Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

58
ÜÇÜNCÜ HISSƏ
ların dağda özlərini necə aparmalı olduqlarına dair nəsihət verirdilər. 
Bu sözləri eşitmək heç xoş deyildi, lakin işin məxfiliyi bəraət qazanma-
ğımıza imkan vermirdi. Növbəti sürətə peşələri dağ bələdçisi olan üç 
dağlı dözə bilmədi və onlar bizimlə işləməkdən imtina etdilər. Hətta 
illər sonra, dağ şəklini görən zaman məşhur Morske Okodan
47
 (Dəniz 
Gözündən) Beş Nohur Dərəsinə
48
 (Dolina Pięciu Stawów) qədər cığır 
yadıma  düşür.  Şpiqlas  Aşırımında  (Przełęcz  Szpiglasowa)  canımın 
çıxacağını fikirləşirdim. Son on beş metri dizlərimin üstündə, əllərim-
lə donmuş torpağı qazırdım, dişlərimlə isə şam ağacından yapışırdım 
– elə can atırdım. Bu rəqabətdə məndən çox gənc oğlan məni uddu. 
Lakin vaxtımı pis keçirməmişdim. Aşırımdan turist bazasına qədər qa-
yaların üstü ilə çevik keçiddən tez keçmişdik. Ailələrimiz də bizi qına-
mağa başlayırdılar. Oktyabr ayının əvvəlində bizi bir-iki günlük evə 
göndərmişdilər. Həyat yoldaşım vəziyyətim və yaşamaq tərzimdən bir 
az narahat idi. Hər gün parkda qaçmaq üçün tez oyanırdım, başımın 
üstündə  qaldırdığım  barmağımın  ətrafında  dolanırdım.  Bu  məşğələ-
dən  sonra  gözlərimi  döndərirdim  və  bundan  sonra  tarazlığı  qoruya 
bilmirdim. Öz istəyimlə əziyyət çəkirdim. Mən olmadığım vaxtda po-
liqonda raketlərdən atış zamanı pilotlarımdan biri, hədəfi vurma nəti-
cəsini öyrənmək üçün batmadan çıxmasını gecikdirdi. Yerin hava ilə 
birləşən yerdən 20 sm məsafəsində çatdırdı. Bu məsələ haqqında da-
nışmağı, qoruyucu fəaliyyəti təhlil etməyi və konyakla onun yenidən 
“doğulma“sını qeyd etməyə çatdırdım.
HATİ-da bizi bir sıra sənəd, analiz nəticələri, təlimat və yeni təklif-
lərlə gözləyirdilər. Gözlənilmədən həkimlərdən biri mənə “qida boru-
su yırtığına şübhəni istisna etmək üçün” əlavə analiz keçməyimi təyin 
etdi. Səhər ac qarnına mənə maye gipsə oxşar nəsə yedirdilər. Rentgen 
aparatı altında bir sıra şəkil çəkildi, onlar üçün poza alırdım, ayaq üstə, 
bel üstündə, uzanaraq, sonda isə yarasa mövqeyində və yenə də ayaq 
üstə. Nəticə yaxşı idi. Göndəriş verən həkim nəzakətli idi, başa salırdı 
ki, bunların hamısı mənim yaxşılığım üçündür. 
Yoxlamalar davam edirdi, əlavə EKQ və yeni psixoloji testlər keçi-
rilirdi. Fırlanan oturacaqlar və yelləncəklərdə məşğələlərin sayı artırıl-
mışdı. Həkimləri nistaqm
49
 və dözüm həddi maraqlandırırdı. Axşam-
lar taqətdən düşmüş vəziyyətdə, çox vaxt mürgüləyərək, kosmik tibbi 
məsələləri  və  raket  texnikası  sahəsinə  aid  mühazirələri  dinləyirdik. 
Həmin  mühazirələrdən  asılı  olmayaraq,  hazırlığın  son  mərhələsində 
47
 Morskie Oko – Tatra dağlarında ən böyük göl 
48
 Beş Nohur Dərəsi – Tatra dağlarında dərə
49
 Nistaqm - göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti


59
ÖZ İSTƏYİ İLƏ
rus dilində uçuş və kosmik terminologiya ilə tanış olurduq. Sürətlən-
dirməyə  dözüm,  müvazinət  orqanının  həssaslığı,    hipoksiyaya  qarşı 
müqavimət, məkan oriyentasiyasını təyin etmək bacarığı, görmə qabi-
liyyətinin dinamik itiliyi, ürək-damar sisteminin işləmək qabiliyyətinin 
təyin olunması üçün yekun yoxlanışlar keçirilmişdi. Psixoloji testlərdə 
isə psixomotor, əqli istedad, şəxsin strukturu və emosional-həvəslən-
dirici proseslər təyin olunmuşdu. Yoxlanışların bütün materialları hə-
kim-kapitan K.Klukovskinin rəyləri ilə birgə toplanıb, müvafiq tərzdə 
möhürləndikdən sonra “Məxfi” yazısı ilə seyflərdə gizlədilmişdi.
Nəhayət, 29 oktyabr 1976-cı il tarixində beş qovluq İnstitutun kon-
frans  zalındakı  masanın  üzərinə  qoyuldu,  onların  içində  isə  beş  cə-
sur insan: podpolkovnik pilot Zenon Yankovski, mayor pilot Henrık 
Halka,  mayor  pilot  Andjey  Buqalı,  poruçik  pilot  Tadeuş  Kujora  və 
mənim taleyim var idi. Ulduz Şəhərciyində yerləşən Kosmonavtların 
Təlim Mərkəzindən rusiyalı mütəxəssis və həkim nümayəndə heyəti 
gəlmişdi. Nümayəndə heyətinin başçısı polkovnik həkim kosmonavt 
Vasili Lazarev idi. Polyak tərəfini polkovnik professor Baranski başda 
olmaqla təlimçilərimiz təmsil edirdilər. HATİ-nun mütəxəssisləri hər 
birimizin xüsusiyyətlərini tərifləyirdilər. Gözləmə anı çox təsiredici idi. 
Komissiyanın  önünə  ikinci  çağırıldım.  Sakitliyi  qorumağa  çalışaraq, 
konfrans zalına daxil oldum. Lazarevin qarşılamağa çıxmağı məni çox 
təəccübləndirdi. Hamının hər hərəkətimə baxdığına fikir verdim. Mənə 
bir neçə sual verildi. Qısa olaraq tərcümeyi-halım və aviasiya təcrübəm 
haqqında danışdım.
Ailə, maraqlar, arzular haqqında suallar verilirdi. “Şübhələri ləğv 
etmək üçün” yoxlanışlardan bir daha keçmək təklifindən başqa xüsusi 
suallar yox idi. Bu cümləni gələcək yarım il ərzində dəfələrlə eşitməli 
idim. Təbaşiri içirdim,  rentgen otağında artıq mənə tanış mövqelər-
də poza verirdim. Nəticə - əvvəlki kimi idi, lakin sənədləşmədəki iz 
dəftərdəki mürəkkəb ləkəsi kimi qalmışdı. Rus həkimlər bizi son dərə-
cə  dəqiq  müayinə  edirdilər.  Tadeuşa  stomatoloji  cərrah  əməliyyatı, 
Henyoya isə fırlanan oturacaqda əlavə seans təklif etmişdilər. Təəssüf-
lər olsun ki, əla pilot və dost, təmkinli və qayğıkeş Andjey Buqalı ara-
mızdan getdi. Həkimlərin rəyinə əsasən onun yeganə nöqsanı hündür-
boy olmağı idi. Düzünü desəm, mən Andjeydən da hündür idim, lakin 
boyum  oturarkən  kosmik  gəmi  üçün  təyin  olunan  meyarlara  uyğun 
idi. Andjey dörd santimetr “daha hündür idi” və o, şərəflə çıxıb getdi. 
Onun şərəfinə təşkil edilmiş təntənəli şam yeməyi zamanı vidalaşdıq. 
Şampanla qədəh qaldıran zaman Andjey bizi xoş hərəkətilə təəccüb-
ləndirdi. Formasından aviasiya qartal şəklindəki pilot nişanını çıxarıb, 
ovcunun içinə qoyub dedi: “ Qoy bu polyak aviasiya rəmzi kosmosa uç-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə