275
aparmışdır. Onun fikrincə tapıntı yeri Acı dərənin yuxarı sahəsi,
Göyvəlli çökəkliyində, Kəkil dağının cənub-şərqində aşınma
yığımlı 58 m-lik terras üzərindədir. Terrasın yaşı alt Xəzərə
(Gürgən), Avropa geoloji xronologiyası ilə Ris dövrünə müvafiq
gəlir.
Qayalı
yaşayış
yerində
geoloji-coğrafi
şəraiti
aydınlaşdırmaq üçün 1x1,5 m ölçüdə qərb-şərq istiqamətində
yoxlama xəndəyi qazılmışdır. Kəsikdə aşağıdakı horizontlar
görünmüşdür:
1) qara torpaq və itikünc çınqıl daş qırıntılı qat – 0,1-0,12 m;
2) sarımtıl-boz rəngli qumluca və çınqıl daş qarışıq qat –
0,13-0,25 m;
3) çınqıl daşlı göyümsov rəngli aşınma qabıqlı qat – 0,26-
0,75 m;
4) tərkibində rəngarəng linzavari zehləri olan dəmir marqans
qatı – 0,76-1,03 m.
3-cü və 4-cü geoloji laylar arasında nazik gips (qarğa düzü)
horizontu yatmışdır. 4-cü horizontdan alta qalın bentonit gilləri
gedir.
Qayalı abidəsində daş məmulatına 2-ci horizontda və 2-ci ilə
3-cü horizontlar qovşağında təsadüf edilir. Materialın əksəriyyəti
yuyulma-yığılma şəraitindən asılı olaraq müxtəlif vəziyyətdə yer
üstünə çıxmışdır.
276
Abidədə alət, nüvə və qəlpə hazırlamaq üçün göyümsov,
yaşımtıl və bozumtul rəngli felzit cinsli çaxmaqlaşmış kövrək,
cingiltili daşlardan istifadə edilmişdir.
Yoxlama qazıntısından əldə olunan artefaktlar itikünclü,
təbii rəngli və bəzən əhəng qabığı ilə örtülüdür. Ümumiyyətlə,
əksəriyyətinin til və yanları itidir, üzəri yüngül patınalıdır.
Patinləşmənin (cəng bağlama) müxtəlif tərzdə olması daş
süxurunun rəng çalarlığı və çaxmaqlaşma dərəcələrindən asılı
olmuşdur.
Qayalı paleolit tapıntı yeri bilavasitə xammalın qaya və
yumrular şəklində üzə çıxdığı dairədədir. Daş məmulatlarının
böyük ölçülərdə olması istifadə olunan süxurların istənilən
ölçülərdə rast gəlinməsi ilə izah edilir.
Daş kötükçələrin (nüvələr) ilkin formada biçimləri çox
vaxt 22x11x9 sm-ə çatır. Burada başlanğıc, ilkin qəlpələmə və
orta həddə qalmış nukleuslar qabarıq yer tutur. Qəlpə alma imkanı
tam qurtarmış nüvələr də yox deyildir. Daş məmulatının üçdə iki
hissəsini, arıtlama, tullantı xarakterli qopuqlar təşkil edir.
Abidədə materialın- xammalın ilkin formaları, onların
seçilməsi, vurma səthlərinin açılması, üz qabığının təmizlənməsi,
nüvəni qəlpələməyə hazırlama gedişinin sonunda üst və yan
“qabırğa” tillərinin sıyırıb götürülməsi istər nüvələrin, istərsə də
tullantıların üzərində aydın nəzərə çarpır.
277
Daş kötükçələırin uzunsov, oval, düzbucaqlı, iki üzd ən
də qabarıq, dairəvi bir vurma səthli eninə qəlpələnmiş aşel tipli,
piramida və prizma formalarında təmsil olunmuşdur.
Daş məmulatının üçdə birini alət və nüvələr təşkil edir.
İri ağır (nukleusvari, kobud vurma, monofas, unifas tipli)
alətlər, qəlpə və lövhə üzərində hazırlanmış qaşovlar – qabarıq
ağız tutacaqlı, asimmetrik, bucaqvari, eninə ağızlı, alt üzdən
işlənmiş, uc qaşovları – enli oval ağızlı , hazırlıqların künclərində
formalaşmış adi düz ağızlı, vurma səthi üstdə, ensiz qabarıq ağız,
buruncuqlu, çıxıntılı, iskənə formalı alətlər, bəsit kəsərlər,
deşicilər, təbii tutacaqlı bıçaqlar, gəzli və dişli (bir neçə müxtəlif
dimdikşəkilli alətlər, iki başlı, iki üzlü) işlənmiş nümunələr təmsil
olunmuşdur.
Qeyd etmək lazımdır ki, bütün keyfiyyətlərlə ehtiva
olunmuş, tipik levallua qəlpələri azdır, onların böyük hissəsi
atipikdir. Qayalı abidəsindən tapılmış daş məmulatının texniki
göstəriciləri aşağıdakı kimidir:
Levallua indeksi – 9,7%;
Lövhə indeksi – 6,81%;
Vurma səthlərinin işlənməsi (ümumi) – 25,0%;
İncə işlənmə indeksi – 2,71%.
Bunlar bütövlükdə bu məmulatın qeyri levallua və xüsusi
işləməli vurma səthinin olmadığı kompleks kimi xarakterizə edir.
278
Nüvələrin hazırlanma üsulları və onların formalarından,
eləcə də xeyli qəlpələnmiş nümunələrin üzərindəki neqativlərdən
tam aydın etdik ki, abidədə bir neçə tipi nəzərə almasaq, seriyalar
təşkil edən çoxnövlü nüvələrin hamısı levallua xarakterlidir. Belə
olduqda bizim haqqımız var ehtimal edək ki, Qayalı sakinlərinin
bir neçə istiqamətli hərəkətləri levallua göstəricilərinin yekununu
təhrifə gətirib çıxarmışdır. Əhəmiyyətli sayda yaxşı hazırlıqlar
(levallua qəlpə və lövhələri) bütün aydınlığı ilə görünür ki, qədim
insanlar tərəfindən Qayalıdan daimi yaşayış yerlərinə aparılmışdır.
Ola bilsin ki, müəyyən növ alətlər mövsümi ov bərələrinə də
götürülə bilərdi. Qəlpələr üzərində ikinci işləmə (dişəkləmə)də iri
və orta ölçülü fasetlərdən, dişli, pullu, iri hamar retuşdan, yonma
üsulu, kəsəcik, sıyırma, yastı-qabarıq qoparmalı fəndlərdən
istifadə edilmişdir.
Materialın təhlili göstərir ki, düşərgə emalatxana yönümlü
abidə olub, daş kötükçələr hazırlamaq və onların arıtlanmasından
alınan xammal üzərində alət düzəltmək olmuşdur. İnkişaf etmiş
texniki üsulla hazırlanmış nüvələrin seriyalarla çıxış etməsinə
baxmayaraq düzgün biçimli növbənöv qəlpə və lövhələr yaşayış
yerində qalmamışdır. Bu da forması əvvəlcədən nəzərdə tutulub
qoparılaraq alınmış hazırlıqların başqa yerə aparılıb istifadə
edildiyini göstərir. Qayalıqdan tapılmış daş məmulatının
nümunələri şəkil 143-149-da göstərilmişdir.
Dostları ilə paylaş: |