qurtarmır ki, qurtarmır. Sevdam ağlayır içimdə, həsrətimin
boynu bükülü qaldı. Fəryadım sinəmi dəldi, dağladı, bəsin
deyilmi?!
Doymursan, məni incitməkdən, doymursan?! Əl çək
məndən, qəm, əlini çək! Qoy əlçatmaz, vüsalsız
xəyallarım məni ağuĢuna alsın aparsın, bəlkə təskinliyimi
onda taparam. Əl çək məndən, əlini çək, amandı! Ġradəm
də verdiyin əzabların qarĢısında acizləĢir, zəifləyir.
Taqətim qalmır bir söz söyləməyə. Acizəm sənin qarĢında,
aciz...
Yumuram gözlərimi sənin verdiyin ağrılarına-acılarına,
qəlbimin qəribliyinə, o dəm yaĢlı didələrimdə ümid iĢığı
azalır, dünya gözlərimdə kiçilir, kiçilir. Sonda sənin ilə
qalıram. UzaqlaĢmaq istəyirəm səndən. Uzaqlara, lap
uzaqlara getmək istəyirəm.
Sən orada da varsan, orada da! Yalvarıram qəm, məndən
əlini çək!
UNUDA BĠLMĠRƏM
GünəĢin qürub çağıdır... Darıxıram. Nə üçün belə
darıxıram?
Ürəyimlə
bacarmıram!
Daha
onu
anmayacağam, daha sevməyəcəyəm, daha onun üçün
qəlbimə qubar dolu bir hiss yükünün yaxınlaĢmasına izn
verməyəcəyəm!
Axıtdığım göz yaĢlarıma heyfim gəlir axı! O damlalar
ürəyimin nurudur, közüdür, məlhəmidir, təskinliyidir.
Yox, ürəyimlə bacara bilmirəm, o məni dinləmir. Axı,
mən səni niyə unuda bilmirəm, ay mənim taleyimə çıxan
talesiz məhəbbətim?! Unuda bilmirəm məcnun sevdalı,
yanğılı söhbətini, həyəcanla çırpınan, xoĢ hisslərimizi
riqqətə gətirən, kövrək duyğularımıza qol-qanad verən
özümüz üçün kiçik bir sehirli aləm sandığımız o görüĢ
yerini, həzin pıçıltı ilə söylədiyin “gözlərini çox
sevəcəyəm, çünki məni sənə sevdirən, o qara gözlərin
olub” kəlmələrini. Unuda bilmirəm!
ĠnanmıĢdım vəfana, sədaqətinə. Amma...
Kədər sevgimin qapısını lap tez tanıdı. TanımıĢdı kədər
mənim taleyimi, bütün dərdlərini, acı sarsıntılarını qəlbimə
dol-durmuĢdu. Yaralı ov kimi çırpınan, büllur ĢüĢə kimi
qırılan qəlbimi yükləmiĢdi ələm ilə, hüzn ilə.
Etibar
ummuĢdum
sənintək
vəfasızdan.
Vəfasız
etibarsızlığın sındırdı məni, kövrək duyğularımı yerlə
yeksan etdi.
Hərarəti azalmayan yanan qəlbim sanmıĢdım, nəvaziĢinlə
çırpınan ürəyimin döyüntüsü bilmiĢdim səni. Ay
duyğularımızda fəsilləri vaxtsız dəyiĢdirənim mənim,
sevgini özüm bilmiĢdim, özüm. Ən çıxılmaz anlarımda,
tənhalığımda duyğularıma, fikirlərimə səni təsəlli bilib
məhəbbətinin oduna isinmiĢdim, ovunmuĢdum. Qəlbim
qəlbindən hərarət ummuĢdu. Hətta gözlərimə ayna
qarĢısında sənin gözlərinlə, ehtiras dolu baxıĢlarla
baxırdım. Təəssüf!...
Həyatım üçün bir anlıq gözqamaĢdırıcı ilğım olduğunu kaĢ
o vaxt duya biləydim!!!
GünəĢin qürub çağıdır. Yalqızam görüĢ yerimizdə. Tənha
bitən, vaxtsız açan boynubükük bənövĢə kimi. Yoxluğunu
hiss edirəm, artıq mənim yox, baĢqasının sevdalı
duyğususan!
Sənsizilik bütün vücudumu əsdirir, sənsızlikdə əzilirəm!
Ağlayıram!
Nigaran, qəmli gözlərimin həsrət dolu leysan yağıĢını
saxlaya bilmirəm. Unuda bilmirəm! Səni unuda bilmirəm,
özüm də bilmirəm nəyə görə, nə üçün!...
Bizim üçün qəribsəmiĢ o görüĢ yerinə son dəfə sönük
ruhumla nəzər salıram və sonsuz fəryad tufanının ömürlük
oldu-ğunu anlayıram!
YOLLAR
CəfakeĢim, həmdəmim yollar, sirdaĢım yollar, məni mənə
qaytaran, məni ənsizləĢdirən yollar, səni məndən ayıran,
uzaq-laĢdıran, sənsizləĢdirən yollar.
Yollar, nə deyim sizə: Sizin köksünüzdə neçə-neçə kədər
aparan, qüssə gəzdirən könüllər, sevən, sevgisilə qəlbi
çırpınan, döyünən insanlar keçib gedir. Siz bunların
Ģahidisiniz. Yollar, kimə ayrılıq, kimə vüsal, kimə hicran
veririsiniz. Mənim isə tale payıma ayrılıq qismət etdiniz.
Ayrılıq, sonu görünməyən, bilinməyən heçlik...
Ġnandım... Sevdim... Yanıldım... Ayrıldım!!!
Ayrılığa səbəb nifrətim oldu. Deyirlər, məhəbbətdən
nifrətə bir addımlıq yoldur. Bu yolu keçmək sevdamın
nəsibi oldu. Məhəbbət ülvi hissdir, inkar etmək olmaz.
Məhəbbəti ucuz edən, dayazlaĢdıran, onunla oyuncaq kimi
oynayıb atanlardır, bu ülvi hissi heç bir maneəyə dəyiĢmək
olmaz. Bunu sevən ürək yaxĢı duyur, yaxĢı bilir. Lakin,
sevən qəlbinin səsinə qulaq asmayanlar, sonda tənha,
sevgisiz, duyğusuz qalırlar.
Bilirəm, sənsizlik mənə çətin olacaq. Suya təĢnə torpaq
kimi, nəvaziĢə həsrət könül kimi, iĢığa həsrət zülmətdə
olan göz kimi, alovlanmağa can atan köz kimi...
Təskinliyimi, tənha qaldıqda qubar dolu gözlərimdən axan
göz yaĢlarımda axtarıram, hey axtarıram. Nəsibim nə
olacaq, bu mənə bəlli deyildir. Həmdəmim yollar.
CəfakeĢım
yollar.
Məni
səndən
ayıran
yollar,
sənsizləĢdirən yollar.
AXTARMA MƏNĠ DEDĠN
Elə soyuq, elə sakit, elə təmkinlə söylədin ki, “Axtarma
məni, axtarma”. Söylədiyin bu sözü səndən gözləyirdim
də, gözləmirdim də. Səni sevəndə də tərəddüd içərisində
idim. Aydınlıqla qaranlıq arasında idim. Nə sənə “əlvida”
deyə bilirdim, nə də səndən uzaqlaĢmaq istəyirdim. Sənin
baxıĢlarından da bir Ģey anlaya bilmirdim. Ancaq
duymuĢdum
mənimlə
etinasiz
söhbətlərindən.
Məhəbbətimdən
doyduğunu büruzə verməsən də
duymuĢdum. Axı, sevən ürək həssas olar! Ürəyimə
dammıĢdı elə ayrılacağımız günün yaxınlaĢmasının payıza
təsadüf etməsi. Elə də oldu. Kədərimin tüğyan etdiyi,
dərdlərimlə tənhalığımda baĢ-baĢa qaldığım bir payız
səhərində qarĢıma çıxdın. Çıxıdın və acılarımı damla-
damla unutdurmağa mənə dayaq oldun. Amma... Sonda...
Axı hardan biləydim, acılarımın dərd yükünə sən öz
soyuqluğunla yeni bir ağrı verəcəksən. Bu ağrı mənə o
acılarımdan da artıq dəhĢət olacaqdır, daha dəhĢət! Axı,
hardan biləydim ki, sən beləymiĢsən, sən belə! “Axtarma
məni, axtarma” dedin. Ġnandım da söylədiyin bu sözə,
inanmadım da, üzümə çırpılan qara taleli, ağzı qıfıllı
qapılara bənzədi sənin söylədiyin bu söz. Ġnamım
inancıma zülmət gətirdi, rəzil etdi məni, itirdim, həmiĢəlik
itirdim inamımı.
Ġlahi, bundan sonra inamsızmı yaĢayacağam, inamsızmı?
Dostları ilə paylaş: |