Əlimi tuturam uca Tanrıya
Heç kimi heç zaman o unutmasın
Məhbbətsiz günlər heç gəlməz saya
Heç kəsi sevgisiz o, buraxmasın.
Bu sevgi dünyanı yaĢadır deyə,
Sevənlər söylərlər böyük eĢq ilə
Dünyanın malını itirmək olar,
YaĢamaq lazımdır məhəbbət ilə.
Göylərdə buludlar toparlaĢanda
GünəĢin önündə çarəsiz qalar,
Sevən iki baxıĢ qarĢılaĢanda,
Ali məhəbbətlə yaĢayar onlar!
GƏTĠRDĠ ƏTRĠNĠ
Gətirdi ətrini bu yaz səhəri.
Darıxdım səninçün, yaman darıxdım.
Əsdikcə baharın sakit küləyi
Gözümü çəkmədən yollara baxdım.
Gözlədim yolunu, bu dəm gözlədim,
Bu yollar nə yaman uzaqdayımıĢ,
Elə bil saçımı sənin əlin yox
Bu bahar yelləri darayacaqmıĢ.
Gətirdi ətrini yasəmən, nərgiz,
Lalənin Ģehindən bir həsrət yağar.
Bu yaz sərərində olsam da sənsiz,
Sevən ürəyinə sədaqətim var!
NĠGARANAM
AxĢam oldu əsdi baharın yeli,
Ġndi sevgilimin gözü yol çəkir.
Gümanında o, saydıqca illəri
Gözlərindən yollarıma nur səpir.
BaxıĢında min bir dünya görürəm
Bunu bilmir, ondan nigaranam mən!
FĠKĠRLƏRĠN QARIġACAQ
Mənsiz fikirlərin qarıĢacaqdır,
Gündüzlər yuxulu olacaqsan sən.
Hissin də od tutub alıĢacaqdır,
Qara saçlarında yurd salacaq dən
Mənsiz dünya sənə dar gələcəkdir.
Təsəlli almaqçın tələsəcəksən
AxĢamlar yuxun da qəm verəcəkdir.
Mənli xatirəni yad edəcəksən,
Mənsiz ürəyin də sözünə baxmaz.
Arxanca gəzəcək incik gözlərim
Yadına düĢərkən mənli günlərin,
Dönüb qəmli neyə hey yanacaqsan
Təskinlik axtarıb özgə gözlərdə
Özgə baxıĢıyla damğalanassan!!!
NƏFƏSĠNĠ KÖLGƏ KĠMĠ
Nəfəsini kölgə kimi hiss edirəm,
DüĢünürəm çox uzaqda deyilsən sən.
Gözlərini baxıĢımda mən görürəm,
Yar, könlümü aparmısan, bilirsən sən.
Sığınmağa ürəyimdə bucaq oldun,
Özüm də özümdən keçirtdim səni.
Ġsinməyə səbr verən qucaq oldun,
Ayrı qoyma, yarım, özündən məni.
Duy, həzin pıçıltımda sözüm ilə
Bu sevgidə hisslərimə sən həmdəm ol
Sevdim səni, eĢq damlayan gözüm ilə
Bir nur olub könlümə dol, gözümə dol.
AY IġIĞI
Dilləndir qəlbimi, tarın
Yanıqlı bir simi kimi.
Yandır atəĢdə qovrulan,
Pərvanənin özü kimi.
Səsləndir məni səhrada,
Səsə möhtac bir ün kimi.
Hara getsəm axtar məni ay ıĢığı!
Hara getsən apar məni ay iĢığı!
Qəhər dolub ürəyimin içində,
Gözüm ağlamağa bəhanə gəzər.
Dərd yükü cahandan, özümdən yekə.
Göz bulağı bulandıqca dünyadan küsər.
Belədir taleyin əmri, buyruğu,
Açar sevinciylə, qəmiylə bükər.
Hara getsəm sən tap məni, ay iĢığı!
Hara getsən götür məni, ay iĢığı!
DUY HƏZĠN PIÇILTIMI
Duy həzin pıçıltımı, gedə bilməzsən,
O, qəlbin səsidir, sənə gərəkdir.
Ġstəsən silmək də – silə bilməzsən,
Bəzi izlər var ki, o, ömürlükdür.
DEYƏSƏN QOCALIRAM
Aynaya baxdım orda tanıĢ üz gördüm,
DanıĢdım, sözlərimdə tanıĢ bir söz gördüm.
Sönən ocaqtək ürəyimdə köz gördüm,
Həyatda dolanbac yolun səmtini gördüm.
Ötən illərə döndüm, deyəsən qocalıram!
Artıq alnımda ömrun qırıĢları var,
Aynaya baxan çöhrəmdə
Yorğun yaĢlı baxıĢlar var.
Bu dünyanın ağuĢu dar,
Bu dünyadan kam almağa can atıram.
Ötən illərə döndüm, deyəsən qocalıram.
Pəncərəmdən baxdım yaĢıd çinara
Budağıyla o, göylərə pərvaz edər
PıçıldaĢan yarpaqlarla, kölgəsiylə
Ġnsanlara həzin-həzin
Sevgi dolu bir sərinlik nübar edər.
O da ömrün çox baharın, payızını yaĢadı,
Mənim kimi tufanlarla, ruzigarla barıĢdı.
Sonda həyat gerçəyinə qarıĢdı.
Diqqət etdim pəncərəmdən neçə illər
Yorduğum, tələsdiyim bu yollara.
Yollar həmin, illər həmin, mən isə
Keçənləri xatırladım, deyəsən qocalıram!
Bu dəm yaĢıdım çinarda
Ġki bülbül cəh-cəh etdi
Yarpaqları qonaqlarçın çox sevindi.
Çox axtardım, görəmmədim
Bu an ürək qubar etdi, tez eynəyi gözlərimə,
Gerçəyi qəlbimə taxdım:
Gördüm sarı bülbülləri, amma
Baxdım aynada gözümə, deyəsən qocalıram!
Yaman yerdə axĢamladım,
Zaman keçdi, deyilməmiĢ sözüm qaldı,
Qocalıqla bu yaĢımda barıĢmadım
Ömrün qürub günəĢini dumanlarla bulud aldı.
Keçən gənclik həsrətində gözüm qaldı.
BAYATILAR
Bağın barı gözəldir,
Heyva, narı gözəldir.
Yarla keçən bir günüm
Min bir gündən gözəldir.
Mən aĢiqəm gəl bizə,
Dolan yarım, gəl bizə.
Gözləyirəm, gəlməsən
Özüm gəlləm mən sizə.
Su gələr axar dolmaz,
Çəməni yaxar doymaz,
Həsrət dolu gözlərim,
Gözlərindən heç doymaz.
Bülbül güldən olmasın,
Tər çiçəyim solmasın,
Sənsiz xiffət çəkirəm,
Günüm sənsiz olmasın.
Sellər, sular hey axar,
Gün üfüqdən boylanar,
Sənsiz kor olan gözüm,
Yoluna baxar qalar.
QIZILGÜLÜ
Dərmə, yarım, qızılgülü,
Onun həsrət yanğısı var.
O, bülbülün Ģirin dili,
Həm avazı, ağrısı var.
O, budaqda tazə, tərdir,
Ağ əllərdə qəfəsdədir.
Dərmə onu, bu həvəsdir,
O, bülbül həsrətindədir.
Ah çəkərsə, yarpaqları
Səpələnər otlar üstə.
SolmuĢ olan ləçəkləri,
Son ümid, son nəfəsilə,
Açacaq gizli sirrini
Sakit həzin küləklərə.
Dostları ilə paylaş: |