Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə10/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   6   7   8   9   10   11   12   13   ...   172

www.vivo-book.com 

 

55 



Xose  onlara  gülümsədi  və  çiynimi  qucaqladı.  Bax  a, 

Хоse  –  köhnə  tanıĢım  belə  kübar,  lütfkar  olmuĢdu,  artıq 

qadınlarda təəssürat oyadırdı. 

– Sən olduqca füsunkar görünürsən, – dedi. 

– Getmək vaxtıdır, – mızıldandım. 

– Axı elə indicə gəlmiĢdin. 

–  Hə,  amma  Kristian  qayıtmalıdır.  Хоse,  fotoların 

fantastikadır. Sən çox istedadlısan. 

О iĢıq saçırdı. 

– YaxĢı ki səni gördüm. 

 О,  ayı  kimi  məni  qucaqlayır  və  mənimlə  birgə 

fırlanırdı.  Gözümün  ucuyla  Kristianı  görürdüm.  О 

hirslənmiĢdi, aydın idi, çünki Xosenin qolları arasındaydım. 

Lap  yaxĢı,  əsəbiləĢ,  dostum!  Mən  bilərəkdən  Xosenin 

boynunu qucaqladım. Ġndi Kristian hirsindən partlayacaqdı. 

Gözlərində ĢimĢək çaxırdı. О, asta-asta bizə doğru gəlirdi. 

–  Sağ  ol  ki,  məni  portretlərə  görə  xəbərdar  elədin,  – 

kinayəylə dedim. 

–  Оy,  bağıĢla,  Аnа.  Mən,  doğrudan  da  səni  xəbərdar 

eləməliydim. Necəydi, xoĢuna gəldimi? 




www.vivo-book.com 

 

56 



–  Hm…  bilmirəm,  –  düzünü  dedim,  sualla  ani  olaraq 

özünü itirmiĢ halda. 

–  Hə,  onların  hamısı  artıq  satılıb,  yəni  artıq  kiminsə 

xoĢuna gəlmisən. Əladı, hə? Sən – posterdəki qız. 

 

Хоse  məni  daha  möhkəm  qucaqladı.  Özündən  çıxmıĢ 



Kristian  bizə  yaxınlaĢırdı.  XoĢbəxtlikdən  Хоse  onun 

simasını görmürdü. 

–  Gözdən  itmə,  Аnа,  –  Хоse  məni  buraxdı.  –  Оo, 

mister Qrey, axĢamınız xeyir. 

– Mister Rodriges, çox mütəəssir oldum, – Kristian buz 

kimi  soyuq  ahənglə  danıĢırdı.  –  Təəssüf  ki,  burda  qala 

bilmərik,  çünki  biz  Sietlə  qayıtmalıyıq.  АnasteyĢa?  –  О, 

―biz‖ sözünü xüsusi vurğuyla tələffüz etdi və əlimdən tutdu. 

– Hələlik, Хоse. Bir daha təbrik edirəm. 

 

Mən  tələsik  onun  yanağından  öpdüm  və  özümə  gələ 



bilməmiĢ  Kristian  məni  binadan  az  qala  sürüyərək  çıxardı. 

Bilirəm,  o,  hüdudsuz  qəzəbindən  deyinirdi,  amma  mən  də 

ona görə hirsliydim.  



www.vivo-book.com 

 

57 



О,  cəld  küçəyə  göz  gəzdirdi  və  sola  doğru 

istiqamətləndi,  sonra  qəfildən  məni  yandakı  kiçik  küçəylə 

aparmağa baĢladı və kəskin hərəkətlə divara dirədi. Ovucları 

ilə  sifətimdən  tutur,  özünün  od  saçan,  qərarlı  gözlərinə 

baxmağa məcbur eləyir. 

Mən ürpənmiĢ halda ağzımla havanı tuturdum, Kristian 

isə  çılğınlıqla  məni  öpürdü.  Hansısa  anda  diĢlərimiz  bir-

birini taqqıldadırdı, sonra onun dili ağzıma girirdi. 

Ġstək  bədənimdə  milli  bayram  Ģərəfinə  açılan 

atəĢfəĢanlıq  kimi  partlayırdı.  Mən  də  onu  öpürdüm,  eyni 

ehtirasla.  Onun  saçlarından  tutmuĢdum  və  rəhmsizcə 

dartırdım. О inləyirdi. Bu asta səs çox seksual idi; о, udlağın 

dərinliyində  yaranırdı  və  bədənimdə  ürpənti  yaradırdı. 

Kristianın  əli  ombalarıma  endi,  barmaqları  donumdan 

bədənimə yapıĢdı. 

ÖpüĢümüzə 

son 

günlərin 



bütün 

ağrı-acısını 

boĢaldırdım, Kristianı özümə bağlayırdım. Və bu kor ehtiras 

anında  dərk  edirdim:  o  da  mənə  eyni  Ģeyi  edirdi,  eyni  Ģeyi 

duyurdu. 



www.vivo-book.com 

 

58 



O,  güclə  nəfəs  alaraq  öpüĢü  yarıda  qoydu.  Gözləri 

ehtirasdan  iĢıldayırdı,  bu  iĢıq  qanımı  coĢdurmuĢdu, 

bədənimdə  tufan  yaradırdı.  Mən  ağzımla  ehtiyacım  olan 

havanı udub ciyərlərimi doldurdum. 

– Sən. Mənimsən. Sən. Mənimsən, – o nərə çəkirdi, hər 

bir  sözü  vurğuyla  deyirdi.  Əyilirdi,  əlləriylə  dizlərinə 

söykənərək,  sanki  indicə  marafon  qaçıĢını  bitirmiĢdi.  – 

Tanrıya and olsun, Аnа. 

Mən  divara  söykənmiĢdim,  ağır-ağır  nəfəs  alırdım, 

bədənimin  titrəyiĢli  reaksiyasına  nəzarəti  ələ  almağa, 

mütənasiblik əldə etməyə çalıĢırdım. 

– BağıĢla, – pıçıldadım, tənəffüsüm artıq normallaĢırdı. 

– Sən mənim olmalısan. Bilirəm ki, tərəddüd eləyirsən. 

Fotoqrafla birgə olmaq istəyirsən, Аnа? Açıq-aĢkar görünür 

ki, o sənə biganə deyil. 

Mən günahkarcasına baĢımı yellədim. 

– Yox. О, sadəcə, dostumdur. 

–  Bütün  həyatım  boyu  ifrat  emosiyalardan  qaçmağa 

çalıĢmıĢam.  Sən…  sən  mənə  tamamilə  yad  olan  hissləri 

içimdən çıxarırsan. Bu çox… – О üzünü turĢutdu, yəqin ki, 




www.vivo-book.com 

 

59 



lazımi  sözləri  axtarırdı.  –  Həyəcanlıdı…  Mən  hər  Ģeyi 

nəzarətdə  saxlamağı  xoĢlayıram,  Аnа,  sənin  yanında  isə 

sadəcə  …  –  onun  gözlərində  heyrət  oynaĢırdı,  –  mümkün 

deyil. 


 

О,  əliylə  qeyri-müəyyən  hərəkətlər  edir,  saçlarında 

gəzdirir və dərindən köks ötürürdü. 

–  YaxĢı,  gedək.  Biz  sənin  haqqında  danıĢmalıyıq, 

üstəlik, yemək yeməliyik. 

 

 

 

 

 

2-ci fəsil 

 

Kristian məni kiçik, xudmani restorana gətirmiĢdi.  



– YaxĢı, bu bizi qane edər, – donquldandı. – Vaxtımız 

azdır. 



www.vivo-book.com 

 

60 



Restoran  xoĢuma  gəlirdi.  Taxta  stullar,  kətan  süfrələr, 

divarlar  da  oyun  otağındakı  kimi  eyni  rəngdə  idi  –  tünd 

qırmızı; divarlarda qızılı sağanaqlı balaca aynalar asılmıĢdı, 

masalarda  ağ  Ģamlar  və  ağ  qızılgüllü  kiçik  güldanlar. 

Hardasa künc-bucaqda Ella Fiscerald ―eĢq‖ adlı azar haqda 

giley-güzar eləyirdi. Hər Ģey tam romantik idi. 

Оfisiant  bizi  ikinəfərlik  masaya  qədər  müĢayiət  elədi. 

Mən  əyləĢdim,  qarĢıdakı  söhbətin  nəylə  nəticələnəcəyini 

bilmirdim. 

–  Vaxtımız  azdır,  –  Kristian  ofisianta  dedi.  –  XahiĢ 

edirəm iki çox da qızarmamıĢ steyk, bearnes sousu ilə, əgər 

varsa,  ―kartof-fri‖  və  baĢ  aĢpazın  zövqünə  uyğun  təzə 

tərəvəzlər. Bir də ―Ģərab menyusu‖nu gətirin. 

– BaĢ üstə, ser. 

 

Оfisiant  Kristianın  soyuq,  amiranə  səs  ahəngindən 



təsirlənərək  tələsik  getdi.  Kristian  öz  smartfonunu  masaya 

qoydu.  Ġlahi,  doğrudanmı  mənim  danıĢmaq  hüququm 

yoxdur? 

– Əgər mən steyki xoĢlamıramsa? 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə