56
ÜÇÜNCÜ HISSƏ
zu itirənə qədər yüksək yüklənmələrə məruz qoyurdular. Yüklənməyə
qarşı kostyumda 8,2 g
45
qədər dözə bildim. Aşağı təzyiq kamerlarında
12 min metr hündürlüyündəki şərait yaranırdı və bizi mənasız testlər-
dən keçirirdilər – burada da huşumuzu itirənədək. Hərəkət koordina-
siyasında test zamanı hər səhvə görə cərəyan zərbələri ilə cəzalanır-
dıq. Bizi fırlanan oturacaqlarda dözülməz sürətə qədər fırladırdılar.
İdeyalar bitəndə isə, hansısa tozlanmış cihaz tapmışdılar, biz də onu
sınaqdan keçirirdik. Laboratoriya dəhlizlərində xəstəxana geyimlərin-
də, dişlərimizdə zond, əlimizdə banka gəzirdik. Tez-tez Varşavadakı
digər institutların qonağı olurduq. Orqanizmlərimizin daxilinə bütün
mümkün üsullarla baxırdılar. Hətta saçlarımız, dırnaq, dəri analizlə-
rimiz belə verilmişdi. Bunlar azmış kimi, Boqdan Şvyatkeviçlə birgə
“Çoluvka” (Aparıcı) studiyasından rejissorlar qrupu da bizimlə gəzir-
di. Kameralar günün hər vaxtında bizi müşayiət edirdilər, istirahət və
şəxsi vaxtımız artıq yox idi. Bütün bunlara hamı dözə bilmirdi və bir
qrup namizəd geri döndü. Qalanların axırına həkimlər çıxdılar. Sonda
on altı nəfər qaldıq.
Seçilmiş qrup gözəl həkim və idmançı kapitan Kşıştof Klukovski-
nin himayəsi altında ikihəftəlik Ços gölü yaxınlığında yerləşən pilotlar
üçün Hərbi Təlim Mərkəzinə yollandı. Çətin və yorucu təlimlər keçir-
dik. Fiziki möhkəmlik və effektivlik, cəldlik, itilik, hərəkət koordina-
siyasını formalaşdırırdıq, məkan oriyentasiyasında təlimlər, həmçinin
xüsusi psixoloji təhlillər keçirilirdi. Təcrübədə bunların hamısı heç təq-
dim etdiyim elmi təsvirə oxşamırdı. Rəqabətdə uduzan oyundan çıxır-
dı. Qısa və ya uzun məsafəli qaçışın olub-olmamağı nəzərə alınmırdı.
Üzgüçülük, velosipedi uzun məsafəyə sürmək, suda paraşüt təlimi, 16
g qədər yüklənmə ilə təlim, katapult etmək də yaddan çıxarılmamışdı.
Günümüzə gərgin başlayırdıq, gündə üç dəfə həkim müayinəsindən
keçirdik. Çoxsaylı psixoloji testlər də öz yerində. Bir dəfə onların sayı
998-ə çatmışdı.
15 sentyabr tarixində, ad günümdə radio “Soyuz-22“ kosmik gə-
misinin V.Bıkovski və V.Aksyonovla startı haqqında məlumat verdi.
Andjey Buqala qeyd etdi: “Bilmirəm, bizim bununla ortaq nəyimizsə
var ya yox, amma Miruş yəqin ki var”. Bu faktı ad günümlə assosiasiya
etdiyimi və ya bunun qabaqcadan gələcəkdən xəbər verilməsi olduğu-
nu bilmədim. İki həftə bir göz qırpımında keçdi – təlimlərə səkkiz nəfər
tab gətirə bilmədi. Rəqiblərim və çoxillik dostlarımla təəssüf hissi ilə
sağollaşırdım. Onlardan biri təsəvvür edilə bilməyəcək dərəcədə cəsur
və mərd Yanuş Dorojınski idi. Yerdə yumşaq fleqmatik olan bu adam
45
Çəkinin sürətləndirilməsinin ölçü vahidi
DHM (Dövlət Hava Müdafiəsi) 11-ci qırıcı alay komandirinin masası arxasında,
Vrotlsav-Straxovitse, 1976. Fotoqraf Leşek Vrublevski.
Vrotslavdakı Hubı qəsəbəsindəki mənzildə Miluşya və Mireklə təyyarəçilik həvəsinin
davamı. Fotoqraf Leşek Vrublevski.
İkiqat səsdən sürətlə stratosferə uçuşdan öncə, iyul 1976. Fotoqraf Leşek Vrublevski.
Sevimli “Miq 6608” nömrəli təyyarədə “Səma ilə vidalaşma” uçuşundan sonra. Sol
tərəfdə: Çolek, Şçıgel, Koxanovski, müəllif, Boquslav Hermaşevski, Vaşiçonek,
Kopeç, Hartman, Maçkovski. Fotoqraf Leşek Vrublevski.
Final beşlik. Sol tərəfdə: mayor Andjey Buqala, podpolkovnik Zenon Yankovski,
podpolkovnik Bohdan Şvontkeviç, mayor Miroslav Hermaşevski, poruçik Tadeuş
Kujora, mayor Henrık Halka. Fotoqraf Leşek Vrublevski.
Namizədlər qrupunun himayəçisi kapitan, tibb elmləri namizədi Kşıştof Klukovski
ən yaxşıların əhatəsində. Hərbi Aviasiya Tibb İnstitutu, Varşava, oktyabr 1976.
Fotoqraf Leşek Vrublevski.
Kosmonavtlığa namizədlər Ulduz şəhərciyində himayəçilərlə birgə yoxlamalarda,
1976. Soldan: Dvojak-həkim (Çexiya), Yankovski (Polşa), Halka (Polşa),
Vondrouşek (Çexiya), Köllner, formada (Almaniya), Pelçak (Çexiya), Klima
(Çexiya), Klukovski –həkim (Polşa). Yuxarıda soldan: Kujora (Polşa), Hermaşevski
(Polşa), Yen (Almaniya), yuxarıda Qolbs (Almaniya), bir az aşağıda Haaze – həkim
(Almaniya), aşağıda ağ sviterdə - Berger (Almaniya), sağ tərəfdə Remek (Çexiya).
Kosmonavtların Təlim Mərkəzinin arxivindən.
Kosmonavtların Təlim Mərkəzinə uçuşdan öncə “xeyir-duanın verilməsi”. Dekabr
1976. Fotoqraf Leşek Vrublevski.
Uzaq səfərə yola düşürəm... Əvvəlcə “AN-2” təyyarəsi ilə Varşavaya, sonra isə “İL-
62” sərnişin təyyarəsi ilə Moskvaya qədər. Straxovitse aerodromu. Sol tərəfdə:
Stanislav Lazar, müəllif, anam Kamila, bacım oğlu Kşıştof Kovalko, Alinka və Boqdan
Çapiqovlar (bacım Sabinanın övladları), Emiliya və təyyarənin ekipajı. Müəllifin
arxivindən.
57
ÖZ İSTƏYİ İLƏ
qırıcı kabinəsində yırtıcıya dönürdü, uçuşdan sonra isə həlimləşirdi.
Yanuş hava döyüşündə əsl as idi. Məhz o, Polşada ilk olaraq tərs və
qanadlarının dəyişkən həndəsəsi olan “Miq-23“-ü istismar qaydaları
olmadan idarə edə bilmişdi (həmin qaydalar yarım illik gecikmə ilə
gəlmişdi). Səmimi və xeyirxah “rəqib“im Yan Valişkeviçin də getmə-
sindən heyfsilənirdim – hər ikimiz ÖHM-nin 3-cü Korpusunda alay
komandiri idik. O, Poznan yaxınlığındakı Kjeşinıda, mən isə Vrotslav
Staxovitsalarında.
Zakopanedəki təlim-məşq mərkəzinə köçürülmüşdük. Orada iki
nəfər də kooptasiya edilmişdi
46
. Pilotlar üçün Qronik mərkəzi İkinci
Dünya müharibəsindən öncə yaranmışdı. Yaxşı yerdə yerləşirdi, təchiz
edilmişdi, yaxşı kadrları və bazası, mətbəxi və tibbi personalı var idi.
Hər il keçirilən üç həftəlik növbələr zamanı fiziki və psixoloji hazırlı-
ğımızı daha da yaxşılaşdırırdıq. İndi isə həkimlər namizədlərin dözüm
sərhədini, orqanizmlərinin bərpa olunma bacarıqlarını, stresə davam-
lılıqlarını və qrup üzvləri arasında münasibətləri təyin etməyə çalışır-
dılar. Çox yorğun idik. Yaxınlarım haqqında tez-tez fikirləşirdim. Tez
bir zamanda uçuşa qayıtmaq istəyirdim. Günlərin bir günü Qronikə
polkovnik prof. St.Baranski gəlmişdi, müəmmalı görünürdü. İrəlilə-
yişimizlə tanış olub, təlimatçılar arasında sorğu apardı. Görüş zamanı
səylərimizə və iştirakımıza görə bizi təbrik etdi. “Cənablar, – profes-
sor dedi, – nə qədər əmək göstərdiyinizi bilirəm, lakin sizdən daha
çox gözləyirəm, çünki qarşınızda hələ uzun yol var, ən yaxşıları sovet
kosmik gəmisi ilə kosmosa uçacaqdır”. Bu xəbər mənə elektrik qığılcı-
mı kimi təsir göstərdi. Həmin anda tərəddüd etdim – gözəl dostlar və
pilotlar arasında idim, onlardan hər biri yüksək peşə dəyərlərini sübut
etmişdi, hər biri qeyri-adi şəxsi dəyərlərə malik idi. Bu cəsur onluq ara-
sında ən ciddi xidməti vəzifə məndə idi - alay komandiri idim – həmçi-
nin ən hündürboylu da mən idim – məhz bu faktları öz nöqsanım kimi
qəbul edirdim, çünki komandanlıqdan heç kim tələb olunan pilot və
komandirin getməsini istəməz. Professor Baranski tədqiqat və testlərin
nəticələri ilə tanış oldu. Bütün fənlərdən öndə olduğumu, lakin Henrik
Halkanın fiziki hazırlığının məndən yaxşı olduğunu bilirdim. Təlimlə-
rin qalan hissəsi də ölümcül idi: qaçış, idman zalı, üzgüçülük, məkan
oriyentasiyası və başıaşağı mövqeli təlimlər, aşağı təzyiqli kameralar
və dağ turizmi adlandırılan treninqlər. Bu son idman növü turistik cı-
ğırların ən qısa zamanda keçməsini nəzərdə tuturdu. Dağların gözəl-
liyindən həzz almağa vaxt yox idi, yalnız önümdə gedənin ayaqlarını
görürdüm. Əsl turistlər deyinirdilər, bizi qarğıyır və ya gənc insan-
46
Kooptasiya etmək - öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etmək
Dostları ilə paylaş: |