287
müşahidələrə əsasən düşərgənin Çaybasar burunda yeləşdiyi
güman edilir. Qədim düşərgə yeri hündür terrasın üzərində
olmuşdur. Sonrakı yuyulmalardan əksər məmulat aşağı döş və
dərəyə səpələnmişdir. Bu abidədə səviyyələrlə iri kvadratlarda
axtarış apararkən müəyyən edilmişdir.
Düşərgədə başlıca olaraq yaşımtıl rəngli müxtəlif
dərəcədə çaxmaqlaşmış roqavik cinsli daşdan istifadə olunmuşdur.
Burada qonur və çəhrayı rəngli, qismən çaxmaqlaşmış xammaldan
da alət hazırlanmışdır. Süxurların bir qismi Kəkildağ ətəyində
yerləşən Qayalı aşel emalatxanasında istifadə edilmiş daş
cinslərinə uyğun gəlir. Ümumiyyətlə istifadə olunan daşların cins
müxtəlifliyi, rəngləri Qədirdərədə yaşayışın uzunmüddətli
olduğuna bir işarə ola bilər. Keyfiyyət fərqləri burada həm də ov,
əlaqə axtarış, səfərlərin geniş dairəni əhatə etdiyini göstərə bilər.
Daş məmulatı içərisində qəlpələr iki ölçüdə təmsil
olunmuşdur. İri qəlpələr 10-14 sm, orta ölçülü hazırlıqlar 7-9 sm
arasında olanları aid etmişik. İri qəlpə və lövhələrin vurma səthləri
başlıca olaraq hamar və ikitillidir. Orta ölçülü qoparmalarda
üçbucaqlıya da rast gəlinir. Bunların da vurma səthləri hamar və
iki aşırımlıdır.
Qərirdərədə qədim yaşayış yerinin ilk kompleksində 85
əşya vardır. Bundan 10 ədədi nukleusdur. Bunlar bir üzlü
288
işlənmişdir. Qoparılma səmtlərinə görə radial və bir qütblü tiplərə
ayrılır.
Hazırlıqların demək olar ki, yarısı dişəklidir. Əmək alətləri
bir neçə qrupda birləşir. İri alətlər, qaşovlar, gəzli, çoxvəzifəli və
alt üzdən dişəkli alətlər lövhələr üzərində bütöv perimetrli boyu
işlənmiş, bir yanı təbii qabıqlı və s. alətlər təmsil olunmuşdur.
İri alətlərə əl çapacaqları, ox ucu formalı, diskşəkilli,
kobud çapma tipli məmulatlar aid edilir. Massiv qəlpələr üzərində
formalaşmış alətlər də ikiağızlıdır. Çox güman ki, belə alətlər
çoxsahəli böyük həcmli işlərdə istifadə olunmuşdur. Orta ölçülü
qəlpələr
üzərində düzəldilmiş alətlərdə dişəkləmə kiçik
işləmələrlə aparılmışdır. Belə qəlpələr üzərində ikiyanlı qaşovlara
gəzli dişli, yonucu tipli alətlərə təsadüf edilir.
Çoxfunksiyalı alətlərdə - uclu qaşov, enli qaşov və yivli
alət kimi dişəklənmiş iş elementləri vardır.
Buruncuqlu alətlərdə işləmə uclarda və künclərdədir.
İkinci işləmə bəzən qəlpənin bütöv üst üzünü, bəzənsə alt
üzünü örtür.
Lövhələr
üzərində
gəzli,
sıyırğa
tipli
alətlər
düzəldilmişdir. Üçağızlı alətdə iş elementlərini uc qaşovu, yan
qaşovu sıyırğa vəzifələrini yerinə yetirə bilərdi.
Qədim kompleksə daxil olan materialların bir çoxu ikiqat
patinadan əlavə əhəng qabığı ilə də örtülüdür. Materialların
289
təhlilindən aydın olur ki, Qədirdərədə bir neçə dövrdə
uzunmüddətli yaşayış olmuşdur. Həmçinin də alətlərin tərkibindən
çoxsahəli təsərrüfat qruplarının olduğu nəzərə çarpır.
Yerüstü paleolit düşərgələri materiallarının təsnifi və
çoxcəhətli təhlili göstərir ki, əvvəlcə iki böyük mədəni zona, iki
texniki inkişaf xətli, ənənəli abidələr üzə çıxır. Bunlardan birincisi
Kiçik Qafqazın şimal-şərq ətəyi və Kür çayının sağ sahilinin
dağlıq qurşağı arasında yayılmışdır. Qədim paleolit yaşayış yerləri
və emalatxanalar orta dağlıq qurşaqda mö vcud olmuşdur.
İkinci böyük abidələr zolağı Kür çayının sahilində
Ceyrançöl düzənliyinin keçmiş dağ silsiləsi ilə qovuşduğu
ətəklərdə salınmış ibtidai insan məskənləri və ilkin istehsal
məntəqələridir (Mənsurov, 2003).
Maraqlıdır ki, birinci mədəni zonada xammal kimi
müxtəlif cinsli rəngbərəng (çaxmaq, roqavik, yaşma, bazalt,
slanes) süxurlarından istifadə olunmuşdur. Buradan aydın olur ki,
emalatxanalar xammalın üzə çıxdığı sahədə sıx yayılmış
ərazilərdə aşkar edilmişdir. Uzun müddətli, çox dövrlü və ya gur
kolletivli insan dəstələrindən qalmış böyük, zəngin yaşayış
yerlərində işlənmiş daş cinsləri növbənöv, rəngarəng daş
süxurlarından istifadə olunmuşdur. Bu da ilk ibtidai insanların
axtarış, ov, əlaqə radiusunda rast gəldiyi gözəgəlimli, möhkəm daş
cinslərini seçib baza yaşayış yerinə gətirməsindən irəli gəlmişdir.
290
İkinci qrup texnika inkişaf xəttində yalnız bu mədəni
zolağa məxsus yerli xammaldan nüvə hazırlayıb, qəlpə almış,
lövhə biçmiş və çapacaq, kalun tipli iri ağır alətlər hazırlanmışdır.
İstifadəyə gedən material bozumtul və qara vulkan
mənşəli andezit daşı olmuşdur. Andezit daşının müxtəlif ölçü və
formalı yumruları yaşayış yerinin özündə, ətraf sahədə qədim
Kürün deltasını təşkil etmiş tirələrdə külli miqdarda səpələnmiş
halda yayılmışdır.
Hər iki mədəni qurşaqda qismən oxşar qəlpələmə sistemi,
nüvə formaları olsa da, qəlpə üçbucaq, lövhə qoparmaları başqa-
başqadır. Alət tipləri də müxtəlif işləkli, müxtəlif formalıdır.
Çoxsahəli işləmələr göstərir ki, Kiçik Qafqazın şimal-şərq
ətəyi zolağındakı paleolit abidələri bir neçə texniki variantda
olmuşdur. Bunlar Qayalı emalatxana düşərgəsi və Şişquzey
yaşayış yerləridir.
Şişquzey aşel düşərgəsinin alət tiplərinə Damcılıda,
Azıxda, Qərbi Gürcüstan, Mərkəzi Ukrayna və Özbəkistan
ərazilərindəki paleolit abidələrində təsadüf edilir. Şişquzey
yaşayış kompleksi bütövlükdə yuxarı paleolit prototiplərini bariz
şəkildə əks etdirir. Söhbət müxtəlif texniki daş işləmə
ocaqlarından gəlir.
Deməli, sağ sahildə iki inkişaf xətti paleolit mədəniyyəti
izlənir. Bu abidələrdə ikiüzlü işlənmiş alətlər (çopper, kobud
Dostları ilə paylaş: |