İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   ...   6   7   8   9   10   11   12   13   14

Əməyi  Qəhrəmanı  adma,  Stalin  mükafatına  və  ölkənin  ali 

ordenlərinə  layiq  görüldülər.  Bunların  içərisində  neft  isteh­

salının  böyük  təşkilatçıları  olan  Süleyman  Vəzirov,  Baba 

Babazadə,  Qurban  Abbasov,  Rüstəm  İsmayılov  və  onlarla 

digərləri də var idi.

Azərbaycan  neftçiləri  II  dünya  müharibəsi  illərində 

Dövlət  Müdafiə  Komitəsinin  keçici  Qırmızı  Bayrağına  160 

dəfə  layiq  görülmüşdülər.  Sənayenin  heç  bir  sahəsində  qısa 

bir müddət ərzində belə bir qəhrəmanlığa nail olunmamışdı.

Bakını  zəbt  edəcəyinə  böyük  ümüdlər  bəsləyən  Hitler 

Bakının bombalanmasmı nəzərdə tutmurdu. O, hesab edirdi 

ki, əgər Almaniya  Bakı neftinə göydən zərbə endirərsə Sovet 

ordusu Almaniyaya xidmət edən Ruminiya neft rayonlarına 

bomba  zərbələri  endirə  bilər  və  hətta  buna  bəraət  də qaza­

nar.

SSRİ Dövlət Müdafiə Komitəsi  1942-ci ilin 5 aprelində 



Bakının  hərbi  hava  müdafiəsi  haqqında  ayrıca  qərar  qəbul 

etdi.


Bununla belə  1942-ci ilin 4 mayında gündüz Bakı səmti 

üzərində  Almaniyanın  kəşfiyyat  təyyarəsinin  uçuşu  qeydə 

alındı  və  Azərbaycan  Respublikası  hökuməti  mayın  5-də 

«Bakıya  alman  təyyarəsinin  uçuşu  haqqında»  məsələ müza­

kirə etdi.

Bakının  müdafiəsi  məsələsi  1942-ci  ilin  23  iyununda 

İ.V.Stalinin  yanında  xüsusi  məsələ  kimi  müzakirə  edildi  və 

qərara  alındı  ki,  58-ci  Sovet  Ordusu  trandan  və  Birləşmiş 

Süvari  korpusu  Orta  Asiyadan  Bakı  hərbi  dairəsinə  gətiril­

sin.


1943-cü ilin əvvəlində Sovet Ordusu  Şimali Qafqazdan 

əks  hücuma keçdi.  Stalinqrad döyüşləri ilə birlikdə bu döyü­

şlər Almaniya ordusunun ikinci böyük məğlubiyyəti idi.

ABŞ  və İngiltərə  hərbi  dairələri  gözləyirdilər ki,  Hitler

1942-ci ilin yazı-yayında Moskvaya qarşı yeni əməliyyatlara 

başlayacaqdır.  Aydındır  ki,  Hitler  Moskvam  zəbt  edərək, 

Sovet  rəhbərliyini  Ural dağlarının şərqinə sıxışdıra bilsə ydi

36

və  Hindistana  qədər planlaşdırdığı  hərbi əməliyyatları  Qaf­



qazdan  keçərək  başlasa idi,  ABŞ  və  İngiltərə hərbi qüvvələ­

rinin  faşist  Almaniyasına qarşı  müqaviməti daha  böyük  çə­

tinliklərlə rastlaşardı.

Həmin dövrdə Hitler azərbaycanlı əsirlər məsələsindən 

də istifadə etmək istəyirdi.

Məmməd Əmin Rəsulzadəyə  1941-ci iliin sentyabrında 

məlum  oldu  ki,  almanlar  əsir  düşmüş  azərbaycanlılardan 

1500  nəfəri güllələyəndən sonra onların yəhudi  olmadıqları­

nı  bilmişlər.  Belə  səhvin  təkrar  olmasına  imkan  verməmək 

üçün  o,yollar  axtarırdı.  Həmin  dövrdə M.Ə.Rəsulzadə  Hit- 

lcrin  «Şərq  Nazirliyi»  tərəfindən  (Türkiyədən)  Almaniyaya 

dəvət  edildi  (bu  nazirlik  1941-ci  ilin  iyununda  yaradılmışdı 

və  ona  Rozerberq  rəhbərlik  edirdi).  Almaniyaya  gəlmiş 

M.Ə.Rəsulzadəni  nazirliyin  Qafqaz  şöbəsinin  rəhbəri  pro­

fessor fon Mende səmimi qəbul etdi.  M.Ə. Rəsulzadə bildir­

di  ki,  onunla  birgə  işləməyə  o  zaman  razı  olar  ki,  «Alma­

niya  Azərbaycanın  müstəqilliyini tanımağa razı  olsun».  Bu­

na isə Hitler razılıq vermədi1.

Lakin  Hitler  hiss  edirdi  ki,  motorlar  müharibəsində 

Almaniya ordusunu  .  yanacaqla təmin etmədən, müharibəni 

davam  etdirə  bilməyəcəkdir.  Hitler  1942-ci  ilin  yazında 

müttəfiqi  Yaponiyanın  səfiri  general-leytenant  Osimam  qə­

bul  edərkən  demişdi:  «Mən  qərara  gəlmişəm  ki,  daha  mər­

kəzi  hissəyə  hücumu  dayandırım.  Mənim  məqsədim  Cənub 

cəbhəsinə  hüöuma  keçməkdir.  Qafqaz  istiqamətinə  zərbə 

endirəcəyəm. Neft üçün İrana və traqa çıxmaq vacibdir»2.

II  dünya müharibəsi illərində ABŞ  prezidenti  Ruzvetin 

məsləhətçisi  olmuş  admiral  Uilyam  Leki  xatirələrində  yazır 

ki,  Hitler  SSRt  ilə  müharibəyə  başlarkən  biz  hesab  edirdik 

ki,  «Alman  orduları  SSRİ-nin  qərb  rayonlarını  və  Qafqazı

1 Ru haqda daha geniş bax: Nəsiman  Yaqublu.  Məmməd Əmin  Rəsul­

zadə.  Bakı,  1991, s.  221-229.

2 А.Якобин,  1941-1945  гг, Вторая Мировая война в хронике  и докумен­

тах. Дармштад,  1961, с. 228 (almancadan ruscaya tərcümə).

37



işğal  etdikdən  sonra  Hitler  Stalinə  sülh  təklifi  ilə  müraciət 

edər.  Qafqazın  neft  mədənlərinin  işğalı  isə  bütünlükdə  Av­

ropanın  istilasını  reallaşdıra  bilərdi.  Lakin  bu  hadisə  baş 

vermədi.  Hitler  Rusiyanın içərisinə doğru irəlilədi və bunun­

la  da  alman  ordularının  bütün  əvvəlki  nailiyyətlərini  heçə 

endirdi.  Almanlar  1941/42-ci  illərin  qış  kompaniyası 

dövründə  Stalinqradda  və  Rostovda  ağır  məğlubiyyətlərə 

uğrayaraq geri çəkiləndə hamımız rahat nəfəs aldıq.  Bunun­

la  da  nəinki  Bakı  və  onun  tükənməz  nefti,  eləcə  də  bütün 

yaxın  Şərqin zəngin  neft mədənləri  alman işğalçıları tərəfin­

dən zəbt edilməsi qorxusundan azad edildi»1.

Göründüyü kimi,  Bakı nefti II dünya müharibəsinin ge­

dişini  əsaslı  surətdə  dəyişdirə  biləcək  bir  amil  idi  və  belə  də 

oldu.


1942-ci  ilin  oktyabrından  etibarən  Qafqaz  uğrunda 

döyüşlər  Almaniya  və  Sovetlər  İttifaqının  ordu  hissələrinin 

ən  ağır  döyüşlərindən  biri  oldu.  Faşist  ordu  hissələri  Ma- 

haçqala-Kizlər-Astraxan  də-  '.:  yolu  xəttini  zəbt  etdikdən 

sonra SSRİ-nin  Şərqinin ölkənin Qərb və Şimal rayonları ilə 

əlaqələri  əsasən  dəmir  yolu  vasitəsilə  həyata  keçilməyə  baş­

landı  və Bakının havadan mühafizəsi möhkəmləndirildi.

Stalinqrad  və  Qafqaz  uğrunda  döyüşlərdə  faşist  ordu 

hissələri  məğlubiyyətə  uğradıqdan  sonra  Hitelrin  Bakı  nef­

tinə sahib olması xülyasına sarsıdığı zərbə endirildi.

Qafqaz  uğrunda  döyüşlər  zamanı  Almaniya  ordusun­

da texnika üçün yanacaq çatışmazlığı son həddə çatmışdı.

Həmin  günlərdə  cəbhələrdən  Hitlerə  gizli  məlumatlar 

göndərən  Almaniyanın  Dövlət  Təhlükəsizliyi  Nazirliyinin 

generalı Albert Speyer  ona  məktublarının  birində yazmışdı: 

«Gecə  10-cu  ordunun  hissələrinin  vəziyyətini  yoxlayarkən 

gördüm ki,  150  yük  maşını  dəstəsini çəkmək üçün hər maşi- 

na dörd öküz qoşulmuşdur». Almaniya quru ordusunun baş 

ştabının  rəisi  general-feldmarşal  Qalder  həmin  günlərdə  öz 

gündəliyində  yazmışdı:  «Talemizin  acılığı  ondadır  ki,  biz

1 B ax,...  «Respublika» qəzeti,  6 yanvar  1994.

38

neftə  yaxınlaşdıqca,  onun çatışmazlığını daha çox hiss edir­



dik».

1942-ci  ilin  əvvəlində  Hitelrin  iqtisadi  məsələlər  üzrə 

məşvərətçiləri  ona  bildirdilər  ki,  «Almaniya  Qafqaz  neftini, 

eləcə  də  taxıl  və  mədən-filizini  ala  bilməsə  müharibəni  da­

vam  etdirə  bilməz».  Hitler  bu  tələb ilə razılaşaraq  ordunun 

hücumunu  Qafqaz  istiqamətinə  yönəltmişdi.  Almanların 

tank  ordusu  (general  Kleyst)  Maykop neft mədənlərini zəbt 

etdikdən  sonra  Hitler  Bakının  zəbt  edilməsi  və  Xəzər  dəni­

zinə  çıxmağı  Almaniyanın  I  tank  ordusuna  əmr  etdi.  Bu 

əməliyyatlar  zamanı  Almaniyanın  tank  ordusunda  yanacaq 

çatışmazlığı son həddə çatmışdı.

Qafqaz  uğrunda  döyüşlərdə  Xəzər  hərbi  Donanması 

və Azərbaycan Respublikası  əhalisi, ilk  növbədə bakı  neftçi­

ləri  yüksək  qəhrəmanlıqla  müharibə  cəbhələrinə  hərtərəfli 

yardım etdilər.

Qafqaz  uğrunda  döyüşlərin  başlanması  ilə  əlaqədar 

olaraq  1942-ci  ilin  8  avqustunda  Xəzər  Dənizçiliyi  Donan­

masında  hərbi  vəziyyət  elan  edildi.  Həmin  dövrdə  Xəzərdə 

üzən  «Dnepr»  gəmisinin  kapitanı  Şövkət  Səlimova  düşmə­

nin  bomba  zərbələri  altında  dəniz  vasitəsilə  cəbhələri  ya- 

nacaqla təmin edənlərdən  biri idi.

Xəzər  gəmiçiləri  Qafqaz  uğrunda  döyüşlərin  davam 

etdiyi  422  gün  ərzində  cəbhələrə  yanacaqdan  əlavə  434472 

nəfər  döyüşçü  və  mülki  şəxs,  791  tank,  46  təyyarə,  4458  av­

tomaşın,  243257  ton  silah  daşıdılar.  Göstərilən  dövrdə 

düşmən  tərəfindən  7500  təyyarə  Xəzər  Donanmasına  qarşı 

yönəldilmişdi  və  bunlardan  yalnız  74-ü  Bakı  buxtasına  çata 

bilmişdi  ki,  bunlardan  da  8-i  zenit  artilleriyası  tərəfindən 

vurulmuşdu.

Azərbaycanın qəhrəman  qızı Şövkət Səlimova «Qırmı­

zı  Ulduz»  və  «Vətən  müharibəsi»  ordenləri,  onlarla  medal 

ilə təltif edilmişdir.1

1 Bu  haqda daha  geniş,  bax:  Azərbaycan  Veteranlarının döyüş xatirələri. 

B.,  2005,  s.32-33.

39



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə