İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   2   3   4   5   6   7   8   9   10   ...   14

tdən  alınırdı.  Yalnız  1922-ci  ilin  yanvarında Bakının  Sabunçu 

rayonunda  ilk,  yeni  neft  buruğu  qazıldı.  Həmin  ildə  Xəzərin 

Bibi  Heybət  buxtasında  yaradılmış  kiçik  süni  adada  ilk  dəniz 

neft quyusu qazıldı və  1923-cü ildə orada qazılan altı quyudan 

neftin  fantan  vurması  hesabına  1927-28-ci  ildə  neft  hasilatı 

1913-cü il səviyyəsini ötüb keçdi.

XX  əsrin  30-cu  illərində  Azərbaycanın  Daşkəsən  ray­

onundakı  dəmir filizi yataqları (Gəncə şəhərindən 35km cənu­

bi  qərbdə)  1933-cü ildən başlayaraq  istifadəyə  verilməyə  baş­

landı  və  1954-cü  ildən  başlayaraq  istehsal  edilən  dəmir filizi­

nin  hamısı  Moskvada,  Kremldə  oturan  güclü  bolşeviklərin 

məcburi  olan  məsləhətinə  əsasən  Gürcüstanın  Rustavi  şəhə­

rində tikilmiş metallurgiya zavoduna göndərilməyə başlandı.

Burada  oun  da  demək yerinə  düşər ki,  II  dünya  mühari­

bəsindən  sonrakı  dövrdə  Azərbaycanda  istehsal  edilən  neftin 

45%-i,  pambığın  70%,  kimyəvi  xammalların  70%,  üzümün, 

85%  tütünün,  90%  sənaye  üsulu  ile hazırlanmıq üçün xammal 

kimi  respublikadan  kənara  göndərilirdi.  «Xalqlar  dostluğu» 

təzahürü  kimi  qələmə  verilən u ədalətsiz siyasət Azərbaycan 

iqtisadiyyatını  Rusiya  çarizminin  müstəmləkəçilik  siyasəti  is­

tiqamətində idarə edilməsinin davamı idi.

Azərbaycanda  neft  istehsalı  1920-ci  ildə  2,9  milyon  ton 

olmuşdusa,  1928-ci  ildə  onun  hasilatı  11,6 milyon tona,  1941- 

ci  ildə  is  23,541  milyon  tona  çatdırıldı.  1940-cı  ildə  SSRİ-də 

istehsal edilən neftin 75%-ni Azərbaycan verirdi.1

Azərbaycan  Respublikasının  neft istehsalı  üzrə  I  beşillik 

plan  dövründə  əldə  etdiyi  sürətli  inkişaf heç bir ölkədə  əldə 

edilməmişdir.  Bu nailiyyət əsasında SSRİ-də  1931-ci ildə 22,4 

milyon  ton  neft  hasil  edilmişdi və  bu  göstərici  əsasında  SSRİ 

neft istehsalı üzrə dünyada ikinci yerə yüksəldi.2 3

1 Azərbaycan Sovet Ensiklopediyası, VII cild, s.208.

2 С.Б.Беляев. Нефть страны вечного огня.  Б.,  1960, с. 114.

28

Azərbaycanda  Abşeron  arxipelaqından  əlavə  zəngin 



neft  yataqları,  eləcə  də  Kür-Araz  düzənliyində,  Neftçala 

rayonunda,  Gəncə  yaxınlığındakı  Qırovdağ  və  Mişovdağ 

adlanan  ərazilərində  yaradılmışdı  və  bunların  istismarına 

20-ci illərdən başlayaraq hazırlıq işləri aparılırdı.

1937-ci  ildə  SSRI-də  hasil  edilmiş  28,396  min  ton 

neftin  25,  706-min  tonu  (ümumi  hasilatın  90,5%)  Qafqaz 

regionunda  hasil  edilmişdi.  Qafqaz  neft  rayonuna  isə  Azər­

baycan  nefti,  Qroznı  nefti,  Maykop  nefti və  Dağıstan  nefti 

rayonları daxil idi.!

1940-cı  ildə  Azərbaycan  Respublikası  SSRİ  neft  hasi­

latının 24,5 milyon tonunu, yəni 71  %-ni vermişdi.2

SSRİ  xalq  təsərrüfatının  inkişafı  üzrə  II  və  III  beşillik 

planların  həyata  keçirilməsi  (1928/29-1937/38)  əsasında  Ba­

kıda  neft  istehsalı  inqilabdan  əvvəlkinə  nisbətən  üç  dəfə 

artmışdı.1

Azərbaycan  Respublikası  I  beşillik  planı  neft  istehsalı 

üzrə  iki  il  yarıma  yerinə  yetirdi.  Aydındır  ki,  ölkənin  zəif 

iqtisadi  bazaya malik  olduğu  I  beşillik  illərində (1928-1932) 

Bakı  neftini hasil edən müəssisələr belə yüksək tempə uyğun 

maliyyə  vəsaitilə  və  texniki  vəsaitlə  təmin  olunmurdu;  bu 

inkişaf birtərəfli,  əsasən  fiziki  qüvvənin  ifrat cəlbi  hesabına, 

həyata keçirilirdi.

1 А.Д.Будков, Л.А.Будков.  Нефтяная  промышленность СССР в годы 

Великой Отечественной войны.  М.:  1985, с. 29.



2 Советский Азербайджан.  Баку,  1958, с.510.

3 ASE,  I cild, s.  553.

29



IV Fəsil.

AZƏRBAYCAN  NEFTİ  II DÜNYA  MÜHARİBƏSİ 

İLLƏRİNDƏ (1939-1945)

Motorlar  müharibəsi  olmuş  II  dünya  müharibəsi  hələ 

başlanmamışdan  əvvəl,  bu  müharibədə  hərbi  texnikanı  hə­

rəkətə  gətirmək  üçün  lazım  olan  benzin  və  sürtgü  yağlan 

mənbələri  Avropa  ölkələrinin  rəsmi  dairələrinin  diqqət 

mərkəzində  idi.  Bu  amildə  Qafqazın  əhəmiyyətini  hamıdan 

əvvəl  İngiltərənin  görkəmli  dövlət  xadimi  və  siyasətçisi, 

1916-1922-ci  illərdə  Böyük  Britaniyanın  baş  naziri  olmuş 

Lloyd  Corc  (1863-1945)  belə  şərh  etmişdi:  «Əgər  almanlar 

Bakıya daxil  olaraq  bu rayonun tükənməyən neft vəsaitləri­

nə  və  qonşu  vilayətlərin  zəngin  sərvətlərinə  soxula  bilərsə, 

müharibə sonsuzluğa qədər davam edər».

XIX  əsrdə  dənizlər  ağası  olan  Böyük  Britaniyanın  ad- 

miralı  Fişer  isə  demişdir:  «Kim  neftin  sahibidirsə,  o  da 

dünyanın sahibidir».

Azərbaycanda  isə  neft  istehsalı  1940-cı  ildə  24,5 

milyon  tona  çataraq,  1913-cü  il  səviyyəsini  3,2  dəfə  artmış­

dı.'


1939- 

cu  ildə  SSRl  ilə  Almaniya  arasında  bir-birinə 

hücum  etməmək  paktının  imzalanması  İngiltərə  və  Fransa­

nın  hakim  dairələrini  hamıdan  çox  narahat  etmişdi.  Dünya 

mətbuatında SSRİ-nin Almaniyanı guya Bakı nefti ilə təmin 

etməsi  haqqında  qərəzli  (yalan)  yazılar  London  və  Parisin 

hərbi  dairələrində  rəsmi  müzakirələrə  səbəb  oldu  və  Bakı 

neft  rayonuna  nəzarət  etmək  üçün  ən  yüksək  səviyyələrdə 

gizli tədbirlər görülməsinə başlandı.

1940- 


cı  ildə  SSRİ  Dəniz Donanması  vasitəsilə daşınan 

yüklərin  40  %-dən  çoxıı  Xəzər  dənizi  vasitəsilə  həyata  keçi­

rilirdi.  Buna  görə  də  həm  Almaniya,  həm  də  İngiltərə  və

'  Советский Азербайджан.  Изд.-во АН Азербайджанской ССР, Б.,  1958, 

с.510.

30

Fransanın  hərbi  təyyarələri  1940-cı  ilin  aprelindən  başlaya­



raq  Bakı  neft rayonu  üzərində  kəşfiyyat  uçuşları  təşkil  edil­

dilər  və  Xəzər  Donanmasında  olan  zenit  artilleriya  hissələ­

rimiz  onların  bu  uçuşlarım qeyd etsələr də bu  uçuşlara ma­

ne  ola  bilmirdilər  (orada yerləşdirilmiş zenit topları  8-10 ki­

lometrdən yüksəkdə  uçan hərbi təyyarələri vura bilmirdilər. 

(Belə toplar SSRİ-yə  1942-ci ilin əvvəlində gətirildi.)

XX  əsrin  görkəmli  hərbi  tarixçilərindən  biri  olan 

B.Liddel  Qart  «ikinci  dünya  müharibəsi»  adlı  938  səhifə 

həcmində olan əsərində (rus dilində Moskvada  1999-cu  ildə 

nəşr  edilmişdir)  yazır  ki,  Fransa  Almaniya  ordusu  tərəfin­

dən  1940-cı ilin iyununda zəbt edildikdən sonra almanlar ələ 

keçirdikləri  Fransanın  arxiv  sənədlərindən  istifadə  edərək 

mətbuatda  bildirdilər  ki,  Fransa  hərbi  komandanlığı  «Al­

maniyanı  Sovet  neft  mənbələrindən  istifadədən  məhrum 

etmək  üçün  Fransa Qafqazın  neftlə zəngin  rayonlarına zər­

bələr endirmək planının hazırlamışdı».

1939- 

cu ilin oktyabrında Amerikanın Fransadakı səfiri 



U.Bullit  Vaşinqtona  teleqrafla  bildirmişdi  ki,  Parisdə  «Ba­

kının bomba zərbələri ilə dağıdılması» imkanı müzakirə edi­

lir.  Həmin  ilin  oktyabrının  sonunda  Azərbaycan  paytaxtı 

Bakının  bombardımaıv edilməsi  məsələsi  İngiltərənin  hərbi 

nazirliyində də müzakirə edilmişdi.

Göstərlən  vaxtlarda  Fransa  hərbi  dairələrində  Bakını 

bombardman etmək  planına qarşı  çıxanlar  da  var  idi.  Mə­

sələn,  general  de  Qoll  Bakı  neft  rayonuna  bomba  zərbələri 

endirmək  istəyən  «qızğın  başları»  qınayaraq  göstərirdi  ki, 

onlar  Berlinə  müqavimət  göstərmək  əvəzinə  Bakı  neft  ray­

onunu məhv etməyi tələb edirlər.

1940- 


cı  ilin  19  yanvarında  Fransa  höküməti  başçısı 

Eduard  Daladye  ölkə  ordusunun  Baş  ştabının  rəisi,  ordu 

generalı  Moris Qamelenə və Dəniz qüvvələri Baş İdarəsi rəi­

sinə göstəriş  vermişdi  ki,  SSRİ  neft  rayonlarının  Almaniya­

nın əlinə keçməməsi üçün təkliflər hazırlasınlar.

31



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə