“Axtarma məni, axtarma” dedin, elə söylədin ki, ruhun
belə incimədi. Axı nə üçün də inciyəydi? Axı nəyə görə
qəlbin
qəhərlənsin,
könlün alovlansın, kirpiklərin
nəmlənsin, gözlərin kövrəlsin, köksündə ürəyin qərar
tutmasın?! Sən elə o sözü bax beləcə də söyləməli idin:
“Axtarma məni, daha gərəyim deyilsən! Bir gül idin artıq
ətrindən doymuĢam”. Söylədiyin o kəlmən ilə iradəmi
sanki yuxudan ayıltdın, yuxudan. Qəhər içində oyandım.
Qaranlıqda iĢıq yolu tapa bilməyən əlacsız bir insan kimi
özümü tək gördüm, tək! Hisslərimə payız gəliĢinlə
gələcəkdinsə, məni niyə özünə tanıtdın, niyə? Odlu sevən
ürək vermiĢdim sənə, heyf, sən onu sevə bilmədin, sənin
gərəyin olmadı!
Heyf, bir qızılgül idim sənin üçün, pardaqlanıb çiçək
açmıĢdım, ətrimi duya bilmədin. Qollu-budaqlı ağac idim,
kölgəsində dincəlmədin, varlığı məhəbbətdən yoğrulan
köks idim, sən qucağına sığınmadın.
MƏNƏ ELƏ GƏLĠRDĠ KĠ
Ġçimdə o qədər qaranlıq var idi, mənə elə gəlirdi ki,
onların hamısını iĢıqlandırmıĢdın sən.
Çırpınan ürəyimi sakitləĢdirməyə çalıĢıram, özümdən asılı
olmayaraq, təmkinimi, dözümümü cilovlaya bilmirəm.
Sənə qədər düĢünmüĢdüm küsgün, dağlanan qəlbim bir
daha sevdalanmaz, qəlb evimə gedən yollar bağlı qalar
keçilməz olar. Taleyin hökmünə bir bax! Nəsib etdi yeni
sevda, yeni görüĢ. Amma oxĢar sevgi, oxĢar sevda. Tanrım
bütün qəmləri sən demə mənə əmanət edibmiĢ, bütün
qəmləri. Üzüldüm. Dağı dağ üstündən çəkənim!
Ağrılar, acılar içərisində sarsılan ürəyim fəryad edir – bu
haraydır sənə, haray, eĢidirsənmi?! Məni sarsıdanım,
günahkarım mənim.
Aydınlıq dünyamı qaraltmağa, xoĢ günümü əzaba
döndərməyə sənin nə haqqın var, söylə?! Məni ağlatmağa,
göynətməyə sənin nə haqqın var, bir din, danıĢ, niyə
susursan, niyə?! Axı nə danıĢasan! Mənim kimi sinəndə
qəlbin də dara çəkilib kaman kimi dillənməyib ki! Könlün
yaralı deyil ki, kədər vurğunun olmayıb ki, qəmlənəndə
qəmin səni dünyadan ayrı salmayıb ki?!
Axı mənim çəkdiyim əzabların acısı sənin üçün yaddır,
yad! Taleyim məni çox sınağa çəkdi. Ağrılar içində
yaĢadığım yetər, bəsdir!
Bəsdir, son qoyuram bəxtimə düĢən tale sınaqlarına, son
qoyuram; iradəmi, gücümü toplayıram ki, səni unudam,
sənin kimi etinasız, soyuq olam. Aman Allah, bacarmıram,
qəhər məni boğur, nəfəsim daralır, heç olmasa, bir dəfə də
olsa, sənin buz kimi səsini isti dodaqlarından soyuq
söhbətini eĢitmək ehtirası ilə alovlanıram, yanıram.
ÖyrəĢmiĢəm sənə artıq, öyrəĢmiĢəm! Bu nə əzabdır, ya
Rəbbi, bu nə əzab?...
Niyə çıxdın uğuruma, söylə, niyə, niyə məni məndən
aldın, mən artıq özüm deyiləm, sən olmuĢam, sən!
Korun-korun sozalıram, baxıĢlarım yanır, təzəli-köhnəli
dərdlərim közərir içimdə, vüsalım yorğun düĢür.
Qəlbimin köz tutmuĢ yarası qanayır. Axı neyləmiĢdim
sənə mən? Niyə küskün ürəyimin könlünü almırsan? Heç
kama çatmadım!
Dəniz kimi coĢub çağladım, buludlar kimi dolub
boĢaldım. Puç oldu sənə olan gümanım. Həsrətindən artıq
soyudum, sənə olan istəyimdən doydum, vallah, doydum.
Bəs niyə səni qəlbimdən, düĢüncələrimdən silə bilmirəm,
niyə? Ya Rəbbim, ürək ağlaya-ağlaya göz gülərmiĢ, ürək
ələmdə ikən gülən gözlərin acı damcıları qəlbə sızarmıĢ,
qəlbə axarmıĢ; sən mənim sevincimə ortaq kədərim,
hicranıma günah oldun.
Payızı çox sevirdim. Lap çox. Özün bilirsən nə üçün!
Çünki səni mənə payız bağıĢlamıĢdı, payız. Ġndi də
payızdır. Həm sevgimin payızı, həm ömrümün, taleyimin
payızı, həm də dünyanın payızı; səni payızda da itirirəm.
Payız səni məndən alıb.
Gözümün yaĢına, qəlbimin ahına, uzanan əllərimə
baxmadan səni zorla qoparır, ayırır məndən, ayırır.
Sənə tapındığı üçün gözlərimi danlayıram, ancaq
gözlərimi!...
ÜRƏKSĠZƏ ÜRƏK VERĠB
AĞLAMA
Gecdir daha, çox gec. Bu yolun yolçuluğundan geriyə
dönmək çox gec. YaĢaya bilmərəm səni sevmədən,
anlayırsanmı? Hicranından bimar oldum, illər xəstəsinə
döndüm, soldum, solğun çiçəklərə bənzədim.
Qurudu, çatladı dodaqlarım, yandı bağrım, göynədi içim,
göynədi ürəyim. Soyuqluğun yandırdı məni, elə yandırdı
ki, taqətim yox söz söyləməyə, addım belə atmağa.
Həyatıma gəliĢini heç gözləmədiyim kimi, bax beləcə
gediĢini də gözləmirdim. Heç ağlıma da gətirmirdim!
Ağlıma belə gətirmirdim donuq baxıĢını, soyuq gözlərini,
buz dodaqlarını, hissiz ürəyinin unutqanlığını.
Gözlərimin hərarəti ilə ürəyimi də oğurladın, elə ilk
görüĢdə. Belə deyildin onda! Məni isti nəfəsinlə,
məhəbbətinlə çox əzizlərdin. Belə deyildin onda!
Ġndi isə söyləyirsən, tənhalıq mənə hər Ģeydən əzizdir,
əzizim, könlüm təkcə tənhalığa vurğundur, tənhalığa.
Sənin o sözün mənə ömrümün sona çatdığı anı xatırlatdı,
qəlbimi, ürəyimi yandırdı. Saçlarına həsrət qalan əllərimi
yandırdı!... Bəlkə də söyləməzdin, könül evimi viran
qoymazdın. Mənim qəlbimin istəyini soyuq ruzgarlara
yoldaĢ etməzdin. Yox, sən onu etməzdin, etməzdin!
Nə qədər çalıĢıram, nə qədər düĢünürəm ki, sənə nifrət
edim, səndən uzaqlaĢım, olmur ki, olmur. Niyə belə
bağlanmıĢam sənə, ay mənim taleyimə düĢən bəxtsiz
məhəbbətim.
Bir dəqiqəliyə unutmaq istəyirəm səni, susmuĢ telefona
baxa-baxa xəyalım məni sənə aparır, istəmədən sənin
telefon nömrəni yığıram. Telefondan təmkinsizliyə ağır
zərbə olan donuq səsini eĢidirəm: “Hə, yenə sənmisən?”
Bizi Yaradana səndən Ģikayət edirəm. Səbr istəyirəm, güc
istəyirəm, səni unutmaq üçün kömək istəyirəm.
Ey vəfasız, sevgini sədəqə istəmirəm, səndən istilik
umuram, ancaq istilik. Ay ismi-pünhanım, belə soyuq olub
yandırıb-yaxacaqdınsa, niyə özünü qəlbimə bu qədər
yaxın buraxdın, yaxın? Axı, sonda tənha qoydun,
arzularıma, istəklərimə, saf niyyətimə ölüm kabusu bəxĢ
etdin. Nə biləydim, ürəyin yox imiĢ, məhəbbətin
tükənibmiĢ? Bütün həyat sənin üçün adicə bir oyun imiĢ.
Bu oyunda alçadılmıĢ hisslərim oyunçu oldu, oyunçu...
Ağlama gözlərim, ağlama, sənə ürəyim daha çox yanır.
Axı, sən hardan biləydin ki, görüb, sevib-seçdiyin ala
gözlün səni heç vaxt sevməyib... O, ürəksizmiĢ, ürəksiz!
Dostları ilə paylaş: |