G İ R İ Ş
Azərbaycan nefti dünya siyasətində mövzusunun geniş
planda işlənməsinin vacibliyi ilk dəfə ulu öndər Heydər
Əliyev tərəfindən tövsiyə edilmişdir və onun 1994-cü ilin əv
vəlində verdiyi tapşırığa əsasən Azərbaycanda 1994-cü ildən
başlayaraq nəşr edilmiş «Azərbaycan nefti dünya siyasətin
də» adlı beşcildlik əsər vətənimiz Azərbaycana böyük sevgi
hissi ilə yazılmışdır.
«Azərbaycan nefti dünya siyasətində» adlı bu kitabın I
cildində «Oxuculara» adlı bölmədə deyilir ki, «Müstəqil
Azərbaycan Respublikasının milli sərvəti olan neft ölkə iqti
sadiyyatının inkişafına təsir göstərməklə yanaşı, həm də
mühüm siyasi əhəmiyyət kəsb edir».
Dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin neft
diplomatiyasında yürütdüyü uğurlu siyasi strategiya Azər
baycanın inkişaf etmiş dövlətlər sırasına çıxması üçün çox
böyük perspektivlər açmışdır. Amerika Birləşmiş Ştatları və
Azərbaycan Prezidetləri arasında 1997-ci ildə və sonrakı il
lərdə olmuş görüşlər zamanı imzalanmış çoxsaylı sənədlərdə
müdafiə və hərbi əlaqələr sahəsində, energetikanın inkişafı
ilə bağlı dialoqlar yaranmış və müvafiq siyasi tədbirlər işlə
nib hazırlanmışdır.
Azərbaycan nefti və xüsusilə onun əsas tərkib hissəsi
olan Abşeron yarımadasının nefti haqqında Azərbaycanın
alim və mütəxəssisləri kifayət qədər tədqiqatlar aparmış və
kitablar yazmışlar, və çoxlu kitablar nəşr olunmuşdur. La
kin bu neftin XX əsr çərçivəsində beynəlxalq aləmdə siyasi
və xüsusilə hərbi - siyasi rolu və əhəmiyyəti haqqında əsər
lər yox dərəcəsindədir. Mərkəzi kitabxanalarda adları çəki
lən R.İ.Berzinin, «Мировая борьба за нефть» (M. 1922) ki
tabım, F.Delezinin «Neft» (fransız dilindən tərcümə, Mosk
va, 1923) kitabını hətta tapmaq çox çətindir.
Abşeronda ən zəngin neft yataqları Balaxanı, Sabun
çu, Ramana, Suraxanı, Bibiheybət, Binəqədi, Qaraçuxur,
5
Lökbatan, Puta-Quşxana və Qalada yerləşirdi.
Azərbaycanın əraziləri də dünyada mühüm neft çıxar
ma mənbəyi kimi məşhurdur. Hələ 1901-ci ildə dünyada çı
xarılmış 20 milyon tondan bir qədər artıq neftin yarıdan
çoxu Azərbaycanın Abşeron-arxipelaqının payına düşürdü.
Abşeronda çıxarılan neft dünyada ən yüksək keyfiyyətli
neftlərdən biri kimi qəbul edilmişdir.
Azərbaycanda Xəzər dənizində ilk dəniz neft quyusu
1925-ci ildə qazılmışdır. Dünyada məşhur olan Neft Daşla
rında isə ilk neft şəhəri yaradılmasına 1949-cu ildə başlan
mışdır.
1837-ci ildə Bakı ətrafındakı Balaxanı adlanan sahədə
ilk sadə neft ayırma zavodu, 1861-ci ildə isə Suraxanıda sə
nayeçi Kokorev tərəfindən məşhur rus alimi D.İ.Mendele-
yevin köməyi ilə kerosin zavodu tikilmişdir.
Bakıda ilk neft emalı zavodunu 1863-cü ildə bakılı
texnik Cahangir Məlikov tikdirmişdir. 1868-ci ildə Bakıda
23 kiçik neftayırma zavodu var idi. 1873-cü ildə bakılı tex
nik A.Təbrizov neftin fasiləsiz emalı prosesini işləyib hazır
lamışdır. 1875-ci ildə Bakıda neft emalı müəssisələrinin sayı
62-yə çatmışdı.
XIX əsrin sonuna yaxın (1894-cü il) Azərbaycanda
neft istehsalı 340 milyon pula, yəni ABŞ-dakı səviyyəyə
çatmışdı və 1901-ci il ərəfəsində Azərbaycan neft hasilatında
dünyada birinci yerə çıxdı.
Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycanın
Kaspi nefti» adlı böyükhəcmli əsərində yazır: «Azərbayca
nın əraziləri onun qeostrateji, coğrafi, hərbi-siyasi vəziyyə
tinə, təbii sərvətlərin müxtəlifliyinə və vəsaitləri üzrə ehtiyat
larının tükənməzliyinə görə minilliklər ərzində dünyanın
görkəmli mədəniyyətlərinin, iri etnosların, son əsrlərdə isə
dünyanın ən iri dövlətlərinin diqqət mərkəzindədir».1 Əsərin
III bölməsi «Xəzəryanı regionda geostrateji aspektlər» ad-
1 Ильгам Алиев. Каспийская нефть Азербайджана. Москва, 2003,
с.549.
6
Janır və bəhs etdiyiniz mövzu üçün xüsusi əhəmiyyət kəsb
edir.
Bakıda 1863-cü ildə olmuş məşhur rus alimi
D.t.Mendeleyev özünün «Бакинское нефтяное дело» adlı
kitabında (1886-cı il) yazmışdı: «Bakıda gördüklərim və öy
rəndiklərim məndə belə bir fikir oyadır ki, Rusiyamn mər
kəzində zavodlar yaradılması barədə daha ucadan və daha
təkidlə danışmaq hər şeydən mühümdür - bunun vaxtı çat
mışdır».1
Bakı nefti Rusiyanın ehtiyacını ödədiyi üçün 1883-cü
ildən başlayaraq Amerikadan Rusiyaya ağ neft gətirilməsi
dayandırılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)
beynəlxalq konfranslarda iştirak etmək üçün yaradılmış
dövlət komissiyasının (sədri Əlimərdan bəy Topçubaşov
olmuşdur) üzvü Miryaqub Mehdizadə, siyasi mühacir ola
raq Türkiyədə yaşadığı dövrdə, 1928-ci ildə İstanbulda
«Beynəlmiləl siyasətdə petrol» adlı əsərini çap etdirdi. Hə
min kitaba Məhəmməd Əmin Rəsulzadənin yazdığı «Bir-iki
söz» adlı təqdimatda deyilir: «Hürriyyət və istiqlal mücadi-
ləsinə əzm edən Azərbaycan xalqı bu böyük nemətin ancaq
millətin kəndi fədakarlığı və əzmi nəticəsində əldə ediləcəyi
ni bilməz deyildir...Xəzərin köpürən dalğaları qəhrəman
azəri gənclərinin qanı ilə əlvan olmuşdur....əvət Azərbaycan
istiqlalı uğrunda qanlı, fəqət şanlı mücadilə davam edir...
Azərbaycan xaricə ehtiyac göstərmədən kəndi iqtisadi im
kanları və müstəqil bir həyat yaşamaq istedadında bulunan
müstəsna məmləkətlərdəndir...
Petrol, cahan siyasətinin ən müasir amili olan bu axar
altun, bu gün Azərbaycanın talesizliyinin mövcudi olmuşsa
da, yarın, digər bir şəraitdə, səadət və rifahını təminə nami
zəddir.
Ümumi cahan petrol hasilatında Azərbaycan Ameri
kadan sonra ikinci mövqeyi tutmaqdadır. Bu münasibətlə o,
1 Bax. Azərbaycan nefti dünya siyasətində. I cild, Bakı, 1997, s.159.
7