İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   2   3   4   5   6   7   8   9   ...   14

Hələ  1911-ci  ildə  Bakıda  «Nobel  qardaşları»  şirkəti  ilə 

Amerikanın  məşhur  neft  tresti  olan  «Standart  Oyl»un  başçısı 

Rokfeller  arasında  əlaqələr  yaradılmışdı.  ABŞ-ın  «Standart 

Oyl»  şirkətinin  Fransada fəaliyyət  göstərən  tresti  1920-ci  ilin 

əvvəlində Azərbaycan Xalq  Cümhuriyyəti  höküməti  ilə Bakı­

da  istifadə  edilmiş  neft  sahələrinin  6  milyon  franka  alınması 

haqqında müqavilə bağlamışdı'

Azərbaycan  nefti  hesabına  Bakıda  milyonlara  sahib  ol­

muş  Mantaşevlər,  Qukasovlar,  Lianozovlar,  Şibayevlər,  Mir- 

zəyevlər (Mirzoyan)  Avropaya mühacirət edərək,  Bakı neftini 

yenidən qarət etmək arzusu ilə yeni imkanların əldə edilməsini 

gözləyir və  bu  haqda  baş  sındırırdılar.  Hələlik  isə  gündəmdə 

ən  yaxın  vəzifə  Bakı  neftini  baykot  etməkdən  ibarət  idi.  Bu­

nun  üçün  diplomatiya,  iqtisadi  sanksiyalar,  siyasi  uydurmalar, 

hər cür xəyanətlər  işə  salınmışdı,  Bakı  neftinə  müharibə  elan 

edilmişdi.

Bakı  neftinə qarşı  ermənilərin bu  müharibəsi  hər şeydən 

əvvəl  Azərbaycan xalqına qarşı  müharibə idi, Bakının ermə- 

niləşdirilməsi  üçün  olan  müharibə  idi.  Burada  onu  da  demək 

yerinə  düşər  ki,  Azərbaycan  xalqına  həmişə  sadiq olmuş  Nə­

riman  Nərimanov  1920-1923-cü  illərdə  Bakı  şəhərinin  icra 

aparatlarında  ermənilərin  və  rusların  geniş  məskan  saldıqları 

dövrdə  azərbaycanlıların  geniş  təmsil  edilməsinə  və  Azər­

baycan  dilinin  idarəçilikdə  işlənməsinə  nail  olmaq  üçün  çox 

böyük fəaliyyət göstərmişdi  və  Bakının  erməniləşdirilməsinin 

qarşısını müəyyən qədər almağa nail olmuşdu2.

Azərbaycanda  və  eləcə  də  Çeçenistanda  istehsal  edilən 

neftdən bu  respublikaların  xalqlarının  mədəni  inkişafını  sürət­

ləndirmək  üçün  «neft  fondu»  yaradılması  məsələsini  hələ 

V.İ.Lenin  sağlığında  Nəriman  Nərimanov  qaldırmışdı  və  bu

1  Bax,  M.Дж.Ибрагимов.  Нефтяная  промышленность  Азербайджана  в 

период империализма.  Б.,  1984, с.  23.

2  Bu  haqda  daha  geniş,  bax:  İsrafil  İsmayılov.  «Azərbaycanın  XX  əsrdə 

dövlətçilik  siyasəti  məsələlər»,»1995,  s.  24-25,  Yenə  onun,  Azərbaycanda 

dövlətçilik fikri  oçerkləri,  B.,  1996,  s.78-89,  Yenə onun, Azərbaycan xalqı­

nın siyasi mədəniyyəti, B., 202, s.32-41.

24

fond  hesabına  hər  il  Azərbaycana  5  milyon  rubl,  Çeçenistana 



isə  1  milyon  rubl  həcmində  əlavə  vəsait verilirdi  və  bu  fond­

dan istifadə  Azərbaycanda 1960-cı ilə qədər davam etmişdir.

N.Nərimanov  1923-cü  ildə  SSRİ  Mərkəzi  İcraiyyə  Ko­

mitəsini növbə ilə 4 sədrindən biri vəzifəsində işlədiyi dövrdə 

Azərbaycan  Respublikası  Xalq  Komissarlar  Şurası  sədri  Qə­

zənfər  Musabəyova  göndərdiyi  məktubların  birində  həmin 

«neft  fondu»  hesabına  alman  vəsaitin  xərclənməsi  haqqında 

yazmışdı:  «yoldaş  Musabəyov,  məncə  fikrim  aydındır:  neftin 

əvəzinə  alman vəsait Azərbaycanın yalnız maarif və  səhiyyə­

sinə xərclənməlidir»1

1 Bu  haqda daha geniş, bax:  İsrafil  İsmayılov.  Azərbaycan -  Türkiyə m ə­

dəni  əlaqələri XX əsrdə. B., 2004, s.37.

25



I ll  Fəsil.

AZƏRBAYCAN NEFTİ  SSRİ DÖVLƏTİNİN 

HƏRBİ-SİYASİ VƏ İQTİSADİ PLANLARINDA

(1923-1939)

«Azərbaycan  nefti  keçmiş 

SSRİ  kimi  böyük  bir  dövlə­

tin  inkişaf etməsində  xüsusi 

rol oynamışdır».

Heydər Əliyev

XX  əsrin  ilk ikionilliyində  (1901-1922-ci  illərdən  1919- 

1920-ci  illəri  çıxarsaq) Rusiya tərkibində olmuş Azərbaycanın 

neft sərvəti Rusiya imperiyası mənafelərinə xidmət etmişdir.

Azərbaycan  Respublikasının  Elmlər  Akademiyası  tərə­

findən  hazırlanmış  və  1958-ci  ildə  nəşr  edilmiş  «Sovet  Azər­

baycan»  adlı  rəsmi  məlumat  kitabında  (rus  dilində)  yazılmış­

dır:  «Rusiya  imperiyası  təsərrüfatı  sistemində  olmuş  inqilab­

dan  əvvəlki  Azerbaycanın  vəzifsi  həm  ölkənin  (Rusiyanın) 

daxili  ehtiyatları, həm də xaricə  ixrac üçün neft məhsulları və 

cürbəcür xammalla təchiz etməkdən ibarət idi»'

1913-cü  ildə  Azərbaycan  ərazilərində  yerləşən  sənaye 

müəssisələrinin  ümumi  məhsulunun  79,6%-i  neftçıxarma  vo 

neft  istehsalının  payına  düşürdü1

 2  Bu  deyilənlər  Rusiya  impe­

riyasının  müstəmləkəçilik  siyasətinin  aydın  təzahürüdür  və 

həmin  siyasət  1922-ci  ildən  sonra,  SSRİ  şəraitində,  beynəlmi­

ləlçilik bayrağı pərdəsi əltında davam etdirilmişdir.

XX  əsrin  əvvəlindən  başlayaraq  dünya  miqyasında  neft 

üzrə  rəqabət  başlandı.  Bu  rəqabətin  əsasını  neftin  hərbi-siyasi 

əhəmiyyəti  təşkil  edirdi.  Həmin  rəqabət  I  dünya  müharibəsi 

illərində  Almaniya  donanmasının  sualtı  qayıqlarının  Antanta 

dövlətlərinin  neft  tankerlərini  dənizlərdə  batırmaları  ilə  nə­

1 Совестский Азербайджан.  Б.,  1958, с. 498.

2 Yenə orada,  s.509.

26

ticələndi:  Bunun  nəticəsində  1917-ci  ilin yazında  İngiltərənin 



yanacaq ehtiyatları təmamilə tükənmişdi və İngiltərə höküməti 

neft  almaq  üçün  ABŞ  hökümətinə  müraciət  etdi.  Həmin  il 

ABŞ  Almaniyaya  müharibə  elan  etdi.  Fransa  dövlətinin  baş 

naziri  Klemanso,  1917-ci  ilin sonunda ABŞ prezidenti  Vilsona 

Fransa  ordusu  üçün  benzin  verilməsi  haqqında  müraciət  etdi, 

və bu xahiş qəbul edildi.

Rusiyada  1917-ci  il  Fevral  inqilabından  sonra  yaranmış 

müvəqqəti  hökümət  Türkiyəni  Avropadan  sıxışdırmaq  üçün 

Qafqaz  cəbhəsində  hərbi  əməliyyatlarını  gücləndirdi,  çünki 

Bakının  Rusiya üçün itirilməsi Rusiya üçün də böyük çətinlik­

lər yarada bilərdi.

1917-ci  ilin  Oktyabr çevrilişi  nəticəsində  Rusiya  I dünya 

müharibəsindən  çıxdı  və  1917-ci  ilin  5  dekabnnda  Rusiya  ilə 

Türkiyə arasında Qafqaz cəbhəsində atəşkəsə nail olundu.  Bu­

nunla  əlaqədar  olaraq  Bakı  nefti  uğrunda  mübarizənin  yeni 

mərhələsi  başlandı.  Neft Bakısını  zəbt etmək  istəyənlərin  sayı 

çoxaldı.

Almaniya  Yaxın  Şərqdə  yerləşdirilmiş  ordu  hissələrini 

təcili  olaraq  Gürüstana  gətirdi.  Böyük  Britaniya  höküməti  də 

Yaxın Şərqdəki ordu hissələrini Ənzəliyə gətirdi.

Bu  hərbi  qarşıdurmada  İngiltərənin  əsas  məqsədi  Bakı 

neftini  zəbt  etmək  və  Almaniyanın  inşasına  başladığı  Berlin- 

Bağdad dəmir yolunun çəkilməsinə mane olmaq  idi.

Rusiya  Sovet Höküməti  də ölkədə vətəndaş  müharibəsi­

nin ağır nəticələrinə baxmayaraq, Bakı neftinə göz tikmişdi.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  1918-ci  ilin  28 

mayında  elan  edilməsi  və  Bakı  neftinin  milliləşdirilməsinin 

elan  edilməsi  Rusiyanın  Bakı  neftinə  sahib  olmaq  planlarına 

zərbə vurdu. Odur ki, Rusiya Sovet höküməti də  1918-ci  ilin 2 

iyununda  Bakı  Kommunası  «höküməti»  ilə  birlikdə  Bakı  nef­

tinin milliləşdirilməsi  haqqında qərar qəbul  etdilər.  Bu dövrdə 

Bakı  neftinin Xəzər dənizi vasitəsilə, Rusiyaya daşınması güc­

ləndi.

Həmin  dövrdə  Azərbaycanda  neft  istehsalı  əsasən  1917- 



ci  ilə  qədərki  dövrdə  qazılmış neft quyularından  çıxarılan nef-

27



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə