İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   ...   6   7   8   9   10   11   12   13   14

oktyabrında  Kapitoliyada  keçirdiyi  gizli  yığıncaqda  demiş- 

dirjtfars körfəzi ölkələrinin hər birinin Azərbaycan neft s t r a ­

tegiyasına qarşı xüsusi tədbirlər planı vardır.

İngiltərənin  siyasi  icmalçısı  Robert  Korzeni  «N eft 

haqqında  oçerklər»  dsərində  (Moskva,  1999)  yazır:  «B akı 

unutmasın  ki,  İran  öz  geostrateji  vəziyyətindən,  d u ru m u n ­

dan  həmişə  istifadə  edib,  yenə  edəcək.  Bu^onun  regiona 

prinsipial mövqeyindəndir» 

(göstərilən kitabın 62-cı səhifəsi).

Azərbaycan nefti raket  texnikası üçün analoqu o lm ay ­

an  yanacaq  növü  olduğu üçün  Rusiyanın  və  digər  ölkələrin 

iqtisadi  maraqlan  ilə  yanaşı  onların  siyasi  mənafelərinə  d ə 

toxunur.  Heç  də  təsadüfi  deyil  ki,  Rusiyada  Azərbaycanı 

öyrənən  23  nəfərdən  ibarət xüsusi iqtisadi-kəşfıyyat bölməsi 

yaradılmışdır.1 

Azərbaycan  neft  strategiyasına  qarşı  ə n  

böyük  təhlükə  erməni  terror  təşkilatları  olan  «Haydad»  v ə  

«Asala»* təşkilatlarıdır.

Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  istiqamətində  te rro r 

aktlarının  həyata  keçirilməsi  erməni  terror qrupları  tərəfin­

dən  geniş  miqyasda  planlaşdırılır.  Bu  terror  qruplarının 

planlarında  neft  kəmərinin  sıradan  çıxarılmasından  başqa 

Azərbaycanın  görkəmli ziyalılarına qarşı terror əməliyyatla­

rının yerinə yetirilməsi də nəzərdə tutulmuşdur.

«Asala» və «Haydad»ın terror təşkilatlarının baş q ə ra ­

rgahları  bu  terrorçuluğun  İrəvan-Qarabağ  özəkləri  tərəfin­

dən idarə edilir.  Görünür, Ermənistanın prezidenti R.Koçar- 

yanın  «mən  Bakının  neft kəmərlərini partladacağam»2 deməsinə 

də diqqətlə yanaşmaq lazımdır.

Tədqiqatlar  göstərir  ki,  Azərbaycanın  neft  strategiyasına 

qarşı  tədbirlər  Rusiyanın,  İranın, Ermənistanın siyasi dairələrin­

də  həmişə  diqqət  mərkəzində olmuşdur və indi də diqqət mərkə­

zindədir.

1  Rövşən  Novruz  oğlu.  Azərbaycan  neft  strategiyası  xarici  kəşfiyyatların 

maraq dairəsində ve milli təhlükəsizliyimiz, B., 2001, s.21.

* Asala -Armenian Secret Armu of Liberation of Armenia.

2  Bax:  Rövşən  Novruzoğlu,  Azərbaycan neft strategiyası xarici kəşfiyyatla­

rın maraq dairəsində və  milli təhlükəsizliyimiz. B., 2001, səh.36.

52

Dənizdən  dənizə qədər  (Xəzər dənizindən Qara dənizə 



qədər)  Ermənistan  əraziləri  xülyası  ilə  yaşayan  erməni- 

daşnak  liderləri  XX  əsrin  sonlarında  işğal  etdikləri  Azər­

baycan  əraziləri  hesabına  növbəti  dəfə  Ermənistanı  geniş­

ləndirmək üçün bütün vasitələrdən istifadə edirlər.

SSRt-nin  dağılması  ərəfəsində  Rusiya  şovinizminin 

başçısı  xain  prezident  Mixayıl  Qorbaçovun  və  Ermənistan­

da  yerləşən  Rusiya  silahlı  qüvvələrinin  köməyi  ilə  Ermənis­

tan  separatçıları  Azərbaycanın  Dağlıq  Qarabağ  ərazisini  və 

ətrafındakı  7  rayonu  hərbi  yoila  işğal  etdilər.  Ermənistan 

indi  Dağlıq  Qarabağın  işğalına  bəraət  qazandırmaq  üçün 

«xalqların  təyini  müqəddərat  hüququ»  müddəasından  isti­

fadə  edir.  Halbuki,  bu  hüquq  hər-hansı  milli  icmanın 

özünün  tarixən yaşadığı doğma əraziyə şamil edilə bilər.

Dağlıq  Qarabağa ermənilər cəmisi  200  il  bundan əvvəl 

Rusiya  çarlığı  tərəfindən  İrandan  və  Türkiyə  tərəfindən 

köçürülmələri yolu ilə gəlmişlər,  onlar  bu ərazilərin heç vaxt 

sahibləri  olmamışlar  və  deməli  bu  ərazilərə  sahib  olmaq 

üçün qanunu hüquqa malik deyillər.

XIX  əsrin  tarixi  bildirir  ki,  Dağlıq  Qarabağdan  əlavə 

indi  Ermənistanın  tərkibində  olan  Zəngəzur  mahalı  və  Er­

mənistanın  hətta  paytaxtı  Yerevan  (İrəvan)  şəhərinin  özü 

Azərbaycan  əraziləridir  və  bu  ərazilər  Sovet  sisteminin  ya­

radılmasının  ilk  illərində  Rusiya dövlət və partiya rəhbərliyi 

təıəlindən  Türkiyəyə  qarşı  Qafqazda  güclü  Ermənistan  ya­

ratmaq üçün,Azərbaycanda heç bir referendum keçirmədən, 

qeyri-qanuni olaraq Ermənistana verilmişdir və bu biyabırçı 

fakt bütün dünyaya məlumdur.

Dağlıq  Qarabağda  ermənilər  köklü  (əsas)  milli  icma 

olmadıqları  üçün  heç  bir zaman  əhalinin  mütləq  çoxluğunu 

təşkil  etməmişlər.  Azərbaycanın  Dağlıq  Qarabağ  ərazisini 

işğal  etdikdən  sonra  ermənilər  orada  yaşayan  azərbaycanlı 

əhalini  bu  ərazidən  vəhşicəsinə  qovaraq  sırf erməni  icması 

yaratmışlar  və  heç  bir  əsas  olmadan  bu  ərazilərdə  özlərinə 

özünüidarə  və  suverenlik  tələb  edirlər.  Digər  tərəfdən  bəşər

53



tarixi sübut edir  ki,  «təyini müqəddərat  hüququ» müharibə­

də qələbə çalaraq digər xalqın ərazilərini zəbt etmək yolu  ilə 

də əldə edilə bilməz.

Ermənilərin  Dağlıq  Qarabağda  indi  yaşadıqları  milli 

icma  heç  bir  dünya dövləti tərəfindən tanınmamışdır  və  heç 

bir  hüquqa  malik  deyildir.  Ermənistan  faktiki  olaraq  özgə 

xalqın ərazisini özünə müstəmləkə etmişdir.

Məlumdur  ki,  Hindistanın  böyük  demokrat  siyasətçisi 

Mxatma  Qandinin  «zülmsüz  müqavimət»  nəzəriyyəsi  əsa­

sında hind xalqı Böyük Britaniyanın müstəmləkə zülmündən 

dinc  yolla  1949-cu  ildə  müstəqilliyə  nail  olmuşdur.  Dağlıq 

Qarabağın  da  dinc  yolla  Ana  Vətən  Azərbaycana  qaytarıl­

ması  reallaşa  bilər...  Bunun  üçün  dünya  birliyi  işğalçı  E r­

mənistana  qarşı  iqtisadi  və  siyasi  sanksiyalar  tətbiq  etməli­

dir  və  bu yolla uzanan  konflikti həll etmək olar. Belə bir şə­

raitdə hələlik  Rusiya  və xarici erməni diasporunun siyasi  və 

iqtisadi  gücünə  arxalanan  Dağlıq  Qarabağın  erməni  icması 

özü üçün gün ağlamağa məcbur olacaqdır.

Azərbaycanın  hazırkı  yüksək  iqtisadi  inkişafı,  ilk  növ­

bədə Heydər Əliyevin  hazırladığı  neft strategiyası ölkəmizin 

ərazi  bütövlüyünə  nail  olması  üçün  real  imkanlar yaradaca­

qdır.


54

VII Fəsil.

AZƏRBAYCAN NEFTİ RESPUBLİKANIN 

MÜSTƏQİLLİYİ  İLLƏRİNDƏ (1991-2000-ci illər)

Qoca Şərqlə Qərb arasında  tarixən məşhur olan qədim 

ipək yolunun  üstündə yerləşən  və  indi  də  Şərq  və  Qərb  mə­

dəniyyətlərini  əlaqələndirən Azərbaycanımız  müasir  dövrdə 

çox mühüm qeosiyasi mövqeyə malikdir.

Amerikanın  görkəmli  siyasətçisi  (politoloq)  Zbiqnev 

Bjezinski  1997-ci  ildə nəşr etdirdiyi  «Böyük  şahmat taxtası» 

əsərində yevraziyanın beş əsas qeosiyasi mərkəzləri (Fransa, 

Almaniya,  Rusiya,  Çin,  Hindistan) sırasına Azərbaycanı da 

(Ukrayna,  Cənubi  Koreya, Türkiyə və İran  ilə yanaşı) daxil 

etmişdir.  Həmin  əsərində  Zbiqnev  Bjezinski  yazır:  «Azər­

baycan ərazi  miqyasının və əhalisinin  sayının məhdudluğu­

na  baxmayaraq,  özünün  çox böyük enerji ehtiyatları ilə qeo­

siyasi  planda  (regionda)  açar  roluna  malikdir.  O,  Kaspi 

(Xəzər)  dənizi  hövzəsində  və  Orta  Asiyada  mövcud  olan 

sərvətlərə  malik  böyük  borunun  tıxacıdır».1  Bu  əsərində  o, 

daha  sonra  yazır:  «Müstəqil  Azərbaycan  Qərbin  Xəzər  də­

nizi  hövzəsinə  və  Orta  Asiyanın  enerji  mənbələrinə  çatması 

üçün dəhliz ola bilər.. .».

NATO-nun  «XXI  əsr strateji  proqramı»nda  neft siya­

sətinə xüsusi  yer verilir.  Burada məşhur  ingilis səyyahı  Kar1 

Marvinin  sözlərini  yada salmaq  yerinə  düşər.  O,  hələ  1886- 

cı  ildə  Londonda  nəşr  edilmiş  «Bakı  -  Avropanın  nefti»  ki­

tabında  yazmışdır:  «Belə  bir  yer  var:  Bakı.  Orada  zəngin 

neft  görürəm.  Bu,  bir  neçə  əsr  dünyanı  təmin  edə  bilər... 

Oradan  Şərqə  həm  iqtisadi  və  həm  də  siyasi  qapı  var  (Adı 

çəkilən kitab, s.71)

Azərbaycan  Fars körfəzi ölkələrində və Qərbin  neft is­

tehsalı  ilə  məşğul  olan  ölkələrində  neft  üzrə  güclü  rəqib  ol­

duğu  üçün  ona  qarşı  olan  irtica  qüvvələri  Azərbaycanı

1 Zbiqnev Bjezinski. Böyük şahmat taxtası.  M., 2003, s. 146 (rus dilində).

55



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə