İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə


larla  texniki  elmi-tədqiqat  kollektivləri  ilə  əməkdaşlıq  et­



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   ...   6   7   8   9   10   11   12   13   14

larla  texniki  elmi-tədqiqat  kollektivləri  ilə  əməkdaşlıq  et­

mişdir.

Azərbaycan  dünyanın  ən  qədim  və  güclü  neft  ölkəsi 

olmaqla yanaşı,  dünyada ilk  dəfə nefti dənizdən çıxaran öl­

kə  olmaqla  da,  öz  birinciliyini  saxlamışdır.  Məşhur  Neft 

Daşlan  dünyada bərabəri  və Oxşan  olmayan dəniz nefti şə­

həridir.

Xəzər  dənizi sahillərində,  Bakıdan  110  km aralı,  dəni­

zin  dibindəki  qayalıqlar  arasında  1949-cu  ildə  inşaasına 

başlanan  «Neft  Daşları»  Azərbaycan  neftçilərinin  qəhrə­

manlıq tarixinin qızıl səhifələrini təşkil edir.  Həmin yer açıq 

dənizdə,  düiıyada ilk dəfə yaradılan iri neft istehsalı mənbəi 

olan «Möcüzələr qalası» idi. İlk 20 il ərzində burada dənizin 

üstündə  163  kilometrlik sahədə dirəklər üstündə estakadalar 

tikildi.

1949-cu  ilin  1  noyabrında  Neft  Daşlarında  birinci 

quyudan tonlarla neft istehsalına başlandı.

Polad  dirəklər  üstündə  tikilmiş  bu  estakadalann  tikil­

məsi  1950-1960-cı  illərdə  əsasən  həyata  keçirildi...  Neft 

Daşları zonasında belə  18 neft yatağının olması məlumdur.

1986-cı  ilin  məlumatına  görə Azərbaycanda  hasil  edi­

lən neftin 27%-i dənizdə yerləşən mədənlərin payına düşür.1

1971-ci ildə Azərbaycanda  1  milyardıncı ton neft çıxa­

rılmasına  nail  olundu2  və  həmin  ildə  SSRİ  dünyada  neft 

hasilatına görə 2-ci yerə çıxdı.  1974-cü ildə isə SSRİ neft is­

tehsalı həcminə görə dünyada I  yerə qalxdı.

Hazırda  Azərbaycanda  dənizdən  neft  çıxarılması  120 

metr dərinliyə qədər çatmışdır.

Neft quyularının  təkrar  istismar üçün  qazılması  və is­

tismarına  lazım  olan  avadanlıq  Bakıda  yaradılmış  ağır 

qazma  avadanlığı zavodu,  neft  maşınqayırma  sahələri üzrə 

işləyən  digər  zavodlarda  istehsal  edilirdi  və  bütün  ölkə 

(SSRİ) tələb olunan miqdarda təmin olunurdu.

' A S E ,X cild , s.72.

2 ASE, VII  cild, s.209.

44

SSRİ  xalq  təsərrüfatının  inkişafının  V  və  VI  beşillik 

planlarında  (1951-1960-cı  illər)  ölkədə  yaradılmış  yeni  neft 

rayonlarının (II Bakı,  III Bakı) neft istehsalı üçün avadanlıq 

və  maşınlarla  tələbatını  ödəməkdən  ötrü  neft  sənayesinin 

inkişafına kapital  qoyuluşu xeyli  artırıldı və  ölkədə neft  işi­

nə  rəhbərlik  daha da  mərkəzləşdirildi.  1957-ci ildə SSRİ-də

 

mövcud  olan 467  iri  neft  birlikləri  İttifaq  (SSRİ) və İttifaq- 



respublika nazirlikləri tərəfindən idarəçiliyə keçirildi.

Həmin 

dövrdə  Türkmənistanda, 

Başqırdıstanda, 

Tümendə,  Uxtada  yaradılmış  yeni  neft  rayonlarını  neft 

mütəxəssisləri  və  neft  avadanlıqları  ilə  əsasən  Azərbaycan 

təmin edirdi.

Bakının  yaxınlığında olan Sumqayıt şəhərində  1962-ci 

ildə yaradılmış ali-texniki məktəbin bazasında az sonra Neft 

və  Kimya  institutunun  filialı  yaradıldı.  Həmin  filial  baza­

sında  isə  sonralar  Sumqayıt  Texniki  Universiteti  yaradıl­

mışdır.

1976-cı  ilin  məlumatına  görə  Azərbaycan  Neft  və 

Kimya  institutunda (indiki Neft Akademiyası) işləyən  1000 

nəfər  müəllimdən  tam  yarısı  elmlər  doktoru  -  professor  və 

elmlər  namizədi  -   dosentdir,  institutun məzunlarından  150 

nəfərdən  çoxu  Sovet  İttifaqı Qəhrəmanı və  Sosialist  Əməyi 

Qəhrəmanıdır.  Məzunlardan  100  nəfərdən  çoxu  Dövlət 

mükafatları  laureatları  və  Elmlər  Akademiyasının  üzvləri 

seçilmişlər.

Həmin  illərdə  Azərbaycan  Neft  və  Kimya  İnstitutu 

Almaniyanın  Frayberq  Dağ-mədən  Akademiyası  və  Drez­

den  Texniki  məktəbi,  Krakov  Mədən-Metallurgiya  Akade­

miyası  (Polşa),  Əlcəzair  Neft  institutu,  Budapeşt  Texniki 

Universiteti  (Macarıstan),  Qabil  Politexnik  İnstitutu  (Əf­

qanıstan) və digər xarici ölkələrin texniki institutlarının kol­

lektivləri  ilə  əməkdaşlıq  etmişdir  və  bu əməkdaşlıq  sonrakı 

illərdə də uğurla davam etdirilmişdir.

45


1985-1990-cı  illəri  əhatə edən SSRİ xalq  təsərrüfatının 

XII beşillik planında ölkədə neft istehsalının əvvəlki beşilliyə 

nisbətən 3 dəfə artımı nəzərdə tutulmuşdu.

Azərbaycan  XX  əsrin  ortalarından  başlayaraq  SSR İ 

miqyasında  neft'elmi  üzrə  ən  güclü  mərkəzlərdən  biri  o l­

muşdur.  Təsadüfi deyil  ki,  neft üzrə  Beynəlxalq simpozium 

1971-ci ilin 29 sentyabrında Bakıda keçirilmişdir.

İkinci dünya müharibəsindən sonrakı illərdə Bakı neft­

çilərinin  əmək  uğurları  və  beynəlxalq  əlaqələri  daha  da  ge­

nişləndi.  Həmin  dövrdə  Bəxtiyar  Məmmədov,  Fürudin 

Ağayev,  Xanoğlan Bayramov, Zəki  Şirinov, Yusif Fərzəliy­

ev,  Akif  Cəfərov,  Qaraş  Əmirov,  Şixəli  Dadaşov,  A bbas 

Məmmədov,  Mirzə  Mustafayev,  Nizaməddin Ağamuradov, 

Səfərəli  Məmmədov,  Salman  Nağıyev,  Fərman  Salmanov, 

Məmməd  Qənbərov,  İsrafil  Hüseynov,  Sabit  Orucov  neft 

sənayesi  üzrə  görkəmli  uğurlara  görə  Sosialist Əməyi  Qəh­

rəmanı adma layiq görüldülər.

XX əsrin II yarısından başlayaraq dünya üzrə enerji tə­

ləbatında  neft  və  qazın  ağırlıq  çəkisi sürətlə  artmağa başla­

dı.  Əgər  XX əsrin əvvəlində neft və qaz dünya enerji tələba­

tının  3,9%-ni  təşkil  edirdisə,  XX  əsrin  70-ci  illərində  63% 

təşkil etdi.

Beləliklə,  neft  XX  əsrin  əsas  yanacağına  çevrildi  və 

onunla dünya ölkələrinin  təmin olunması üçün siyasi tədbir­

lər də çoxaldı, ölkələrin neft siyasəti siyasiləşdi.

Hesablamalar  göstərir  ki,  II  dünya  müharibəsindən 

sonrakı  dövrdə  hərbi  münaqişələrin  əksəriyyəti  (58%)  ya­

nacaq  ehtiyatları  (əsasən  neft) üzərində  başlanır və ona  nə­

zarətlə  əlaqədar  olaraq  davam  edir.  Hərbi  münaqişələrin 

31%-i isə hakimiyyət  uğrunda mübarizə ilə bağlı olur. Azər­

baycan  neftinin  istehsalının  təhlükəsizliyinin  təmin  edilməsi 

vəzifəsi  ölkənin  siyasi  və  iqtisadi  müstəqilliyi  dövründə 

xüsusi əhəmiyyət kəsb edir.

46

VI Fəsil.



HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASI

Azərbaycanın  güclü  bir  sərvəti  olan  neftin  ölkə  həya­

lında  rolu  məsələsi  xalqımızın  görkəmli  şəxsiyyətlərini  hə­

mişə  düşündürmüşdür.  Azərbaycan  Sovet  Respublikasının 

1922-1929-cu  illərdə  Mərkəzi  İcraiyyə  Komitəsinin  sədri 

(faktiki  olaraq  prezidenti)  olmuş  Səmədağa  Ağamalı  oğlu 

(1867-1930) Azərbaycan  neftinin böyük iqtisadi amil olması 

ilə yanaşı,  bəzi hallarda Azərbaycan xalqı üçün  «baş ağrısı» 

da  gətirdiyini  söyləmişdir.  Bu  «baş  ağrısı»  xaricilərin  bəd­

nam  əməlləri  nəticəsində  baş  verirdi.  O,  Sovet  Azərbayca­

nının  Moskvadan tam asılı vəziyyətə düşməsində neftin var­

lığını  nəzərdə  tutaraq,  yazmışdır:  «Bizim Azərbaycanın alın 

yazısını  torpağın  üstü  deyil,  altı  təyin  edir.  Bu  neft  burada 

qaynadıqca,  biz  ona  deyil,  o  bizə  komanda  edəcəkdir.  Bu 

çıxan  neftdən  bizim  istifadə  payımız  bir  idarə  lampasının 

yanacağı  qədərdir.  Amma  bütün  Rusiyada  həyat  bu  neftə 

görə  uyğunlaşdırılmışdır.  Nə  yazıq  ki,  bu  iki  məmləkətin 

taleyini bu qara camur bir-birinə yapışdırmışdır».

Azərbaycanın görkəmli siyasi  xadimi və ədibi Nəriman 

Nərimanov  1922-ci  ilin  aprelində  çağrılmış  Genuya  beynəl­

xalq  konfransında  Bakı  nefti  və  tərksilah  məsələləri  üzrə 

müzakirələrə  çıxış  etmişdir.  Həmin  konfransda  daha  çox 

«Rus  nefti»  üslubu  işlənsə  də  N.Nərimanov  Hollandiya  və 

İngiltərə  neft  şirkətlərinin  Bakı  neftinə  sahib  çıxmaq  (güya 

icarə yolu ilə) haqda təkliflərini rədd etmişdi:

Məlumdur ki,  Azərbaycanda Sovet Hakimiyyətinin ilk 

İlərində (1920-1922) Nəriman Nərimanov Azərbaycan İnqi­

lab  Komitəsinin  sədri  və  hökümət  başçısı  olduğu  dövrdə 

Respublikada  müəyyən qədər yığılıb qalmış xam nefti xarici 

а kələrə  sataraq  əhalinin  ağır  iqtisadi  vəziyyətini  yüngülləş­

dirmək  mümkün  idi.  Lakin  Azərbaycan  Şimalda  general 

Denikinin  ordusu,  qərbdə  menşevik  Gürcüstanı,  Cənubda

47



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə