176
Araqo düşərgəsinin ən aşağı təbəqəsində aparılan kompleks
elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, düşərgəyə ən
qədim insan 730 min il bundan əvvəllərdən gəlmiş və ərazidə
məskunlaşmağa başlamışdır. Araqo düşərgəsinin üst təbəqəsinin
yaşı 300 min il müəyyən olunmuşdur.
Araqo düşərgəsinin bütün təbəqələri daş və fauna qalıqları ilə
zəngindir. Ə.Cəfərov 2001-ci il iyul ayında Fransada elmi
ezamiyyətdə olarkən professor A.Lümleyin rəhbərliyi altında
Araqo düşərgəsində aparılan arxeoloji qazıntı işlərində iştirak
etmiş və düşərgənin olduqca zəngin maddi mədəniyyət
nümunələrinə malik olmasının şahidi olmuşdur. Araqo düşərgəsi
özünün maddi mədəniyyət qalıqlarının zənginliyinə və
paleoantropoloji tapıntılarına görə Avropa əarzisində ən
möhtəşəm paleolit düşərgəsi hesab olunur (Lümley, 1998).
Avropa ölkələri ərazisində (Almaniya, Fransa, İtaliya,
İspaniya, Macarıstan) aparılan arxeoloji tədqiqatlar zamanı qədim
Daş dövrünə aid zəngin maddi mədəniyyət qalıqları ilə yanaşı,
paleoantropoloji tapıntılar - qədim insan kəllələri və çənələr aşkar
olunmuşdur.
Hazırda Avropa ölkələri və Azərbaycan ərazisində aparılan
paleolit problemi üzrə elmi tədqiqat işləri beynəlxalq xarakter
almışdır. Çünki, bu ölkələrin ərazilərində olan paleolit düşərgələri
dünyada elə abidədir ki, bu düşərgələrin çöküntülərində təbəqələr
177
tarixi ardıcıllıqla yatmış və arxeoloji tapıntıların biri digərini
tamamlayır. Bu da qədim insanların həyat tərzini, alət hazırlama
mexanikasını, onların inkişaf xüsusiyyətlərini və o dövrün təbii
coğrafi şəraitini öyrənmək üçün zəngin materiallar verir.
2001-ci ilin İNTAS-2000 proqramına əsasən 2001-2005-ci
illərdə “Qafqazın Mustye mədəniyyətləri” adlı mövzu üzərində
Azərbaycan, Fransa, İtaliya, Rusiya, İspaniya və Gürcüstan
alimləri elmi tədqiqat işləri aparmışlar. Belə ki, ilk mərhələdə son
50 ildə Azərbaycan, Fransa, İtaliya, Rusiya, İspaniya və
Gürcüstan ərazilərindən aşkar olunmuş maddi mədəniyyət
qalıqları laboratoriya şəraitində tədqiq olunmuşdur (Cəfərov,
2006).
Bütün yuxarıda qeyd olunan düşərgələrdən tapılmış zəngin
arxeoloji materiallar bəşəriyyətin maddi və mənəvi sərvəti olub,
ilk əmək alətlərinin hazırlanmasından, ilk ibtidai tikililərin
yaranmasından, odun kəşf edilməsindən və ulu sakinlərin uzun
təkamül inkişaf yolu keçib formalaşmasından xəbər verir. Lakin
təəssüf ki, bu dövrün tarixini, maddi mədəniyyət qalıqlarını
saxtalaşdırmağa cəhd edən bəzi üzdəniraq “müəlliflər” də vardır.
Azıx düşərgəsinin II ən böyük salonunda nəhəg stalaqnat
dirək əhəngli suyun qarışığından təbii yolla təxminən 2-3 milyon
il bundan əvvəl əmələ gəlmişdir (bax şəkil 10). Bütün təbii yolla
əmələ gəlmiş karst mağaralarında belə dirəklərə və ayrı-ayrı
178
stalaqnat daşlara rast gəlmək olur. Azıx düşərgəsinin ayrı-ayrı
salonlarında belə dirəklər çoxdur. Arxeologiya və geologiyaya
dair ədəbiyyatlarda mağaraların əmələ gəlmə xüsusiyyətləri şərh
olunur və orada stalaqnat dirəklərin formalaşmasının təbii yolları
ətraflı izah olunur. Lakin bəzi “alimlər”, Azıx qədim insan
düşərgəsində təbii yolla əmələ gələn stalaqnat dirəyin yanlış
olaraq qadın heykəli olduğunu qeyd edirlər. Şaqen Mıkrtıçyan
özünün “Dağlıq Qarabağın tarixi və memarlıq abidələri” adlı
əsərində qeyd edir ki, guya Azıx mağarasında Aşel dövrünə aid
erməni qadınının heykəli var və onun hətta paltarı da müasir
erməni qadınının paltarına bənzəyir (Yerevan, 1988). Bu heç bir
elmi əsası olmayan cəfəngiyat fikir olmaqla bərabər tarixin əsassız
olaraq saxtalaşdırılmasıdır. Şaqen Mıkrtıçyan belə bir fikir
söyləməklə erməni xalqının tarixini Aşel dövründə axtarmağa can
atır (700-450 min il bundan əvvəl). Lakin, həqiqətdə Azıx qədim
insan düşərgəsində qadına bənzər heykəl yoxdur və bu dirək təbii
yolla əmələ gəlmiş stalaqnat dirəkdən ibarətdir. İkincisi isə Aşel
dövründə heç bir yerdə müasir insanın əcdadı yaşamamışdır. Bu
dövrdə ancaq pitikantrop, sinantrop tipli ibtidai adamlar yaşamış,
heç bir xalq və millət həmin dövrdə olmamışdır.
Maraqlıdır
ki,
yazıçı
Sero
Xanzadyan
tarixi
saxtalaşdırmaqda daha da irəli getmişdir. O, Ş.Mıkrtıçyanın
kitabına rəy yazmışdır (“Avanqard” jurnalı,Yerevan, 1988, №5).
179
Həmin rəyi S.Xanzadyan ikinci dəfə 1989-cu ilin aprelində
Ermənistanda çıxan “Kommunist” qəzetində çap etdirmişdir.
Rəydə deyilir ki, guya Azərbaycan alimlərinin Azıx mağarasında
apardıqları tədqiqatlar göstərmişdir ki, düşərgənin II salonunda
olan həqiqətən Aşel dövründə yaşamış erməni qadınının
heykəlidir və geyimi də müasir erməni qadınının geyiminə
yaxındır. Lakin, Azərbaycan alimlərinin düşərgədə apardıqları
arxeoloji tədqiqat işləri nəticəsində yazılmış əsərlərdə belə
cəfəngiyat olmamışdır. Əgər onlar Azərbaycan alimlərinin əsərləri
ilə tanış olsaydılar, bəlkə də belə yanlış və əsassız fikir
söyləməzdilər. Çünki, Azərbaycan alimlərinin əsərlərində Azıx
qədim insan düşərgəsinin maddi mədəniyyət qalıqlarının və o
cümlədən mağaranın ikinci salonunda təbii yolla əmələ gələn
stalaqnat dirəklər haqqında da məlumatlar vardır. Belə təbii
dirəklər əhəngli suyun qarışığından əmələ gələrək, bütün karst
mağaralarında qeydə alınır. Bu cür elmi əsası olmayan yanlış
məlumatları yazanlar dağların, qayaların, stalaqtit, stalaqmit və
stalaqnat dirəklərin əmələgəlmə xüsusiyyətlərini ya bilmir və ya
da bilərəkdən süni yolla tarixi saxtalaşdırmağa çalışırlar. Bu isə
geniş xalq kütləsində əsl tarixi və təbii proseslərin qanunauyğun
şəkildə formalaşma xüsusiyyətləri haqqında yanlış, elmi əsası
olmayan fikirlərin əmələ gəlməsinə səbəb olur. Bu yolla tarixi
Dostları ilə paylaş: |