geyimi bulunurdu».1
Həmin dövrdə ingilislər Bakı neftinə uzunmüddətli
icarə yolu ilə sahib olmaq istəyirdilər.
Müəllif daha sonra yazır: «Sovet Rusiyası Cenevrə
konfransında ikiüzlü bir oyun oynayırdı... Krasinin nöq
teyi-nəzərinə görə, Sovet höküməti Azərbaycan neft ərazisi
nin dörddə birini kəndisinə qoymalıdır, yerdə qalan üç qis
mi isə müsavi olaraq üç və yaxud dörd qismə ayrılmalı və
onlar Fransa, İngiltərə, Amerika və Belçikaya verilməliydi.
Bununla bərabər (Krasin) əcnəbi təbəəsindən olan əski
mülk sahiblərini də təşkili düşünülməkdə olan «Konsersi-
um» əsası miyanma daxil olmalarını mümkün görürdü.
Onun fikrincə, şübhəsiz, bu konsersium ümmi və müştərək
bir idarəyə malik olmalıydı».2 Rusiya bolşeviklərinin iri
Qərb dövlətlərinə Bakı nefti hesabına belə güzəştlər vəd et
məsi Sovet Rusiyasının beynəlxalq aləmdə tanınmasını
sürətləndirmək məqsədini güdürdü.
Lakin Cenevrə konfransı nəticəsiz keçdi (Azərbaycan
nefti hesabına imtiyazlar alınmadı) və ondan sonra Hollan
diyanın kiçik və gözəl şəhəri olan Lahidə həmin 1922-ci ildə
keçirilən konfransa Avropa diplomatları ilə yanaşı neft
kralları da gəlmişdilər.
Həmin konfransa Sovet Rusiyasından Litvinovun
başçılığı ilə gəlmiş nümayəndə heyəti yenə də Rusiya üçün
maliyyə vəsaiti əldə etməyə gəlmişdi. Çünki Rusiyada həmin
dövrdə aclıq başlanmışdı. Bu konfransda da Bakıda vaxtı
ilə icarə yolu ilə neft sahələri olmuş neft krallarının arzuları
yerinə yetirilmədi. Lahi konfransı başlanarkən elan edildi
ki, həmin ilin iyununda Parisdə «Qafqaz petrol imtiyaz sa
hiblərinin konfransı» olacaqdır.
Bu konfransların nəticəsində 1924-1925-ci illərdə Ru
siya Sovet höküməti İngiltərəyə 34 milyon pud, Fransaya
1 M iryaqub Mehdizadə. Beynəlmiləl siyasətdə petrol. İstanbul, 1928;
Bakı, 1994, s.15-16.
2 Yenə orada, s.26.
16
812 milyon pud, İtaliyaya 14 milyon pud neft satmağa nail
oldu.1
Yuxarıda adı çəkilən L.Fişer qeyd edir ki, Rusiyada
Oktyabr (1917) çevrilişi Türkiyə üçün bir şans yaratmışdı.
O, bu haqda belə yazır: «Rusiyanın hərbi iflası Türkiyənin
Karsa və Batuma, sonra isə Bakıya hücumları üçün bir işa
rə oldu. Aprelin 16-da (1920) türklər Batumu zəbt etdilər»2.
Belə bir şəraitdə Gürcüstanda hökümətə gəlmiş menşeviklər
Almaniyadan xahiş etdilər ki, onun ordusu Gürcüstana da
xil olsun. Mayın 25-də 3000 nəfərlik alman ordu hissələri
Potiyə (Ukrayna və Krımdan keçərək) daxil oldular. Həmin
gün gürcü menşeviklərinin lideri Noy Jorlaniya «Gürcüsta
nın müstəqilliyini» elan etdi. Mayın 28-də Çxenveli Gürcü
stanın bütün dəmir yollarının və dəniz qüvvələrinin mühari
bə dövründə Almaniyanın istifadəsinə verilməsi haqqında
müqaviləni imzaladı. Bundan az sonra isə Gürcüstan hökü
məti Türkiyə ilə onun Batum neft borusundan ödəncsiz ola
raq neft götürməsinə razılıq haqqında müqavilə imzaladı.
Az sonra Almaniya ordusu Şimali İrana (Təbriz) daxil oldu.
Türk ordu hissələri isə Azərbaycana doğru hərəkət etdi.
(Sonrakı siyasi hadisələr növbəti bölmədə).
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
1 M iryaqub Mehdizadə. Beynəlmiləl siyasətdə petrol. Bakı, 1994, s.52.
2 Söhbət Bakının düşmən qüvvələrindən azad edilməsindən gedir.
17
II Fəsil.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920)
VƏ AZƏRBAYCAN SOVET RESPUBLİKASININ
FORMAL MÜSTƏQİLLİYİ (1920-1992) DÖVRÜNDƏ
BAKI NEFTİ ƏTRAFINDA BAŞ VERƏN SİYASİ
CƏRƏYANLAR
İmperialist dövlətlərinin planlarında neft Bakısı Zaqafqa
ziyaya sahib olmaq üçün əsas strateji baza kimi nəzərdə tutu
lurdu. Digər tərəfdən onlar üçün Bakı ən mühüm xammal ba
zası, bütövlükdə isə bütün Şərqə təsir edərək, ona sahib olmaq
üçün bir açar rolunu oynayırdı.
Əlbəttə, bolşevik Rusiyasına rəhbərlik edən V.İ.Lenin
yeni Rusiyam keçmiş Rusiya imperiyası sərhədlərində saxla
maq məqsədinə sadiq idi və bu plan beynəlmiləlçilik bayrağı
altında yerinə yetirilməkdə davam edirdi.
Bakı neftini öz əlində saxlamaq üçün Rusiya Xarici İşlər
Nazirliyi Almaniya ilə təcili əlaqə yaradaraq, 1918-ci ildə
bağlanmış Brest-Litovsk sülh müqaviləsinə Almaniya üçün
çox əlverişli əlavə etməyi təklif etdi: Rusiya höküməti avqu
stun (1918) 27-də Almaniyaya bildirdi ki, əgər Almaniya öz
müttəfiqi Türkiyəni Bakını zəbt etmək cəhtindən çəkindirsə
(Bakı quberniyası Rusiyanın tərkibində qalmaq şərtilə) Rusiya
höküməti Bakı neftinin 14
hissəsinin Almaniyaya verilməsini
təmin edəcəkdir. Sonrakı hadisələr Rusiyanın bu planının real
laşmasına imkan vermədi, Azərbaycanda müstəqil Xalq
Cümhuriyyəti hakimiyyəti (1918-1920) yaradıldı.
1918-ci ilin aprelində bolşevik Rusiyasının himayəsi al
tında Bakıda təşkil edilmiş Bakı quberniyası Xalq Komissarla
rı Sovetində (Bakı Kommunası) Stepan Şaumyanın rəhbərliyi
altında (Stepan Şaumyan hələ 1917-ci ilin sonunda V.İ.Lenin
tərəfindən bütün Qafqaz işləri üzrə fövqaladə komissar təyin
edilmişdi. Bakı kommunasmda bütün əsas vəziflərə, və xüsu
silə hərbi-siyasi vəzifələr, əsasən ermənilərin əlində idi.
18
Beləliklə, Bakıda bolşevik-daşnak hakimiyyəti yaran
mışdı və Bakı Kommunası tərkibində ikinci dərəcəli vəzifələ
rə Nəriman Nərimanovun və Məşədi Əzizbəyovun daxil edil
məsi şəhərin müsəlman əhalisini itaətdə saxlamaq üçün bir
pərdə idi.
Bakı Kommunası rəhbərliyi açıqcasına bildirmişdi ki,
cəbhələrdən Bakıya qayıtmış erməni-daşnaq hərbi dəstələri
və İranda yerləşən Lazar Biçeraxovun hərbi dəstələri onun
müttəfiqidir.
Belə bir şəraitdə erməni millətçiləri (daşnaqlar) İranda
olan İngilis hərbi hissəsi rəhbəri general Denstervil ilə də gizli
əlaqə yaradaraq ondan Bakını əldə saxlamaq üçün hərbi kö
mək istəmişdi.
General
Denstervilə Bakıya ingilis hərbi dəstələrini
göndərmək haqqında erməni -daşnaqlann dəvəti İngiltərə
höküməti üçün neft Bakısını zəbt etməkdən ötrü ən yaxşı
fiirsət idi. Bu işdə 1000 nəfərlik hərbi qüvvəsi olan general
Denstervilə İranda yerləşən rus ağ qvardiyaçı generalı Biçera-
xov özünün 1200 nəfərlik əsgəri qüvvəsi ilə kömək etməyə
razılığını bildirdi. General Denstervil Bakıya kiçik bir hərbi
dəstə ilə Xəzər dənizi vasitəsilə 16 avqustda (1918) gəldikdən
bir neçə gün sonra, Bakı hər tərəfdən Türkiyə və Azərbaycan
hərbi hissələri ilə mühasirə olunmuşdu.
Sentyabrın 15-də Bakı bu düşmənlərdən azad edildi. Be
lə bir şəraitdə Denstervil özü ilə gətirdiyi kiçik hərbi dəstəni
Xəzər dənizi vasitəsilə sentyabrın 13-də İrana qaytardı.
Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin (1918-
1920
)
neft siyasəti 1918-ci ilin 5 oktyabrında qəbul edilmiş
«Neft sənayesinin yenidən milliləşdirilməsi haqqında qərar»
ilə müəyyən edildi. Həmin qərarın 4-cü maddəsində deyilirdi:
bütün neft ehtiyatları hökümətin ayrıca qərarına qədər onun
sərəncamında qalır və sahibkarların mühafizəsinə verilir. Tica
rət Nazirliyinin icazəsi olmadan bu neftin ölkədən çıxarılması
qadağandır. Bununla belə Xalq Cumhüriyyəi hakimiyyəti
19