İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   ...   6   7   8   9   10   11   12   13   14

Qafqaz uğrunda döyüşlərdə1 əmək qəhrəmanlığına  gö­

rə  36180  nəfər  Azərbaycan  vətəndaşı  yüksək  dövlət  m üka­

fatlarına layiq görülmüşdür.2 3

Xəzər  Hərbi  Donanması  müharibə  illərində  Bakı  nef­

tini düşmənin  bomba zərbələri altında müharibə cəbhələrinə 

çatdırmaqla  yüksək  qəhrəmanlıq  nümunələri  göstərdilər. 

Bütün  bunlara  görə  Donanma  1945-ci  ilin  27  aprelində 

«Qırmızı Ulduz» ordeni ilə təltif edildi.

Bundan  əlavə  Xəzər  Donanması  müharibə  illərində 

digər cəbhələrə 5000 nəfər döyüşçü göndərmişdir.

Marşal  G.K.Jukov  demişdir:  «Bakı  neftçiləri  cəbhəyə 

və  ölkəyə  o  qədər  yanacaq  verdilər  ki,  nə  qədər  ki,  ölkəni 

müdafiə etmək, düşmənin üzərində qələbə çalmaq üçün lazım 

idi»2.  Marşal  K.K.Rokossovski  demişdir:  «Həqiqətən  də 

bizim  şahinlərin  hər  bir  bomba  zərbələrində,  qorxmaz  şa­

hinlərin  hər  bir  döyüş zərbələrində,  qəhrəman  Sovet  tankçı- 

larının  hər  bir  hücumunda,  alman  faşist  işğalçıları  üzərində 

hər bir qələbədə  uğurların böyük bir hissəsi Bakı neftçilərinə 

məxsusdur .4

Tarixi həqiqətdir ki,  Bakı nefti olmasaydı Sovetlər İtti­

faqının  Hitler  Almaniyası  üzərində  qələbəsi  mümkün  deyil­

di.  Bu  fikri  ümumi  milli  liderimiz  Heydər  Əliyev  qətiyyətlə 

demişdir və təkrar söyləmişdir.

Moskva  altında  tarixi  döyüşlərin  65-ci  ildönümü ərəfə­

sində 2001 -ci  ilin  noyabrında  «Müharibə və əmək cəbhələri­

nin  qəhrəmanları:  1941-1945-ci  illər»  seriyası  ilə  Moskvada 

nəşr  edilən  növbəti  kitab  üçün  yazdığı  müraciətində  Azər­

baycan  Respublikası  Prezidenti,  görkəmli  dövlət  xadimi 

Heydər  Əliyev  yazmışdır:  «Bakı  neftçiləri  ölkəyə  o  qədər 



neft  verdilər  ki,  nə  qədər  ki,  düşmən  üzərində  tezliklə qələbə

1  Bu  haqda  daha  geniş  bax:  İsrafil  İsmayılov,  Azərbaycanlıların  II 

dünya müharibəsində iştirakı,  B 2000, s.47-54; 69-80

2 Qurban Orucov, Azərbaycan Qafqaz döyüşlərində,  B.:  1984,1  156.

3 «Правда» qəzeti,  10 mart,  1985.

4 Письма славы  и бессмертия. Баку.  1987, с.  199

40

. almaq  üçün  lazım  idi.  Bu  gün  biz  daha  aydın  və  qətiyyətlə 

hiss edirik ki,  Azərbaycan böyük qələbəyə çox böyük bir töh- 

və vermişdir».

1941-1945-ci  illərdə  Azərbaycan  ölkəyə  (SSRİ) 

75 

milyon ton  neft, 22 milyon ton benzin və müharibə cəbhələ­



rinə tələb olunan qədər başqa neft məhsulları (mazut, sürtgü 

yağları və s.) vermişdir.  Bakı neftçilərinin müharibə illərində 

cəbhələri  tələb olunan qədər benzin,  neft və sürtgü material- 

hi n  ilə  təmin  etməkdə  qəhrəmanlığı  layiqincə  qiymətləndi­

rilməli  idi.  Bu  yanacağın  Xəzər  dənizində  üzən  gəmi  və 

təyyarələr  vasitəsilə  düşmənin  bomba  zərbələri  altında  cəb­

hələrə  çatdırılması  da  yüksək  qəhrəmanlıq  nümunəsidir. 

Bütün  bunlar  heç  olmasa  müharibənin  sonunda  qeyd  edil­

məli idi və  Bakı şəhərinə də «Qəhrəman şəhər» adı verilməli 

idi.


Bu  ədalətsizliyin  əsasım  onda  axtarmaq  lazımdır 

ki,Kremldə  oturan  Qafqazlı  bolşeviklər  (t.V,Stalin,  Beriya, 

Mikoyan)  bunu  ona  görə  etməlidirlər  ki,  belə  bir  adı  Tiflis 

və  İrəvana  da vermək  üçün  heç  bir əsas  yox  idi.  Məlumdur 

ki,  Sovetlər  İttifaqınının  partiya  rəhbərliyinə  Azərbaycan 

haqqında belə ədalətsizlik həmişə xas olmuşdur.

Belə  ədalətsizliyə  baxmayaraq,  Azərbaycan  öz  xalqı­

nın  qəhrəmanlıq  tarixinin  II  dünya  müharibəsi  dövrünü 

dünya  tarixində  ən  yüksək  qəhrəmanlığı  kimi  qeyd  edir  və 

bununla fəxr edir.

Bakı  neftinin Almaniya faşizminin hərbi qüvvələri üzə­

rində  qələbədə  həlledici  rolundan  danışarkən  II  dünya 

müharibəsi  illərində SSRİ  rəhbərliyində  bütün köçürmə təd­

birlərinə  rəhbərlik  edən  Anastas  Mikoyanın  Azərbaycan 

türklərinin  müharibə  illərində  Sibirə  köçürülməsi  (sürgün 

edilməsi)  planı haqqında ayrıca demək lazımdır.  Bu  qatı şo­

vinist  plan  strateji  məqsəd  pərdəsi  altında  gizlədilmişdi: 

A.Mikoyan  Sovet  rəhbərliyini  inandırmağa  çalışırdı  ki, 

Türkiyə  dövləti  SSRİ-yə  qarşı  müharibəyə  başlayarsa, 

Azərbaycan xalqı mütləq Türkiyə tərəfinə keçəcəkdir.

41



Xoşbəxtlikdən,  İ.V.Stalin  daşnak  A.M ikoyanın  bu 

planım  qəbul etmədi.  Aydındır ki, A.Mikoyan  1918-1920-ci 

illərdə  həyata  keçirmək  istədiyi  planlarım  II dünya  m ühari­

bəsi dövründə reallaşdırmaq üçün baş sındırırdı.

42

V  Fəsil.

Azərbaycanda  dənizdə  neft  istehsalı  sahələrinin 

genişlənməsi.  SSRİ-nin şərq zonasında yeni  neft 

rayonlarının  yaradılmasında  Azərbaycan neftçilərinin 

hərtərəfli köməyi (1946-1990)

Xəzər dənizi hövzəsində yerləşən Azərbaycanın beynəl­

xalq  siyasətdə  mənafelərin  kəsildiyi  bir  məkan  olması  faktı 

II  dünya  müharibəsindən  sonrakı  dövrdə  öz  əhəmiyyətini 

nəinki  itirmədi,  hətta  daha da  aktual oldu.  Təbii ki,  bu  mə­

nafelər SSRİ-nin tərkibində həll edilirdi.

Azərbaycanda  neft  istehsalı  müharibədən  sonrakı  bər­

pa  dövrünün  ilk  beşillik  planı  ərzində  (dördüncü  beşillik 

plan)  28,8% artdı.1

Bakı  neftçiləri  ölkənin  (SSRİ)  beynəlxalq  mövqelərini 

və  iqtisadi  qüdrətini  artırmaq  üçün  neft və  neftdən əldə edi­

lən  sənaye  məhsulları  istehsalını  daima  artırmaqla  yanaşı, 

eləcə  də  ölkənin  yeni  neft  rayonları  üçün  kadrlar  hazırlan­

masında misilsiz xidmətlər etmişlər. SSRİ-nin  Şərq rayonla­

rında  yaradılmış  II  Bakı  və III  Bakı neft  rayonlarının  (əsa­

sən  Sibirdə)  texniki  təminatı  və  bu  yeni  neft  rayonlarında 

işləyən  mühəndis-texniki  kadrlarının  hazırlanması  Neft 

Akademiyası  adlanan  Bakısız qeyri-mümkün  idi.  Bu sahədə 

t->rülmüş  işləri  təsəvvür etmək  üçün  təkcə Azərbaycan  Neft 

və  K'.mya institutunun (1920-ci ildə təsis edilmişdir) xidmət- 

ləı ini qisjca alaraq  göstərmək kifayətdir.

Instituwn  7  fakültəsi,  57  kafedrası,  aspirantura  və 

doktoranturası,  10  elmi-tədqiqat və  problem  laboratoriyası 

əsasən  neftçi  mütəx*4sislər  hazırlamaq  ilə məşğul  olmuşdur 

və 

əksəriyyət  hallarda  dünya  standartları  səviyyəsi  ilə ölçü­



lən  nailiyyətlər əldə etmişbı

XX  əsrin  70-ci  illərinin  -^vəlinə  olan  məlumata  görə 

institut  SSRİ-nin  22 sənaye şəhərnin və xarici ölkələrin  on-

'  ASE.  I cild, s.518.

43



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə