üstünlük təĢkil edən Ģeirləri Ģairin nə qədər ülvi duyğu
sahibi olduğunu hiss edirsən:
Sevirsənsə, məni sev həmişəlik!
Uyma yad baxışa, özgə gülüşə.
Hissini qəlbində saxla ömürlük
Qoyma, mən can atım yalan görüşə.
Sevirsənsə, məni sən sev ürəklə,
Ürəyin alovu bil, əvəzsizdir!
Döyünsə, sevərək min bir diləklə,
Ona gərəyəm mən o, bil, mənsizdir.
ġairin ana, Vətən haqqında yazdığı Ģeirlərində də bu
bağlılıq öz əksini tam Ģəkildə tapmıĢdır. Onun Xocalı
faciəsi ilə bağlı Ģeiri daha diqqətçəkəndir. Adətən
ədəbiyyatımızda ataya həsr edilmiĢ Ģeirlərə az-az rast
gəlinir, Ġradə xanım böyük məhəbbətlə ataya tərənnüm
etdiyi Ģeiri də öz orijinallığıyla seçilir. Ġradənin təfəkkür
dünyası öz Ģeirlərində bariz nümunisəni tapmıĢdır, bu
əminliyi yaradan isə qələmə aldığı yazılarıdır. ġairin hər
hansı Ģeirini, yazısını Ģərh etmək çətindir bir qədər, bir-
birindən mənaca ayrı, eyni zamanda tamlıq ifadə edən
mövzu bunu söyləməyə əsas verir. Məsələn, daha bir
Ģeirində yazır:
Gör nələr istəyir könül bu səhər,
Sənin əllərinin sakit tumarın.
İsti baxışınla baxan gözünün
Alovdan da güclü şirin xumarın.
İstəyir köksünə sığına qəlbim
Qəlbini hiss edib unutsun qəmi.
Ona təsəllidir, ümidli sözün
Sehrli qonaqdır gözümdə gözün.
- deyən Ģairə, ilahi bütün qadınlara məxsus istedad,
məhəbbət dolu qəlb bəxĢ etmiĢdir. Mən inanıram ki, Ġradə
xanım ədəbi səhifəmizdə öz yeni Ģeirləriylə daha böyük
uğurlara imza atacaqdır, öz yaradıcılığıyla daha böyük
nailiyyətlər qazanacaqdır. ġairə bu yolda daha böyük
müvəffəqiyyətlər arzu edirəm.
Həlimə Vəliqızı
şair-publisist
tənqidçi
ġEĠRLƏR
GƏZ MƏNĠ
Gəzmə, həsrətin yolunda,
Sən keç könül qapısından.
Gəz nağılda, əfsanədə
Gəz xəyalda, duyğularda
Tapmasan öz xəyalnda
Bütün gücünlə yüklənib
Sən məni özündə axtar!
DÖYÜNƏN BĠR ÜRƏYƏM
BaxıĢında açılan bir qönçəyəm,
Ətrimdən xəbərin yoxmuĢ.
Əllərində döyünən bir ürəyəm,
Alovumdan xəbərin yoxmuĢ.
Nəfəsinlə gur yanan bir ocaq oldum
Ġstisinə sığınmadın
DüĢündüm ki, səbrin çoxmuĢ
Pərvanə tək hey baĢına dolandığım,
Hisslərimdə təlatümlü dəniz oldum...
Həsrətinlə coĢub-daĢıb sahillərdə
Ayaq altda mən qum oldum.
Sevdalı könlümdən xəbərin yoxmuĢ.
Artıq mən deyil, artıq mən sənəm,
Anladım, atəĢi güman qəlbinəm!
Gözümdə sitəmim, qəlbimdə qəmim,
De ki, sənin elə bu sevgidən
Xəbərin yoxmuĢ...
Sənzizəm, sənsizəm, sənsiz, əzizim...
YAĞIġ YAĞIR
YağıĢ yağır narın-narın,
Seyr edirəm, uzaqdan bir-birini
Qovan, qaçan buludları.
Bəlkə buludların bir dərdi vardır,
Ağlayıb, ağlayıb sakitləĢirlər.
Onlara sirdaĢdır əsən küləklər,
Küləklər onlarla dərd bölüĢürlər.
Bir anlıq qısqandım o buludları,
Vardır külək təki dərd ortaqları.
Sızlayıb ahu-zar eyləyən zaman,
Vəfalı dostları onlara yanar.
Onlar da ağlayıb yağıĢa dönər.
Mirvari muncuq tək yerə tökülər.
YağıĢ yağır, həsrətimin yağıĢıdır,
Bu həsrətin pəncərəmdə izi qalır.
YağıĢ yağır, tükənən arzuların
Ürəkdəki qəm nisgilin aparır.
MƏN SƏNƏ QAYIDACAĞAM
Hər kəsə bir tale yazı yazılıb,
Ömrümdən ömrünə Ģikayətim var.
Sənin bu sevdana məzar qazılıb,
Olan acılara dəyanətim var.
Dərdlərinə ortaq olum deyirsən,
Mən sənə qayıdacağam!?
Dərin düĢüncələr apardı səni,
Özünü itirib hara gedirsən?
GediĢin yandırdı məndəki məni,
Uzaq sevda yolun, sən ki, bilirsən.
Kədərinlə paylaĢaraq deyirsən,
Mən sənə qayıdacağam!?
Döyülən qapılar bağlı qalmayır,
Göylərə açılan əllər ümidli.
Uzaqdan-uzağa vüsal olmayır
Gözlərdən ürəyə yollar kədərli,
Gözlərinə pənah salıb deyirsən,
Mən sənə qayıdacağam!?
Ürək ĢüĢə kimi sındısa əgər,
Daha əvvəlki tək bütöv olmayır.
Sevgisiz bir ürək yaĢarmı məgər?
Vaxtsız açan gülün ətri qalmayır.
Payızında baharını yaĢadaraq deyirsən,
Mən sənə qayıdacağam!?
BĠR ĠNSANA DOSTUM DEDĠM
Bir insana dostum dedim,
Dostum bilib könül verdim.
Zaman belə, gərdiĢ belə.
Mənə ürək gərək imiĢ,
Ürəyimi verdim yelə…
Baxdım gah sağıma, gahda soluma,
DüĢündüm dostlardır, gücdür qoluma.
Səbr etdim, əmr edib hissiyatıma,
Ruhumu dinləyib, düĢdüm yoluma.
Harda səhvim oldu, harda yanıldım,
Bu qoca dünyanın dərdilə qaldım.
Dosta ürək verdim, dosta can verdim,
Sonda əzizlərim, ürəksiz qaldım.
Dostları ilə paylaş: |