Ağlayan, ağlamaqdan doymayan, pərtliyini hər kəsdən,
özümdən də, səndən də gizlədim, narahat gözlərim sənin
məlhəm baxıĢının mehrinə möhtacdır ana, möhtac!
Həyatdan küsgün olanda, hisslərimdə aldananda, sənin
nəvaziĢinə möhtacam ana, tək sənin nəvaziĢinə möhtacam!
Təkliyimdən qəhərlənəndə, kövrələndə, tənhalığa çəkilib
doyunca ağlamaq istəyəndə, fikirlərimdən yorğun
düĢəndə isti qucağına, doğma sinənə sığınmaq üçün sənə
möhtacam ana, möhtac!
Ġki sevən ürək görəndə, bir körpə qığıltısına qulaq
kəsiləndə, xatirələr çalarlarında halıma yananım, gərəyi
olanım göz yaĢlarına, oxuduğun həzin laylana möhtacam
ana, möhtac!
BAĞIġLA
Ürəyimin çirpıntısını həyəcanla dinləndiyim bir aləmdə
özümü hiss edirəm. DüĢüncələrim məni uzaqlara, lap
uzaqlara apardı. Əlçatmaz, ünyetməz sehirli məkanda bir
mənəm, bir də mənim yaralı ov kimi gözlərimdən axan
yaĢa bənzər yarımçıq qalmıĢ sevgim. Əzizim, məni
günahlandırma. Sənin xoĢbəxtliyin üçün mən öz səadətimi
qurban verdim. Gözümün nuru, havam mənim, günəĢim
mənim, məni günahlandırma, etibarın yoxdur demə.
Sevgimizə qurbanlıq mən oldum, mən, yalnız sənə görə.
Kövrək, incə qəlbini, büllur ĢüĢəyə bənzər könlünü
qırdığım üçün bağıĢla məni. Ümidini, mənimlə quracağın
səadətini əlindən zorla qopardığım üçün bağıĢla məni.
BağıĢla məni, görüĢünə gələ bilmirəm, o görüĢlərinə ki,
mən o anlarda qayğısız, lap körpə uĢaq kimi kövrək
olurdum. Hey əzizlənmək, əzizlənmək istərdim. O
görüĢlərdə ki, əllərimi sıxan isti mərhəm əllərin mənə xoĢ
günlərdən müjdələr vəd edirdi. O müjdələrdə mənim
ürəyimcə olan hədiyyələr var idi, özü də lap çox. O,
hədiyyələrin ən qiymətlisi, ən əzizi sən idin, sənin mənə
olan, hamıdan, hər kəsdən gizlətdiyin sevgin. Sevgini
gizlətdiyin kimi, məni də hər bir kəsdən gizlədirdin,
qoruyurdun.
Qısqanırdın məni özünə də, çünki bilirdin, hiss edirdin sən
məni istədiyindən də çox mən səni sevirdim, mən.
Düzünü desəm, mən də bu ayrılığın nə vaxtsa
doğulacağından qorxurdum. Ürəyimizə daman baĢımıza
gəldi. Məni məndən çox sevən istəkli yarım.
Əzizim, yalnız xəyallarımda səninlə görüĢürəm, ürəyimin
kədərini, qəlbimin sevincini yalnız yuxularımda səninlə
bölüĢürəm. BölüĢürəm, səninlə yalqız qalmıĢ hisslərimin
harayını, qəlbimin səsini, ününü.
Bir xoĢ hiss kimi yalnız və yalnız sən mənim könlümə
girmisən. Gözlərimi bağlayan, qəlbimi qapayan, ağlımı
çaĢdıran eĢqin, ayrılığın acısını, ağrısını mənə dadızdırdı.
Bu ayrılıq hər ikimizə gərək və hər ikimizə lazım idi.
Ölüm qədər ağır olan bu addımı atmağa sənin cəsarətin
çatmadı. Onu mən etməli idim. Zəhər kimi acı olan
ayrılığın, özü də ömürlük ayrılığın Ģərbətini mən özüm öz
əlimlə sənə də, özümə də içirdim. Gilə-gilə, damla-
damla!!!
Ayrılığı mən saldım, mən bais oldum bu iztirablara,
özümün acılarıma. Bu ayrılıq ağır olsa da, onun gəliĢini
hər ikimiz tezləĢdirməli idik, tezləĢdirməli!
Bu ayrılıq bütün vücudumu, qəm yükü ilə dolu sən yüklü
ürəyimi titrətdi!
HƏR SÖZÜN YALAN ĠMĠġ
GörüĢdük. VədələĢdiyimiz, sən özün sevib-seçdiyin
salxım söyüdün altında. Söylədin: “Həyatımsan, sənsizlik
mənə əzab verir. Cahan günəĢsiz, göz nursuz, insan
ürəksiz yaĢamadığı kimi, mən də sənsiz bir heçəm, ay
mənim gözlərimi baxıĢları ilə bağlayan, qəlbimi qoparan,
ağlımı çaĢdıran mələyim”.
O görüĢ yerində aylı-ulduzlu axĢamın sehirli iĢığı ilə sən
də öz yalanlarınla sehrlədin məni. O gecə, mənim sevdalı
ruhumu oxĢayan, könlümü dilə gətirən sevgi dolu gecə idi.
Ġnandım sənə. Nə biləydim yalandır. Deyirdin, ürəkdən
gələn sevincimizi, ürəyə çökən kədərimizi bir yerdə
böləcəyik, günlərimiz bu sevgimizin hərarətindən nəĢəli
olacaqdır, bizim bu sevdamızın baharına soyuq yellər əsə
bilməz. Qasırğalar, fırtınalar bu ülvi məhəbbətimizin
yaxınına belə gələ bilməz. Ġnandım. Nə biləydim yalandır.
GörüĢdük. VədələĢdiyimiz vaxt, salxım söyüdün
kənarında, aylı-ulduzlu bir gecədə. Bu gecənin sakitliyini
sən öz yalanlarınla təlatümə gətirdin. Bu gecə sən
baĢqaydın, tam baĢqa. Nələr söyləyirdin, ilahi! Mən nələr
eĢidirdim, nələr! “Sən mənim üçün bir könül oyuncağı
idin”. Ġnanmadım, sənin söylədiyin bu həqiqətə
inanmadım! Təəccübdən böyümüĢ gözlərimdə yaĢım da
donmuĢdu, buza dönmüĢüdü!
ġirin yalan bildiyim acı həqiqəti necə də çətin, necə də
əzablı imiĢ eĢitmək, duymaq. Ġlahi!
Mənə elə gəldi ki, sən yalnız bu gecə mənə yalan söylədin.
Sən demə... Hər sözün yalan imiĢ!
Yalanlarla dolu o görüĢ yerimizdə, salxım söyüdün
budaqlarının solduğunu, bu gecə içərisində təravətini
itirdiyini gördüm, gecənin sehrinin birdən-birə yoxa
çıxdığını duydum, hiss etdim.
Ah! Qəlbimin ocağının közündən yanar bir alov oldum,
odumdan xəbərsizsən. Xəbərin də olmayacaq, çünki
ürəksiz insan bir qaya parçasıdır, qaya parçası.
YALVARIRAM QƏM, SƏNƏ
Günahım nədir ki, məni bu qədər yandırırsan, niyə külə
döndərirsən, niyə?
Yalvarıram sənə, qəm, məndən əlini çək, məgər mənsiz
qala bilmirsənmi? Nə vermisən mənə, onu məndən ala
bilmirsən? Təvəqqe edirəm, qəm, məndən əlini çək!...
Uzaq ol məndən, unut mənim varlığımı! Sevgimi əlimdən
aldın, canımı canımdan ayırdın, qəlbimdə həmiĢəlik yuva
qurdun. Bəsdir, qəm, məndən əlini çək! Gözümün yaĢını
selə, qəlbimin odunu külə döndərdin, arzularıma soyuq
yellər əsdirdin, könlümü dondurub daĢ eylədin, bəsin
deyilmi?!
Ümidlərimə göz dikdiyin, dərdlərini sinəmə çökdürdüyün
bəs deyilmi?! Odumu-ocağımı söndürüb külüm ilə
oynama. Yalvarıram qəm sənə, əlini çək məndən, çək!
Qönçəyə bənzər arzularımı soldurdun! Qəlbimin ülvi
hisslərini pərən saldın, dağıtdın!
Gündüzümü gecə kimi qaranlıq etdin, gecələrimi isə sək-
səkəli. O gecələri ki, Ģirin röyalara həsrətdir, uyumağa
zərif bir nəvaziĢə möhtacdır, möhtac. DüĢüncələrimi də
yalqız etdin. Bu yalqızlıqda təklənirəm. Təklikdə də
səndən uzaqlaĢmaq üçün hey qaçıram, ancaq yollar
Dostları ilə paylaş: |