HƏSRƏT
Bir həsrət görürəm, mənlə gedir
Yorulmadan, dayanmadan.
Heç qarĢıya baxmadan da
Heç arxaya dönmədən də.
Gedir həsrət kölgəm kimi.
Bir həsrət görürəm…
Tuta bilmirəm o həsrətin əlindən,
Qaça bilmirəm o həsrətin gözündən,
Hara baxdım, həsrət gördüm
Ürəyimdən incik gedir xəyalıma
Həsrət dolu, giley dolu bir Həsrət!
GƏLDĠN ÖMRÜMƏ
Mən sən oldum, sən mən oldun,
Ürəyimə axdın, doldun.
Saçlarımda gümüĢ kimi parıldayan
Ağ dən oldun,
Həyatımın payızında gəldin mənə.
GözləmiĢdim, həm bezmiĢdim,
Bu dünyada həsrət, hicran yanğısından,
Ürəyimdə ürəyini hiss etmiĢdim,
Ürəyimin fəryadında gəldin mənə.
Həm yar oldun, həm can oldun,
Gözlərindən gözlərimə
ĠĢıq doldu, Ģəfəq doğdu.
Ümidimin sabahında gəldin ömrümə.
Uca dağ zirvəsi kimi
ġəlalə nəğməsi kimi,
Bülbül-gül sevdası kimi,
Bahar nəfəsinlə gəldin mənə.
Sevdim səni, səni sevdim.
Sevdim, mən olduğun üçün.
Canımızda bir ürəyin
Döyünüb vuduğu üçü
Ürəyimin harayında gəldin mənə.
Hisslərimin fəryadında gəldin ömrümə!
SARI GƏLĠN
Dərdimin üstünə dərdinlə gəldin,
Sənin ələmini öz qəmim bildim.
Ürəyində möhnət, gözdə kədərin.
Tarixə yazıldı çəkilməz dərdin
Qəmli baxıĢların dəryaca dərin,
Taledən hörülmüĢ saçına qəmin,
Saçın ucun hörməzlər, ay Sarı gəlin!
Bu sevda nə sevda? Sonu görünməz.
Bəlkə də gecikib, vaxtı bilinməz,
Bu acı sevdadan sevinc ələnməz.
Qəmli baxıĢların dəryaca dərin,
Taledən hörülmüĢ saçına qəmin,
Saçın ucun hörməzlər, ay Sarı gəlin!
Unutmaq istədin qəlbin qəmini,
Ömrün qürub çağı izlədi səni.
Səhərin danını sən gəl gözləmə,
Qəmli baxıĢların dəryaca dərin,
Taledən hörülmüĢ saçına qəmin,
Saçın ucun hörməzlər, ay Sarı gəlin!
BƏLKƏLƏR
Bəlkələr bir ömrün nağılı imiĢ,
YaĢadıq bəlkələr dünyasında biz.
Gümandır bəlkələr, bəlkələr ümman,
Bəlkələr – ünvanı dumanlı liman.
Orda lövbər salıb arzunun özü
Gəlir ürəyimə “səbr edin” sözü.
Bəlkələr… bəlkəsiz olmayır zaman,
Taleyə, qismətə “bəlkədir” güman.
NĠFRƏTLƏ MƏHƏBBƏT
Sevgidən nifrətə atılan addım
Bir anlıq qaĢla göz arasındadır.
Acı kəlmələrin, soyuq baxıĢın
Mil olub, gözümün qarasındadır!
Söylədiyin sözlər, atdığın böhtan
FikirləĢ, bu mənə heç yaraĢarmı
Sevgimin gücünə güvənməyirəm
Artıq nifrətimə o qarıĢıbdır.
Gözüm hey axtarır, könlüm yaralı
Yaralı bir qəlbə gərək deyilsən
Ġnandım, duydum ki, səndən aralı
Sən mənə çox yadsan mənim deyilsən.
Mənim olmadığın tam bəlli sənə
Ġnsafsız bilərək məni xar etdin
Sənə bəslədiyim incə duyğumu
Sən mənim qəlbimdə peĢiman etdin.
Kövrək hisslərim də oldu günahkar
Özümə dərd oldu, könlümə qübar
Etinasız olub Ģıltaqlıq etdin
Ġstəyə Ģıltaqlıq etmək yaraĢmaz
Körpə tək onunla oynamaq olmaz
Sən özün adlanan bir “sən” yükünü
Mənim taleyimə ərməğan etdin.
Taleyim boran, qıĢ, sazağa məruz
Ömür səhifəmə ələm bəxĢ etdin
Kədərim, ələmim mənə bəs idi.
Dərd verdin dərmanın sən bulamadın
Mənə ünvanlanan kədərin üçün
Sən yaman tələsdin, heç yubanmadın.
Bir sən, bir istəyim, bir də ürəyim,
Nifrətlə məhəbbət arasındadır.
Söylədiyin günah, atdığın böhtan
Köz olub qəlbimin yarasındadır.
Belə deyirlər ki, sevgidən addım
Nifrətə gözlə qaĢ arasındadır.
Acı kəlmələrin donuq baxıĢın
Ox olub gözümün qarasındadır.
Artıq sevginə də güvənməyirəm
EĢqin ürəyimin yarasındadır.
Artıq nifrətimə qarıĢıbdır o,
Yaralı bir qəlbə gərək deyilsən.
Bu saf məhəbbətə yaraĢmadı o,
Ġndi tanıdım ki, mələk deyilsən.
Könlümdə qərardır, bir qəmli acı
Ġnandım, deyilsən baĢımın tacı.
Yalnız unutmaqdır bunun əlacı
Sən mənə çox yadsan, artıq bil ki, sən.
Sənin olmadığım tam bəlli sənə
Nə çox ağrı-acı, dərd verdin mənə!
Sən mənim qəlbimi peĢiman etdin,
Kövrək hisslərimlə oynayıb getdin.
Özümə dərd oldu, könlümə qubar,
Barı dərdlərini özünlə apar!
Sən özün adlanan bir “Sən” yükünü
Mənim taleyimə ərməğan etdin,
Ömür səhifəmə qara yazılan
Ələm ağacıtək cücərdin, bitdin.
Olan dərdi-qəmim bəs idi mənə,
Dərd verdin, dərmanın mən bulammadım,
Mənə ünvanlanan kədərin üçün
Sən yaman tələsdin, heç yubanmadın.
Bir sən, bir istəyim, bir də ürəyim
Nifrətlə məhəbbət arasındadır!
Acı kəlmələrin, donuq baxıĢın
Ox olub gözümün qarasındadır!
SÖZƏ SALDI MƏNĠ
Gur ocaqdım külə döndüm,
Canım, dilə saldın məni.
Qalanıb min əzabınla
Yanıb, yanıb sonda söndüm,
Canım, sözə saldın məni.
EĢqim dildən-dilə düĢdü,
Özüm eldən-elə düĢdüm.
Bir qartaldım fəzalardan
Yaralanıb yerə düĢdüm,
Canım, sözə saldın məni.
Əzabını çox sevmiĢdim,
Sevgilimdin, yar demıĢdim.
Həsrətindən bezməməĢdim.
Məni səbrsiz eyləyib
Canım, sözə saldın məni.
Könlüm kədər ağuĢunda,
Canım vüsal arzusunda.
Özüm, hicran yağıĢında,
Həsrətini pay eylədin.
Ürəyimə saldım səni!
Dostları ilə paylaş: |