İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   2   3   4   5   6   7   8   9   ...   14

beynəlmiləl  siyasət  silsiləsində  ən  mühüm  bir  həlqəni  təşkil 

edir...


Milli  mücadiləmiz  nöqteyi  -   nəzərindən  təhlil  və  təmi- 

qinə son dərəcə möhtac olduğumuz bu məsələnin əhəmiyyə­

ti  üzərinə  mətbuatımızda  ilk  dəfə  nəzər-diqqət  cəlb  etmək 

şərəfi dostumuz Miryaqub bəyə nəsib olur».1

2001-ci  ildə  professor  Rövşən  Novruzoğlunun  «Azər­

baycan  neft  strategiyası  xarici  kəşfiyyatların  maraq  dairə­

sində və milli təhlükəsizliyimiz» kitabı çapdan çıxdı.

2003-cü  ildə  Respublika  Prezidenti  İlham  Əliyevin 

«Azərbaycanın  Xəzər  nefti»  («Каспийская  нефть  Азербай­

джана»)  adlı  irihəcmli  əsəri  rus  dilində  işıq  üzü  gördü.  Bu 

əsərdə «Müstəqil Azərbaycanın nefti» (I fəsi,  §2),  kitabın IV 

fəslində  «Xəzər  neftinin  inkişaf problemləri»,  neft  kəmərlə­

rinin  rəqabəti,  şimal  və  qərb  istiqamətləri,  əsas  ixrac  neft 

kəməri  bölmələri  siyasi ədəbiyyatımızda  ilk  dəfə  geniş  şərh 

edildiyi  üçün  böyük  maraqla  oxunur  və  Azərbaycanın  neft 

strategiyası  mövzusu  ilə  maraqlanan  bütün  mütəxəssislər 

üçün stolüstü vəsaitdir.

2005-ci  ildə  E.Q.Mehrəliyevin  «Beynəlxalq  siyasətdə 

neft  amili»  adlı  kitabçası  çapdan  çıxmışdır.  Göründüyü  ki­

mi,  mövzuya  aid  nəşr  olunmuş  ədəbiyyatın  sayı  o  qədər  də 

çox deyildir.

Dünyada  ilk  neft  qazma  quyusu  Bakıda  1844-cü  ildə 

«Ağayi»  və  «Xəlafi»  neft  şirkətlərinə  məxsus  quyulardır. 

Amerikanın  ən  zəngin  neft  rayonu  olan  Pensilvaniyada  isə 

ilk  neft  quyusu  1859-cu  ildə  qazılmışdır.  Azərbaycanda 

quyudan  ilk  neft  fantanı  1873-cü  ilin  13  iyununda  vurmuş­

dur.

Azərbaycanın  ən  böyük  təbii  sərvəti  olan  neftin  era­



mızdan  2500  il  əvvəl  istifadə  edilməsinə  başlanmışdır  və

1 Miryaqub Mehdizadə.  Beynəlmiləl siyasətdə petrol.  Bakı,  1994, s.6

8

onun  çıxarıldığı  Abşeron  «əbədi  odlar  diyarı»  olaraq  hələ 



bundan  əvvəl  də  Şərqdə  məlum  idi.  Buradan  aydındır  ki, 

Bakı  əsrlər  boyu  dünya  neft  sənayesinin  mühüm  mərkəzlə­

rindən biri və bəlkə də birincisidir.

Azərbaycan xalqı  öz  neft  sərvətinin  istifadəsi  uğrunda 

əsrlər  boyu  mübarizə  aparmışdır.  XVIII  əsrin  sonlarına 

doğru  Abşeronun  neft  yataqlarının  əsas  sahibi  bakılı 

Hüseynqulu xan olmuşdur.1

XIX  əsrin  ortalarında Bakıda hasil edilən neftin yarı­

sı  xaricə  ixrac  edilirdisə,  əsrin  sonunda  bu  ixrac  25  faizə 

enmişdi.  1856-cı  ildə  tərtib  edilmiş  «Qafqaz  təqvimi»ndə 

yazılmışdı:  «Qatı  qara  və ağ  neft  imperiyanın  daxili  əyalət­

lərinə  daşınılır,  tutqun  yaşıl  neft  buranın  və  Şamaxı,  Dər­

bənd  quberniyalarının digər qəzalarının sakinləri  tərəfindən 

işıqlandırma  üçün  işlədilir  və  müxtəlif məqsədlərlə  istehlak 

üçün İrana aparılır».2

XIX  əsrdə  Bakı  ətrafındakı  neftli  ərazilərdə  Səlimxa- 

nov  qardaşları,  Cahangir  Məlikov,  Hacı  Zeynalabdin 

Tağıyev,  Raqozin,  V.Kokorev,  S.Vitte və  digər sahibkarlar 

neftayırma  zavodlarına  malik  idilər  və  bu zavodlarda  işləy­

ən mühəndislər içərisində azərbaycanlılar da olmuşdur.

1883-cü  ildə Zaqafqaziya dəmir yolunun  çəkilməsi  Ba­

kını  dəmir  yolu  vasitəsilə  Qara  dənizlə  birləşdirdi  və  Bakı 

neftinin qərbə nəqli məsələsi həll edildi.

Bakı  nefti  hesabına  varlanan  Avropa  kapitalistləri 

Robert  Nobel,  fransız  bankiri  Rotşild,  Amerika  neft  kralı 

Rokfeller,  eləcə  də  Rusiya  hökümətinin  maliyyə  naziri 

S.Vitte  bir  çox  hallarda  Azərbaycanın  ziyanına  birgə  fəa­

liyyət  göstərirdilər.  Azərbaycan  ziyalılarından  Həsən  bəy 

Zərdabi,  milyonçu  Hacı  Zeynalabdin  Tağıyev  və  digərləri 

bu xəyanəti  hiss etsələr də, onun qarşısını almaq  iqtidarında 

deyildilər.

1 Azərbaycan  nefti dünya siyasətində.  I cild, Bakı,  1997, s.8.

2 Yenə orada,  I cild, Bakı,  1997, s. 159.

9



Bununla  belə  XIX  əsrin  sonuna  doğru  Azərbaycanda 

milli  burjuaziya  da  yaranmışdı  və  Bakıda  neft  sənayesi 

sürətlə inkişaf etməyə başladı.

Azərbaycan  neftinə  sahib  olmaqda  erməni-daşnak  iş­

bazları  daha  həyasız  və  qəddar  idilər  və  bu  şəraiti  onlara 

Rusiya dövlətinin hakim dairələri yaratmışdı.

Rusiya  imperatoru  I  Pyotrun  1724-cü  ilin  10  noyabr 

tarixli  fərmanına  əsasən  ermənilərin  Xəzər  sahillərindəki 

ərazilərdə  və  ilk  növbədə  Abşeronda  yerləşməsinə  başlandı 

(1723-cü ildə Bakı Rusiya tərəfindən zəbt edilmişdi).  1735-ci 

ildə  Bakı  və  Dərbənd  İran  dövlətinin  idarəçiliyinə  keçdisə 

də,  1806-cı  ildə  Rusiya  çarı  I  Aleksandrın  hakimiyyəti 

dövründə Bakı yenidən Rusiya tərəfindən zəbt edildi.

Erməni  mənbələri  Bakı  nefti  hesabına  varlanmış  daş­

nak  işbazlarının  siyahısına  aşağıdakıları  daxil  etmişlər: 

Mantaşevlər  birliyi,  Qukasov  qardaşları,  Mirzəyev  (Mir- 

zoyan)  qardaşları,  Lionozovlar  ailəsi,  Qaluşt  Gulbekyan, 

Pitoyev  və  K°,  Arafelov  və  K°,  Tsaturov,  Aramazd,  Astik, 

Syunik,  Ararat,  Masis  və  sair  erməni  icmaları  bu  sıradan 

idi.


Rusiyada  XIX  əsrin  sonunda  aparılmış  əhalinin  siya­

hıya  alınması  məlumatına  görə  Bakıda  yaşayan  əhalinin 

milli  tərkibi  aşağıdakı  nisbətdə  olmuşdur:  ruslar  54254  nə­

fər,  azərbaycanlılar  -   53827  nəfər,  ermənilər  -   34259  nəfər, 

farslar  -   18572  nəfər,  yəhudilər  -   5852  nəfər,  almanlar  -  

5028  nəfər,  Krım  tatarları  -   4157  nəfər,  ləzgilər  -   3857  nə­

fər,  gürcülər -  261  nəfər,  polşalılar -   1548  nəfər,  yunanlar  -  

617 nəfər;  isveç,  osetin,  laiş, slovak, fransız,  litvalı,  ingilis  və 

türk  millətlərinə  mənsub  olanlar  isə  hər  bir  qrupda  100  nə­

fərə qədər idi.

Erməni  mənbələrində  eləcə  də  göstərilir  ki,  Bakıda  və 

ətrafında  olan  154  neft  çıxaran  firmadan  83-ü  erməni  icma­

larının  əlində  olmuşdur.  Neft  və  su  kəmərləri  üzrə  isə  35 

kəmərdən  25-i ermənilərə  məxsus  idi.  Erməni  daşnak  həya­

sızlığı  o dərəcəyə çatmışdı  ki,  1918-ci ildə onlar tələb edirdi-

10

iər ki, «Beynəlmiləl Bakı» Ermənistana birləşdirilməlidir.1



Bundan sonrakı sovet siyasi sistemi şəraitində 70 il ya­

şamış  Azərbaycan  xalqı  vətəninin  ən  böyük  maddi  sərvəti 

olan  neftini  XIX  əsrdə  və  XX  əsrin  90-cı  illərinə  qədər  öz 

xalqının  güzəranını  yaxşılaşdırmaq  üçün  istifadə  etməkdən 

məhrum idi.

Azərbaycan  neftinin  istehsalında  əcnəbi  kapitalistlərin 

iştirakı  haqqında  ədəbiyyat  genişdir  və  təəssüflər  olsun  ki, 

bu  ədəbiyyatın  Azərbaycan  dilində  nəşr  edilməsinə  əhə­

miyyət verilmir.

İsveç sənayeçiləri  olan  Nobellər  ailəsinin  həyatının  bir 

çox səhifələri Bakı şəhəri ilə əlaqədar olmuşdur. İsveç jurna­

listi  Brita xanım Asbrink  20C0-ci ilin əvvəllərində «Lyudvik 

Nobel:  neftin  gözəl gələcəyi» adlı əsərini yazmışdır.  2003-cü 

ildə  isə  onun  «Nobellər  imperiyası  (məşhur  şvedlərin,  Bakı 

neftinin və Rusiyada inqilabın tarixi)» adlı kitabı rus dilində 

Moskvada nəşr edilmişdir.

Emmanuel Nobel  1872-ci  ildə özünün vəfat etməsi ərə­

fəsində  vəsiət  etmişdi  ki,  2  milyon  funt-sterlinq  var-dövləti 

hesabına Nobel  fondu yaradılsın və Nobel mükafatına layiq 

şəxslərə verilsin.

Bu da  acı həqiqətdir ki, Bakı neftindən əldə edilmiş  bu 

qazanc  hesabına  yaradılmış  həmin  mükafat  hələlik  heç  bir 

azəri  türkünə  qismət  olmamışdır.  Bircə  o  məlumdur  ki,  II 

dünya müharibəsi  illərində yaralı  əsgərlərin cərrahi müalicə­

sində  çox  böyük  nailiyyətləri  olmuş  azərbaycanlı  cərrah 

akademik  Mustafa Topçubaşovun  Nobel  mükafatına  nami­

zədliyi  irəli  sürülmüşdüsə də,  ilk  növbədə erməni  şovinistləri 

buna  da  mane  ola  bildilər.  Ədalət  tələb  edir  ki,  müstəqil 

Azərbaycan  dövləti  bu  təltifatın  təklifinin  yenidən  müzaki­

rəyə çıxarılmasına və onun ədalətli həllinə nail olsun.

Bax:  «Эхо» qəzeti,  16 oktyabr 2004.

11

1




Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə