GÖZLƏRĠMĠN YAġINA ÇATIR
Varlığın bil, mənə bir xəyal oldu,
Xəyalın fikrimə inan zülümdir.
GəliĢin od idi, bir alov idi,
Bu sakit gediĢin mənə ölümdir.
Sənə nə söyləyim, mən nə danıĢım?
Gücüm gözlərimin yaĢına çatır!
Könlümdən könlünə Ģikayət etdim,
Hisslərim bir dəli dalğaya döndü.
Gözüm baxıĢının sehrini gəzdi,
Adını söylərkən dodağım əsdi.
Səni nə səsləyim, necə çağırım?
Gücüm gözlərimin yaĢına çatır!
Səni çox arayıb, mən çox gözlədim,
Anladım, bu haray sənə gərəksiz,
Odlu yaĢlar ilə dolub gözlərim
Yandırdı qəlb evin səndən xəbərsiz.
Səni necə gəzim, harda axtarım?
Gücüm gözümdəki yaĢıma çatır!
GƏRƏYĠM OLDUN
Elə bir günümdə gərəyim oldun,
Oyatdın mürgülü yuxudan məni
Arzumun sən ilkin həsrəti oldun
Çaldın sən könlümün incə telini…
Məlhəm gözlərini sevdim, baxıĢın
DonmuĢ hisslərimə ümid gətirdi.
Sən özün bilmədən bu can evimə
Sevgilərlə dolu namə yetirdin.
O geniĢ sinənə mən sığınmıĢam,
Mehriban qolların arasındayam.
Ürəyim eĢqinlə hey çırpındıqca
Nur olub gözünün qarasındayam.
TƏSƏLLĠ DEYĠLƏM
Söylədin, təsəlli deyiləm sənə
Güvənmə eĢqimə, güvənmə mənə.
Könlümdə yurd salan neçə gözəl var
Necə o könüldə yer verim sənə?
Bilirəm, ürəyin baĢqa gözəldə
Qoy olsun, qismət də yəqin beləymiĢ.
Payız yarpağıtək dönüb xəzələ
Döyünən ürəkdə can da ölərmiĢ!
Ömrün kitabında sən son bir varaq
Daha gözləmirəm qəlbimdən haray.
Gözüm gözlərindən almaz heç soraq
Bu könül evimdə salsan min saray!
Payız küləyindən tökülən yarpaq
Olan bu könlümə verdiyin ahu-vay!
ƏMANƏT GÖNDƏRDĠM
Əmanət göndərdim bir məktub sənə,
Açıb oxuyarsan, Allah kərimdir.
Yaralı hisslərim bəllidir sənə,
Bu məktub qəmimlə möhürlənibdir!
Məktubun tez sənə çatması lazım,
Donuq baxıĢların izahıdır o.
Laqeyd baxıĢın, ürəksiz hissin,
AldanmıĢ bir qəlbin ünvanıdır o.
Yaz selləri təki sən daĢqın oldun,
Payız günəĢıtək istiliyin yox.
Yalandan-yalana sən körpü oldun,
Sənin nə ürəyin, nə də qəlbin yox!
DüĢündüm çiçəktək məni qoxlarsan,
Köksündə qəlbintək canda saxlarsan.
DüĢündüm sən gəlib bu yalnızlığa,
Taledən kədəri qovub atarsan!
HĠCRANIN ƏLĠ
Döyərkən qapını hicranın əli,
Axdı gözlərimdən baharın seli.
Əsdi ürəyimdə həsrət gileyi,
Ruhuma qonaqdır payızın yeli.
Özümdə səni mən, özüm bilmiĢəm,
Könlüm bu sevdadan yaman gileyli!
ĠSTƏDĠM
Ġstədim quĢlar tək bir yuva quram,
Hörəm divarını sevgim ilə mən.
Ġstəmək də olar, arzulamaq da.
Unutdum, ömrümün qonağıdır qəm.
Ġstədim, ürəkdən sevmək istədim,
Açılan səhərlər müjdəmdir deyə.
Gözündən könlümə atəĢ dilədim,
Dünyanı qəlbimdə gəzdirim deyə.
Mən payız ömrümün dərd qonağıyla,
Sənsə xoĢ qayğılar ağuĢundasan.
YaĢaram ömrümün qıĢ sazağıyla,
Fələklərdən gələn qəm qarğıĢıyla.
Səni güllü yazım sanmıĢdım axı,
Payızda baharı axtarmayıram!
Sevgi limanımda körpülər bağlı,
Artıq, mən geriyə heç baxmayıram!
SƏNI MƏN KÜSDÜRMƏK ILƏ
DanıĢmıĢam xəyalınla,
DərdləĢmiĢəm kölgən ilə.
BarıĢmıĢam bu halımla.
Səni mən küsdürmək ilə
Öz könlümü sındırmıĢam!
Qələmim var, yazmır o da,
Sənsiz ilham gəlmir ona.
Sənsiz nələr düĢmür yada?
Səni salmıĢam bu oda,
Öz könlümü sındırmıĢam!
MƏNÇĠN DARIXSAN...
Darıxıb o məlhəm ətirim üçün
Bir daha geriyə sən dönməyəsən
Yadıma düĢəndə mənim gözlərim
Axtarmaq fikrinə sən düĢməyəsən
Bir gün məni görsən, sən görsən məni
Sən Allah, gözümə baxma, qəm dolar.
Baxsan yandırarsan könül evimi,
Gözüm baxıĢının əsiri olar.
Axtarsan yenidən dunyam qarıĢar
Könülümdən vüqarım, iradəm coĢar.
Mənsizlik sənə çox çətin olarsa
Keçən xatirənin özündə axtar!!!
SANDIM
Sandım ki, həyatda gərəksizəm mən,
YaĢantım kimsəyə xeyir gətirməz.
Bir barsız ağacda görüb əksimi
Duydum ki, xəzanım bahar gətirməz.
Ömrümə gecikən baharım üçün
Tanrım, mən nələri qurban verərdim!
TəĢnəyəm o bahar günlərim üçün
Sevgili günlərçün candan keçərdim.
PEġĠMAN OLACAQSAN
PeĢiman gözünün acı yaĢları
Axacaq bilmədən yanaqlarından.
Nəmli kirpiyində yurd salacaq o
Dönəcək dənizə damlalarından.
Təəssüf, gümanda ruhun əzilər,
PeĢiman dalğınlıq sənə yar olar.
Gileyim hər zaman bil, səni gəzər.
Ah, sən istəsən də,
istəməsən də,
Mənli fikrimin,
Ülvi xəyalına qarıĢacaqsan,
PeĢiman fikirlə, düĢüncələrlə
Bil ki, çox sızlayıb ağlayacaqsan!
MƏHƏBBƏTĠM
Məhəbətim mənim mavi bir dəniz
O coĢsa, dünyamı uçura bilər.
Axtarıb taparsa ürək həmdəmin,
Könül aynasında gözləri gülər.
Dostları ilə paylaş: |