Gecələr
sızıldayan
qəlbimin
ağrısının
məlhəmi,
gündüzlərsə səni arayan gözlərimin iĢıq dolu nuru sən
olaydın, sən!
Həsrətindən cadarlanan dodaqlarımın təĢnəsi, döyünən
ürəyimin istisi, alovu olaydın! Çatılan qaĢlarımın altında
üzgün görünən gözlərimin nəĢəsi, sevinci olaydın!
Gizlin-gizlin yar sorağında olanda bəxtimə tuĢ gələnim,
mehriban düĢüncələrimin isti qucağında ovunmaq istərkən
mənə vüsal dolu anlar bəxĢ edənim kaĢ sən olaydın, ala
gözlüm! Pər-vanən olub eĢqinin atəĢində hey yanaydım,
səni də yandıraydım, kaĢ.
Mənsiz darıxan, mənsizliyə tab gətirməyib çılğınlıqla
məni sevib arzulayan tək sən olaydın, cismində, varlığında
arzularla dolu xəyallarında yurd salan tək mən olaydım,
ala gözlüm, tək mən olaydım...
YUXUSUZ GECƏLƏRĠMĠN YEGANƏ HƏMDƏMĠ
Nə sakitsən dəniz? Yoxsa sən də eĢidirsən, yana-yana
yandıran qəlbimin səssiz harayını? Gözlərimi bağlayan,
qəlbimi qapayan, ağlımı çaĢdıran bu məzmunsuz
eĢqimdən sən də halisən? Yoxsa sən də mənim bu yalqız,
tənha həyatıma acıyırsan? Bəlkə qısqanırsan məni, dəlisov
dalğalı sirdaĢım dəniz? Səni də sevirəm, qəlbimi özüylə
aparanı, onu da. Ġkinizi də sevirəm!
Ürəyimlə bacara bilmirəm. Həyatıma, sevgimə payız
gətirən, eĢqini özüm sandığım könül ehtizazımı sevirəm.
Sevdikcə ona daha çox bağlanıram. O isə məndən
uzaqlaĢır, görünməz olur, sirli-sehirli aləm kimi...
Ömrümə yaraĢıq bildiyim, ruhumun iĢığı sandığım görən
haradadır? Susursan, neyləyəsən, nə deyəsən!
Nə sakitsən, dəniz? Dalğalanan, dəniz! Sənin gözəlliyin
dalğalanmaqdır. Səni təlatümsüz, həyacansız görmək
istəmirəm. Heç olmasa, sən mənim bu arzuma, istəyimə
etinasız olma. Yuxusuz gecələrimin yeganə həmdəmi, son
ümidim, Ģirin xəyalım, nəcib arzum sandığım o, saf
hisslərimə, sevib-sevilmək eĢqilə yanan ürəyimə payız
gətirdi, payız... Ürəyimin payızı ardınca qıĢı gətirəcək və
bu qıĢdan sonra bahar bir daha gəlməyəcək.
Gözlərin yol çəkir, fikirlisən, sahilləri Ģıltaq ləpəli mavi
dənizim. Dözümünə təəccüb edirəm. Mənsə narahatam,
çox narahatam. Ürəyimin payızı üçün!
Sənə baxa-baxa fikirləĢirəm, bütün sevən ürəklərin payızı
heç gəlməsin...
GÜLÜM, AYRILIĞA YAMAN TƏLƏSDĠN
Fikirliyəm, fikirlərin ağuĢunda xəyallara dalıram. Xəyalım
məni sənin yanına, sən nəfəs alıb yaĢadığın mühitə aparır.
Xəyalım ancaq orada özünə məkan tutur, lövbər salır,
orada – qərib sahilin kənarında. Dənizdən gələn axĢam
mehi də məni xəyalımın caynaqlarından qopara bilmir.
Bircə bu aylı gecədə nəzərimi, diqqətimi ulduzların
arasında bədirlənmiĢ ay cəlb edir. Onun sahilə düĢmüĢ
əksi mənə sənin varlığını, indiyə qədər sənə açıqlaya
bilmədiyim, özümə də sirli görünən hisslərimi və onlarla
yaĢadığımı anladır. Ay iĢığı mənə çox Ģeyləri xatırladır!
Darıxdım, baĢımı qaldırıb göyə üz tutdum. Ulduzlar
arasında təzəgəlin kimi nazlanan ayı gördüm və bir də...
bir də onun gözəl çöhrəsində gözümə əksin göründü.
Sonra da ilk görüĢ yerimizdə əllərimi əllərinə alıb
gözlərimdən öpdüyün anı xatırladım! Yanaqlarımı isti göz
yaĢları yaladı, yandırdı. Xəyallarımdan ayrıldım. Sahildə
tək idim, qərib idim, qərib axĢamların birində qərib-qərib
dalğalanan dənizin köksündə səni mənə xatırladan ay
iĢığını axtardım. Qara bulud onun gözəl çöhrəsini
gizləmiĢdi məndən.
Bəlkə də ay mənim cavabsız sevgimə, hissimə çarə
tapmayacağını duyub, üzünü gizləmiĢdi, çəkilmiĢdi
buludların arxasına. Bəlkə o da eĢidib ürəyimin yana-yana
sızıldayan səssiz harayını, bəlkə o da duyub gözlərimdən
qəlbimə yol alan ağrılı kədərimi.
Oradaca söylədiyin son sözün qulaqlarımda səsləndi:
“Gülüm ayrılığa yaman tələsdin... ”
Tələsdim, ürəyində istək adlı bir duyğunun olmadığını
gözlərindən duyub, tələsdim. Tələsdim, ömrümün nə
vaxtsa gələcək baharı üçün.
Bu ayrılıq üçün, canım, sən öz soyuqluğunla yaman
tələsdin!
AYRILAMMARAM
Səndən
ayrılammaram. Sənsizliyə qatlanammaram,
sənsizliyə dözə bilmərəm, sənsiz qala bilmərəm, bilirəm
ki, dayana bilmərəm!
Yalvarıram, tərk etmə könül evimi, yalqız qoyma məni,
tənha etmə sənli hisslərimi. Səndən ayrılammaram, canım,
ayrılammaram.
ġirin röyamsan, dadlı ümidimsən, arzuladığım Ģirin
xəyallarımsan, xoĢ duyğularımsan, varlığımda yaĢayan
özümsən, özüm! Vüsal dolu özüm!
Canımda dözümümsən, sən mənim özümsən özüm,
özümsüz yaĢayammaram, canım, səndən ayrı olammaram!
Məni sənsizliyə vadar edib ayrılıq adlı sonu bilinməyən bir
səfərin yolçuluğunu bəxĢiĢ etsən də, bilə-bilə ki, bu ayrılıq
sənin gərəyindir, sən ona təĢnəsən! Yenə ayrılammaram,
yenə ayrılammaram!
Canım, qərib etmə duyğularımı, izn vermə boynubükük
bənövĢə tək nakam həsrətli qala sevgimiz. Ovundur, səslə
sən məni, qoyma gözü yaĢlı... Nigaran, titrək baxıĢala
gözlərim qalıb yollarlndakı izlərdə... Mənə ünvanlanan
həsrət dolu baxıĢlarından ayrılmaram!
Ömrümə nübarımsan, anlarımda məna dolu yaĢantımsan.
Sən mənsən! Mən mənimdən ayrılammaram, canım,
ayrılammaram! PeĢiman deyiləm, sənli günlərimi
yaĢamağımçın. Sonsuz harayıma tək, tək bircə baxıĢın
kifayətimdir.
ƏLĠNĠN SIĞALINA
MÖHTACAM, ANA
Ağlayıram içimdə, için-için yanıram. Gözümün peĢman
dolu nigaran damlaları, közə dönmüĢ ürəyimi yandırır.
Uğuruma uğursuzluq düçar edənim məni yaman inlətdi.
Yaman inlədim ana, qəriblikdə, yaman inlədim!
Dərdlərimin ağır yükünü, çiyinlərimdə tək özüm
daĢıyıram, tək özüm: sənsizlikdə ana, tənhalıqda! Sonda
arzularımın, ümidlərimin sonu olduğunu mənə anlatdı,
məni sevən uğursuzum mənim. Gözləmədiklərim uğuruma
çıxdı, olacaqlara susuram. Dayaq ol mənə, gözümün nuru,
iĢığı ana! PəriĢan saçlarım əlinin sığalına möhtacdır ana,
möhtac!
Dostları ilə paylaş: |