İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   2   3   4   5   6   7   8   9   ...   14

dövrü  İngiltərə  hərbi  komandanlığı  tərəfindən  bu  məsələdə 

özbaşnalıq hallan olmuşdur.1

Azərbaycan Xalq Cümhuriyyətinin 23  aylıq hakimiyyəti 

dövründə (1918  may -   1920  aprel) Bakı  nefti  yenicə  yaranmış 

müstəqil  dövlətin müdafiə  xərcləri üçün  mənbə  oldu.  1919-cu 

ilin  dövlət büdcəsində  hərbi xərclər büdcənin  24  faizini  təşkil 

edirdi:  19191-cu  ildə  Azərbaycan  milli  ordusunda  aviasiya 

dəstəsi  yaratmaq  işinə  başlandı.  Həmin  il  Avropanın ali  mək­

təblərində  təhsil  almaq  üçün  Azərbaycandan  dövlət  hesabına 

təminat  ilə  100  nəfər  gənc  göndərildi.  Göstərilən  ildə  Azər­

baycan  ordusu  üçün  3  zirehli  qatar,  4  hərbi  təyyarə,  6  zirehli 

avtomobil və digər silah növləri alınmışdı.  1919-cu ilin  sonun­

da milli ordu 40 min nəfərlik şəxsi heyətə malik idi.

1918-ci  ilin  noyabırın  16-da  Türkiyənin  ordu  hissələri 

Bakını  tərk  etməli  oldular  (Türkiyə  I  dünya  müharibəsində 

Almaniyanın  müttəfiqi  idi  və  müharibə^ Almaniya  ittifaqı 

mağlub  olmuşdu)  Bakıya  yenə  də  İrandan  (Xəzər  vasitəsilə) 

İngilis  hərbi  hissələri,  bu  dəfə  general  Tomsonun  rəhbərliyi 

altında daxil oldu.  Bakı neftinə sahib olmaq üçün buraya ingilis 

mühəndisləri  də  gətirilmişdi.  Bakının  Bibi-Heybət  ərazisində 

ingilislərin  neft kompaniyası  öz  işinə  başlamışdı.  Kompaniya­

nın başçısı general  Allen idi.

Bütün  bu  hadisələr  İngiltərənin  Qafqazda  «İkinci  Hindi­

stan»  yaratmasına şəraitin  yetişəcəyindən xəbər verirdi:  Sovet 

Rusiyası  parçalanma  ərəfəsində  idi  və  onun  Yaxın  Şərqdəki 

hadisələrə müdaxilə etməyə gücü  və imkanı çatmırdı.

Rusiyanı  parçalamaq  siyasəti  Böyük  Britaniyanın  planın­

da dəyişməz olmuşdur və  1918-ci  ildə  baş  vermiş hadisələr bu 

planın reallaşmasına ümid verirdi.

Lakin  1919-cu  ilin  avqustunda Britaniyanın ordu  hissələ­

ri  Qafqazı  tərk  etdilər.  Həmin  günlərdə  Xəzər  dənizində  olan 

ən  yeni  silahlarla  təmin  olunmuş  ingilis  dəniz  eskadronu  xəl-

1 Bax.  Эльмира Мурадалиева.  Кровь  земная -  нефть Азербайджана и 

история.  Б., 2005, стр.114-118.

20

vəti  olaraq  Bakıdan  Dərbəndə  apanlaraq  general  Denikinin 



ixtiyarına verildi'

İngiltərə  Batum  limanında  öz  qarnizonunu  saxladı  və 

planlaşdırılırdı  ki,  burada  Millətlər Cəmiyyətinin himayəsi  al­

tında İngiltərədən asılı olan dövlət yaradılmalıdır2

İngiltərə hökümətinin baş naziri,  görkəmli  diplomat Llo- 

qud-Corc  1919-cu  ilin  16  noyabnndakı  nitqində  demişdi:  «o, 

inanmır  ki,  bolşeviklər  bütün  Rusiyanı  əldə  saxlaya  biləcək­

lər».  Parisdə  nəşr  edilən  «Нефтяной  курьер»  qəzeti  1924-cü 

lin  12  sentyabrında  yazmışdı  ki,  «Rusiyanın  parçalanması, 

görünür Dağıstanın hərəkətə gəlməsindən başlayacaqdır»3

Yuxanda  qısaca  şərh  edilən  hərbi  tədbirlər  və  həmin 

dövrün hakim  dairələrinin mülahizələri onu deməyə əsas verir 

ki,  1918-1920-ci  illərdə  İngiltərə  Bakı  neftinə  sahib  olmaq 

üçün bir neçə dəfə  hərbi hissələrindən istifadə etmişdir.

19.22-ci  ilin  aprelində  çağrılmış  beynəlxalq  Cenuya kon­

fransında  (34  ölkənin  nümayəndəsi  iştirak edirdi)  «Rus  nefti» 

adı  altında  müzakirəyə çıxanlmış  məsələ  Bakı  nefti  məsələsi 

idi.


Bu  məsələnin  müzakirəsi  onun  iştirakçıları  olan  dövlət­

lərin  şirkətlərinin  həmin  neftin  onlar  tərəfindən  çar  Rusiyası 

dövründə  çıxarıldığı  ərazilərin  onlara  icarəyə verilməsi məsə­

ləsi kimi  nəzərdə tutulurdu.

Halbuki,  bolşeviklər  Şimali  Qafqazı  və  Zaqafqaziyanı 

zəbt  etdikdən  sonra xarici  şirkətlərin  sahibkar olduqları  bütün 

neftli  ərazilər  milliləşdirilmişdi  və  1921-ci  ildə  Qafqazda 

1913-cü  ildə  çıxarılmış  neftin 43%-ə qədəri miqdarında (4100 

min tona) neft çıxarılmışdı4.  Buna görə də Genuya konfransına 

göndərilmiş  Sovet nümayəndə  heyətinin  başçısı  Krasin  bildir­

mişdi  ki,  xarici  konsepsiyalara yalnız  3000 hektar neftli  ərazi 

icarəyə verilə bilər.

1 Луи Фишер,  Империализм нефти, стр.27.

* Yena orada, səh.28

3 Yeno orada, səh.29

4 Yenə orada, səh.35

21



Beləliklə,  Qərb  kapitalistlərinin  çar  Rusiyası  ərazisində 

vaxtilə  icarəyə götürdükləri  neft sahələrinin  özlərinə  qaytarıl­

ması  məsələsi  həll  edilmədi  və  Genuya  konfransı  müvəffə­

qiyyətsizliyə uğradı.

Rusiya  Sovet  dövlətinin  Genuya  konfransına  göndərdiyi 

nümayəndə  heyəti  5  nəfər tam hüquqlu və 6 nəfər məşvərətçi 

nümayəndədən  ibarət  idi  və  Nəriman  Nərimanov ikinci  qrupa 

daxil idi.

Genuya  konfransında  Nəriman  Nərimanov  Bakı  nefti  və 

tərksilah məsələləri üzrə çıxış etmişdir.

Genuya  konfransı  və ondan  sonra çağrılmış Qaaqa (Haa­

qa)  konfransı  neft məsələsi üzrə  nəticəsiz qurtardı,  imperialist 

dövlətlər neft  əsələsi  haqqında  razılığa  gəlib  vahid  cəbhədən 

çıxış edə bilmədilər,  lakin əcnəbi neft baronları keçmiş Rusiya 

ərazilərində  olan  neft  yataqlarını  icarəyə  götürmək  fikrindən 

də əl çəkmədilər.

1920-1922-ci  illərdə  formal  müstəqilliyə  malik  olan 

Azərbaycan neft sənayesi  1920-ci  ilin  24 mayında yenidn  mil­

liləşdirildi.  Moskva  A.Serebrovskini  Azərbaycan  neft komitə­

sinə  sədr göndərdi,  1920-ci  ilin  aprelin  30-da Neft çənləri  ilə 

dolu  ilk  neft  karvanı  Bakıdan  Astraxana  göndərildi.  Rusiya 

Sovet  Respublikası  höküməti  Bakı  neftinin  üzərində  tam 

hüquqlu sahibkar kimi hərəkət  edirdi.

1922-ci  ildə  Moskvalı  müəllif R.İ.Berzin  «Neft  uğrunda 

dünya  mübarizəsi»  (Мировая  борьба за  нефть)  adlı  əsəri  ilə 

çıxış etdi və qətiyyətlə göstərdi ki,  Rusiya ərazilərində istehsal 

edilən neftin  hazırkı  dövrdə xarici  imperialist  şirkətlərinə  ica­

rəyə  verilməsi  Rusiya  iqtisadiyyatını  ölümə  məhkum  etmək 

deməkdir'

Avropa  kapitalist  şirkətlərinin  keçmiş  Rusiya  ərazilərin­

də  olan  nef yataqlarını  icarəyə  götürməyə  o  vadar  edirdi  ki, 

son  20  ildə  (1900-1920)  dünyada  neft  istehsalı  247%  artdığı 

halda,  Rusiyada 65%  azalmışdı.2  Deməli Rusiya ərazilərində­

1 Bax,  Р.И.Берзин,  Мировая борьба за нефть,  М.,  1922, стр.4

2 Yenə orada, səh.5

22

ki  neft  yataqlarını  sərfəli  qiymətlə  icarəyə  götürmək  olar  və 



lazımdır.

Rusiyada isə neft ehtiyatları aşağıdakı miqdarda idi:

1) Bakı rayonunda -  45,301  milyon pud;

2) Qroznıda -  5,828 milyon pud;

3) Maykopda -  67 milyon pud;

4)  Embada -  6,5 milyon pud.1

1921 -ci  ildə dünyada istahsal edilən neftin 61,9%-i Ame­

rika Birləşmiş Ştatlarının, 25,6% Kanadanın payına düşürdüsə, 

Rusiyanın payına 3,7% düşürdü2

R.Berzin  yazır ki,  1921-ci  ildə  dünyada 759  milyon  bar­

rel  neft  istehsal  edilmişdi.  Neft  istehsalı  bu  templə  getsə, 

dünyanın neft ehtiyatları təxminən 40 ilə tükənəcəkdir.

Keçmiş  Rusiya  ərazilərində  olan  neft  yataqları  dünya 

müharibəsi  və  sonrakı  vətəndaş müharibəsi  illərində  ağır və­

ziyyətə  düşmüşdü.  Son  8  ildə (1914-1922) neft sənayesinə heç 

bir kapital qoyulmamışdı, neft istehsalı tənəzzül edirdi.

Rusiya tabeliyində olan neft əraziləri Türkiyənin nəzarət 

etdiyi körfəzlər məsələsi ilə də bilavasitə bağlı  idi.

Antanta 1 dünya müharibəsində qələbə çalaraq ilk illərdə 

Türkiyənin  körfəzləri  və  dəmir yollan  üzərində  nəzarətə  nail 

olmuşdusa,  Almaniya  da  Türkiyə  üzərində  öz  təsirini  saxlaya 

bilmişdi.  Həmin  dövrdə Amerika Birləşmiş  Ştatları  da öz nefti 

ilə  Türkiyəyə  təsirini  gücləndirə  bilmişdi.  Amerika  nefti  Ba- 

tum  və 


Samsun  limanlarına  qədər  çatırdı.  Rusiya-Türkiyə 

münasibətləri  gərgin  olduğuna görə  1908-ci  ilə qədər  Rusiya­

nın Türkiyə  limanlar vasitəsi  ilə xaricə ixrac etdiyi  neftin  mi­

qdarı  sıfra  düşmüşdü  və  keçmiş  Rusiya  nefti  əvəzinə  bu  li­

manlarda Amerika nefti daşınırdı.

Azərbaycanda  1920-ci  ilin  mayın  əvvəlində  «müstəqil» 

Sovet  Respublikasının  yaradılması  ilə  əlaqədar  olaraq  əcnəbi 

baronlar Bakı  neftinin  icərəsinə  nail olmaq  üçün  Çar Rusiyası 

dövründə imzalanmış müqavilələrə də əl atdılar.

1 Bax,  Р.И.Берзин.  Мировая борьба за нефть.  С.19.

2 Ycno orada, s.31.

23



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə