168
kəlləsi aşkar olunmuşdur. Bu sahə mağaranın içərisində olduqca
möcüzəli bir guşədə qabarıq formada irəliyə uzanaraq, orta
hissəyə işıq düşməsinə mane olur və nəticədə bura zülmətə qərq
olur. Bu hissədə qaya rəfi təbii surətdə əmələ gəlmişdir. Məhz bu
rəfdə yuxarıda qeyd olunan mağara ayılarının kəlləsi və çənəsi
qoyulmuşdur. Tədqiqatlar zamanı müəyyən olundu ki, mağara
ayılarının kəllə və çənələri buraya ibtidai insanlar tərəfindən
qoyulmuşdur. Bu proses qədim insanların ilk dini görüşləri barədə
məlumat verir, həm də qədim Azıx sakinlərinin mağara ayılarının
kəllələrinə bir növ sitayiş etdiklərini göstərir. Tədqiqatlar zamanı
müəyyən olundu ki, düşərgənin məhz bu sahəsi müqəddəs yer
sayılmışdır. Qeyd olunan proses ibtidai insanlarda ilk dini
təsəvvürlərin meydana çıxdığını göstərir. Məhz, Azıx mağarasının
materialları əsasında ibtidai insanlarda ilk dini görüşlərin meydana
çıxmasını orta Aşel mədəniyyəti dövründən, yəni 400 min il
bundan əvvəl başlandığını söyləmək daha dəqiq olar. Bəlkə də
qədim Azıx sakinləri bu gizli yeri özlərinə müqəddəs yer hesab
etmiş, ayı kəllələrinə də bu sahədə sitayiş etmişlər. Beləliklə,
qədim insanlarda dini görüşlərin ilk əlamətləri orta Aşel
mədəniyyətindən başlandığını söyləmək olar.
Son illərdə aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri
nəticəsində dünyanın bir sıra qədim insan düşərgələrindən də ilk
dini etiqadların və görüşlərin meydana çıxmasına aid zəngin
169
maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Həmin maddi
mədəniyyət nümunələri ilk dini təsəvvürlərin orta Aşel
mədəniyyəti zamanı meydana çıxmasını bir daha təsdiq edir
(Hüseynov, 1982, 1985; Cəfərov, 2004).
Azıx mağara düşərgəsinin V təbəqəsinin xəlvət yerindən
tapılmış ayı kəllələri daha çox maraq doğurur. Maraqlıdır ki, bu
ayı kəllələrinin birinin üzərində 8 əyri xətt çəkilmişdir. Xətlərin
ayrı-ayrılıqda uzunluğu 15, 18, 20, 24, 30, 36, 45, və 47 mm-dir.
Bu ölçülərdən müəyyən etmək olur ki, xətlərin uzunluğu və
onların arasında qoyulmuş məsafələr bərabər deyildir. Göstərilən
xətlərin hamısı dişli daş alətlə çəkilmişdir. Güman etmək olur ki,
kəllə üzərinə çəkilmiş xətlər azıxantropların ideoloji təsəvvürləri
ilə bağlı olmuşdur. Bu da qədim insanların mənəvi aləmi haqqında
müəyyən fikir söyləməyə imkan verir. Azıx düşərgəsindən
tapılmış ayı kəlləsi üzərində xətlər hələlik dünya paleolit
düşərgələri arasında nadir tapıntı olsa da, buna bənzər tapıntı
Almaniyanın Turingi ərazisində olan Bilsinsibendən də aşkar
olunmuşdur.
Azıx düşərgəsinin mədəni təbəqələrindən ocaq yerlərinin aşkar
olunmasının xüsusi elmi əhəmiyyəti vardır. Bu odun yaranma
tarixi və ondan insanların istifadə etmələri barədə xüsusi fikirlər
söyləməyə şərait yaratmışdır. Azıx düşərgəsində aparılan
tədqiqatlar nəticəsində ilk dəfə insanların oddan istifadə etməyə
170
başlamaları qədim Aşel mədəniyyətində olması qənaətinə
gəlinmişdir.
Azıx düşərgəsinin qədim və orta aşel təbəqələrində aparılan
arxeoloji qazıntılar zamanı ocaq yerlərinin aşkar olunması düşərgə
sakinlərinin hələ qədim Aşel mədəniyyəti zamanı odla tanış olub,
ondan istifadə etmələrini əyani surətdə sübut edir.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki,
qədim Azıx düşərgəsinin sakinləri torpaqda qazma üsulu ilə
ocaqlar qurmuşlar. Azıx düşərgəsinin orta aşel təbəqəsindən 3
ocaq yeri qeydə alınmışdır. Ocaqlardan biri 4 kv.m sahəni əhatə
edir. Ocağın hər tərəfinə yandırılmış ağac külündən qalın sədd
çəkilmişdir. Ən maraqlı cəhət ocağın yanında əhəngdaşılarından
qurulmuş divar qalığının qeydə alınmasıdır. Divar qalığının
hündürlüyü 40 sm-ə bərabərdir. Maraqlıdır ki, qeyd olunan divarın
yanında daha bir kiçik ocaq yeri aşkar olunmuşdur. Ocağın hər iki
tərəfi yastı əhəngdaşıları ilə əhatə olunmuşdur (Hüseynov, 1985).
Azıx düşərgəsinin orta Aşel dövrünə aid təbəqəsindən ocaq
yerlərinin aşkar olunması qədim sakinlərin həyatında ocağın
mühüm yer tutduğunu göstərir.
Maraqlıdır ki, professor Lübinin Cənubi Osetiya ərazisindəki
Kudaro mağaralarında apardığı arxeoloji qazıntılar zamanı Aşel
mədəniyyətinə aid zəngin maddi mədəniyyət qalıqları aşkar
olunmuşdur. Kudaro mağara düşərgələrində tapılmış əl
171
çapacaqları xüsusi maraq doğurmuşdur. Qədim Kudaro
sakinlərinin ovçuluq təsərrüfatında əsas yeri mağara ayıları
tutmuşdur. Bunu düşərgədə tapılmış heyvan sümükləri sübut edir.
Kudaro düşərgəsində ovlanmış heyvan sümüklərinin 95%-ni
mağara ayılarının sümükləri təşkil edir (Lübin, 1998).
Avropa ölkələri ərazisində aparılan arxeoloji tədqiqatlar
zamanı qədim və orta Aşel mədəniyyətinə aid zəngin paleolit
düşərgələri aşkar olunmuşdur. Avropa ölkələri ərazisində Paleolit
dövrü üzrə aparılan arxeoloji tədqiqat işlərinin tarixi 100 ildən bir
qədər artıqdır. Paleolitşünaslığın tədqiqi tarixində bu ölkələrin
ərazisində aşkar olunmuş arxeoloji abidələrin özünəməxsus
xüsusiyyətləri vardır. Heç də təsadüfi deyildir ki, Fransa
ərazilərində tapılmış qədim insan məskənləri bu dövrün tədqiqinin
təməl daşını qoymuşdur. Məhz buna görə də Paleolit dövrünün
əsas mədəniyyət ocaqları Fransa ərazisində ilk dəfə tapıldığına
görə həmin yerin adı ilə adlandırılmışdır. Artıq dünya şöhrəti
qazanmış şell, aşel, mustye, orinyak, solyutre, madlen və başqa
arxeoloji
mədəniyyətlər Fransa düşərgələrinin
adları ilə
adlandırılmışdır. Bu ölkənin ərazisində aşkar olunmuş qədim
insan düşərgələri içərisində Ballone, Terra-Amata, Kondel-Araqo
və Lazaret xüsusi maraq doğurur və tapılmış maddi mədəniyyət
qalıqlarının zənginliyi ilə diqqəti cəlb edir.
Dostları ilə paylaş: |