İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   2   3   4   5   6   7   8   9   ...   14

geyimi bulunurdu».1

Həmin  dövrdə  ingilislər  Bakı  neftinə  uzunmüddətli 

icarə yolu ilə sahib olmaq istəyirdilər.

Müəllif  daha  sonra  yazır:  «Sovet  Rusiyası  Cenevrə 

konfransında  ikiüzlü  bir  oyun  oynayırdı...  Krasinin  nöq­

teyi-nəzərinə görə,  Sovet  höküməti  Azərbaycan  neft  ərazisi­

nin  dörddə  birini  kəndisinə  qoymalıdır,  yerdə  qalan  üç  qis­

mi  isə  müsavi  olaraq  üç  və  yaxud  dörd  qismə  ayrılmalı  və 

onlar  Fransa,  İngiltərə,  Amerika  və  Belçikaya  verilməliydi. 

Bununla  bərabər  (Krasin)  əcnəbi  təbəəsindən  olan  əski 

mülk  sahiblərini  də  təşkili  düşünülməkdə  olan  «Konsersi- 

um»  əsası  miyanma  daxil  olmalarını  mümkün  görürdü. 

Onun  fikrincə,  şübhəsiz,  bu  konsersium  ümmi  və  müştərək 

bir  idarəyə  malik  olmalıydı».2  Rusiya  bolşeviklərinin  iri 

Qərb  dövlətlərinə  Bakı  nefti  hesabına  belə  güzəştlər  vəd  et­

məsi  Sovet  Rusiyasının  beynəlxalq  aləmdə  tanınmasını 

sürətləndirmək məqsədini güdürdü.

Lakin  Cenevrə  konfransı  nəticəsiz  keçdi  (Azərbaycan 

nefti  hesabına  imtiyazlar  alınmadı) və  ondan  sonra  Hollan­

diyanın kiçik və gözəl  şəhəri olan Lahidə  həmin  1922-ci ildə 

keçirilən  konfransa  Avropa  diplomatları  ilə  yanaşı  neft 

kralları da gəlmişdilər.

Həmin  konfransa  Sovet  Rusiyasından  Litvinovun 

başçılığı  ilə  gəlmiş  nümayəndə  heyəti  yenə  də  Rusiya  üçün 

maliyyə vəsaiti əldə etməyə gəlmişdi.  Çünki Rusiyada həmin 

dövrdə  aclıq  başlanmışdı.  Bu  konfransda  da  Bakıda  vaxtı 

ilə icarə yolu  ilə  neft sahələri  olmuş neft  krallarının  arzuları 

yerinə  yetirilmədi.  Lahi  konfransı  başlanarkən  elan  edildi 

ki,  həmin  ilin  iyununda  Parisdə  «Qafqaz  petrol  imtiyaz  sa­

hiblərinin konfransı» olacaqdır.

Bu  konfransların  nəticəsində  1924-1925-ci  illərdə  Ru­

siya  Sovet  höküməti  İngiltərəyə  34  milyon  pud,  Fransaya

1  M iryaqub  Mehdizadə.  Beynəlmiləl  siyasətdə  petrol.  İstanbul,  1928; 

Bakı,  1994,  s.15-16.

2 Yenə orada, s.26.

16

812  milyon  pud,  İtaliyaya  14 milyon pud  neft  satmağa  nail 



oldu.1

Yuxarıda  adı  çəkilən  L.Fişer  qeyd  edir  ki,  Rusiyada 

Oktyabr  (1917)  çevrilişi  Türkiyə  üçün  bir  şans  yaratmışdı. 

O,  bu  haqda  belə  yazır:  «Rusiyanın  hərbi  iflası  Türkiyənin 

Karsa və  Batuma,  sonra isə  Bakıya hücumları üçün bir işa­

rə oldu.  Aprelin  16-da (1920) türklər Batumu zəbt etdilər»2. 

Belə  bir şəraitdə Gürcüstanda hökümətə gəlmiş menşeviklər 

Almaniyadan  xahiş  etdilər ki,  onun  ordusu  Gürcüstana da­

xil  olsun.  Mayın  25-də  3000  nəfərlik  alman  ordu  hissələri 

Potiyə (Ukrayna və Krımdan keçərək) daxil  oldular.  Həmin 

gün  gürcü  menşeviklərinin  lideri  Noy Jorlaniya  «Gürcüsta­

nın  müstəqilliyini»  elan  etdi.  Mayın  28-də  Çxenveli  Gürcü­

stanın  bütün  dəmir yollarının və dəniz qüvvələrinin mühari­

bə  dövründə  Almaniyanın  istifadəsinə  verilməsi  haqqında 

müqaviləni  imzaladı.  Bundan  az  sonra  isə  Gürcüstan  hökü­

məti Türkiyə ilə onun  Batum  neft borusundan ödəncsiz ola­

raq  neft  götürməsinə  razılıq  haqqında  müqavilə  imzaladı. 

Az sonra Almaniya ordusu Şimali İrana (Təbriz) daxil oldu. 

Türk  ordu  hissələri  isə  Azərbaycana  doğru  hərəkət  etdi. 

(Sonrakı siyasi hadisələr növbəti bölmədə).



Azərbaycan  Respublikası  Prezidentinin 

İşlər  İdarəsi

PREZİDENT  KİTABXANASI

1 M iryaqub Mehdizadə.  Beynəlmiləl siyasətdə petrol.  Bakı,  1994, s.52.

2 Söhbət Bakının düşmən qüvvələrindən azad edilməsindən gedir.

17



II Fəsil.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920) 

VƏ AZƏRBAYCAN SOVET RESPUBLİKASININ 

FORMAL MÜSTƏQİLLİYİ (1920-1992) DÖVRÜNDƏ 

BAKI NEFTİ ƏTRAFINDA BAŞ VERƏN SİYASİ 

CƏRƏYANLAR

İmperialist dövlətlərinin planlarında neft Bakısı Zaqafqa­

ziyaya  sahib  olmaq  üçün  əsas  strateji  baza kimi  nəzərdə  tutu­

lurdu.  Digər tərəfdən  onlar üçün  Bakı  ən mühüm  xammal  ba­

zası, bütövlükdə isə bütün  Şərqə təsir edərək, ona sahib olmaq 

üçün bir açar rolunu oynayırdı.

Əlbəttə,  bolşevik  Rusiyasına  rəhbərlik  edən  V.İ.Lenin 

yeni  Rusiyam  keçmiş  Rusiya  imperiyası  sərhədlərində  saxla­

maq  məqsədinə  sadiq  idi  və  bu  plan  beynəlmiləlçilik  bayrağı 

altında yerinə yetirilməkdə davam edirdi.

Bakı  neftini  öz əlində  saxlamaq  üçün  Rusiya Xarici  İşlər 

Nazirliyi  Almaniya  ilə  təcili  əlaqə  yaradaraq,  1918-ci  ildə 

bağlanmış  Brest-Litovsk  sülh  müqaviləsinə  Almaniya  üçün 

çox  əlverişli  əlavə  etməyi  təklif etdi:  Rusiya höküməti  avqu­

stun  (1918)  27-də  Almaniyaya  bildirdi  ki,  əgər  Almaniya  öz 

müttəfiqi  Türkiyəni  Bakını  zəbt  etmək  cəhtindən  çəkindirsə 

(Bakı  quberniyası  Rusiyanın tərkibində qalmaq şərtilə) Rusiya 

höküməti  Bakı  neftinin  14

 

hissəsinin  Almaniyaya  verilməsini 



təmin edəcəkdir.  Sonrakı  hadisələr Rusiyanın bu planının real­

laşmasına  imkan  vermədi,  Azərbaycanda  müstəqil  Xalq 

Cümhuriyyəti hakimiyyəti (1918-1920) yaradıldı.

1918-ci  ilin  aprelində  bolşevik  Rusiyasının  himayəsi  al­

tında Bakıda təşkil edilmiş  Bakı quberniyası Xalq Komissarla­

rı  Sovetində  (Bakı  Kommunası)  Stepan  Şaumyanın  rəhbərliyi 

altında  (Stepan  Şaumyan  hələ  1917-ci  ilin  sonunda  V.İ.Lenin 

tərəfindən  bütün  Qafqaz  işləri  üzrə  fövqaladə  komissar təyin 

edilmişdi.  Bakı  kommunasmda bütün əsas vəziflərə,  və  xüsu­

silə hərbi-siyasi vəzifələr, əsasən ermənilərin əlində idi.

18

Beləliklə,  Bakıda  bolşevik-daşnak  hakimiyyəti  yaran­



mışdı və Bakı  Kommunası tərkibində ikinci dərəcəli vəzifələ­

rə  Nəriman Nərimanovun  və  Məşədi  Əzizbəyovun  daxil  edil­

məsi  şəhərin  müsəlman  əhalisini  itaətdə  saxlamaq  üçün  bir 

pərdə idi.

Bakı  Kommunası  rəhbərliyi  açıqcasına  bildirmişdi  ki, 

cəbhələrdən  Bakıya  qayıtmış  erməni-daşnaq  hərbi  dəstələri 

və  İranda  yerləşən  Lazar  Biçeraxovun  hərbi  dəstələri  onun 

müttəfiqidir.

Belə  bir  şəraitdə  erməni  millətçiləri  (daşnaqlar)  İranda 

olan  İngilis hərbi hissəsi rəhbəri general Denstervil ilə də gizli 

əlaqə  yaradaraq  ondan  Bakını  əldə  saxlamaq  üçün  hərbi  kö­

mək istəmişdi.

General 

Denstervilə  Bakıya  ingilis  hərbi  dəstələrini 

göndərmək  haqqında  erməni  -daşnaqlann  dəvəti  İngiltərə 

höküməti  üçün  neft  Bakısını  zəbt  etməkdən  ötrü  ən  yaxşı 

fiirsət  idi.  Bu  işdə  1000  nəfərlik  hərbi  qüvvəsi  olan  general 

Denstervilə  İranda  yerləşən  rus  ağ  qvardiyaçı  generalı  Biçera- 

xov  özünün  1200  nəfərlik  əsgəri  qüvvəsi  ilə  kömək  etməyə 

razılığını  bildirdi.  General  Denstervil  Bakıya  kiçik  bir  hərbi 

dəstə ilə Xəzər dənizi vasitəsilə  16 avqustda (1918) gəldikdən 

bir neçə  gün  sonra,  Bakı  hər tərəfdən  Türkiyə  və  Azərbaycan 

hərbi hissələri ilə mühasirə olunmuşdu.

Sentyabrın  15-də Bakı bu düşmənlərdən azad edildi.  Be­

lə  bir  şəraitdə  Denstervil  özü  ilə  gətirdiyi  kiçik  hərbi  dəstəni 

Xəzər dənizi vasitəsilə sentyabrın  13-də İrana qaytardı.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökümətinin  (1918- 

1920


neft  siyasəti  1918-ci  ilin  5  oktyabrında  qəbul  edilmiş 

«Neft  sənayesinin  yenidən  milliləşdirilməsi  haqqında  qərar» 

ilə  müəyyən  edildi.  Həmin qərarın  4-cü maddəsində  deyilirdi: 

bütün  neft  ehtiyatları  hökümətin  ayrıca  qərarına  qədər  onun 

sərəncamında qalır və sahibkarların mühafizəsinə verilir. Tica­

rət Nazirliyinin  icazəsi  olmadan bu  neftin ölkədən  çıxarılması 

qadağandır.  Bununla  belə  Xalq  Cumhüriyyəi  hakimiyyəti

19



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə