beynəlmiləl siyasət silsiləsində ən mühüm bir həlqəni təşkil
edir...
Milli mücadiləmiz nöqteyi - nəzərindən təhlil və təmi-
qinə son dərəcə möhtac olduğumuz bu məsələnin əhəmiyyə
ti üzərinə mətbuatımızda ilk dəfə nəzər-diqqət cəlb etmək
şərəfi dostumuz Miryaqub bəyə nəsib olur».1
2001-ci ildə professor Rövşən Novruzoğlunun «Azər
baycan neft strategiyası xarici kəşfiyyatların maraq dairə
sində və milli təhlükəsizliyimiz» kitabı çapdan çıxdı.
2003-cü ildə Respublika Prezidenti İlham Əliyevin
«Azərbaycanın Xəzər nefti» («Каспийская нефть Азербай
джана») adlı irihəcmli əsəri rus dilində işıq üzü gördü. Bu
əsərdə «Müstəqil Azərbaycanın nefti» (I fəsi, §2), kitabın IV
fəslində «Xəzər neftinin inkişaf problemləri», neft kəmərlə
rinin rəqabəti, şimal və qərb istiqamətləri, əsas ixrac neft
kəməri bölmələri siyasi ədəbiyyatımızda ilk dəfə geniş şərh
edildiyi üçün böyük maraqla oxunur və Azərbaycanın neft
strategiyası mövzusu ilə maraqlanan bütün mütəxəssislər
üçün stolüstü vəsaitdir.
2005-ci ildə E.Q.Mehrəliyevin «Beynəlxalq siyasətdə
neft amili» adlı kitabçası çapdan çıxmışdır. Göründüyü ki
mi, mövzuya aid nəşr olunmuş ədəbiyyatın sayı o qədər də
çox deyildir.
Dünyada ilk neft qazma quyusu Bakıda 1844-cü ildə
«Ağayi» və «Xəlafi» neft şirkətlərinə məxsus quyulardır.
Amerikanın ən zəngin neft rayonu olan Pensilvaniyada isə
ilk neft quyusu 1859-cu ildə qazılmışdır. Azərbaycanda
quyudan ilk neft fantanı 1873-cü ilin 13 iyununda vurmuş
dur.
Azərbaycanın ən böyük təbii sərvəti olan neftin era
mızdan 2500 il əvvəl istifadə edilməsinə başlanmışdır və
1 Miryaqub Mehdizadə. Beynəlmiləl siyasətdə petrol. Bakı, 1994, s.6
8
onun çıxarıldığı Abşeron «əbədi odlar diyarı» olaraq hələ
bundan əvvəl də Şərqdə məlum idi. Buradan aydındır ki,
Bakı əsrlər boyu dünya neft sənayesinin mühüm mərkəzlə
rindən biri və bəlkə də birincisidir.
Azərbaycan xalqı öz neft sərvətinin istifadəsi uğrunda
əsrlər boyu mübarizə aparmışdır. XVIII əsrin sonlarına
doğru Abşeronun neft yataqlarının əsas sahibi bakılı
Hüseynqulu xan olmuşdur.1
XIX əsrin ortalarında Bakıda hasil edilən neftin yarı
sı xaricə ixrac edilirdisə, əsrin sonunda bu ixrac 25 faizə
enmişdi. 1856-cı ildə tərtib edilmiş «Qafqaz təqvimi»ndə
yazılmışdı: «Qatı qara və ağ neft imperiyanın daxili əyalət
lərinə daşınılır, tutqun yaşıl neft buranın və Şamaxı, Dər
bənd quberniyalarının digər qəzalarının sakinləri tərəfindən
işıqlandırma üçün işlədilir və müxtəlif məqsədlərlə istehlak
üçün İrana aparılır».2
XIX əsrdə Bakı ətrafındakı neftli ərazilərdə Səlimxa-
nov qardaşları, Cahangir Məlikov, Hacı Zeynalabdin
Tağıyev, Raqozin, V.Kokorev, S.Vitte və digər sahibkarlar
neftayırma zavodlarına malik idilər və bu zavodlarda işləy
ən mühəndislər içərisində azərbaycanlılar da olmuşdur.
1883-cü ildə Zaqafqaziya dəmir yolunun çəkilməsi Ba
kını dəmir yolu vasitəsilə Qara dənizlə birləşdirdi və Bakı
neftinin qərbə nəqli məsələsi həll edildi.
Bakı nefti hesabına varlanan Avropa kapitalistləri
Robert Nobel, fransız bankiri Rotşild, Amerika neft kralı
Rokfeller, eləcə də Rusiya hökümətinin maliyyə naziri
S.Vitte bir çox hallarda Azərbaycanın ziyanına birgə fəa
liyyət göstərirdilər. Azərbaycan ziyalılarından Həsən bəy
Zərdabi, milyonçu Hacı Zeynalabdin Tağıyev və digərləri
bu xəyanəti hiss etsələr də, onun qarşısını almaq iqtidarında
deyildilər.
1 Azərbaycan nefti dünya siyasətində. I cild, Bakı, 1997, s.8.
2 Yenə orada, I cild, Bakı, 1997, s. 159.
9
Bununla belə XIX əsrin sonuna doğru Azərbaycanda
milli burjuaziya da yaranmışdı və Bakıda neft sənayesi
sürətlə inkişaf etməyə başladı.
Azərbaycan neftinə sahib olmaqda erməni-daşnak iş
bazları daha həyasız və qəddar idilər və bu şəraiti onlara
Rusiya dövlətinin hakim dairələri yaratmışdı.
Rusiya imperatoru I Pyotrun 1724-cü ilin 10 noyabr
tarixli fərmanına əsasən ermənilərin Xəzər sahillərindəki
ərazilərdə və ilk növbədə Abşeronda yerləşməsinə başlandı
(1723-cü ildə Bakı Rusiya tərəfindən zəbt edilmişdi). 1735-ci
ildə Bakı və Dərbənd İran dövlətinin idarəçiliyinə keçdisə
də, 1806-cı ildə Rusiya çarı I Aleksandrın hakimiyyəti
dövründə Bakı yenidən Rusiya tərəfindən zəbt edildi.
Erməni mənbələri Bakı nefti hesabına varlanmış daş
nak işbazlarının siyahısına aşağıdakıları daxil etmişlər:
Mantaşevlər birliyi, Qukasov qardaşları, Mirzəyev (Mir-
zoyan) qardaşları, Lionozovlar ailəsi, Qaluşt Gulbekyan,
Pitoyev və K°, Arafelov və K°, Tsaturov, Aramazd, Astik,
Syunik, Ararat, Masis və sair erməni icmaları bu sıradan
idi.
Rusiyada XIX əsrin sonunda aparılmış əhalinin siya
hıya alınması məlumatına görə Bakıda yaşayan əhalinin
milli tərkibi aşağıdakı nisbətdə olmuşdur: ruslar 54254 nə
fər, azərbaycanlılar - 53827 nəfər, ermənilər - 34259 nəfər,
farslar - 18572 nəfər, yəhudilər - 5852 nəfər, almanlar -
5028 nəfər, Krım tatarları - 4157 nəfər, ləzgilər - 3857 nə
fər, gürcülər - 261 nəfər, polşalılar - 1548 nəfər, yunanlar -
617 nəfər; isveç, osetin, laiş, slovak, fransız, litvalı, ingilis və
türk millətlərinə mənsub olanlar isə hər bir qrupda 100 nə
fərə qədər idi.
Erməni mənbələrində eləcə də göstərilir ki, Bakıda və
ətrafında olan 154 neft çıxaran firmadan 83-ü erməni icma
larının əlində olmuşdur. Neft və su kəmərləri üzrə isə 35
kəmərdən 25-i ermənilərə məxsus idi. Erməni daşnak həya
sızlığı o dərəcəyə çatmışdı ki, 1918-ci ildə onlar tələb edirdi-
10
iər ki, «Beynəlmiləl Bakı» Ermənistana birləşdirilməlidir.1
Bundan sonrakı sovet siyasi sistemi şəraitində 70 il ya
şamış Azərbaycan xalqı vətəninin ən böyük maddi sərvəti
olan neftini XIX əsrdə və XX əsrin 90-cı illərinə qədər öz
xalqının güzəranını yaxşılaşdırmaq üçün istifadə etməkdən
məhrum idi.
Azərbaycan neftinin istehsalında əcnəbi kapitalistlərin
iştirakı haqqında ədəbiyyat genişdir və təəssüflər olsun ki,
bu ədəbiyyatın Azərbaycan dilində nəşr edilməsinə əhə
miyyət verilmir.
İsveç sənayeçiləri olan Nobellər ailəsinin həyatının bir
çox səhifələri Bakı şəhəri ilə əlaqədar olmuşdur. İsveç jurna
listi Brita xanım Asbrink 20C0-ci ilin əvvəllərində «Lyudvik
Nobel: neftin gözəl gələcəyi» adlı əsərini yazmışdır. 2003-cü
ildə isə onun «Nobellər imperiyası (məşhur şvedlərin, Bakı
neftinin və Rusiyada inqilabın tarixi)» adlı kitabı rus dilində
Moskvada nəşr edilmişdir.
Emmanuel Nobel 1872-ci ildə özünün vəfat etməsi ərə
fəsində vəsiət etmişdi ki, 2 milyon funt-sterlinq var-dövləti
hesabına Nobel fondu yaradılsın və Nobel mükafatına layiq
şəxslərə verilsin.
Bu da acı həqiqətdir ki, Bakı neftindən əldə edilmiş bu
qazanc hesabına yaradılmış həmin mükafat hələlik heç bir
azəri türkünə qismət olmamışdır. Bircə o məlumdur ki, II
dünya müharibəsi illərində yaralı əsgərlərin cərrahi müalicə
sində çox böyük nailiyyətləri olmuş azərbaycanlı cərrah
akademik Mustafa Topçubaşovun Nobel mükafatına nami
zədliyi irəli sürülmüşdüsə də, ilk növbədə erməni şovinistləri
buna da mane ola bildilər. Ədalət tələb edir ki, müstəqil
Azərbaycan dövləti bu təltifatın təklifinin yenidən müzaki
rəyə çıxarılmasına və onun ədalətli həllinə nail olsun.
Bax: «Эхо» qəzeti, 16 oktyabr 2004.
11
1