İbrahim Həbibov
16
də metodiki rəhbərliy»ə, «Qeyri-Nyuton neftli yataqların işlənməsi və istismarının
xüsusiyyətləri» adlı metodiki göstərişə, habelə VI Beynəlxalq neft konqresində
dinlənilmiş xüsusi məruzələrin siyahısına daxil edilmişdir.
Professor Z.Əhmədovun neft-qaz sənayesi üçün yüksək ixtisaslı kadrlar
hazırlanmasında da çox böyük xidmətləri olmuşdur. O, 1965-ci ildən ADNA-da
assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir.
1971-ci ildə Zaur müəllim «Rəsmxət» kafedrasına müdir vəzifəsinə təyin
edilmişdir. 1975-cı ildə «Rəsmxət» və «Tərsimi həndəsə» kafedraları «Mühəndis
qrafikası» adı altında birləşdirilir və ona rəhbərlik etmək professor Z.M.
Əhmədova həvalə edilir. Zaur müəllim 1973-1979-cu illərdə keçmiş SSRİ-nin
neft, qaz, neft-kimya sənayesi sahələri üçün təşkilatçılar hazırlayan yeganə
fakültənin dekanı, 1979-1991-ci illərdə «Qazneftmədən» fakültəsinin dekanı
olmuş, 1993-cü ildən 2011-ci ilin sentyabr ayınadək ADNA-nın tədris işləri üzrə
prorektoru vəzifəsində çalışmışdır.
O, 1996-2001-ci illərdə namizədlik və doktorluq dissertasiyalarının
müdafiəsi üzrə Ali Attestasiya Komissiyasının ADNA-nın nəzdində yaratdığı
ixtisaslaşdırılmış Elmi Şurasının sədri olmuşdur. Hal-hazırda ali təhsilin, tədris
prosesinin mahir bilicisinə və təşkilatçısına çevrilmişdir.
Z.M.Əhmədov bu gün də öz bilik və bacarığını, parlaq zəkasını gənclərin elmi
yaradıcılığının və dünya görüşlərinin formalaşmasına, yüksək ixtisaslı mütəxəssis
kimi yetişməsi işinə sərf edir, təhsilin, neft elminin inkişafı üçün böyük səy göstərir.
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
17
Həsənov Əli Qulamhüseyn oglu
Mən həmişə Əli müəllimi Allah tərəfindən
sevilib seçilən insan hesab etmişəm. Onun həyat
yolu uğurlu və yaşadığı ömür şərəfli idi. Sadə, lakin
zəhmət sevər bir ailədə dünyaya göz açan bu insan
yüksək səviyyəli dövlət qulluqçusuna qədər
yüksəlmiş, elmin zirvələrini fəth edə bilmişdir.
Həsənov Əli Qulamhüseyn oglu 1927-ci ildə Bakı şəhərində fəhlə ailəsində
anadan olmuşdur. Atası Həsənov Əliqulam kişi dəmir yolunda fəhlə işləmişdir və
1929-cu ildə vəfat etmişdir. Anası inqilaba qədər evdar qadın olmuş, sonrakı
illərdə və Böyük Vətən müharibəsi dövründə Bakıda trikotaj və tikiş fabriklərində
işləmişdir.
Həsənov Əli 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş,
həmin ildə də M.Əzizbəyov adına Azərbaycan Sənaye institutunun “Neft-
mexanika” fakültəsinə daxil olmuşdur. O, 1950-ci ildə institutu bitirmiş və
aspiranturaya qəbul olana qədər Lenin adına avtotəmir zavodunda işləmişdir.
1950-ci ilin dekabr ayında Moskva Avtomexanika institutunun aspirantura-
sına qəbul olunmuşdur. Tədqiqat işlərinin uğurlu nəticələri və Əli müəllimin bilik
səviyyəsi nəzərə alınmaqla ona eyni zamanda işləməyə icazə verilmişdir.
Əli müəllim 1952-53-cü illərdə Moskvada Lixaçev adına avtomobil
zavodunda işləmişdir. Aspiranturanı bitirdikdə namizədlik dissertasiyasını uğurla
müdafiə etdikdən sonra, onu Bakıya doğma institutuna işləməyə göndərmişdilər.
1955-59-cu illərdə gənc alim institutun «Maşın avadanlıqları» kafedrasında
assistent vəzifəsində çalışmağa başlayır və 1955-ci ilin yanvar ayında həmin
kafedrada dosent vəzifəsinə təyin olunur.
Əli müəllimin bundan sonrakı həyatı onun çalışqanlığı və zəhmətkeşliyinə
uyğun olaraq pillə-pillə artmağa, yüksəlməyə doğru inkişaf edir. İlkin olaraq onu
İbrahim Həbibov
18
“Neft-mexanika” fakültəsinin dekan müavini vəzifəsinə təyin edirlər. O, 1962-
65-ci illərdə institutun ümumtexniki fakültəsinin dekanı olur.
1968-1972-ci illərdə Əli müəllim Azərbaycan Kommunist Partiyasının
Mərkəzi Komitəsində elm və tədris müəssisələri şöbəsində müdir müavini
vəzifəsində çalışmışdır.
Həsənov Əli Qulamhüseyn oglu 1957-ci ildə ailə həyatı qurmuşdur. Onun
həyat yoldaşı Həsənova Züleyxa Rza qızı (1934-cü il təvəllüdlü) ixtisasca həkim
olmuşdur. O da həyat yoldaşı kimi elmə böyük maraq göstərirdi, 1957-ci ildə
müvəffəqiyyətlə dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi adı almışdır.
Əli müəllim və Züleyxa xanımın 3 övladı var. Qızları Sevinc 1959-cu ildə,
oglu Namiq 1961-ci ildə, sonbeşiyi Orxan isə 1984-cü ildə anadan olmuşdur.
Namiq bizim institutun aspirantı olmuşdur. Texnika elmlər namizədidir.
1972-76-cı illərdə Əli müəllimi Çingiz İldırım adına Azərbaycan Politexnik
institutuna prorektor vəzifəsinə təyin edirlər. İnzibati işlər onu elm və tədris
prosesindən ayırmır. O, paralel olaraq həmin institutun «Maşın avadanlıqları»
kafedrasında professor vəzifəsində çalışır.
Professor 1981-86-cı illərdə «Mühədis qrafikası» kafedrasında kafedra
müdiri vəzifəsində çalışmışdır. Onun xoş xasiyyəti, insanları ələ almaq qabiliyyəti,
işgüzarlığı kafedranın əməkdaşları tərəfindən bu gün də yada salınır. Əli müəllim
olduqca səliqəli bir insan idi. Hər bir sənədi, kiçicik kağızı hara qoyduğunu və ya
kimə verdiyini dəqiq bilirdi. İnstitutda, fakültədə hamı ona böyük hörmət və
ehtiramla yanaşırdı.
Əli müəllim tədris işlərini mükəmməl bilən, yaxşı təşkilatçı, qanun-qaydaya
ciddi riayət edən, gözəl metodist idi. O, 5 dərslik, 10-dan çox dərs vəsaiti və coxlu
metodik vəsaitlərin, elmi məqalələrin müəllifidir. Onun səmərəli elmi-pedaqoji
fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Həyatının
sonuna qədər o Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü olmuşdur.
Professor Həsənov Əli Qulamhüseyn oglu 2003-cü ildə vəfat etmişdir.
Dostları ilə paylaş: |