İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   ...   6   7   8   9   10   11   12   13   14

erməni  daşnaqlar  tərəfmdənq  mühasir  vəziyyətində  olduğu 

üçün  buna  imkan  yox  idi.  Həmin  dövrdə  Nəriman  Nərim a­

nov  Rusiya  Federasiyası  höküməti  başçısı  Vladimir  Leninə 

müraciət edərək bu neftin Rusiyanın vasitəçiliyi ilə bir hissə­

sinin xaricə satılmasına nail olmuşdur.

Göründüyü  kimi  neftlə  zəngin  olan  Azərbaycanın  öz 

neftini  xaricə  çıxarmaq  məsələsi  hələ  XX  əsrin  əvvələrində 

çətin bir məsələ idi.

Azərbaycan  rəsmi  olaraq  SSRİ_nin  tərkibinə  qatıldı­

qdan (1923-cü ilin ilk günlərindən) sonra Bakı nefti tamami­

lə çoxmillətli Sovet dövlətinin sərt nəzarəti altına keçdi.

Azərbaycan  öz  müstəqilliyini  elan  etdikdən  (18 

oktyabr  1990)  sonra  ölkənin  ən  zəngin  sərvəti  olan  neftin 

məqsədyönlü  istifadəsi  məsələsi  xüsusi  əhəmiyyət  kəsb  et­

məyə  başladı.  Heydər  Əliyevin  işləyib  hazırladığı  neft  stra­

tegiyası  hər şeydən əvvəl bu məqsədə xidmət etmişdir.

Xəzər  dənizi  dünyada  (Fars  körfəzi  və Sibirdən  sonra) 

ən  böyük  neft  hövzəsidir və onun  ekvatoriyasında  olan  200- 

dən çox neft yatağının  145-ə qədəri dənizin Azərbaycan sek- 

torundadır.  1782-ci  ildə  Bakıda olmuş məşhur ingilis səyya­

hı  Forster  «Bakıda  neft»  adlı  əsərində  Bakının  qara  neftini 

şah və taca bərabər xəzinə adlandırmışdır.1

Müasir  dövrdə  neft  əsas  enerji  mənbəyi  olduğu  üçün 

neftlə  zəngin  ölkələr  öz  daxili  və  xarici  siyasətlərini  neftlə 

tənzimləyirlər.  Neftlə  zəngin  olan  belə  ölkələrdən  biri  sayı­

lan  Azərbaycanın  1994-cü  ilə  qədər  neft  strategiyası  olma­

mışdır.

Amerikanın  məşhur  «Vaşinqton  Post»  qəzeti  1997-ci 



ilin  sentyabrında  yazmışdı:  «1900-cu  ildən  dünyada  aparıcı 

neft  istehsalçısı  olan  Azərbaycan,  yenə də  əfsanəvi  sərvətlər 

məmləkəti hesab edilir».2

Heydər Əliyev  1993-cü ildə ikinci dəfə xalqın arzusu və 

tələbi  ilə  Azərbaycana  hakimiyyətə  gətirildiyi  dövrdən  baş-

1 Ə sər  1995-ci ildə  Londonda nəşr edlmişdir.



2 Bax: «Xalq» qəzeti, 25 sentyabr  1997 il.

48

lavaraq  dövlətin  neft strategiyasını  işləyib  hazırlamağa  baş­



ladı  və  1994-cü ildə «Əsrin  müqaviləsinin»  bağlamasına nail 

oldu.  «Böyük  uzaqgörənliklə  işlənib  hazırlanmış  neft  stra­

tegiyası  Azərbaycanın  gələcəyə  istiqamətlənən  nəhəng  inki­

şaf planıdır».1

Azərbaycanın  neft  strategiyası  «Əsrin  müqaviləsi»  ad­

lanan  Beynəlxalq  neft  kontraktlarından  (1994)  başlayır. 

1994-1995-ci  illərdə  5  kontrakt  əsasında  «Bakı-Tbilisi-Cey- 

han»  beynəlxalq  neft  kəmərinin  çəkilməsi  haqqında  qərar 

qəbul  edildi  və  bunun  üçün  Azərbaycan  Beynəlxalq  Əmə­

liyyat Şirkəti yaradıldı» (şirkətin  təmsilçisi Devid Vudvord). 

Həmin  beynəlxalq  neft  kəmərinin  çəkilişi  üçün  yaradılmış 

sponsorlar qrupunda Azərbaycan  Respublikası  Dövlət Neft 

Şirkəti  (ARDNŞ)-50%,  «BP»-25,4%,  Lukoyl-7,9%,  Statoyl 

-6,7%,  TPNO-5%,  İtoçu-3%  kapital  qoyuluşuna  malik  idi­

lər.

Azərbaycan 



neftinin  geniş  miqyasda  istehsalı  üzrə 

bağlanmış  «Əsrin  müqaviləsi»  on  ildən  sonra  Azərbaycan 

XX  əsrin  sonuna  qədər  xarici  şirkətlərlə  21  neft  müqaviləsi 

bağlamışdır  və  bu  müqavilələr  əsasında  Azərbaycanın  neft 

sənayesinin  inkişafına 60 milyard  ABŞ dolları  həcmində  in­

vestisiya qoyulması nəzərdə tutulmuşdu.

1994-cü  ilin  20  sentyabrında  Xəzərin  neft  ehtiyatları­

nın birlikdə  istifadəsi üçün  ABŞ,  Böyük  Britaniya, Türkiyə, 

Səudiyyə Ərəbistanı və Norveçin  12 böyük şirkəti  ilə «Əsrin 

müqaviləsi»  imzalandı:  görülmüş  işlər  nəticəsində  1997-ci 

ilin  12 noyabrında ilkin neftin hasilatına başlandı.

Heydər Əliyevin hazrladığı neft strategiyasının mühüm 

tərkib  hissəsini  Bakı-Tbilisi-Ceyhan  əsas ixrac  boru kəməri­

nin  inşası  təşkil edir.  Bu əsas ixrac boru kəmərinin uzunluğu 

1768  kilometrdir  və  onun  inşasına  4  milyard  dollar  sərf 

edilmişdir.

1 Ramiz Mehdiyev.  Heydər Əliyev və müstəqil  Azərbaycan dövlətinin neft 

strategiyası.  B.,  1999.

49



Bakı-Tbilisi-Ceyhan  əsas  neft  ixrac  kəmərinin  rəsm i 

açılışı  2006-cı  ilin  13  iyununda  olmuşdur.  Bu  açılış  ulu  ö n ­

dər Heydər  Əliyevin neft strategiyasının  böyük  təntənəsidir. 

Həmin  beynəlxalq kəmər təkcə iqtisadi  deyil, həm də böyük 

siyasi strateji əhəmiyyət  kəsb edərək  Şərq  ilə Qərb arasında 

energetika dəhlizi rolunu oynayır.

Heydər  Əliyev  demişdir:  «Neft  strategiyasının  uğurla 

həyata  keçirilməsi  Azərbaycanın  dövlət  müstəqilliyinin  əsas 

qarantlarından  biridir».  Bu fikrini davam  etdirərək H eydər 

Əliyev  xüsusi olaraq  qeyd  edir  ki,  bu tədbir  «ABŞ  və A zər­

baycan  arasındakı münasibətləri strateji  tərəfdaşlıq səviyyə­

sinə  qaldırdı.  Xüsusilə  Xəzərdəki  neft  yataqları  bütün  d ü n ­

yanın diqqətini cəlb etdi».

Amerikanın  məşhur  siyasətçisi  -   professor  Zbiqnev 

Bjezinski  «Böyük  Şahmat  taxtası»  (1997)  adlı  kitabında 

yazmışdır:  «Azərbaycan  böyük enerji ehtiyatları ilə,  həm  d ə  

qeosiyasi  planda  açar  əhəmiyyətlidir.  Rusiyanın  nəzarət  e t ­

diyi ərazilərdən yan keçərək çəkilən neft  kəmərləri vasitəsilə 

Qərb  bazarları  ilə  birləşən  müstəqil  Azərbaycan  həm  d ə  

enerjiyə  tələbatı  olan  önçül dünya iqtisadiyyatının  enerji  c ə ­

hətdən zəngin Orta Asiya respublikalarına yol tapması üçün 

böyük magistraldır».1

Həmin kitabın digər  bir yerində Zbiqnev  Bjezinski  y a ­

zır:  «Müstəqil  Azərbaycan  Qərbin  Kaspi  (Xəzər)  dənizi 

hövzəsindən  Orta Asiyanın enerji mənbələrinə çatması üçün 

dəhliz ola bilər».2

Azərbaycan eləcə  də  Bakı-Qroznı  neft kəməri (1983-cü 

ildə  işə  başlamışdır),  Bakı-Novorossiysk  boru  xətti  (1997), 

Bakı-Tbilisi-Ərzurum qaz  kəməri (tikilməsi davam etdirilir) 

vasitəsilə öz  yanacağını  xarici  bazarlara çıxarmaq  imkanına 

malikdir.  Strateji  nöqteyi  nəzərdən xaricə  neft satmaq  üçün 

paralel neft kəmərlərinin olması xüsusi  əhəmiyyət kəsb edir.

1 Zbiqnev Bjezinski. Böyük şahmat taxtası. M., 2003, s.56-62 (rus dilindon 

tərcümə).

2 Yenə orada,  s.146.

50

Buraya  eləcə  də  Bakı-Tbilisi-Axalkalaki-Kars  dəmir  yolu 



xəttinin  yaxın  zamanlarda  çəkilməsini  də  daxil  etmək  la­

zımdır.


Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  prezidenti 

Devid  Vurvord  2001-ci  ilin  avqustunda  etdiyi  çıxışların  bi­

rində demişdir:  «Dünyanın öz enerji ehtiyatlarına görə arxa­

lanmaqda  davam  etdiyi  bir sənayeni  150  il  bundan öncə ya­

ratmış  bir ölkə kimi  Azərbaycan  heç də təsadüfü deyildir ki, 

yenidən  beynəlxalq enerji miqyasında həlledici rol oynamaq 

ərəfəsindədir».1

Bakı-Tbilisi-Ceyhan  neft  ixracı  kəməri  2100-cü  ildə 

dünya  bazarlarına  50  milyon  ton  neft  çıxarılmasını  təmin 

edəcəkdir.

Bakı  neftinin qərbə ixracı ilə yanaşı Ərzurum-Bakı qaz 

kəmərlərinin də inşası neft strategiyasının tərkib hissəsi kimi 

diqqəti cəlb edir.

Bütövlükdə isə Azərbaycanın  neft strategiyası  əsasında 

həyata  keçirilən  enerji  daşıyıcıları  15  ölkənin  25  iri  neft  və 

qaz  şirkətləri  ilə  bağlanmış  müqavilələr  əsasında  30  il 

müddətində  Azərbaycan  sənayesinə  6  milyard  dollar  sər­

mayə qoyulmasını təmin edəcəkdir.

Göstərilən  neft  və  qaz  boru  kəmərləri,  Avropa- 

Qafqaz-Asiya  nəqliyyat  dəhlizi  (Traseka)  dünyada  Azər­

baycanın geosiyasi mövqeyini qat-qat gücləndirmişdir.

Beləliklə,  Heydər  Əliyevin  bilavasitə  rəhbərliyi  altında 

hazırlanmış  neft  və  qaz  strategiyası  Azərbaycan üçün  tarixi 

əhəmiyyəti  olan  siyasi  bir  aktdır  və o,  ölkəmizin  beynəlxalq 

miqyasda  hörmətini  artırır,  Azərbaycanın  təhlükəsizliyi  və 

gələcək inkişafı üçün böyük təminatdır.

Azərbaycanın  neft  strategiyası  ölkəmizin  yerləşdiyi 

hövzədə neft ixracı  ilə məşğul olan ölkələrin  iqtisadi  maraq­

larına  müəyyən  qədər  təsir  etdiyi  üçün,  ona  qarşı  gizli  təd­

birlərin  hazırlanması  da  reallıqdır.  ABŞ  Mərkəzi  Kəşfiyyat 

İdarəsinin  direktoru  general  Corc  Tenet  2000-ci  ilin  20

«Azərbaycan» qəzeti,  31  avqust, 2001.

51



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə