262
düşərgəsinin gizli guşəsində, ocaqların qabaq hissəsində
qoyulması, eyni zamanda bu sümük məmulatının digər
heyvanların sümükləri ilə birlikdə qoyulması və başqa
xüsusiyyətlər qədim azıxantropların dini təsəvvürləri ilə, onların
bir növ sitayiş etmələri ilə əlaqədar olmuşdur.
Azıx düşərgəsinin Aşel mədəniyyətinə aid tapılmış ibtidai
insanların mənəvi dünya görüşlərinə aid arxeoloji tapıntılara oxşar
maddi mədəniyyət nümunələri Cənubi Osetiyanın K udaro,
Fransanın Kondel-Araqo, Lazaret və digər paleolit abidələrindən
qeydə alınmışdır (Lübin, 1977, 1979; Lümley, 1969, 1998).
Azərbaycan və dünyanın ayrı-ayrı paleolit düşərgələrində
aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
insan cəmiyyətinin ibtidai inkişaf dövründə Aşel mədəniyyəti
sona çatdıqdan sonra yeni bir inkişaf mərhələsi Mustye
mədəniyyəti başlanmışdır. Aparılan arxeoloji tədqiqatlar zamanı
müəyyən olunmuşdur ki, Aşel mədəniyyətindən fərqli olaraq
Mustye mədəniyyəti dövründə ayrı-ayrı düşərgələrdə yerli
xüsusiyyətlərdən asılı olaraq müxtəlif arxeoloji mədəniyyətlər
mövcud olmuşdur. Məhz bu dövrdən başlayaraq qədim insanlar
yeni tipli əmək alətləri hazırlamağa başlamışlar. Artıq əvvəlki
dövrlərdə hazırlanmış əmək alətləri – kobud çapma alətləri, əl
çapacaqları insanların yeni tələbatlarını ödəmir və daha möhkəm,
universal əmək alətlərinin hazırlanmasına başlamış və levallua
263
texnikası əsasında itiuclular meydana çıxmışdır. Bu dövrdən
etibarən ovçuluq genişlənmiş və ayrı-ayrı icma birlikləri meydana
çıxmışdır. Bu dövrdə qədim insanlar daha geniş ərazilərdə
məskunlaşmağa başlamışlar. Onların əsas məşğuliyyəti müxtəlif
daşlardan əmək alətləri hazırlamaq və ovçuluqdan ibarət olmuşdur
(Hüseynov, 1985; Lübin, 1977).
Arxeoloji qazıntılar zamanı Mustye mədəniyyətinə aid
düşərgələrdən neandertal tipli insanların qəbirləri aşkar
olunmuşdur. Demək, artıq mustye dövründə neandertal tipli
insanların həyatında dəfn adəti meydana çıxmış və onlarda bəzi
dini görüşlər formalaşmğa başlamışdır. Bu fikrimizi Mustye
abidələrindən tapılmış paleoantropoloji tapıntılar da təsdiq edir.
1924-cü ildə Krımın Kiik-Koba mağarasında yaşlı adamın ətraf
sümükləri və onun yanında uşaq skeletinin sümük qalıqları
tapılmışdır. 1938-ci ildə Özbəkistanın Teşik-Taş mağarasından 8-
9 yaşlı neandertal oğlan uşağının kəlləsinə digər sümük qalıqları
aşkar olunmuşdur (Okladnikov, 1940). 1960-cı ildə Gürcüstanın
Sakajiya mağarasında neandertal insanın sümük qalıqları aşkar
olunmuşdur
(Qobunya,
1961).
1978-ci
ildə
Qafqazın
Barakayevsk mağarasında arxeoloji qazıntılar zamanı V.P.Lübin
neandertal insanın çənəsini aşkar etmişdir. 1950-1951-ci illərdə
İraqın Şanidar düşərgəsinin Mustye mədəniyyətinə aid
təbəqəsindən 6 nəfər yaşlı adamın və bir uşağın skeleti
264
tapılmışdır.(Ranov,1979; Korobkov,1978; Lübin, 1998).
Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar
nəticəsində Mustye mədəniyyətinə aid Tağlar, Azıx (III təbəqə),
Daşsalahlı, Buzeyir, Qazma, Damcılı və başqa mağara düşərgələri
aşkar olunmuşdur. Aparılan elmi tədqiqatlar zamanı məlum
olmuşdur ki, Mustye dövründə daşdan əməl alətləri hazırlamaq
üçün xammal toplamaqla xüsusi qrup insanlar məşğul olmuşlar.
Digər insan qrupu isə düşərgələrə gətirilmiş çaydaşılarından əmək
alətləri hazırlamışdır. Ona görə də daimi yaşayış yeri olan
düşərgələrdə arxeoloji qazıntılar zamanı təbii çaydaşıları ilə
birlikdə onlardan hazırlanmış əmək alətləri, istehsal tullantıları,
qəlpələr, lövhələr və nukleuslar aşkar olunmuşdur.
Azərbaycanda Tağlar mustye düşərgəsində aparılan
arxeoloji
tədqiqatlar
respublikamızın
ərazisində
Mustye
mədəniyyətinin
özünəməxsus
xüsusiyyətləri
olduğunu
göstərmişdir. Eyni zamanda Tağlar düşərgəsinin bütün Qafqaz və
Yaxın Şərq ərazilərində əsas mədəniyyət mərkəzi olması və
Tağlar mustye düşərgəsində hazırlanmış əmək alətlərinin hələ
Mustye mədəniyyəti dövründə İran və İraq ərazilərində yayılması
maddi mədəniyyət qalıqları əsasında sübuta yetirilmişdir.
Maraqlıdır ki, Tağlar mağara düşərgəsinin bütün təbəqələrində
ocaq layları müəyyən olunmuşdur. Bu düşərgə sakinlərinin
həyatında ocağın mühüm rol oynadığını göstərir. Düşərgədən
265
aşkar olunmuş sümük məmulatının müəyyən qismi odda
yandırılmışdır (Cəfərov, 1983, 1999, 2004).
Damcılı düşərgəsində aparılan arxeoloji tədqiqatlar
nəticəsində qırmızı boya aşkar olunmuşdur. Lakin Damcılı
düşərgəsinin stratiqrafiyası qarışıq olduğu üçün onun hansı dövrə
aid olmasını müəyyən etmək qeyri-mümkündür (Hüseynov, 1973,
1975).
Aparılan
arxeoloji
tədqiqatlar
zamanı
müəyyən
olunmuşdur ki, uzun müddət davam etmiş Mustye mədəniyyətini
35-33 min il bundan əvvəl üst Paleolit dövrü əvəz etmişdir.
Azərbaycanda üst Paleolit 35 min il bundan əvvəl başlamış və 12
min il bundan qabaq sona çatmışdır (Cəfərov, 1994, 2004).
Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, üst
Paleolit dövründən başlayaraq, Azərbaycanın dənizkənarı və çay
vadilərində yerin üst quruluşu tamamilə formalaşmış, dəniz geri
çəkilməyə başlamış və düzən sahələr genişlənmişdir. Xəzər
dənizinin qədim və orta Paleolit dövründəki hücumları dayanmış,
çay şəbəkələri həmişəlik öz yataqlarını müəyyənləşdirmişdir. Çay
yataqları aşağı düşüb öz yataqlarını möhkəmləndirdikcə,
Azərbaycanın qədim sakinləri yenicə quruya çevrilmiş sahələrdə
özlərinin düşərgələrini salmışlar.
Dostları ilə paylaş: |