Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə92/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   148

Hansı idarə formasının - respublika və ya monarxiya - 

yaxşı  olması  haqqqmda  sual  ritorik  xarakter  daşıyır.  Müasir 

Avropanın təcrübəsi göstərir ki, bir çox inkişaf etmiş və sabit 

ölkələrdə  monarxiya  üsul  idarəsidir.  Amerika  tədqiqatçısı 

S.Lipset  monarxiyanın  müasir  cəmiyyətin  bütün  təbəqələrinə 

münasibətdə  mediativ,  yəni  barışdırıcı  roluna  diqqqət 

yetirmişdir. O, qeyd edir ki, inqilab nəticəsində monarxiyanın 

devrildiyi  və  hakimiyyətin  varislik  yolu  ilə  keçməsi  qaydası 

pozulduğu  ölkələrdə  hakimiyyətə  gələn  respublika  rejimi 

əhalinin mühüm təbəqələri arasında qanunçuluğu bərpa etməyə 

qadir  olmamışdır.  Başqa  sözlə  desək,  monarx  əxlaqi  atribut 

rolunu  yerinə  yetirir,  xalqın  gözündə  milli  mənafelərin 

təminatçısı  kimi  çıxış  edir.  Bununla  belə,  bir  çox  ölkələrdə 

dövlət  idarəçiliyinin  respublika  forması  kifayət  qədər  uğurla 

fəaliyyət göstərir. 

§3. Siyasi rejim 

Siyasi  rejim  deyərkən  adətən  dövlət  hakimiyyətinin 

həyata keçirilməsi vasitələri və metodlarının məcmusu nəzərdə 

tutulur. Totalitarizm, avtoritar'ızm, liberalizm və demokratiya 

kimi  siyasi  rejimləri  ayırmaq  olar.  Bu  gün  totalitarizm  və 

demokratiya xüsusi maraq doğurduğundan bunları ətraflı təhlil 

etmək məqsədəuyğundur. 



Totalitarizm (latınca totalis) - cəmiyyət həyatının bütün 

sahələri - siyasi, iqtisadi və mənəvi - üzərində nəzarəti həyata 

keçirən  dövlət  quruluşudur.  Belə  bir  cəhəti  də  tələbələrin 

nəzərinə  çatdırmaq  lazımdır  ki,  bu  quruluşda  vətəndaşların 

fikirləri də diqqətdən kənarda qalmır - «başqa cür düşünənlər» 

termininin 

yaranması  dediklərimizə  əyani  sübutdur. 

Totalitarizm - sanki müasir 



280 


istibdaddır.  Əvvəllər  də  qəddar,  amansız  rejimlər  olmuşdur, 

lakin  totalitarizm  -  nisbətən  yeni  hadisədir.  Bu  onunla  izah 

olunur  ki,  mətbuat,  radio  və  televiziya  kimi  kütləvi 

kommunikasiya  vasitələrinin  yaranması  ilə  vətəndaşlar 

üzərində  tam  nəzarət  etmək  mümkün  olmuşdur.  Totalitar 

siyasi  rejim  ayrıca  bir  fərdi  Şərq  istibdadı  şəraitində 

olduğundan  da  daha  çox  hüquqsuz  vəziyyətdə  saxlayır;  fərd 

dövlət maşını ilə təkbətək qalır və ona tabe olur. 

Totalitar 

rejimin 


əlamətləri 

aşağıdakılardır: 

hakimiyyətin sərt piramida şəkilli strukturu (belə demək olar 

ki,  cəmiyyəti  geriyə  əlaqəsi  olmayan  bir  təşkilat  kimi  idarə 

edirlər),  kütləvi  terror,  daxili  və  xarici  düşmənlərin  daima 

axtarışı,  cəmiyyətdəki  üfqi  strukturun  ləğv  edilməsi  və 

nəhayət,  idarə  rejimi  adlanan  rəsmi  ideologiyanın 

hökmranlığıdır. 

Totalitarizmin  psixoloji  köklərini  Z.Freyd  «Kütləvi 

psixologiya  və  insan  Mən-inin  təhlili»  əsərində  tədqiq 

etmişdir.  Totalitarizm  yalnız  kütlələrin  itaətə  razılaşmasına 

əsaslanmır.  O,  xüsusi  psixologiya,  təfəkkür  üslubu 

fomalaşdırır;  bu  hal  üçün  hakimiyyətə  pərəstiş,  insan 

hüquqlarına  hörmət  etməmək,  sadə  qərarların  axtarılması, 

dixotomik təfəkkür xarakterikdir. 

Totalitarizm rejimində hakimiyyət bir partiyah sistemə 

əsaslanır.  Bu  termini  rəhbərlik  etdiyi  hərəkat  və  rejimin 

xarakteristikası  üçün  B.  Mussolini  işlətmişdir.  O,  İtaliya 

filosofu Cantileninin ideyalarından istifadə etmişdir. Cantileni 

belə hesab edirdi ki, insan həyatına dövlətin qarışmasının heç 

bir həddi yoxdur. Bu rejim vətəndaşların azadlığını qəbul etmir 

və bu azadlığın qorxulu olduğunu qeyd edir. Bu dövlət üçün 

əsas  prinsip  -  ona  və  onun  maraqlarına  xidmət  etməyənlərə 

qarşı 


281 


dözülməzlik prinsipidir. Mərkəzi hakimiyyət hər şeyi bilməli, 

görməli,  planlaşdırmalı,  bununla  da  xalqın  azad  fəaliyyətini 

məhdudlaşdırmalıdır. 

Totalitarizmin  ifrat  forması  olan  faşizm  haqqında  da 

məlumat vermək yerinə düşər. Faşizm - açıq temorist diktatura 

olub  bütün  demokratik  azadlıqları  və  mütərəqqi  ictimai 

hərəkatları boğmağa yönəldilmişdir; dövlət maşını ilə kütləni 

boğur,  kütləvi  terrorlar  həyata  keçirir,  hamını  öz 

ideologiyasının 

quluna 


çevirməyə 

çalışır. 

Faşizmin 

ideologiyası  -  mübariz  irqçilik,  şovinizm,  zorakılıq,  rəhbərə 

pərəstiş,  dövlətin  totalitar  hakimiyyəti,  şəxsiyyət  üzərində 

hərtərəfli 

nəzarət, 

həyatın 


bütün 

sahələrinin 

hərbiləşdirilməsidir. 

Diktatura üsul idarəsinin ən dəhşətli forması kimi XX 

əsrdə  yaranan  totalitarizmdə  dövlət  hakimiyyəti  cəmiyyətdə 

gedən bütün hadisələrə və proseslərə nəzarət edir. Bu nəzarət 

əsasən üç ünsür: 1) güclü reprcsiya aparatı; 2) bütün cəmiyyətə 

sirayət  edən  kütləvi  təşkilatlar,  əsasən,  partiyalar;  3)  kütləvi 

təbliğat  -  vasitəsi  ilə  həyata  keçirilir.  Totalitar  rejim  yalnız 

qorxu deyil, həm də məcburiyyət üzərində qurulur. 

Diktaturanın 

totalitarizmlə 

yanaşı 


avtokratiya 

(hakimiyyət  bir  nəfərə  və  onun  ətrafına  məxsusdur)  və 

oliqarxiya  (hakimiyyət  bir  qrup  əməkdaşlara,  məsələn, 

hərbiçilər qrupuna aiddir) haqqında da qısa məlumat vermək 

məqsədəuyğundur. 

Totalitarizmə  əks  olan  -  demokratiyadır  (yunanca 

demos  -  xalq  və  kratos  -  hakimiyyət).  Öz  mənşəyinə  görə 

demokratiya  son  dərəcə  Avropa  fenomenidir.  O,  qədim 

Yunanıstanda  yaranmış  və  kifayət  qədər  çoxsaylı  azad 

sahibkarlar quruluşunun marağını ifadə edirdi. İctimai fəlsəfi 

fikir tarixində ona olan münasibət lap əvvəllərdən 

282 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə