254
Əl çapacaqlarının hazılanması və ondan istifadə olunması
ibtidai insanların həyatında mühüm rol oynamışdır. Əl çapacağı
vasitəsilə qədim insanlar ovçuluq təsərrüfatında mühüm irəliləyiş
etmiş oldular. İndi artıq onlar bu alətləri ilə ov edir, ovlanmış
heyvanları parçalayır və Azıx düşərgəsinə gətirirdilər.
Düşərgələrdə isə ovlanmış heyvanların dərisini soyur, ətini yeyir,
sümükləri Azıx düşərgəsinə tullayırdılar. İbtidai insanlar heyvan
ovlayarkən kobud daş çapacaqlardan istifad ə etməklə yanaşı, qaya
və iri ağac parçalarından da istifadə edirdilər. Qədim zamanlardan
ovçuluqla məşğul olmaq o qədər də asan deyildi. Çünki heyvanlar
sürətlə qaçır və onlara iri qaya daşları ilə zərbə vurmaq
çətinləşirdi. Ona görə qədim insanlar ovçuluqla daha sıx meşələr
və iri uçurum qaya aralarında məşğul olurdular. İbtidai sakinlər
çox vaxt ovlayacaqları heyvanları iri qayalıqlar arasına qovur və
daha yüksəkdə duran adamlar daş məmulatı və iri daşlarla
heyvanlara zərbələr vururdular.
Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, ibtidai
insanlar Azıx düşərgəsinə ilk dəfə süni odla qədim Aşel
mədəniyyəti dövründə tanış olmuş və ondan istifadə etməyə
başlamışlar. Süni odun kəşfi ilə əlaqədar olaraq ibtidai insanların
həyatında
yeni bir inkişaf mərhələsi başlamışdır. Azıx
düşərgəsinin ulu sakinləri ayazlı-şaxtalı qış aylarında soyuqdan
qorunmaq üçün Azıx mağarasının VI və V təbəqələrində ocaq
255
yerləri hazırlamış və oddan istifadə etməyə başlamışlar. Aparılan
arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin qədim Aşel dövrünə
aid təbəqəsindən bir, orta Aşel dövrünə aid təbəqəsindən isə üç
ocaq yeri aşkar olunmuşdur. Maraqlıdır ki, orta Aşel
mədəniyyətinə aid təbəqədən aşkar edilmiş ocaq yerləri qaya
daşları ilə əhatə olunmuşdur. Ocaq yerlərindən çoxlu yanmış
heyvan sümükləri tapılmışdır. Bu, ibtidai Azıx sakinlərinin
ovlanmış heyvanların ətini ocaqda bişirib yediklərini göstərir
(Hüseynov, 1982, 1984, 1985).
Azıx
düşərgəsinin
Quruçay
mədəniyyətinə
aid
təbəqələrdən daş məmulatı arasında 4-5 kq ağırlığında olan
nəhəng kobud çapma alətləri diqqəti cəlb edir. Hələlik ölkəmizin,
Qafqaz və Yaxın Şərq ölkələri ərazisində olan paleolit
düşərgələrindən belə alətlər qeydə alınmamışdır. Bu alətləri şərti
olaraq Azıx tipli kobud çapma alətlər adlandırmaq olar. Azıx
qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş
Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay
mədəniyyəti kompleksinin arxeoloji materialları ilə oxşarlıq təşkil
edir. Lakin Azıx düşərgəsinin Quruçay mədəniyyətini əmək
alətlərinin tipologiyasında və texniki hazırlanmasında fərqli
cəhətlər və xüsusiyyətlər də çoxdur.
Aparılan
arxeoloji
tədqiqatlar
zamanı
müəyyən
olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay
256
mədəniyyəti dövrü uzun müddətdən sonra Aşel mədəniyyəti ilə
əvəz olunmuşdur. Aşel mədəniyyətinə aid zəngin maddi
mədəniyyət nümunələri Azıx mağarasının V və VI təbəqələrindən
qeydə alınmışdır. Maraqlıdır ki, Azıx düşərgəsinin Aşel
mədəniyyətinə aid maddi mədəniyyət qalıqlarının elmi təhlili
ibtidai insanların ilk dini təsəvvürlərinin meydana çıxmasına,
ibtidai incəsənətə, ibtidai tikililərin meydana çıxmasına dair
zəngin elmi məlumatların əldə olunmasına və həmin məsələlərə
dair müəyyən elmi fikirlər söyləməyə şərait yaratmışdır
(Hüseynov, 1982, 1985).
1972-ci
ilin
arxeoloji
tədqiqatları
zamanı
Azıx
düşərgəsinin Aşel mədəniyyətinə aid olan təbəqəsindən mağara
divarının sağ tərəfində qaranlıq bir yerdən 3 ədəd mağara ayısının
kəlləsi aşkar olunmuşdur (şəkil 57). Mağaranın bu sahəsi olduqca
möcüzəli bir guşədə yerləşir. Bu hissədə qaya rəfi təbii surətdə
əmələ gəlmişdir. Məhz bu rəfdə mağara ayılarının kəllələri
qoyulmuşdur. Aparılan elmi tədqiqatlar zamanı müəyyən olundu
ki, düşərgənin bu sahəsində mağara ayılarının kəllə və çənələri
ibtidai insanlar tərəfindən oyulmuşdur (Hüseynov, 1975, 1985).
Bu proses qədim adamların ilk ibtidai dini görüşləri barədə
məlumat verir və Azıx sakinlərinin mağara ayılarının kəllələrinə
bir növ sitayiş etdiklərini söyləməyə imkan yaradır. Bu, ilk dəfə
olaraq Azıx düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsində
257
müəyyən olunmuş və ibtidai Azıx sakinlərində ilk dini görüşlərin
və təsəvvürlərin meydana çıxmasını orta Aşel dövründən
başlanmasını söyləməyə əsas verir. Qafqazın Kudaro-1 və
Fransanın Kondel-Araqo mağara düşərgələrinin də orta Aşel
dövrünə aid təbəqələrindən ibtidai insanların dini görüşlərinə aid
maddi mədəniyyət nümunələri qeydə alınmışdır (Lübin, 1977,
1979; Lümley, 1969; Lübin , 1998).
Azıxın V təbəqəsində mağara ayılarının kəllə qapaqlarının
qaranlıq bir guşədə qoyulması, görünür, düşərgənin bu sahəsi
müqəddəs yer hesab olunmuş və ona görə də ibtidai adamlarda ilk
dini təsəvvürlərin meydana çıxmasına şərait yaratmışdır. Eyni
zamanda Azıx düşərgəsinin orta Aşel təbəqəsindən zəngin maddi
mədəniyyət nümunələrinin qeydə alınması, müqəddəs sahənin
müəyyən olunması Azərbaycanın ibtidai adamlarında ilk dini
təsəvvürlərin və görüşlərin orta Aşel mədəniyyəti dövründən,
yəni 350 - 400 min il bundan əvvəl meydana çıxmasını söyləməyə
imkan vermişdir.
Maraqlıdır ki, Azıx düşərgəsinin gizli yerindən qeydə
alınmış ayı kəllələri içərisində bir ədədinin üzərində olan xətlər
diqqəti cəlb edir. Həmin ayı kəlləsinin üzərində 8 əyri xətt
çəkilmişdir. Xətlərin ayrı-ayrılıqda uzunluğu 15, 18, 20, 21, 30,
36, 45 və 47 mm-dir. Bu ölçülərdən müəyyən etmək olur ki,
xətlərin uzunluğu və onların arasındakı məsafələr eyni deyildir.
Dostları ilə paylaş: |