34
IKINCI HISSƏ
edən daimi təlimdir. Yerə endikdən sonra əl ilə planeri start yerinə
aparır, dartan cihaz işə düşəndə isə uzunluğu bir neçə yüz metr
olan burazı qaçaraq bucurğada
20
qədər çəkirdik. Bəzən öz növbəmi
gözləyərkən cibimdən latın dili kitabından bir vərəq çıxardıb, planerin
qanadının kölgəsində Ovidinin poeziyasını əzbər öyrənirdim. Bunu
daxilimdəki tələbə görə etmirdim, vəzifəmə görə edirdim. Latın dilini
öyrədən professora yaxşı bildiyim mətnlə cavab verməli idim.
Təlimin sonunda sırada Zıqmunt Borıslavski, Franek Paynovski,
Valentı Plonka, Vatsek Şetelnitski, Yanuş Rudı və Boqdan Linevski ilə
qaldım.
Bir neçə bəxtəvərlə birgə avqust ayında Karkonoşeda
21
hələ
müharibədən əvvəl tanınmış Yejuv Sudetski planer meydançasının
üstündə uçurduq. Orada himayəçim təlimatçı və pilot, gözəl insan,
aviasiya haqqında böyük biliklərə malik və yüksək fiziki hazırlığı olan
– xanım Lidiya Pazio idi. Xanım Lidiya özüm haqqında bilmədiyim
xüsusiyyətlərimi üzə çıxarmışdı: inad, başqalarından çox şey əldə
etmək istəyi, tədbirlilik və havada olarkən mühakimə yürütmək
qabiliyyəti. Orada ilk dəfə planerlə ştoporu və mənə çox güclü təsir
bağışlayan müxtəlif pilotaj fiqurlarını görmüşdüm. Yejuvda ilk
itaət dərsimi almışdım. Bir saatdan çox Muşe-100 ilə göydə “asılıb
qalmışdım“. Uzun, bir neçə kilometrlik yamacı dövrələyən hava
axınından istifadə edirdim. Səma ağır buludlarla örtüldü. Hava
limanından göyə üç qırmızı raket atıldı – dərhal enmək əmri. Bu
siqnala əhəmiyyət vermədim. Yamac boyu bir uçuş da yerinə yetirməyi
qərara aldım. Uçuş əla keçmişdi, lakin güclü burulğan başladı, külək
şiddətləndi. Yerə enmək üçün geri döndüm. Spidometr 90 km/s sürətini
göstərirdi, mən isə yavaşca irəli gedirdim. Qırmızı raketlər daha tez
göründü. Enmə meydançasına necə çatacağım haqqında düşünməyə
başladım, alçaqdan uçurdum. Tərslikdən yağış da yağmağa başladı.
Bir az yuxarı qalxmağı qərara aldım, təpənin başına yaxınlaşırdım.
Dağa möhkəm dəyib, aşağıya tərəf uçdum. Ölümcül “dalda (külək
tutmayan yerdə)“ qalmışdım. Ağacların başları səs-küylə yaxınlaşırdı.
Bir neçə metr hündürlükdə təkrarən təpənin üstündən uçdum. Enmə
meydançası haradasa buralarda idi, onu kabinənin şüşələrini bürüyən
yağış damlalarından bulanıq şəkildə görürdüm. Görünmə dərəcəsini
yaxşılaşdırmaq üçün instinktiv olaraq kiçik yan pəncərəsini çəkdim
və yenidən ağacları gördüm, onlar çox yaxın idi. Öndən heç bir şey
20
Bucurğad – ağırlıq qaldıran
mexanizm
21
Karkonoşe - Polşa və
Çexiya ərazisinə dağ massivi
35
PLANERDƏN
REAKTIV TƏYYARƏYƏ QƏDƏR
görmürdüm. Ciddi-cəhdlə Muxanı sol tərəfə apardım. Pəncərədən çox-
çox yaxında şumlanmış torpaq sahəsini gördüm. Şassiləri çıxartdım,
uçuşu düzəltdim və həmin an yaş, palçıqlı torpağa çırpıldım. Planer
haradasa beş metrdən sonra dayandı. Mən sağ idim. Yağış leysanla əvəz
olunmuşdu. Kabinədə qaldım, yağışın səsi əsəblərimi sakitləşdirirdi.
Bir neçə dəqiqədən sonra dostlarım təngnəfəs sonradan dediklərinə
görə, “məni qırıntılardan çıxartmaq üçün“ qaçıb gəldilər. Əsəbi təlimatçı
məni yaxşıca vurub dedi: “Əşyalarını yığ və evinə cəhənnəm ol!“ Üç yüz
metrə yaxın məsafədən uçuş xaçımı dağa daşımalı oldum.
Lidiya xanım qaydaları pozduğuma görə məni söyüb biabır elədi və...
enməmə görə təriflədi. Bizi danlayan kişiyə deyirdi: “Mirekdən əl çək, o
mənim tələbəmdi, sən də onun kimi əlli metrlik torpaq sahəsinə enməyə
cəhd göstər“. Özümü lap axmaq kimi hiss edirdim, çünki bu enməni
planlaşdırmamışdım. Təsadüf və ya mənim mələyim (anam hər zaman
deyərdi ki, hər insanın öz mələyi var) elə etdilər ki, planeri qırmadan enə
bildim. Təyyarəçilikdə uğurla bədbəxtliyin son dərəcə yaxın olduğunu
anladım.
Yejuvda rezin kanatlardan və təyyarədən sonra startı gördüm. Bu
səlahiyyəti mənə aviasiya əfsanəsi olan insan, pərəstiş etdiyim və ona
oxşamaq istədiyim təlimatçı pilot Tadeuş Popel vermişdi. Təyyarəçilikdə
tanınmış və əməkdar insanların əllərini hər dəfə çiynimə ərklə vurmaları
ilə fəxr edirdim. Evə arzuladığım təcrübə qazandaıqdan sonra, III sinif
planer pilotu nişanı ilə gəlmişdim. Anam baxıb: “Deyəsən kişiləşmisən“, –
dedi. Bu sözləri eşidəndə sevinməyə bilərdimmi?
1960-61-ci ilin qarları əriyən kimi mart ayında Vrotslavdakı
Qaduv hava limanının anqar və planerlərini təmizləyirdim. Bu artıq
“mənim“ hava limanım idi. İllər öncə bir neçə günümü onun hasarı
altında, Kujniki stansiyasının yaxınlığında yerləşən dağılmış bunkerin
yanında keçirmişdim. Tələbkar Zcislav Mayevski əvvəl iş qabiliyyətimi
qiymətləndirdi, sonra isə nəzəri biliklərimi və Bocian (Leylək) planerində
pilotaj bacarıqlarımı yoxladı. Belimdən astaca vurub, parıldatdığım
Muxanı (planer) göstərib dedi: “Onu özünə götür və uç, amma yıxılıb
ölmə, çünki başqa xamlara da planer lazımdı“. Təlimatçının dediklərinə
əməl etdim, planeri zədələmədim. Hər zaman çətin də olsa, səliqəli
idarəetməyə diqqət yetirirdim. Təlimatçıma Demblindəki AZM-ə daxil
olmaq istəyim haqqında dedim. “Yüksəklərə can atırsan“, – rəyini
bildirdi. Bir saatdan sonra bu sözlər yazılan müsbət rəy aldım: “Müsbət
qiymətləndirmə nəticəsində Vrotslav Aeroklubu tərəfindən AZM-ə
namizəd kimi seçilmişdir“. Üstəlik “Zcixu“ mənə Beskidada Jar dağında
keçirilən planer yarışına iştirakçı kartını verdi.
Məktəbin komandiri tanınmış, qorxubilməz pilot Adam Cujınski idi,