GƏRƏYĠM OLDUN
Həyat yormuĢdu məni. Qaçmaq istəyirdim hər Ģeydən. Bu
dünyadan qopub öz kicicik dünyamda qalmaq istəyirdim.
Amma ürəyimlə bacarmadım, qəlbinin harayı kövrəltdi
məni. Harayını duyğularımın səsində axtardım!
O duyğularımı imtahan etdim, hisslərimi sınağa çəkdim.
Ürəyimdəki əndiĢəli səsinə qulaq vedim, əzabların
ənginliklərində dolaĢan gözlərimlə könül evimi nəzərdən
keçirtdim, yoxladım, axtardım hey axtardım... Sənin
əksindən, nəvaziĢinin izindən baĢqa, bir də Ģıltaq sevda
gördüm.
Dözülməyən dözümlük də harayıma gəlib səni əvəz edə
bilməyəcək! Onu anlayıram.
Sən özün də heç bilmədin məni səsləməyin, sənə
gərəkliyimi anlatmanğın mənə nələri verdi. Ġstiliyin
donmuĢ tükənmiĢ hisslərimə yaĢantı, Ģövqlü gözlərinin
mehriban baxıĢı titrək kön-lümə həyəcan dolu sərinlik
gətirdi...
Sən elə bir gündə gərəyim oldun ki, ürəyimin payız
çağlarında qıĢ duyğulu fikirlər tüğyan edirdi, ümidlərim
qırılıb, arzularım tükənmiĢdir, könül evim yıxılmıĢdır.
Yanaqlarıma, saçlarıma sığal çəkən nəfsinin ətri, istiliyi
məni özümə qaytardı, səni mənə bağıĢladı. Özünə çağrıĢın,
səsləməyin azdığım qatı nifrət dumanlığından aydınlığa
çıxartdı məni. Güc verdi, doğulacaq arzular - sehirli aləm
müjdə etdi.
Sənin gözlərinin dərinliyində bərqərar olmaq, təsəlli
dünyam sandığım geniĢ sinənə sığınmaq dan yeri
qızartısına bənzər arzumun ilki - birinsici oldu.
Qəlb evimin gözləmədiyi sevgili qonağı, ömrüm ikinci
baharını yaĢayır, özü də səninlə! ġıltaq, dəlisov dalğalara
bənzər məhəbbətinlə həyatıma bahar gətirmısən! Baharına
qurban, sevgilim. Sən özündə bilmədən kövrək hissim,
həyat həqiqətim oldun!
Bilsən səni nə qədər çox sevirəm. Hərdən düĢünürəm ki,
səni bu qədər sevdiyimi duysan özün-özünü qisqanarsan
bəlkə də!
Gözümün arzu istəyi səninlə sevindi, səninlə güldü.
Dalğalar dənizə, qürub çağı günəĢə yaraĢıq verdiyi kimi
sənin
bahar
nəfəsli
məhəbbətin
mənim
ömrümə
yaraĢığdır...
MƏHƏBBƏTSĠZ SƏADƏT
YOXDUR
Yuxusuz gecələrimin yeganə həmdəmi, dadlı ümidim,
Ģirin xəyalım, nəcib arzum mənim.
Bir sözüm vardı sənə deyiləsi, yalnız sənə deyiləsi. Necə
deyim? Deməyə cəsarətim çatmır axı?!
Sevdiyim gözlərinə baxıb, qəlbimin harayını, çırpıntılarını
gözlərimlə sənə söyləyəcəm. O, gözlərimlə ki, sənin əksini
ömürlük özündə qoruyub saxlayacaq, o, gözlərimlə ki,
səni hər bir vaxt, hər yerdə arayacaq, axtaracaq, axtaracaq.
Ġnanmazdım, əzizim, taleyin mənə bəxĢ etdiyi möcüzəyə,
təsadüfə, bəxĢeyiĢə. Səni mənə bəxĢ etdiyi üçün
təsadüfləri çox sevirəm, özü də çox. Taleyimin payız
fəslinə bahar gətirdiyi üçün təsadüfə minnətdaram, çox
minnətdaram. Payıza da minnətdaram, məni mənə
qaytardı, səni mənə bağıĢladı.
Bir danəm mənim gözlərinin Ģövqündə, sehrində sənə
olan ürək çırpıntılarımı, həsrətli baxıĢlarımı, titrək
duyğularımı gördüm. Özümü tapdım, məni məndən alan
odlu baxıĢlarının leysanında.
O, məna dolu gözlərinin dərinliyində olan sehrin hərarəti,
sevdiyim, özümünkü bildiyim, məni mənə qaytaran,
kədərimə son qoyan, mənasız yaĢantılarıma məna bəxĢ
edən, həyatı sevməyə sövq edən, o gözlərində mən özümü
gördüm, özümü.
Közərən qəlbimi alovlandıran, sınıq yaralı ürəyimə
məlhəm, sirlərlə dolu gözlərində mən nələri görmədim:
ilıq mərhəmlik, sadəlik, istilik və bir də sədaqətli
məhəbbət.
Əzizim, etdiyin Ģirin söhbətlərinin qoynunda uyuyub,
onun xoĢ təsirini hiss etdikcə özümü dünyanın ən xoĢbəxt
insanı hiss edirəm. Ömrümün yaraĢığı, ruhumun qidası,
əzizim. Mən istərdim ürəyimizə çökən kədərimizi,
ürəkdən gələn sevincimizi birlikdə bölək, ikilikdə.
Canım sevgilim, mənə elə gəlir ki, yuxularımda
gördüyüm, xəyallarımda canlandırdığım o insan sənsən.
Ġlk baxıĢdan mənə elə gəldi ki, mən səni çoxdan, lap
çoxdan tanıyıram, çoxdanın tanıĢısan. TanıĢ, xoĢ, Ģirin,
doğmaca nəfəsinlə qəlbim gül kimi açılır, könlümün
nəĢəsi, arzusu, istəyi gülür.
Sevgilim, sən mənim pənahım, sənə olan istəyim isə
ümidgahımdır. Sənə sonsuz yalvarıĢımla söyləyirəm:
“Yanan qəlbimin səssiz harayını eĢit: ürəyimlə birlikdə,
arzularımı, görən gözlərimi sənə təslim etdiyim üçün,
mənim sənə qarĢı təmiz, saf duyğularımı mənim qarĢımda
peĢman eləmə”.
Varlığınla canımı yandıran, yaĢadan bu sevdan illərlə xoĢ
xəyallara, kövrək duyğulara dönmüĢ hisslərimi oyatdı.
Məni sən olmağa səslədi.
Söyləyirsən gözlərindir mənə məlhəm, mənə yaxın. Axı
sən bilmirsən əzizim, gül həsrəti çəkən bülbül kimi mənim
məhəbbət dolu gözlərim, sənin o gözlərinin həsrətlisidir,
dəlisidir. Əzizim, canım sevgilim, sənin hər görüĢün
həyatdır mənə. O günü gözləyirəm, sənin mərhəm
köksünə sığınıb illərlə çəkdiyim iztirablarımı unudam.
Səninlə sənli günlərimi yaĢayım, ancaq sənli günlərimi.
KAġ SƏN OLAYDIN
Sonu bilinməyən təmkinsiz, hövsələsiz, məni məndən
qoparan, uzaqlaĢdıran xəyallarıma, fikirlərimə təskinliyim
sən olaydın. Dilimdə pıçıltıya dönən ürəyimin sözü, gizli
kəlməsi, xoĢ giziltisi sən olaydın, ala gözlüm, kaĢ sən
olaydın!
Tənhalığın girdabında mənə həmdəm olaydın. Həsrətindən
qapanan bəbəklərimdən axıb, darıxıb yanaqlarımda donan,
qalan göz yaĢlarım sən olaydın kaĢ, sən, ala gözlüm!
PəriĢan tellərimi tumarlayan, əllərimi isti ovucunda
sığallayan, yaĢ kipriklərim arasından süzülüb yanaqlarımı
yandıran hicran damlalarını silən sən olaydın! Vüsal
həsrətilə yanan könlümə dərman, hisslərimə iĢıq dolu
Ģəhvət! KaĢ sən olaydın, ala gözlüm!
Bir ani baxıĢıyla sevən cismini Ģam kimi əridənim,
gözəlliyi ilə gözlərimi sehrə salıb yandırıb yaxanım kaĢ
sən olaydın. Məni mərhəm nəfəsilə vücudumu ətirləyənim
kaĢ sən olaydın, sən!
Sənin ala gözlərinin tək mən olaydım istəklisi, sevən
könlümlə qəlbinə hakim kaĢ mən olaydım. Nazla dolu
məlahətli iĢvəmi tək sən çəkəydin, tək sən əhdinə vəfalı
olub, ilqarına düz çıxaydın, ilhamını yalnız məndən,
mənim eĢqimdən alaydın, alovlanaydın, mənim üçün
yaĢayaydın kaĢ, tək mən üçün ya-Ģayaydın, tək mənim
üçün!
Dostları ilə paylaş: |