji qazıntılar zamanı qədim
insanın çənəsi tapılaraq həmin yerin adı ilə sinantrop, yəni Çin
adamı adlandırılmışdır (Lümley,1998).
Çinin Çjoukoudyan qədim paleolit düşərgəsindən zəngin
maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Sonralar 1929-cu
ildə Çjoukoudyan paleolit düşərgəsində aparılan arxeoloji
tədqiqatlar zamanı daş məmulatı ilə yanaşı kəllə qapağı, skelet və
başqa sümük qalıqları aşkar olunmuşdur.
Pitikantrop, atlantrop, heydelberq adamı ilə yanaşı
sinantropu da qədim insanlar qrupuna aid edirlər. Lakin göstərilən
qrup adamlarından sinantrop bir qədər inkişaf xüsusiyyətlərinə
görə fərqlənir. Lakin bunların arasında fərq azdır. Sinantrop
müasir adamlardan və neandertal tipli insanlardan beyin tutumuna
görə fərqlənir. Sinantropun beyin tutumu 1200 sm
3
, boyu 160-165
sm-dir.
Maraqlıdır ki, Çjoukoudyan düşərgəsindən sinantrop tipli
insanın qalıqları ilə yanaşı, qədim Paleolit dövrünün əmək alətləri
ilə birlikdə ocaq qalıqları da tapılmışdır (Boriskovski, 1979).
194
1929-1930-cu
illərdə
çinli alim Pey Ven-Çjun
Çjoukoudyan paleolit düşərgəsindən bir uşağın və 30-35 yaşlı
qadının kəllə sümüyünü tapmışdır (Lümley, 1998).
Sinantrop fiziki inkişafına görə pitikantropa oxşasa da, bir
az ondan çox inkişaf etmişdir. Elmi araşdırmalar zamanı məlum
olmuşdur ki, sinantropun boyu 144-156 sm, beyin tutumu isə
1050-1200 kub sm-ə qədər olmuşdur.
1907-ci ildə Almaniyanın Heydelberq şəhəri yaxınlığında,
Mauer kəndi ərazisində qədim insanın alt çənəsi aşkar
olunmuşdur. Çənəyə tapıldığı yerin adı verilmiş, Heydelberq
adamı adlandırılmışdır.
Heydelberq adamı qədim insan qruplarından biridir. Çənə
Nekkar çayının qədim çöküntülərində (24 m dərinliyində
tapılmışdır) kərgədan, qədim fil, bizon, qədim at və s. sümük
qalıqları ilə birlikdə tapılmışdır. Çöküntü mindel buzlağı dövrünə
aid olunur (500 min il bundan əvvəllər). Çənə çox primitivdir,
dişləri isə müasir insan dişlərini xatırladır. Arxeoloq A.Rust
buradan tapılmış əmək alətlərini qədim Aşel dövrünə aid edir və
heydelberq adamının alətləri olduğunu göstərir. Dünyanın əksər
alimləri Heydelberq adamının pitikantrop və sinantropa yaxın
olmasını göstərirlər (Boriskovski, 1979, Lübin, 1998).
Avropa üçün ən maraqlı elmi əhəmiyyətə malik
paleoantropoloji tapıntılar Fransanın Kondel-Araqo düşərgəsində
195
aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuşdur. 1969-cu ildə
professor Henri dö Lümleyin rəhbərliyi altında aparılan
tədqiqatlar zamanı üzərində 5 diş olan qədim insan çənəsi, 1970-
ci ildə 18-20 yaşlı qadına məxsus çənə, 1971-ci ildə kəllə ilə
birlikdə üst çənə, 1979-cu ildə qədim insanın kəllə qapağı
tapılmışdır. Kondel-Araqo paleolit düşərgəsindən tapılmış
paleoantropoloji tapıntılar üzərində professor Mariya Antuanetta
dö Lümley elmi tədqiqat işləri aparmışdır. Onun apardığı elmi
tədqiqat işləri zamanı məlum olmuşdur ki, Kondel- Araqo paleolit
düşərgəsindən tapılmış paleoantropoloji tapıntıların hamısı Aşel
mədəniyyətinə aid olub, 450 min il bundan əvvəl Fransanın
cənubunda Totavel ərazisində yaşamış və Avropanın ulu
sakinləridir. Onlar düşərgədə əmək alətləri hazırlamış və
ovçuluqla məşğul olmuşlar (Lümley, 1998, 2000).
Gürcüstanın Dmanisi paleolit düşərgəsində aparılan
arxeoloji tədqiqatlar zamanı 4 kəllə və 4 qədim insan çənəsi
tapılmışdır. Dmanisi düşərgəsinin V təbəqəsindən tapılmış
paleoantropoloji tapıntıları antropoloq L.Qobunya tədqiq etmişdir.
Onun fikrinə görə Dmanisidən tapılmış qədim insan çənələri
analoji cəhətcə Şərqi Afrikanın Olduvay (Homo habilis) və
Asiyanın (Yava pitikantrop) qədim insan tapıntıları ilə yaxınlıq
təşkil edir (Lordkipanidze, 2004).
Dostları ilə paylaş: |