Bilir nağıl, həm Ģeir,
Çoxunu əzbər deyir.
Onun Ģıltaq sözləri,
Təbəssümü iĢıqdır.
Doğma gözəl ailəyə,
Selin bala yaraĢıqdır.
BALA BALDAN ġĠRĠNDĠR
Bala baldan Ģirindir,
SöyləmiĢlər babalar.
Acısına qurbanlar
DiləmiĢlər analar.
Acısı da bal dadır,
Ömrə bəzək, zinətdir.
Körpə Tanrı payıdır,
Əvəzsiz, xoĢ diləkdir.
ġirin paydır körpələr,
Noğula tay körpələr.
Baba, nənə, analar,
GülüĢündə dincələr.
NƏNƏMĠN ġƏKƏRĠYƏM
Mən nənəmin Ģəkəri,
Babamınsa canıyam.
Gözəl ata-anamın
Nağıllar dünyasıyam.
ġıltaq Ģirin sözümlə
Əmim məni çox sevir.
O qədər Ģirinəm ki,
Hamı mənə bal deyir.
Büzüləndə dodağım,
Sanki dünya qaralır.
Mən gülüb-danıĢanda
Ətraf nura boyanır.
BALAM GƏLĠR
EĢitdim qonaq gəlir,
Bu gün yanıma balam.
XoĢ gəlir, səfa gəlir.
Gəlsin, qadasın allam.
Balamın qara gözü
Qəlbimin Ģəfasıdır.
Onun Ģirin sözləri,
Arzumun səfasıdır.
Hər o, nənə deyəndə,
Gözlərim hey yol çəkər.
Sevdiyini biləndə,
Dərdim-qüssəm də bitər.
Birdən qapının səsi
Oyatdı xəyalımdan.
Gözümü açdım bu dəm,
Gördüm balam yanımda.
Öpdüm hey gözlərindən
Balamçün darıxmıĢam!
Buraxmadım özümdən
Onu dünyam sanmıĢam.
SEVGĠ
LÖVHƏLƏRĠ
SEVGĠMĠ ĠTĠRMƏKDƏN
Sevgini itirməkdən ehtiyat edirəm, qəlb evimin narahat
anlarına səpələnirəm. Səpələnirəm ki, çəkdiyim
narahatçılıqlar sevgimin qoruyucusu olsun. Səpələnirəm
ömrümün illərinə, anlarına bir zərrəcik kimi... O
zərəciklərdə sən varsan. Sevgin ürəyimin qaynağında,
özəyindədir...
Yürüdüm arxanca göylər ağlayanda. Mən də ağladım
onlarla bərabər... Amma yoruldum, dayandım. Hələ sənə
deyil-məyən çox-çox sözlərim qaldı...
Gücüm yox, artıq ümid bəsləməyə. Məni hiss etməməyin
dəli küləklərin uğultusu kimi batır qulaqlarımda. Sevgimi
itirməkdən ehtiyat edirəm... çox, lap çox...
SƏNĠ SEVMƏDĠYĠM ÜÇÜN BAĞIġLA
Neynim sənin üçün bahar günəĢi, gül-çiçək ətiri ola
bilmirəm. Neynim ki, odunla yanan bir ocağın alovu ola
bilmi-rəm. Bilmirəm...
BağıĢla ki, ürəyinin həyəcanlı döyüntüsünə qulaq asmaq
üçün təmkinsizəm, təmkinsiz! Könlünün arzularına,
hisslərinin, baxıĢlarının yanğısına harayına səs verə
bilmirəm. Qayğılı çöhrəmə ünvanlanıb tuĢlanan qara
gözlərinə, söylədiyin Ģirin kəlmələrinə, məhəbbətinə
canımdan gələn istiliyimlə cavab verə bilmirəm, zira
cavab verə bilmirəm... Niyə sənə yalan daniĢim!?
Yalanların boz dumanlığında sənin ayaq səslərini eĢitmək
istəməzdim. Məgər yalanlarla dolu bir eĢqin gerçəkliyi
sənə gərəkmi? Yox, əsla yox. Bu nə sənə, nə mənə
gərəkdir!
DüĢünürəm sakitliyin sonsuzluğunda düĢünürəm səni!
Səni sevə bilməyəcəyimi anlayıram. Ülvi hisslərinə necə
könülsüz ürək verim! Söylə...
Heç ürəksiz də sevmək olarmı! BağıĢla odlanan qəlbin
üçün könlümü ocaq etmədim. Təsəllin olmadım! Ay
taleyimə gecikən məhəbbəti ilə qədəm qoyan bakirə hissli
saf duyğulu aĢiqim...
Nigaran ürək pıçıltılarımı, könül çırpıntılarımı özümdən
baĢqa kimsəyə söyləyə bilmirəm. Buna cəsarətim də
çatmır. Mənim dolaĢıq cığırlara bənzər sevdam,
sevgimdən bixəbər olan baĢaqa birisinin həsrətinə
ünvanlıdır! BaĢqa birisinin...
UNUDA BĠLMƏYƏCƏKSƏN
Dünəninə əlvida deyə bilməyəcəksən, duyğuların boĢalıb,
fikirlərin baĢ alıb gedəcək, yaddaĢından məni silmək
istəyə-cəksən, ötüb keçənlərə bir dəfəlik sağ ol söyləməyə
çalıĢacaqsan, gücün çatmayacaq. Sən məni unuda
bilməyəcəksən!
Tənhalığınla vuruĢub küsüb həyatında yaranmıĢ xəyal
boĢluğunu tamamlamaqçın doldurmaqçın bir anlıq da olsa
mənimlə olmaq istəyəcəksən!
Mənli fikirlərin, mənli hisslərin sənə qənim kəsiləcək,
ürəyin məni istəyəcək, özünlə bacara bilməyəcəksən!
Gecələrin mürgü dolu istirab, gündüzləri yuxulu
olacaqsan, elə sanacaqsan ki, nəfəsinə nəfəsimin ətri dolur
yavaĢ-yavaĢ. Məni düĢünəcəksən, bu düĢüncələr səni
tənhalıqdan qurtarmayacaq. Özün özlüyündə hiss
edəcəksən məni – unuda bilməyəcəyini, duyacaqsan bu
hissi... qovrulacaqsan...
Hər ötən gözəldə gülən gözlərə baxacaqsan. Sənə tanıĢ,
sənə
mərhəm
baxıĢ
axtaracaqsan,
donacaqsan,
üĢüyəcəksən,
kiçiləcəksən
özgə
baxıĢlarıyla.
Darıxacaqsan ehtiras dolu gözlərim üçün, sən məni unuda
bilməyəcəksən.
Yorğun olduğun gecələrdə baĢını dizlərim üstə qoyub Ģirin
röyalara dalmaq istəyəcəksən həmiĢə geniĢ sinənə sığınan
titrək çiyinlərimin məlhəmliyi istiliyi üçün darıxacaqsan.
Unutmaq istəyəcəksən, yaddaĢından, hisslərindən məni
silməyə çalıĢacaqsan, bacarmayacaqsan!
Hicrana dönən hissin həvəsini ürəyindən qoparıb atmaq
istəyəcəksən, adımı qəlbindən silmək istəyəcəksən...
Yanaqlarında dodaqlarımın alovunu istisini duyacaqsan -
bu halına görə özünü danlayacaqsan. Məni unutmaq üçün
özünü
də
unutmaq
istəyəcəksən,
sən
bunu
bacarmayacaqsan! Ona gücün çatmayacaq. Sən məni
unuda bilməyəcəksən!
Səndən incik düĢüb kövrələndə biri-birinin ardınca mirvari
dənələri kimi leysana bənzər küsgün göz yaĢlarımı
əllərinin xəfif toxunuĢu ilə silmək üçün, məni ovundurmaq
üçün qəribsəyəcəksən.
Bir gecə düĢəcəyəm yadına dünyan od tutub alıĢacaq,
yanacaq
xatirələr
içərisində fikirlərin girdabında
qovrulacaqsan...
Mənli duyğularını qəlbində boğub ürəyinin balaca
küncündə dəfn edəcəksən, sənə dönməyəcəyimi anlasan
Dostları ilə paylaş: |