GÖYLƏR AĞLADI
Dərdimiz ağırdır, səbrimiz yüklü,
Basılan torpaqlar hər gün ağlayır.
Onlar da dözməyir qəribçiliyə,
Ağlaya-ağlaya sinə dağlayır.
Ağlayıb, ağlayıb saçını yolur,
Orda ahıl yaĢlı qocaman çinar.
Dözməyib naqisin etdiklərinə
O da, həzin-həzin içində yanır.
Qarlı qıĢ günündə, sazaqlı gündə
Küləklər Xocalı deyib ağlayır.
Qəfil bir güllənin qurbanı olan
Körpə NiĢanənin gözün bağlayır.
Rəhm edilmədi qoca-cavana
Ġnsanlar gülləyə sipər oldular,
Yandı Xocalının buludları da,
Dönüb qan-yaĢlara yağmur oldular!
DəhĢətlər, ağrılar, acılar o gün
YaĢayan qəlblərə bir yara oldu.
Neçə el oğlunun, həm el qızının
Sitəmdən qəlbinə möhür vuruldu!
Qisas qiyamətə demiĢlər, qalmaz
Axar bulaqların gözü tutulmaz,
Dərdə dayaq olub Tanrının ozü
Zaman deyəcəkdir, sonda son sözü!
AĞLA, QƏRƏNFĠLĠM
Ağla, qərənfilim, Ģəhidlər üstə,
Sənin göz yaĢların bitməz, tükənməz!
Dağla sinəsini ürəksizlərin,
ġəhidsiz Azadılq, qədrin bilinməz!
ġəhidlər ürəklər yarası oldu,
Tarixdə silinməz bir iz qoyuldu!
ġəhidlik qəlblərdə qala daĢıdır,
Ġgidlik zirvəsi qan yaddaĢıdır!
Ağla, qərənfilim, Ģəhidlər üstə
Ağla, ağlayıram, mən də, səninlə!
Baxaraq qan rəngli ləçəklərinə
Sızlayıb hey yanır ürək sinəmdə
Ağla, qərənflim, ġəhidlər ustə!
YOLLAR
Məni sənə aparan yollar,
Səni məndən qoparan yollar.
Ah, yollar, yollar!
Vüsalları hicran edib
Həsrətlərə qovuĢan yollar.
Gedirəm, yollardır çağıran məni,
Gedirəm, gedirəm, sonu görünmür.
Hardasa dayanıb üzü küləyə
Yolların sonunda əksin görünür.
Əlimi verirəm, amma nədənsə
O titrək əllərim heç sənə çatmır.
Yollara küsgünəm, yollar vəfasız!
Yolların hicranı qəlbimə yatmır.
Yollar hicranımla həmsirdaĢ olub,
Məni həsrətinlə təklikdə qoyub!
Sən demə ən böyük vüsalı ilə
Yollar sevənlərin qəlbinə dolub.
UNUTMAQ OLURMU
Həsrətlə gözündə güman axtardım,
O süzgün gözlərdə payızı gördüm.
Ürəyimdə sözüm, özümdə dözüm,
Unutmaq olurmu, unudulurmu!?
Yalqız səhralarda qalmıĢ kimiyəm,
Dəryalarda yolun azmıĢ gəmiyəm.
O yarsız dünyadan köçmüĢ kimiyəm,
Unutmaq olurmu, unudulurmu!?
Mən atdıqca addım o, uzaqlaĢdı,
Uzaqdan-uzağa nazlı baxıĢla
Həsrətin közünə bir həsrət qatdı.
Unutmaq olurmu, unudulurmu!?
Hissim, həyəcanım dilə gələrək,
Köksümdə ürəyi dinləməyərək,
Yanıb qovruldular pərvanələrtək.
De, necə unudum, unudulurmu!?
O, könül evimin yarası oldu,
BaxıĢı gözümün bəlası oldu,
Ömürlük sevdamda qalası oldu,
Unutmaq olarmı, unudularmı!
MƏNDƏN SORUġ
Qara buludlartək ömrüm yağıĢlı,
Bağlanan qapılar arxasındayam.
Hey əlləĢib, çalıĢıram
Əzablardan, acılardan mən qurtaram.
Uzaqdan gəl arama,
Taleyimdən soruĢ məni.
Üzüm gülsə, gözümdə qəm,
O dəm qəlbim ağlayacaq.
Tənhalığın yasın tutub,
Hey sızlayıb öz sevgisin arayacaq.
Sevgini gəl, sən axtarma,
Taleyimdən soruĢ məni.
Dörd divarın kədərilə,
Səadətsiz çox günlərlə.
Ümidsiz həsrətlər ilə,
AçılmamıĢ çox düyünlə.
Sən kədərdən deyil, ancaq
Taleyimdən soruĢ məni.
Çox ağlayıb, çox sızladım,
Kipriyimə Ģəbnəm qondu.
Dumanda aydınlıq, bir yol axtardım,
Taleyim azdırdı, bədgüman oldum.
Gəl özgədən deyil, yalnız
Taleyimdən soruĢ məni.
Gözlərim həsrətlə yoluna baxdı,
Boynumu burmuĢam bir qərib kimi.
Hey axtardı, hey aradı, tapmadı
Hicranın qəlbimi yandırdı-yaxdı
Gözlərimə gəl sən baxma,
Taleyimdən soruĢ məni.
Sən ozgədən deyil, amma
Gəl özümdən soruĢ məni!
DOSTUM...
Hər seyin təzəsi, dostun köhnəsi.
Qərinədən gəlmiĢ, söylənmiĢ misal.
Dosta ürəyini ver, qadasın al.
Dostun nə köhnəsi, təzəsi olmaz,
Dostsuz insanlığın dəyəri qalmaz!
Dost dosta tən gərək, – bu bir həqiqət,
Dost dostun qəlbinə mehman olmalı.
Dostluq sevgi istər, bir də sədaqət,
Dostun ürəyinə can tək dolmalı.
Dostu mərd olanın kədəri olmaz!
Dostum, sən dost deyib çox sevinirsən.
Bu dostluq illərin sınağındandır.
Görürəm, dostlara çox güvənirsən,
Bu inam dostların saflığındandır.
Dosta sədaqətin əvəzi olmaz!
BOYNUBÜKÜK SARI GƏLĠN
Dumanında yolu itən
Gözlərində yaĢ süzülən
Dolanbacda yolu bitən
Boynu bükük Sarı gəlin.
Çiçəklərin ən gözəli,inciyi
BənovĢə ömrünü,yaĢadı hər an
Axtardı, gözlədi bahar çağını
Ömründə qıĢ fəsli əbədi qonaq.
Həsrətinə vardır neçə sualı
Onun bu günləri, onunçün dünən?
Yollar uzaq oldu o isə atlı
Taleyindən küsən ömründən küsən
Boynu bükük Sarı gəlin.
Dostları ilə paylaş: |