tdən alınırdı. Yalnız 1922-ci ilin yanvarında Bakının Sabunçu
rayonunda ilk, yeni neft buruğu qazıldı. Həmin ildə Xəzərin
Bibi Heybət buxtasında yaradılmış kiçik süni adada ilk dəniz
neft quyusu qazıldı və 1923-cü ildə orada qazılan altı quyudan
neftin fantan vurması hesabına 1927-28-ci ildə neft hasilatı
1913-cü il səviyyəsini ötüb keçdi.
XX əsrin 30-cu illərində Azərbaycanın Daşkəsən ray
onundakı dəmir filizi yataqları (Gəncə şəhərindən 35km cənu
bi qərbdə) 1933-cü ildən başlayaraq istifadəyə verilməyə baş
landı və 1954-cü ildən başlayaraq istehsal edilən dəmir filizi
nin hamısı Moskvada, Kremldə oturan güclü bolşeviklərin
məcburi olan məsləhətinə əsasən Gürcüstanın Rustavi şəhə
rində tikilmiş metallurgiya zavoduna göndərilməyə başlandı.
Burada oun da demək yerinə düşər ki, II dünya mühari
bəsindən sonrakı dövrdə Azərbaycanda istehsal edilən neftin
45%-i, pambığın 70%, kimyəvi xammalların 70%, üzümün,
85% tütünün, 90% sənaye üsulu ile hazırlanmıq üçün xammal
kimi respublikadan kənara göndərilirdi. «Xalqlar dostluğu»
təzahürü kimi qələmə verilən u ədalətsiz siyasət Azərbaycan
iqtisadiyyatını Rusiya çarizminin müstəmləkəçilik siyasəti is
tiqamətində idarə edilməsinin davamı idi.
Azərbaycanda neft istehsalı 1920-ci ildə 2,9 milyon ton
olmuşdusa, 1928-ci ildə onun hasilatı 11,6 milyon tona, 1941-
ci ildə is 23,541 milyon tona çatdırıldı. 1940-cı ildə SSRİ-də
istehsal edilən neftin 75%-ni Azərbaycan verirdi.1
Azərbaycan Respublikasının neft istehsalı üzrə I beşillik
plan dövründə əldə etdiyi sürətli inkişaf heç bir ölkədə əldə
edilməmişdir. Bu nailiyyət əsasında SSRİ-də 1931-ci ildə 22,4
milyon ton neft hasil edilmişdi və bu göstərici əsasında SSRİ
neft istehsalı üzrə dünyada ikinci yerə yüksəldi.2 3
1 Azərbaycan Sovet Ensiklopediyası, VII cild, s.208.
2 С.Б.Беляев. Нефть страны вечного огня. Б., 1960, с. 114.
28
Azərbaycanda Abşeron arxipelaqından əlavə zəngin
neft yataqları, eləcə də Kür-Araz düzənliyində, Neftçala
rayonunda, Gəncə yaxınlığındakı Qırovdağ və Mişovdağ
adlanan ərazilərində yaradılmışdı və bunların istismarına
20-ci illərdən başlayaraq hazırlıq işləri aparılırdı.
1937-ci ildə SSRI-də hasil edilmiş 28,396 min ton
neftin 25, 706-min tonu (ümumi hasilatın 90,5%) Qafqaz
regionunda hasil edilmişdi. Qafqaz neft rayonuna isə Azər
baycan nefti, Qroznı nefti, Maykop nefti və Dağıstan nefti
rayonları daxil idi.!
1940-cı ildə Azərbaycan Respublikası SSRİ neft hasi
latının 24,5 milyon tonunu, yəni 71 %-ni vermişdi.2
SSRİ xalq təsərrüfatının inkişafı üzrə II və III beşillik
planların həyata keçirilməsi (1928/29-1937/38) əsasında Ba
kıda neft istehsalı inqilabdan əvvəlkinə nisbətən üç dəfə
artmışdı.1
Azərbaycan Respublikası I beşillik planı neft istehsalı
üzrə iki il yarıma yerinə yetirdi. Aydındır ki, ölkənin zəif
iqtisadi bazaya malik olduğu I beşillik illərində (1928-1932)
Bakı neftini hasil edən müəssisələr belə yüksək tempə uyğun
maliyyə vəsaitilə və texniki vəsaitlə təmin olunmurdu; bu
inkişaf birtərəfli, əsasən fiziki qüvvənin ifrat cəlbi hesabına,
həyata keçirilirdi.
1 А.Д.Будков, Л.А.Будков. Нефтяная промышленность СССР в годы
Великой Отечественной войны. М.: 1985, с. 29.
2 Советский Азербайджан. Баку, 1958, с.510.
3 ASE, I cild, s. 553.
29
IV Fəsil.
AZƏRBAYCAN NEFTİ II DÜNYA MÜHARİBƏSİ
İLLƏRİNDƏ (1939-1945)
Motorlar müharibəsi olmuş II dünya müharibəsi hələ
başlanmamışdan əvvəl, bu müharibədə hərbi texnikanı hə
rəkətə gətirmək üçün lazım olan benzin və sürtgü yağlan
mənbələri Avropa ölkələrinin rəsmi dairələrinin diqqət
mərkəzində idi. Bu amildə Qafqazın əhəmiyyətini hamıdan
əvvəl İngiltərənin görkəmli dövlət xadimi və siyasətçisi,
1916-1922-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş
Lloyd Corc (1863-1945) belə şərh etmişdi: «Əgər almanlar
Bakıya daxil olaraq bu rayonun tükənməyən neft vəsaitləri
nə və qonşu vilayətlərin zəngin sərvətlərinə soxula bilərsə,
müharibə sonsuzluğa qədər davam edər».
XIX əsrdə dənizlər ağası olan Böyük Britaniyanın ad-
miralı Fişer isə demişdir: «Kim neftin sahibidirsə, o da
dünyanın sahibidir».
Azərbaycanda isə neft istehsalı 1940-cı ildə 24,5
milyon tona çataraq, 1913-cü il səviyyəsini 3,2 dəfə artmış
dı.'
1939-
cu ildə SSRl ilə Almaniya arasında bir-birinə
hücum etməmək paktının imzalanması İngiltərə və Fransa
nın hakim dairələrini hamıdan çox narahat etmişdi. Dünya
mətbuatında SSRİ-nin Almaniyanı guya Bakı nefti ilə təmin
etməsi haqqında qərəzli (yalan) yazılar London və Parisin
hərbi dairələrində rəsmi müzakirələrə səbəb oldu və Bakı
neft rayonuna nəzarət etmək üçün ən yüksək səviyyələrdə
gizli tədbirlər görülməsinə başlandı.
1940-
cı ildə SSRİ Dəniz Donanması vasitəsilə daşınan
yüklərin 40 %-dən çoxıı Xəzər dənizi vasitəsilə həyata keçi
rilirdi. Buna görə də həm Almaniya, həm də İngiltərə və
' Советский Азербайджан. Изд.-во АН Азербайджанской ССР, Б., 1958,
с.510.
30
Fransanın hərbi təyyarələri 1940-cı ilin aprelindən başlaya
raq Bakı neft rayonu üzərində kəşfiyyat uçuşları təşkil edil
dilər və Xəzər Donanmasında olan zenit artilleriya hissələ
rimiz onların bu uçuşlarım qeyd etsələr də bu uçuşlara ma
ne ola bilmirdilər (orada yerləşdirilmiş zenit topları 8-10 ki
lometrdən yüksəkdə uçan hərbi təyyarələri vura bilmirdilər.
(Belə toplar SSRİ-yə 1942-ci ilin əvvəlində gətirildi.)
XX əsrin görkəmli hərbi tarixçilərindən biri olan
B.Liddel Qart «ikinci dünya müharibəsi» adlı 938 səhifə
həcmində olan əsərində (rus dilində Moskvada 1999-cu ildə
nəşr edilmişdir) yazır ki, Fransa Almaniya ordusu tərəfin
dən 1940-cı ilin iyununda zəbt edildikdən sonra almanlar ələ
keçirdikləri Fransanın arxiv sənədlərindən istifadə edərək
mətbuatda bildirdilər ki, Fransa hərbi komandanlığı «Al
maniyanı Sovet neft mənbələrindən istifadədən məhrum
etmək üçün Fransa Qafqazın neftlə zəngin rayonlarına zər
bələr endirmək planının hazırlamışdı».
1939-
cu ilin oktyabrında Amerikanın Fransadakı səfiri
U.Bullit Vaşinqtona teleqrafla bildirmişdi ki, Parisdə «Ba
kının bomba zərbələri ilə dağıdılması» imkanı müzakirə edi
lir. Həmin ilin oktyabrının sonunda Azərbaycan paytaxtı
Bakının bombardımaıv edilməsi məsələsi İngiltərənin hərbi
nazirliyində də müzakirə edilmişdi.
Göstərlən vaxtlarda Fransa hərbi dairələrində Bakını
bombardman etmək planına qarşı çıxanlar da var idi. Mə
sələn, general de Qoll Bakı neft rayonuna bomba zərbələri
endirmək istəyən «qızğın başları» qınayaraq göstərirdi ki,
onlar Berlinə müqavimət göstərmək əvəzinə Bakı neft ray
onunu məhv etməyi tələb edirlər.
1940-
cı ilin 19 yanvarında Fransa höküməti başçısı
Eduard Daladye ölkə ordusunun Baş ştabının rəisi, ordu
generalı Moris Qamelenə və Dəniz qüvvələri Baş İdarəsi rəi
sinə göstəriş vermişdi ki, SSRİ neft rayonlarının Almaniya
nın əlinə keçməməsi üçün təkliflər hazırlasınlar.
31