64
ÜÇÜNCÜ HISSƏ
bütün eskadra ilə qonağım olan polkovnik Berger ilə qarşılaşdım.
Çalışırdım ki, Ulduz şəhərciyində qaldığım dövrdən çox
şey yadımda qalsın. Əvvəlki “pillələri“ nəzərə alaraq, həmçinin
Aerokluba namizəd kimi də özümü təsdiq etməli idim, bunun uğurla
nəticələnəcəyindən şübhələnirdim. Tərcümeyi-halımda həmçinin
digər, ailə günahlarım da var idi. Xidmətlərimizin yəqin bu haqda
məlumatı yox idi, çünki əks-təqdirdə nə mən, nə də ki, qardaşlarım
bir gün belə orduda xidmət edə bilməzdilər. Burada müharibədən
sonra dünyanın müxtəlif yerlərinə səpələnən əmim və bibilərimin
izinə düşmələrindən qorxurdum. Anamın dörd qardaşı partizan
idi – Milli Ordunun 27-ci Volın Diviziyasının əsgərləri olmuşdular,
bibim Vladıslavanın həyat yoldaşı, Kajimej Severın isə Katında vəfat
etmişdi. Bibim Vladıslavanı Qazaxıstana sürgün etmişdilər. Əmim
Antoni Lubyankaya davam gətirdi. Hər ikisi döyüş yolundan general
Andreslə birgə keçmişdilər. Londonda mühacirlikdə olarkən əmim
Antoni Polşa-Ukrayna İttifaqının fəal üzvü idi. Faciəvi keçmişinə
baxmayaraq, polyaklarla ukraynalılar arasında əməkdaşlıq naminə
fəaliyyət göstərirdi. “Polşanın həftəsi“ qəzetində nəşr edilirdi. Əmim
Tadeuş, Hərbi Hava Qüvvələrinin bosmanı polyak Fırtına (Burza)
və Şimşək (Piorun) esmineslərində
53
döyüşüb. Kənd Təsərrüfatı Baş
Məktəbinin məzunu əmim Zıqmunt müharibədən əvvəl Tuluzada
konsulluğun əməkdaşı, Silahlı Mübarizə İttifaqının üzvü olub. Gizli
fəaliyyətinə görə Auşvits həbs düşərgəsinə düşmüşdü, həmçinin
Mauthauzendə
54
də olub. Müharibədən sonra Parisdə məskən salıb.
Onların hamısı dəmir örtüyün o biri tərəfində qalmışdılar, ailəmin
Kresıdakı cəhənnəmi, rəsmi olaraq atamın faşistlər tərəfindən qətlə
yetirildiyi deyilsə də, reallığa uyğun gəlmirdi. Volındakı polyak
kəndlərinin UMT (Ukrayna Millətçilər Təşkilatı) və UÜO (Ukrayna
Üsyançı Ordusu) quldurları tərəfindən ram edilməsi haqqında
danışılmırdı. İndi də heç danışılmır.
Ulduz şəhərciyi ilə tanışlığımıza mümkün olan hər şeyin
analizlərini verəndən sonra başladıq. Həkimlər çox soyuq, lakin
xeyirxah idilər, yalnız testlərin keçirilmə üsulunu deyil, həmçinin
mənasını başa salırdılar. Narahat olanları sakitləşirirdilər. Bu
mehribanlıqda kosmonavt general Aleksey Leonov hamıdan öndə
idi. Çox xoş, hörmətli, zarafatcıl olan bu kişi kosmonavtların təlim
53
Esmines - eskadra mina gəmisi.
54
Mathauzen həbs düşərgəsi (alm. Konzentrationslager Mauthausen ) - Üçüncü Reyx
tərəfindən İkinci Dünya müharibəsi dövründə Avstriyada yaradılmış nasist həbs düşər-
gəsi
65
KOSMOS ZİYARƏTGAHINA ZƏVVARLIQ
şöbəsinin rəisi idi. Xatirəmdə ilk pioner tapşırıqlarının iştirakçısı
kimi qalıb. 1965-ci ildə, dünyada ilk dəfə olaraq açıq kosmik məkana
çıxması, 1975-ci ildə baş tutan ikinci tapşırığı da həmçinin dünyada
əks-səda doğurmuşdu. O zaman Leonov Rusiya-Amerika ilk birgə
yaddaqalan Soyuz-Apollo kosmik uçuşu zamanı Soyuz-19-un
komandiri idi; Polşada Apollo-Soyuz deyirdilər. Daha sonra onun çox
zəhmətkeş, bilikli, xeyirxah və rəhmli, lazım gələndə isə qayğıkeş,
insanpərvər birisi olduğu aşkarlandı. Gərginlik və ya yorğunluq
gördüyü zaman yoxlamaları dayandırıb, muzey, gimnastika zalı və
ya meşəyə tonqal ətrafına dəvət edirdi. Leonov Aya uçuş üçün ilk
rusiyalı namizəd idi. Bu haqda bir neçə ay sonra öyrəndim, bu da
böyük bir sirr kimi deyilmişdi mənə.
Tibbi bazanı, xüsusən də labirint, sentrifuqa və məqsədi
diskomfortun yaranması olan tanımadığım digər cihazların
müqavimətini formalaşdıran bazaları yaxşı öyrənmişdim.
Yoxlamaların çox hissəsi ölkəmizdə keçirilənə oxşayırdı, lakin “əsl“
kosmonavtlar onlarla yoxlanıldığından və təlim keçdiklərindən daha
çətin idilər. Qaqarinin məşq etdiyi sentrifuqada da yaxşıca işləyirdik.
İki həftə ərzində həkimlərin sərəncamında idik. Demək olar ki, hər bir
namizəd hansısa prosedurları təkrarlayırdı, mən isə “şübhələri ləğv
etmək“ məqsədi ilə - indi isə “əmin olmaq üçün“ əlavə olunmuşdu –
təbaşirin böyük porsiyalarını yeyib artıq mənə tanış olan pozalarda
dururdum ki, rentgen otağındakı həkimlər fotosessiyadan məmnun
qalsınlar.
Möhkəmlik ehtiyatlarını güclə işə saldıqdan sonra şəhərcikdəki
macəralarımızın sona çatmasını gözləyirdik. Yoxlamaların nəticələri
rəsmi, təntənəli və möhtəşəm şəkildə elan edilmişdi. Mərkəzin baş
həkimi, bütün həkim heyəti, komissiya üzvləri bizə, qorxudulmuş
namizədlərə son qərar haqqında məruzə edirdilər. Təəssüflər olsun
ki, Almaniya Demokratik Respublikasından namizədlər Berger
və Golbs, həmçinin Çexoslovakiyadan olan Klima və Vondrouşek
yoxlamanı keçmədilər. Gərginlik artırdı, məruzəçi nəticələri elan
etməyə başlayan zaman isə emosiyalarım ucbatından dostlarım
haqqında dediklərini eşitmirdim. Yalnız “Miroslav sağlamlıq
baxımından kosmik uçuşa yararlıdır“, eşitdim. Henrık, Tadeuş və
Zenek də həmin formulu eşitdilər. Bu müsbət qərar bizdə tərəddüd,
həkim Klukovskidə isə gizlənilməyən məmnuniyyət hissi oyatdı,
çünki nəticə polyak mütəxəssislərinin yaxşı işini və qəbul edilmiş
tədqiqatlar metodikasının doğruluğunu təsdiq edirdi. Bizdən
hansımızın təlimə təyin olunduğu haqda Varşavada öyrənəcəkdik.
Şəhərcikdə olmağımız yerli kosmonavtika muzeyi və təlim
66
ÜÇÜNCÜ HISSƏ
bazasına getməyimiz ilə zənginləşdirilmişdi. Kosmik gəmilər və
orbital stansiyaların simulyatorları çox təsiredici idilər. Məşq edən
kosmonavtlarla görüş isə xüsusilə həyəcanlı idi. Maraqlı, gülərüz
idilər, boylarının balaca olmasına baxmayaraq, skafandrlarda
qəhrəmanları xatırladırdılar. “Bu Qorbatko və Qlazkovdur – Leonov
dedi – qısa müddətlik uçacaqlar“.
Gün qeyri-adi təəssüratlarla dolu idi. Hətta Mərkəzin
əməkdaşlarının əhatəsində keçən təntənəli vidalaşma yeməyi,
masada çoxsaylı yeməklərin olması, deyilən sağlıqlar müzakirəmizi
kəsməyə qadir olmadı.
Dostları ilə paylaş: |