35
doğurmuşdu. Gözləri oyuna, oyunçulara baxsa da, onların fikir-
xəyalı Aliyə ilə olan gəzintilərində idi. Onlardan heç biri öz
düşüncəsini müəyyən şəkilə, müəyyən istiqamətə sala bilmirdi.
Lakin bu dolaşıqlıq, hərc-mərclik, ümidsizlik zülmətində
hərdənbir parlayıb sönən qığılcım, qasırğaya düşüb yolunu
azmış kompassız gəmiyə istiqamət götürməkdə kömək edən
mayaq kimi onların, özü bir təlatüm olan təzadlı fikirlərini
çarələr, imkanlar sahilinə yönəldirdi. Bu sahil o qədər uzaq idi
ki, onlar bəzən xilasolma ümidini itirir, dalğalı xülyalar
qoynunda çapalayırdılar. Heç bir fırtınadan qorxmayan bu
dənizçiləri əsrarlı düşüncələr, oyanmış könül sevdası təlatümü
sarsıdırdı. Əmir səbirli idi. Ürəyində baş qaldıran duyğunun
öhdəsindən gəlməyi bacarırdı. Sakit təbiəti onun həyəcanlarını
elə ustalıqla pərdələyirdi ki, ən həssas, diqqətli müşahidəçilər
belə Əmirdə yaranan dəyişiklikləri, dönüşü duya bilməzdi. O
ürəyi, qəlbilə məsləhətləşib şüuru ilə danışan bir oğlan idi. Heç
zaman fikirləşməmiş danışmaz, sözgəlişi cavab qaytarmazdı.
Tanışları, dostları onu qorxmaz, cəsarətli bir adam kimi
tanıyırdılar. Onlar yanılmırdılar. Əmir doğrudan da, onlar
düşündüyü kimi idi. Lakin onu bir eybinə çoxları gülürdü. Əmiri
tanımadığı qızla yarım saat bir otaqda tək saxlamaq beşillik həbs
cəzasına bərbər idi. O tanış olmayan qız yanında təbdən-təbə,
rəngdən-rəngə düşürdü. Gah canından qalxan istilikdən yanır,
gah da varlığını bürüyən lərzədən donurdu. Danışmağa söz
tapmır, qızın üzünə baxmağa cəsarət etmirdi. Tay-tuşları bir
hadisəni xatırlayıb tez-tez gülüşürdülər. Keçmiş günlərin birində
Qəzənfər onu rəqsə aparmışdı. Əmir o zaman bir həftə idi
gəmidə işləməyə gəlmişdi. Rəqs dənizçilər bağında idi. Əmir
rəqs etməyi bacarmırdı. O yoldaşlarından rəqs haqqında çox şey
eşitmişdi. Amma bir dəfə də olsun qız əlindən, qız belindən
tutub rəqs meydançasında hərlənməmişdi. O, oynamağın
təhərini də bilmirdi. Təsəvvürünə gətirəndə ki, rəqs etməyi
öyrənmişdir, özü də onu rəqsə dəvət edən gözəl bir qızla
oynayır, Əmirin dizləri titrəyirdi. Sanki bu xəyal bir həqiqət idi.
36
Qızın nəfəsi onun canına cərəyanlar buraxır, onu qıdıqlayırdı.
Təcrübəsizlikdən bu cəsarətsizlik Əmiri kütləvi rəqslərdən
çəkindirirdi. Qız belini qucmaqda, qız nəfəsini udmaqda, qız
təravətini duymaqda bəziləri üçün bir vasitə olan bu rəqs
havalarını öyrənməyə Əmirdə də həvəs olmuşdu. O da başqaları
kimi nazlı-qəmzəli qızları fırfıra kimi fırlatmağı, onların sehirli
gözlərinə baxmağı, oynadıqca dalğalanan sinələrinə yaxından
göz yetirməyi, o füsunkar aləmin belinə, çiyninə, ağ biləyinə əl
toxundurmağı arzulamışdı. Ancaq Əmir bu arzuların həyata
keçirilməsinə qadir deyildi. Adicə bir təmasdan güclənən şəhvət
hissi, onun qarşısıalınmaz çılğınlığı Əmiri həmişə qızlardan
uzaq olmaq məcburiyyəti qarşısında qoyurdu. Rəqsdə Qəzənfər
onu bir qızla tanış etmişdi. Qız, Qəzənfərin köhnə rəqs
tanışlarından biri idi. Qəzənfər, qızı öyrətmişdi ki, Əmirdən əl
çəkməyib onu oynatsın. Qız da xam adamları dolamağın
azarkeşi imiş. O qırsaqqız olub Əmirə yapışdı. Göz vura-vura
Əmirin qoluna girdi, başını onun çiyninə qoyub pıçıldadı:
– Yəni o qədər çirkinəm ki, mənlə tanış olmaq, rəqs etmək
istəmirsən!? Əmiri elə bil gicirtkən daladı. O kənara çəkildi. Qız
əl çəkmədi, yaxınlaşıb kinayə ilə dedi. – Sənin bu hərəkətin qız
üçün çox böyük təhqirdir. Əmir meydançanı dövrəyə alan
tamaşaçıların arasından çıxıb xiyabana keçdi. Qız ona çatıb
gileyləndi:
– Hara getsən, səninlə gedəcəm. Əmir dayandı. O
uçunurdu. Gülümsünən qızın üzünü oxşayan nəfəsi həyəcanını
artırıb onu daha da titrədirdi. Əmir heç nə deməyib yenə
getməyə başladı. Qız daldan onu ətəklədi. – Sən necə oğlansan?!
Ömründə elə bir qız görmüsən ki, gəlib tanımadığı oğlana
sarmaşsın!?. Amma mən səni çoxdan tanıyıram. Səni sevirəm,
eşidirsənmi, sevirəm. Daha dözə bilmirəm. Əmiri qan-tər basdı.
O dartıb qolunu qızın əlindən çıxartdı. İstədi qaçsın. Lakin
ətrafda adamlar çox idi, qorxaqlığı vüqarına sığışdırmadı.
Qorxdu ki, qız da onun dalınca qaçıb Əmiri camaatın içində
biabır eləsin. O, qaranlıq xiyabanların birinə buruldu. Məqsədi
37
yüyürüb hasardan aşmaq, bir baş gəmiyə getmək idi. Qız da
Əmirin dalınca getdi və irəli keçib onu qabaqladı. – İnan əzizim,
inan ki, sənin həsrətin məni heyva kimi saraldıb. Mənə haçan bir
söz deyib eşqinin xəstəsi könlümü sağaldacaqsan? Axı, sevən
bir qəlbi cövrü-cəfa ilə mükafatlandırmazlar! Gəl gedək, heç
olmasa, rəqs edək. Bu mənim sevən qəlbimə ilk eşqimdən əbədi
bir təsəlli olacaqdır. İcazə ver, o çil-çirağın altında gözlərinə,
vurğunu olduğum boy-buxununa doyunca baxım. Səadət ki,
məndən uzaqlaşır, neynim, qoy getsin, vaxt olar o da sevər,
sevənlərin nələr çəkdiyini başa düşər, verdiyi işgəncələrin
acısını duyar. Qız doluxsunaraq Əmirin əlindən tutub onu rəqs
meydançasına sarı çəkdi. Əmir əlindən çıxıb qəfildən qaçanda
qız da, onları izləyən Qəzənfər də gülməkdən az qala qəşş
edəcəkdilər. Əmir bu kələkdən xəbərsiz idi. Qızın əlindən qaçıb
qurtarmasına sevinmişdi. Elə fərz etmişdi ki, bu həngaməni
özündən başqa heç kim bilmir. Lakin uşaqlar gəmidə onu
gördükcə pıqqıldaşdılar, yerli-yersiz gülüşdülər, nəhayət məsələ
açıldı, Əmir anladı ki, onu kələyə salan Qəzənfər imiş. Əmir o
anlarda ağlına gətirmədiyi bu təsadüfdən çaş-baş olmuşdu. Qızın
hərəkəti, andı onu, tamamilə, inandırmışdı. Ancaq sonralar
deyirdi ki, inanmadım. Ağıllı qız gəlib birdən-birə tanımadığı
oğlana o sözləri söylərmi?! Bilirdim ki, bu işdə bir kələk var,
amma bu fırıldaqda Qəzənfərin əli olduğunu ağlıma
sığışdırmadım. Hər nə isə hünərli qız idi, üstümü əzaril kimi
almışdı. Düzü yaman qorxdum. Fikirləşdim ki, kiminsə
doldurduğu qan çanağıdır, mənim başıma töküləcək. Döysəm
qışqıracaq, oralarda hərlənən milis işçiləri də onun hay-harayını
eşidib məni tutacaqdılar. Qız şikayətə başlayacaq, böhtan atacaq
məni ləkələyəcəkdir. Atalar demişkən, utan utanmazdan, qorx
qorxmazdan. Axırda hünərim qaçmağa çatdı. Əmirin utancaqlığı
Qəzənfərə fəaliyyət imkanları verirdi. Onun bu zəifliyi
Qəzənfəri sevindirirdi. O dilli-dilavər olması ilə öyünür, qızlara
ədalarla təsiretmə məharətinə arxalanırdı. Qəzənfər əmin idi ki,
Aliyə ilə bu gün də olmasa sabah dostlaşacaq, çox yerini
Dostları ilə paylaş: |